Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1845/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: alimentin artırılması, uşağın atanın yanında qalması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “uşağın atanın yanında saxlanması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(10 3)1225/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(001)1071/2021 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 anası İbadova (Məmmədova) Səidə Əziz qızının yanında saxlanılmış və həmin vaxtdan 2023-cü ilin aprel ayınadək anası ilə yaşamışdır.
2. İddiaçı 2023-cü ilin aprel ayında Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində birinci katib vəzifəsinə təyin olunmuş və işi ilə əlaqədar ölkədən getmək məcburiyyətində qalmışdır. Ana ölkədən gedərkən Cavabdeh uşağın ana ilə getməsinə icazə verməmiş, uşaq ana nənəsi il ə qalmış, sonradan cavabdeh uşağı nənədən alaraq öz yanında saxlamışdır. İddiaçı uşağın atanın razılığı olmadan ölkədən aparılmasına icazəyə dair tələblə məhkəməyə müraciət etmiş, həmin iş üzrə icraat hazırkı işə görə dayandırılmışdır. Ana ölkəyə qayıdan gündən uşaq ata tərəfindən anaya qaytarılmış və ana ölkədən gedənədək onun yanında qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağın yetkinlik yaşına çatanadək 300 manat sabit pul məbləğində, həmçinin cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tutulmuş aliment uşaq böyüdükcə artan xərclərinə kifayət etmir.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək uşağın atanın yanında saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci katib vəzifəsinə təyin edilmiş və Pekin şəhərinə ezamiyyətə göndərilmişdir. Yəni, iddiaçı Çin Xalq Respublikasına müvəqqəti getməmiş, həmin ölkəyə işləmək üçün uzun müddətli ezam olunmuşdur. Hal-hazırda da Pekin şəhərindədir. İddiaçı ezamiyyəti ilə əlaqədar olaraq Çin Xalq Respublikasına getdiyi üçün 09 aprel 2023-cü il tarixdən etibarən uşaq onunla birlikdə yaşamaqdadır. Uşağın atası, hər iki nənəsi, dayısı və digər qohumları hamısı Azərbaycan Respublikasında yaşamaqdadır. Uşağın tək anası ilə Çin Xalq Respublikasında yaşaması onun emosional, sosial, fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Uşaq məhkəmə qaydasında ananın yanında saxlanılmasına baxmayaraq, hazırda atasının yanında qalır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3246/23 nömrəli 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə(hakim Nəbizadə Nigar) ilkin və qarşılıqlı iddia təmin edilməmişdir.
8. Məhkəmə belə qənaətə gəlmişdir ki, atanın uşaqla ünsiyyət hüququnun olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ananın himayəsinə verilmiş dörd yaşlı uşağın ananın başqa ölkədə işləməsi əsası ilə anadan alınması üçün tutarlı əsas kimi qəbul edilə bilməz. Ata ilə uşağın ünsiyyət qaydasının tənzimlənməsi ayrıca məhkəmə araşdırılmasının predmeti ola bilər. 2023-cü ilin aprel ayından uşağın ehtiyaclarını ata qarşılayır. Belə olan halda a nanın xx.xx.2023-cü ilin may ayında alimentin artırılması ilə bağlı müraciət etməsi ağlabatan deyil. Ailə Məcəlləsinin aşağıda istinad edilən normasına əsasən, ilk iddia üzrə iddiaçının xeyrinə hazırkı vəziyyətdə alimentin dəyişdirilməsi üçün hər hansı qanuni əsasın olması iş materialları ilə öz təsdiqini tapmır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 60, 61, 112-ci, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-5, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddələri, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 nömrəli qərarına istinadla əsasla ndırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianını rədd olunması hissəsində ləğv olunmasını, qarşılıqlı iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasında yaşadığı müddətdə o, uşağın ananın yanında qalmasına etiraz etməmişdir. Valideynlər arasında razılığın pozulma səbəbi iddiaçının işi ilə əlaqədar xarici ölkəyə getməsi olmuşdur. O, ata olaraq uşağın onun yanında böyüməsini,öz vətənində milli dəyərlərə uyğun olaraq tərbiyə alması arzusundadır. Hesab edir ki, uşağın ondan kənarda, kifayət qədər uzaq olan, fərqli bir mədəniyyətə sahib bir ölkədə yaşaması, orada böyüməsi uşağın mən afeyinə ziddir. Birinci instansiya məhkəməsi ananın mövqeyindən hərəkət etmiş, uşaq və atanın mənafeyi nəzərə alınmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 20024-cü il tarixli 2(103)-1225/2024 nömrəli qətnaməsi ilə (hakimlər - X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri ananın işi ilə əlaqədar xarici ölkəyə getməsi, uşağı da özü ilə aparmağın onun mənafeyinə zidd olması ilə bağlıdır. Belə ki, həmin dəlillər məhkəmə mübahisəsinin deyil, uşağın atanın razılığı olmadan ölkə xaricinə çı xarılması ilə bağlı iddiaya etirazın əsasını təşkil edə bilər. Baxılan iş üzrə göstərilən dəlillər uşağın ananın himayəsindən alınması üçün əsas deyildir.
14. Kollegiya onu da qeyd etmişdir ki, uşaq hazırda atasının himayəsində yaşayır və ana bu halı mübahisələndirmir. İşin hallarından və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatına əsasən, iddiaçı uşağı da özü ilə işlədiyi dövlətə aparmaq arzusunda olmuş, lakin cavabdehlə bu məsələdə razılıq əldə edilməmişdir.
15. Kollegiya həmçinin nəzərə almışdır ki, iddiaçının hazırkı vəziyyəti, yəni əmək fəaliyyəti ilə əlaqədar xarici ölkəyə ezam olunması və bunun müvəqqəti xarakter daşıması, atanın uşağı ölkə xaricinə çıxarmağa mane olması) onun əleyhinə istifadə edilməməli, uşağın anadan alınması ilə nəticələnməməlidir.
16. Məhkəmə k ollegiyası eyni zamanda müəyyən etmişdir ki, tərəflər arasında uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Bununla bağlı iddiaçı tərəfindən Cavabdeh qarşı hər hansı maneçilik törədilməmişdir. Hazırkı mübahisə ananın uşağı özü ilə birlikdə ölkə hüdudlarından kənara çıxarmaq istəməsi və atanın buna razılıq verməməsi ilə bağlı yaranmışdır.
17. Apellyasiya baxışı zamanı apelyatorun nümayəndəsi tərəfindən məhkəmə psixoloji ekspertizası təyin olunması barədə vəsatət verilsə də, məhkəmə kollegiyası bunun üçün hər hansı əsas müəyyən etmədiyindən vəsatəti təmin etməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəlləsinın 77.3, 101.3, 102.1, 102.2 və 205.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin iddia təmin edilməyən hissəsində ləğv edilməsini və işin təkrar apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılılıq iddia üzrə iddiaçı ata olaraq uşağının üzərində ana ilə bərabər hüquq və vəzifələrə malik olmasına baxmayaraq məhkəmələr sadəcə ananın mövqeyindən hərəkət etmiş, uşaq və atanın mənafeyi nəzərə alınmamışdır.
21. Məhkəmələr tərəfindən qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb edilməmiş, sadəcə həmin orqanın rəyi alınmışdır. Verilmiş rəy atanın xeyrinə olmasına baxmayaraq məhkəmələr iddiasını təmin etməmişdir.
22. Həmç inin məhkəmə-psixoloji ekspertizası keçirilməsi barədə vəsatəti heç bir əsas olmadan təmin edilməmişdir.
23. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 56.1, 60.4, 73cü və MPM-nin 88, 97 -ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi
25. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
26. Maddə
60. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alç aldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
27. Maddə
61. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
28. Maddə
3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətən daş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
29. Maddə
4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
30. Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 31.“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 nömrəli Qərarı uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1 kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkıkassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
42. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzg ün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbərtutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(103)-1225/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.