Məhkəmə qərarları › İş №2(102)-1843/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1843/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1843/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO İddiaçı ASC-nin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1843/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(106)2740/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin kasasiya şikayəti üzrə işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq tələbini belə əsaslandırıb ki, 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 20 ay müddətinə, illik 32 faizlə 6.000 ABŞ dolları kredit verilib. Kreditin təminatı olaraq digər Cavabdeh2 ilə 08 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Həmçinin kreditin təminatı olaraq 08 sentyabr 2014-cü il tarixli girov müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan 1 ədəd 15.3 qram çəkidə kordinal sepi klonla birlikdə iddiaçıya girov qoyub. 24 iyun 2015-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh1 iddiaçıya olan qalıq borcu 4.039,45 ABŞ dolları təşkil edir. Kreditin müddəti 24 oktyabr 2016-cı il tarixədək müəyyən edilib. E yni zamanda 24 iyun 2015-ci il tarixli zaminlik müqaviləsinə əlavə sazişə əsasən digər Cavabdeh3la da zaminlik müqaviləsi bağlanıb. Hazırda borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 04 sentyabr 2019-cu il tarixə borclu Cavabdeh1 iddiaçıya ödənilməmiş 1.664,93 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış faiz borcuna görə 1.344,63 ABŞ dolları, cəriməyə görə 6.804,76 ABŞ dolları, habelə 04 sentyabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 515 ABŞ dolları, cəmi 10.329,32 ABŞ dolları kredit borcu vardır. Ona görə də cavabdehlərdən müştərək qaydada sözügedən kredit borcunun tutulması və tutmanın 1 ədəd 15.3 qram çəkidə kordinal sep klona yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan borcun ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.N.Pənahov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 1.664,93 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faizə görə 1.344,63 ABŞ dolları, cəriməyə görə 10 ABŞ dolları, cəmi 3.019,56 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın borclu Cavabdeh1 məxsus olan 583 əyyarlı 15,3 qram 1 ədəd kordin al sep klona yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və onun həmin müqavilə üzrə iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas, faiz borcu yaranıb. Kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 467, 470.1-ci maddələrinin və digər madd i, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddianın 6.804,76 ABŞ dolları cərimənin, habelə kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 04 sentyabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 515 ABŞ dollarının tutulmasının rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə də iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev sədrlik edən, məruzəçi, Q.B.Kərimov və Z.B.Babayev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2 3 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Eyni zamanda iddia tələbinin təmin olunmayan hissəsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd edib ki, borclu Cavabdeh1 mülkiyyət maraqları qorunmalıdır və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb edilməsinin qarşısı alınmalıdır. Yəni, iddiaçının ümumi marağı ilə borclu Cavabdeh1 mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 467, 449-cu maddəsinin və digər mad di, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kasasiya şikayətini belə əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iddianı tam təmin etməməklə səhv nəticəyə gəlib. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı LPO İddiaçı ASC, vəkili Vəki l, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsində göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini 6.804,76 ABŞ dolları cəriməyə, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faizə görə 515 ABŞ dollarına aid hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız həmin hissdə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi 6.804,76 ABŞ dolları cəriməyə aid hissədə apelyasiya ins tansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, bu hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 462.1, 467-ci maddələrinin tələblərinə uyğundur. Ona görə də bu hissədə kasasiya şikayəti üzrə əlavə müzakirə aparmağa lüzum yoxdur və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Lakin, apelyasiya instansiyası məhkəməsi iddianı gecikdirilmiş vaxt üçün illik beş faizə görə 515 ABŞ dolları tələbinə aid hissədə rədd etməklə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbini pozub. Həmin maddənin mənasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Eyni hüquqi mövqe “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da ifadə olunub. Həmin Qərarda göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarın 2-ci bəndində isə göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşdən görünür ki, iddiaçı ilə borclu Cavabdeh1 arasında 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi 20 ay müddətinə bağlanıb və həmin müqavilənin müddəti 24 oktyabr 2016-cı il tarixdə bitib. Hazırda iddiaçı, sözügedən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 04 sentyabr 2019cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla cavabdehlərdən 515 ABŞ dolları faiz borcu tələb edir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini, həmçinin Konstitusiya Məhkəməsi Plunumunun sözüged ən Qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə almadan, iddiaçının sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının faizlərini, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malik olmasına əhəmiyyət vermədən, bu hissədə iddianı rədd etməklə iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində gecikdirmə nəticəsində dəymiş ziyanı qarşılamaq üçün dəbbə pulunun nəzərdə tutulması, cavabdehi gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəmək vəzifəsindən azad etmir və bu hüquq iddiaçıya Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən verilib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini pozaraq, iddianı mübahisələndirilən hissədə nəyə görə təmin etməməsini qətnamədə ümumiyyətlə əsaslandırmayıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 04 sentyabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 515 ABŞ dolları tutulub iddiaçıya verilməli və qalan mübahisələndirilən hissədə qətnamə iddiaçının kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Resp ublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-n in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(106)2740/2020 saylı qətnaməsi qismən- iddianın kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 04 sentyabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 515 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə iddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mərşəmi qızı və Cavabdeh3 müştərək qaydada ödəniş günü milli manata məzənnədə 515 ABŞ dolları tutulub iddiaçı LPO İddiaçı ASC verilsin və qalan mübahisələndirilən hissədə qətnamə kasasiya şikayə tinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar