Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1846/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi x1 vəkili x4, Cavabdeh Raci oğlunun iştirakları ilə iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisinin Cavabdeh qarşı “əsas borcun və hesablanmış faizlərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsində n Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi x3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(004)-4088/19) iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi “x2 Company” MMC-nin Cavabdeh qarşı “əsas borcun və hesablanmış faizlərin tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı “xxxxxxxxx” ASC-nin ləğvedicisi “x2 Company” MMC apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Talışinski, iş № 2(103)-14089/19) iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin 10 s entyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi x3 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxxxxxxx” ASC-nin ləğvedicisi “x2 Company” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.11.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 8%-lə 106000 manat məbləğində kredit xətti açılmaqla kredit verildiyini, kredit xətti müqaviləsinə edilmiş 04.02.2011-ci il tarixli dəyişikliyə əsasən kredit limitinin 500 000 manata, 23.02.2011-ci il tarixli dəyişikliyə əsasən 1 000 000 manata, 11.03.2 011-ci il tarixli dəyişikliyə əsasən 1 200 000 manata, 20.06.2011-ci il tarixli dəyişikliyə əsasən 1 300 000 manata artırıldığını, lakin onun müqavilənin şərtlərini pozaraq öhdəliyini lazımi qaydada icra etmədiyini irəli sürmüş, buna görə də müqaviləyə xitam verilməklə cavabdehdən 1 270 878,03 manat əsas, 292 829,80 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğved icisi x1 vəkili x5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi bank tərəfindən Cavabdeh 26.11.2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 24 ay müddətinə illik 8 faiz hesablanmaqla 1 06 000 manat məbləğində kredit xətti açıldığına, daha sonra kredit xətti müqaviləsinə 04.02.2011ci il tarixli dəyişikliyə əsasən kredit limitinin artırılaraq 500 000 manat, 23.02.2011-ci il tarixli dəyişikliyə əsasən 1 000 000 manat, 11.03.2011-ci il tarixli dəyişikliyə əsasən 1 200 000 manat və 20.06.2011-ci il tarixli dəyişikliyə əsasən 1 300 000 manat kredit verilməsinin heç bir mötəbər sübutla əsaslandırılmamasına, iddiaçının həmin məbləğlərin cavabdehə verildiyinə dair ciddi hesabat blankları olan kassa məxaric orderlərini və hesabdan çıxarışları təqdim edə bilməməsinə, həmçinin Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 15.09.2014-cü il tarixli məktubuna və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16.08.2019-cu il tarixli rəyi nə əsaslanmaqla hesab etmişdir ki, bankla cavabdeh arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamış, həmçinin digər əsaslarla da cavabdehin iddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir. Apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq hesab etmişdr ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir. Başqa sözlə, Cavabdeh tərəfi olduğu iddia olunan kredit müqaviləsini imzalamış, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, müqavilələr əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur. İddiaçı kassasiya şikayətində isə göstərmişdir ki, hər iki instansiya məhkəməsi təyin olunmuş məhkəmə-xəttşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi üçün tələb olunan sənədlərin bankda olmaması və hazırda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bankın keçmiş səhmdarlarının və digər vəzifəli şəxslərinin Azərbaycan Respublikası CM-nin 179.3.2, 179.2.3, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 313, 320.1, 320.2, 213.2.2 və 193-13.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqının aparılması ilə əlaqədar həmin idarədə olması və bu səbəbdən həmin sənədləri Ekspertiza Mərkəzinə təqdim edə bilmədikləri barədə ətraflı məlumat verilməsinə və ekspertizaların keçirilməsinin təmin edilməsi üçün tələb olunan sənədlərin təqdim edilməsi barədə sorğuya idarə tərəfindən verilmiş 30.09.2019-cu il tarixli cavab məktubunun surətinin təqdim edilməsinə baxmayaraq, bu məlumatlar məhkəmə tərəfindən nəzərə alınmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2-ci maddəsinin tələblərinə müvafiq qərarın qəbul edilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı iş in faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarında olan 26 noyabr 2010-cu il tarixli kredit müqaviləsindən və surət olan əlavələrindən görünür ki, 24 ay müddətinə illik 8 faiz hesablanmaqla 106 000 manat məbləğində kredit xətti açılmış, daha sonra kredit xətti müqaviləsinə 04.02.2011-ci il tarixli dəyişikliyə əsasən kredit limitinin artırılaraq 500 000 manat, 23.02.2011-ci il tarixli dəyişikliyə əsasən 1 000 000 manat, 11.03.2011-ci il tarixli dəyişikliyə əsasən 1 200 000 manat və 20.06.2011-ci il tarixli dəyişikliyə əsasən 1 300 000 manat məbləğinə artırılmışdır. Həmin müqavilələrə əsasən ilkin kredit məbləği və sonrakı məbləğlər cavabdehə verilməlidir. Apelyasiya instansiyası məhkəməsi faktiki olaraq iddiaçının ilk kredit müqaviləsi istisna olmaqla digər müqavilələrin və həmin müqavilələrə aid olan vəsatətdə göstərilən sənədləri özündən asılı olmayan səbəbdən təqdim edə bilməməsini (həmin sənədlərin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olmasına görə) nəzərə almamışdır. İş materiallarında olan və məhkəmələrin iddianın rədd edilməsi üçün əsas kimi qəbul olunmuş ekspert rəyindən isə görünür ki, həmin rəydə ilkin bağlanmış müqavilə üzrə tədqiqat aparılmış olsa da, digər müqavilələrin əsillərinin təqdim olunmaması səbəbindən tədqiqatın aparılmasının mümkünsüz olmuşdur. Belə olan halda məhkəmələrin Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinin tələblərin ə əməl etmədikləri (həmin sənədləri saxlayan orqandan tələb etməklə sənədlərin əsillərinə müvafiq olaraq yenidən ekspertizanın keçirilməsi) aşkardır. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsinə məlum olumuşdur ki, iddiaçının səhmdarları və digər vəzifəli şəxsləri barəsində cinayət təqibi başlanmış və məhz həmin cinayət işi ilə bağlı olaraq hazırkı iş üzrə iddiaçının istinad etdiyi kredit müqaviləsi, onun əlavəsi olan sazişlər və onlara aid olan sənədlər götürülmüşdür. Belə olan halda həmin cinayət işi üzrə hazırkı iş üzrə cavabdehə verilməsi iddia olunan pul məbləğinə dair hər hansı şəxsə ittiham irəli sürülməsi və iddiaçının həmin cinayət işi üzrə mülki iddiasının olması aydınlaşdırmalı olduğu halda hər hansı araşdırma aparılmamış və birinci instansiya məhkəməsinin aparmış olduğu t am olmayan araşdırma ilə kifayətlənmişdir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə iddia olunan pul vəsaitinə dair istintaq orqanı tərəfindən hər hansı araşdırma aparılıb–aparılmamasının zəruri olduğu üçün, həmin halın aydınlaşdırılmasının işin həlli üçün mühüm əhəmiyyəti olmuşdur. İddiaçı tərəfin mövqeyinə görə müqavilə bağlanmış və həmin tarixdə müqavilədə göstərilən pul məbləği cavabdehə ödənilmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi müqavilənin bağlanması və cavabdeh tərəfindən imzalamasını və pul məbləğinin məhz ona verilməməsini, müqavilənin icrası ilə bağlı ödəniş aparılmamasını mötəbər və tutarlı sübutlarla əsaslandırmalıdır. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müə yyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı mövcud və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəflər arasında göstərilən müqavilənin bağlanmamasını qeyd etsə də, kredit müqaviləsinin bağlanması, onlarda nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsi və onun tərəfindən həmin məbləğin qəbul edilməsinin təsdiq olunmamasına dair qənaətini mötəbər və tutarlı sübutlarla əsaslandırmadığı üçün gəldiyi nəticələri qanuni və əsaslı sayıla bilməz. Kollegiya həmçinin qeyd edir ki, qeyd edilən maddələrin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təs ir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi x3 və vəkil x5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli 2(103)-14089/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1846/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1846/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver