Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1842/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması, mövcud yoldan servitutun müəyyən edilməsi, piyada, nəqliyyat vasitəsilə keçmək, elektrik, qaz, su və digər kommunikasiya xətlərinin çəkilməsinə icazə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: servitutun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının vəkili Vəkil iştira kı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(105)-2066/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı1 adına daşımaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinə sərbəst gediş-gəliş yolu mövcud deyildir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2019-cu il tarixli, 13097 nömrəli rəyinə əsasən tədqiq olunan torpaq sahələrinin planlı yerləşməsi, yəni ardıcıl olaraq yerləşdiyi, 3 tərəfdən qonşu sahələrlə və yalnız bir tərəfdən küçə (yol) ilə əhatə olunduğu, İddiaçı1 məxs us torpaq sahəsinin axırıncı sahədə yerləşdiyi nəzərə alınaraq, İddiaçı1 məxsus torpaq sahəsindən alternativ yoldan istifadə etməklə ictimai yola çıxmaq mümkün deyildir. İddiaçı1 məxsus torpaq sahəsinin axırıncı sahədə yerləşdiyini, tədqiq olunan torpaq sahələrinə başqa sahədən giriş-çıxış yolu olmadığını, lakin küçə tərəfdən mübahisəli torpaq sahələrinin yalnız başlanğıcına qədər keçid yolu olduğunu nəzərə alaraq, İddiaçı1 məxsus 3228J saylı torpaq sahəsinə gediş-gəliş üçün cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 torpaq sahələrindən servitut qaydasında yolun, hazırda mövcud olan yolun davamı kimi açılması mümkündür. Bunun üçün hazırda mövcud olan keçid yolu, həmin yolun davamı olaraq İddiaçı1 məxsus torpaq sahəsinə qədər uzadıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birin ci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının torpaq sahəsinə küçə tərəfdən mövcud giriş qapısından başlayaraq, Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsindən 32,25 kv.metr uzunluğunda, 4,5 metr enində, Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsindən 21,46 metr uzunluqda, 4,5 metr enində və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən 18,69 metr uzunluqda 4,5 metr enində olmaqla servitut hüququ əsasında gediş-gəliş yolunun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0, 07 ha torpaq sahəsi 13 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Onun bağ torpaq sahəsinə getmək üçün yol cavabdehlərin həyətyanı sahəsindən keçməlidir. Torpaq sahəsini alan zaman həmin yol üçün nəzərdə tutulmuş hissədən öz torpaq sahəsinə gediş-gəliş üçün hər hansı maneə yox idi. Lakin sonradan cavabdehlər onun torpaq sahəsinə getməyinə məhdudiyyət qoymuşlar. Aldığı torpaq sahəsinin yoldan başqa digər sərhədlərində qonşuların mülkiyyətində olan hasarlanmış torpaq sahələri vardır. İddiaçı torpaq sahəsindən istifadə etmək imkanından məhrum olunmuşdur. Mövcud olan yol Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsinə çöl tərəfdən açılan və eni 4,5 metr olan giriş-çıxış qapısından başlamaqla digər cavabdehlərin də torpaq sahələrindən o nun torpaq sahəsinə qədər həmin endə torpaq sahəsinin servitut hüququ əsasında verilməsini ehtiva edir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(060)-44/2020 nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia qismən təmin edilmiş, İddiaçı1 məxsus ünvan 1 saylı torpaq sahəsinə gediş-gəliş üçün cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 torpaq sahələrindən servitut qaydasında yolun, hazırda mövcud olan yolun davamı kimi açılması, hazırda mövcud olan keçid yolun, həmin yolun davamı olaraq İddiaçı1 məxsus ünvan 1 saylı torpaq sahəsinə qədər uzadılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyinə istinad etməklə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1, 255.4, 261.1 və 261.2 -ci maddələri, Torpaq Məcəlləsinin 54-cü maddəsinin 2, 3 və 4-cü bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(060)-44/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(105)-2066/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və T.Q.Məmmədovdan ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(060)-44/2020 nöm rəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması, mövcud yoldan servitutun müəyyən edilməsi, piyada, nəqliyyat vasitəsilə keçmək, elektrik, qaz, su və digər kommunikasiya xətlərinin çəkilməsinə icazə verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 255.1, 255.4.ö 256, 261-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı əslində özünə məxsus torpaq sahəsinə zəruri yolun verilməsini tələb edir, lakin bu servitut hüququ ilə bağlı deyildir və Mülki Məcəllənin 175-ci maddəsində nəzərdə tutulmuş qaydada həll edilə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(105)-2066/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə tətbiq etməli olduğu Torpaq Məcəlləsinin 54-cü maddəsini tətbiq etməmiş, Mülki Məcəllənin 255-262-ci maddələri isə düzgün təfsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçını n vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdehlər vermiş və iddianın təmin olunmuş hissəsini mübahisələndirmişlər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya mə hkəməsinin qətnaməsi ləğv edilərək, iddia tam rədd olunduğu və kassasiya şikayətini iddiaçı verdiyi üçün hazırki kassasiya baxışının hədlərini iddianın apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə rədd olunan hissəsinin qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun ba rəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habe lə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənl əşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərləri nin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.6-cı maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinin 1-ci bəndinə əsasən servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. 54-cü maddəsinin 2-ci bəndinə əsasən servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razı laşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxa rkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin servitut institutunu təsbit edən müddəalarına istinad edərək düzgün olaraq qeyd etmişdir ki, servit utla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu barədə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməli və servitutla bağlı hüquq qeydə alınmalıdır. Servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər. İstinad olunan maddi hüquq normalarına görə cavabdehlərin üzərinə servitutla bağlı məhkəmə qaydasında müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna edilir. Əks halda bu Mülki Məcəllənin 390-cı maddəsi ilə təsbit olunmuş müqavilə azadlığı prinsipinə zidd olar. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 31 avqust 1999-cu il tarixdən, Mülki Məcəllə isə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə mindiyi üçün “Normat iv hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında həmin Məcəllələrin normalarında müəyyən olunmuş kolliziyanı şərh edərkən izah etmişdir ki, “... əvvəlki “Normativ hüquqi aktlar haqqında” Qanunun 7-ci maddəsində, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5-ci maddəsində təsbit olunmuş zaman prinsipinin (Lex posterior derogat legi priori) məzmunu ondan ibarətdir ki, əgər sonrakı qanunda əvvəl qəbul olunmuş qanunun normalarının qüvvədən dü şməsinə dair xüsusi qeyd olmasa da, bu qanunlar arasında kolliziya yarandıqda sonrakı qanun qüvvədə olur. Əvvəlki qanunun qüvvəsi isə yalnız onun sonrakı qanuna zidd olmayan hissəsində yol verilir.” Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hazırki mübahisəyə məhz Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq izah etmişdir ki, iddiaçının öz torpaq sahəsinə servitut əsasında deyil, Mülki Məcəllənin 175-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni tam əvəzi ödənilməklə keçid ayrılması tələbini irəli sürmək hüququ qalmaqdadır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(105)-2066/2020 nömrəli qətnaməsi mübahisələndirilən (iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd olunmuş) hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-1842/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1842/2021
19.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver