Məhkəmə qərarları › İş №2(102)-1842/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1842/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1842/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, üçüncü şəxs xxx qızının vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)9236/2019 saylı qətnaməsindən üçüncü şəxs xxx qızının verdiyi kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-58/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.Ə.Tağıyev) İdd iaçı-nin Cavabdeh2 və digərlərinə qarşı “kreditin, ona hesablanmış faizlərin, cərimənin tutulması, tutmanın ipoteka hüququ ilə yüklü edilmiş mənzilə yönəldilməsi” barədə iddiası qismən təmin, üçüncü şəxs xxx qızının İddiaçı və digərlərinə qarşı “ipoteka müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilərək, “xxxx” Farma MMC-dən əsas borca görə 77.967 manat, faiz borcuna görə 6.740,95 manat, hesablanmış cəriməyə görə 1.000 manat olmaqla, cəmi 85.707,95 manat kredit borcunun tutulub İddiaçı ödənilməsi, tutmanın ipoteka hüququ ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, istifadədə olan 0,21257 ha torpaq sahəsində yerləşən, 05 saylı evin 3 otaqlı, ümumi sahəsi 74,4 kv.metr olan 07-ci mənz ilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və orada qeydiyyatda olan xxx və xxx un mənzildən çıxarılmaları və qalan hissədə İddiaçı iddiasının rədd olunması qət edilib. Üçüncü şəxs xxx qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)9236/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019 -cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Üçüncü şəxs xxx qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki,İddiaçı məhkəmədə “xxxx” Farma MMC və digərlərinə qarşı iddia qaldıraraq, “xxxx” Farma MMC-dən əsas borca görə 77.967 manat, faiz borcuna görə 6.740,95 manat, hesablanmış cəriməyə görə 5.891 manat pulun tutulub İddiaçı ödənilməsi, tutmanın ipoteka hüququ ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 0,21257 ha torpaq sahəsində yerləşən 05 saylı binanın 3 otaqlı, ümumi sahəsi 74,4 kv.metr olan 07 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutmanın yönəldilməsi mümkün olmadıqda borcun qalıq hissəsinin “xxxx” Farma MMC tutulması, mənzildə qeydiyyatda olan Cavabdeh2, xxx və xxx un mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Üçüncü şəxs xxx isə məhkəmədə İddiaçı və digərlərinə qarşı iddia qaldıraraq, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli ipoteka müqaviləsi üzrə yaranmış və sonradan xx xxxxx 2016-cı il tarixli müqavilə ilə İddiaçı-yə güzəşt edilmiş (ötürülmüş) ipotekanın etibarsız hesab edilməsi və bu etibarsızlığın hüquqi nəticəsi kimi Bakı şəhəri, Nəsimi rayonu,Vaqif prospekti, 05 saylı evin 07-ci mənzilinin İddiaçı xeyrinə yüklü edilməsinə dair “hüquqların dövlət qeydiyyatı haqqında” xx xxxxx 2016-cı il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZ AHATLARİ Məhkəmə iclasında üçüncü şəxs xxx nın vəkili xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 09 saylı Ərazi İdarəsi və üçüncü şəxs xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsin i yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən qeyd etmişdir ki, hazırki iş üzrə ipoteka müqaviləsində dəyişiklik zəruri etibarlılıq şərti sayılmır. İpoteka müqaviləsinə edilməli olan dəyişiklik ipotekanın yenidən əmələ gəlməsi mahiyyətində olmayıb kreditorun kimliyi barədə məlumatları üçüncü şəxsə açıqlama mahiyyətindədir. Bu səbəbdən də qeyd olunan tələblərə riayət edilməm əsi ipoteka müqaviləsinin etibarsızlığına səbəb olmur, yeni ipotka saxlayan barədə reyestr məlumatlarının üçüncü şəxslərə açıqlanmaması nəticəsində dəymiş ziyanın ödənilməsi və digər hüquqi nəticələrin tətbiqi üçün əsas təşkil edir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 193.1, 194.1, 269.1, 460.1-ci maddələrinin, “İpoteka haqqında” Qanunun 11.2, 11.4, 28.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosesssual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki,işin müb ahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 05 saylı evin 07-ci mənzili xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən “xxxx” Farma MMC 24 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 78.000 manat kredit verilib. Eyni zamanda daha öncə bağlanmış xx xxxxxx 2008-ci il tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh2 xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinin təminatı üsulu kimi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 05 saylı evin 07-ci mənzilini bankın xeyrinə ipoteka hüququ ilə yüklü edib. Sonradan həmin müqaviləyə xx xxxxxxx 2014-cü il tarixli əlavə ilə, “xxxx” Farma MMC xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təminatı üsulu kimi həmin mənzili bankın xeyrinə ipoteka hüququ ilə yüklü e dib. Sözügedən mənzil Cavabdeh2la xxx nın birgə nikahı dövründə əldə olunmaqla onların ümumi birgə mülkiyyətlərindədir. X6 mənzilin ümumi birgə mülkiyyətdə olmasını əsas tutub borclu “xxxx” Farma MMC və digərlərinə qarşı iddia qaldıraraq, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli ipoteka müqaviləsi üzrə yaranmış və sonradan xx xxxxx 2016-cı il tarixli müqavilə ilə İddiaçı-nə güzəşt edilmiş (ötürülmüş) ipotekanın etibarsız hesab edilməsi və bu etibarsızlığın hüquqi nəticəsi kimi sözügedən mənzilin İddiaçı xeyrinə yüklü edilməsinə dair “hüquqların dövlət qeydiyyatı haqqında” xx xxxxx 2016-cı il tarixli Çıxarışın etibarsız hesab edilməsini iddia edir. Kasasiya şikayətinin əsasını isə, “xxxx” ASC tərəfindən tələbin xx xxxxx 2016-cı il tarixdə İddiaçı güzəşt edilm əsi ilə əlaqədar olaraq ipoteka müqaviləsinə müvafiq dəyişikliklərin edilməməsinə və buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamasına görə ipotekanın etibarsız sayılması təşkil edir və kasasiya şikayətində hüquqi əsas kimi “İpoteka” haqqında” Qanunun xx xxxxxx 2018-ci ilədək qüvvədə olmuş 28.2-ci maddəsinə istinad olunub. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən məsələyə bu yanaşması ipotekanın dövlət reyestrində qeydiyyatının təcrübədə yaratdığı hüquqi nəticələrlə bağlıdır. Mübahisələndirilən məsələ isə, reyestrdəki qeydiyyatdan əvvəl, yəni ipoteka ilə bağlı tələb güzəşt edildikdə həmin güzəştin hüquqi nəticələrinin yaranması üçün qanunvercilikd ə nəzərdə tutulmuş imperativ xarakterli xüsusi şərtə əməl edilməməsindən və ipoteka müqaviləsinə əlavənin bağlanmamasından ibarətdir. Belə ki, “İpoteka haqqında” Qanunun xx xxxxx 2005-ci ildən xx xxxxxx 2018-ci ilədək qüvvədə olmuş 28.2-ci maddəsinə əsasən, tələbin başqa şəxsə keçməsi ilə əlaqədar ipoteka müqaviləsinə müvafiq dəyişikliklər edilməli və bu Qanuna müvafiq qaydada ipoteka dövlət qeydiyyatı orqanında əlavə dövlət qeydiyyatına alınmalıdır (ipoteka kağızı ilə tələbin başqasına keçməsi bu Qanuna uyğun olaraq həyata keçirilir). Bu şərtə əməl edilmədikdə tələbin keçməsi etibarsız hesab olunur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan qanunu hazırki mülki mübahisəyə tətbiq etməməklə maddi hüquq normalarının tələblərini pozub. Bu isə MPM-nin 418.1, 418.2-ci maddələrinin tələblərinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi tələbin “xxxx” ASC tərəfindən İddiaçı keçməsi ilə əlaqədar sözügedən ipoteka müqaviləsinə müvafiq dəyişikliyin edilməməsinə və “İpoteka haqqında” Qanunun 28.2-ci maddəsinə müvafiq qaydada ipotekanın dövlət qeydiyyatı orqanında əlavə dövlət qeydiyyatına alınmamasına və bu şərtlərə əməl edilməməsinin isə tələbin keçməsinin etibarsız hesab edilməsi üçün əsas sayılmasına diqqət yetirmədən, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kasasiya instan siyası məhkəməsi qeyd edir ki, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlan mış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqdin iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 324.1-ci maddəsi isə, əqdin ümumi anlayışını verir. Həmin maddəyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. Əqdin etibarsızlığı dedikdə- Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Hazırki halda mübahisələndirilən müqavilənin əsasında Cavabdeh2 və xxx nın iradələri və həmin iradələrin ifadəsinin dayanması və beləliklə də həmin müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə istisna olunmur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən mübahisələndirilən müqavilənin etibarsızlığı üçün əsasların olub-olmadığını bir daha ətrafl ı öyrənməli və apelyasiya baxışının predmeti olan hissədə qeyd olunan pozuntuları aradan qaldırmalı, işin həmin hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, xxx nın mübahisə predmeti ilə bağlı apelyasiya şikayətinin dəlillərini ətraflı araşdırmaqla yanaşı, işin həqiqi hallarının müəyyən edilməsi istiqamətində qanunla nəzərdə tutulan bütün tədbirləri görməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3 -cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Üçüncü şəxs xxx qızının kasasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-9236/2019 saylı qətnaməsiİddiaçı iddiasının tutmanın ipoteka predmetinə yönəldilməsinin təmin edilməsi və xxx nın iddiasının rədd edilməsi hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar