Məhkəmə qərarları › İş №2(102)-1847/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1847/2019

18.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1847/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı-nin, vəkili Vəkil və Cavabdeh1, vəkili Vəkil kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2013-cü il tarixl i “Baş kredit razılaşması” və 24.09.2014-cü il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsini; “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 333.790 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 31.023 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun ödənilməsi məqsədilə 11.000 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada Bankın xeyrinə tutulmasını; tələbin ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsini; əmlakın ilkin satış qiyməti 1.200.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını; satışdan əldə olunacaq pul vəsaiti hesabına cavabdehlərin Banka olan borcunun ödənilməsini; borc ödənildikdən sonra artıq qala biləcək məbləğin Cavabdeh1 qaytarılmasını; qeyri-yaşayış binası satıldığı halda bir aydan gec olmayaraq boşaldılmasını, Cavabdeh1 oranı tərk etməsini; aparılmış ekspert tədqiqatlarının dəyəri olaraq 50 manat məbləğində pulun Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2018-ciil tarixli qətnaməsi ilə (hakimlər: M.Məmmədov, X.Sarıyev və H.Həmidov, iş 2(103)-855/18) hər iki apellyasiya şikayəti təmin edilməyərək hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyul 2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Bank, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında 24.09.2014-cü il tarixdə bağlanmış ********* №-li “Krediti müqaviləsi” üzrə 10.10.2016-cı il tarixə yaranmış və ödənilməmiş qalan əsas kredit borcun ödənilməsi məqsədi ilə 333.790 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 31.023,75 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 11.205 ABŞ dolları (rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş digər Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi; tələbin ipoteka predmetinə - Cavabdeh1 məxsus olan və ünvan 1 ünvanında 0,00988 ha torpaq sahəsində yerləşən 176 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, ilkin satış qiyməti 360.000 manat müəyyən edilməklə yönəldilməsi; əmlakın açıq hərracdan satıl ması; əmlakın açıq hərracdan satılması nəticəsində əldə oluna biləcək pul vəsaiti hesabına cavabdehlərin Banka olan borclarının ödənilməsi; əmlakın məcburi qaydada boşaldılması; iş üzrə tərəflər arasında bağlanmış 30.07.2013-cü il tarixli “Baş kredit razılaşmasının” və 24.09.2014-cü il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddaçı İddiaçı-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulmuş, Bankın ipoteka hüququnu məhdudlaşdıran qətnamə qəbul edilmişdir. “xxxx” MMC tərəfindən qiymətləndirmə düzgün aparılmamış və həmin qiymətləndirmə rəyinə əsa sən ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə kollegiyası tərəfindən səhv müəyyən edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsinin qismən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilib iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işin hallarına əhəmiyyət verilməmiş, ekspertiza təyin edilməsinə dair vəsatətlər təmin edilməmiş, cavabdehin hüquqlarını pozan qətnamə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, cav abdehlərin nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın saxlanılmalıdır. 31 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbay can Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hal larının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bank ilə Cavabdeh1 arasında 30.07.2013-cü il tarixdə bağlanmış “Baş Kredit Razılaşmasına” əsasən Cavabdeh1 30.07.2023-cü il tarixədək, 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bank ilə cavabdehlər arasında bağlanmış 30.07.2013-cü il tarixli “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh2 Cavabdeh1 “Baş Kredit Razılaşması” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. ünvan 1 ünvanında 0,00988 ha torpaq sahəsində yerləşən 176 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış bi nası Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2013-cü il tarixli “Daşınmaz əmlak ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 “Baş Kredit Razılaşması” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı qismində özünə məxsus qeyri-yaşayış binasını Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 tərəfindən yazılmış 30.07.2013-cü il tarixli ərizədən görünür ki, o, Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə etiraz etmir və ipoteka predmetinə tutma yönəldiləcəyi halda həm in əmlakı könüllü təhvil verməyi öhdəsinə götürür. Bank ilə cavabdehlər arasında 30.07.2013-cü il tarixdə bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 “Baş kredit razılaşması” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. “Baş Kredit Razılaşması” əsasında Bank ilə Cavabdeh1 arasında 24.09.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 15,5 faiz dərəcəsi ilə 365.000 ABŞ dolları məbləğində kredit verilmişdir. “Ödəniş cədvəlindən” görünür ki, Cavabdeh1 365.000 ABŞ dolları məbləğində krediti 36 ay müddətinə, illik 15,5 faiz dərəcəsi ilə, aylıq 12.795,81 ABŞ dolları annutetlə ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış 07.07.2015-ci il tarixli, 01 nömrəli “Razılaşmadan” görünür ki, Cavabdeh1 07.07.2015-ci il tarixə olan borcu kapitallaşdırılaraq 316.378 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh1 həmin məbləği 26 ay müddətinə illik 15,5 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2015-ci il tarixli, 02 nömrəli “Razılaşmadan” görünür ki, Cavabdeh1 06.11.2015-ci il tarixə olan borcu kapitallaşdırılaraq 326.482 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh1 həmin məbləği 22 ay müddətinə illik 15,5 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2016-cı il tarixli, 03 nömrəli “Razılaşmadan” görünür ki, Cavabdeh1 11.02.2016-cı il tarixə olan borcu kapitallaşdırılaraq 333.790 ABŞ dolları məbləğində müəyy ən edilmişdir. Cavabdeh1 həmin məbləği 20 ay müddətinə illik 14 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Banka ünvanlanmış 24.09.2016-cı il tarixli məktubdan görünür ki, Cavabdeh1 məxsus olan ipoteka predmetininə (qeyri-yaşayış binasına) tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İşin hallarından, habelə cavabdehlərin özlərinin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, cavabdehlər yuxarıda qeyd edilmiş “müqavilələr” və “razılaşmalar” üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan borcu qaytarmamışlar. Bank borcun ödənilməsini cavabdehlərdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehləri xəbərdar etmişdir. Bank tərəfindən təqdim edilmiş 14.10.2016-cı il tarixli “Maliyyə arayışına” görə, borcalan olan Cavabdeh1 və zamin olan Cavabdeh2 10.10.2016-cı il tarixə Banka olan borcları aşağıdakı məbləğdədir: - əsas kredit borcu 333.790 ABŞ dolları; - faiz borcu 31.023,75 ABŞ dolları; - cərimə (dəbbə) borcu 11.205 ABŞ dolları. Rayon Məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizası nəticəsində verilmiş 13.06.2017-ci il tarixli, 27428 nömrəli rəydən görünür ki, cavabdeh tərəfin 10.10.2016-cı il tarixə Banka olan əsas borcu 333.790 ABŞ dolları, faiz borcu isə 31.023,75 ABŞ dolları məbləğindədir. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki, şikayətdə qeyd olunur ki, tərəflər arasında bağlanmış 01, 02 və 03 saylı “Razılaşmalar” ilə Bank Cavabdeh1 aldatmışdır. Həmin razılaşmalara görə hesablanan faiz və cərimə borcları reallığı əks etdirmir. Cavabdehlər, həmçinin iş üzrə verilmiş ekspert rəyinə də etiraz edərək bildirirlər ki, həmin rəylə müəyyən edilən əsas və faiz borclarının məbləği düzgün deyil. Çünki rəy verilərkən hesablanmış və alınacaq faizin də faizi hesablanmışdır. İkincisi, Cavabdeh1 verilən kreditin məbləği faktiki olaraq 86.400 ABŞ dolları təşkil etsə də, 365.000 ABŞ dollarının verildiyi sənədləşdirilib. Cavabdeh tərəfin Banka olan qalıq borcu 278.000 ABŞ dolları təşkil edir. Məhkəmə gətirilən bu dəlillə əlaqədar ilk növbədə qeyd edir ki, iş materiallarında olan 01, 02 və 03 saylı “Razılaşmalardan” görünür ki, Cavabdeh1 Banka olan borc unun kapitallaşdırılaraq yenidən müəyyən edildiyini və bu məbləğə faiz hesablanacağını bilmişdir. Məhkəmə müəyyən edir ki, Cavabdeh1 “Razılaşmaların” kifayət qədər aydın şəkildə ifadə edilən şərtlərinə razılığını öz imzası ilə təsdiq etmişdir. Burada aldanıb-aldanmamağa dair gəldiyi nəticə onun şəxsi fərziyyəsidir. Məhkəmə apellyasiya şikayətinin dəlilini bu hissədə əsassız edir. Məhkəmə, Bank tərəfindən hesablanmış, habelə iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğlərinə cavabdeh tərəfin münasibəti ilə bağlı bildirir ki, cavabdeh tərəf borc məbləğinin yanlış hesablandığını, həmçinin Bankdan götürülmüş kreditin müqavilədə daha çox əks etdirildiyini qeyd etsə də, nəzərə almamışdır ki, bu dəlillərin əsaslı hesab edilməsi üçün məhkəmələrə müvafiq sübutlar təqdim edilməlidir. Çünki MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehlər borcun düzgün məbləğinin nə qədər olmasını müəyyən edə, qalıq borcun 278.000 ABŞ dolları təşkil etməsini təsdiq edə bilməmiş, Bankın hesablamalarını və iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına ala bilən sübutları, məsələn özləri tərəfindən aparılmış adi riyazi hesablamanı məhkəmələrə təqdim etməmişlər. Eyni zamanda, “Kredit müqaviləsinin” şərtlərində Cavabdeh1 verilən kreditin məbləğinin 365.000 ABŞ dolları təşkil etdiyi açıq-aydın müəyyən edilmişdir. Cavabdeh1 bilavasitə özü tərəfindən həmin müqaviləyə imza edilməsi və bu imzanın həqiqiliyinin mübahisələndirilməməsi onu göstərir ki, yuxarıda qeyd edildiyi kimi, müqavilə şərtləri ona məlum olmuş və o, bu şərtlərə razılıq vermişdir. Bu halın əksini təsdiq sübutlara isə iş materiallarında rast gəlinmir. Qeyd olunanlara əsasən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin müzakirə olunan dəlilini əsassız hesab edir. Beləliklə, cavabdehlərin Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və onlar bu öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşıyırlar. Cavabdehlərin Bank qarşısında icra edilməmiş öhdəliklərinin olması müəyyən edildiyindən, Rayon Məhkəməsi 333.790 ABŞ dolları məbləğində əsas borc, 31.023 ABŞ dolları məbləğində faiz borcu və 11.000 ABŞ dolları məbləğində cərimə borcunun cavabdehlərd ən tutularaq Banka ödənilməsi barədə nəticəyə gələrkən haqlı olmuşdur. Həm Bank, həm də cavabdehlər apellyasiya şikayətlərində ipoteka predmetinin ilkin satış qiymətinə etiraz edirlər. Bank bu qiymətin həmin əmlakın real bazar dəyərindən qat-qat yuxarı olduğunu və şişirdildiyini, cavabdehlər isə bu məbləğin olduqca aşağı hesablandığını bildirirlər. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 11.01.2017-ci il tarixli, 13 nömrəli hesabatına görə, ipoteka predmeti olan qeyri-yaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 1.200.000 manat təşkil edir. Yuxarıda göstərilən rəyin tam olmadığını müəyyən edən Məhkəmə mübahisənin obyektiv həll edilməsi və həm də, apellyasiya şikayətlərinin bu dəlilinin araşdırılması məqsədilə iş üzrə qəbul etdiyi 08.06.2018 -ci il tarixli qərardad ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini “xxxx” MMC-yə həvalə etmişdir. “xxxx” MMC tərəfindən Məhkəməyə təqdim edilmiş 26.07.2018-ci il tarixli, QXM 87/M/1 nömrəli rəyə görə, ipoteka predmeti olan qeyri-yaşayış binasının 26.07.2018-ci il tarixə bazar dəyəri 1.200.000 manat olaraq müəyyən edilir. Göründüyü kimi, iş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi ilə ipoteka predmeti üçün müəyyən edilən ilkin satış qiyməti əvvəlki qiymətdən fərqli deyildir. Buna görə də, Rayon Məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi və qeyri-yaşayış binasının açıq hərracdan satılması ilə yanaşı, onun ilkin satış qiymətinin 1.200.000 manat müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Hər iki a pellyasiya şikayətinin ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ilə bağlı dəlili əsassızdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyil. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməs i üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci m addəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqınd a” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yön əltməyə başlaya bilər. Qanunun 39.3 və 39.3.3-cü maddələrinin tələblərinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməkollegiyasıhesabedirki, apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçünqanunivəəsaslıdır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə h üquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Digər tərəfdən işdən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin təkrar ekspertiza təyin edilməsinə dair vəsatətlərin təmin edilməməsi barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə cavabdehin tərəf vəsatəti əsassız olduğundan, vəsatət rədd edilmişdir. Lakin iddiaçı tərəfin vəsatətinə əsasən məhkəmə təkrar tikinti-texniki ekspertizası keçirmişdir. İ şdən göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayətləri təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nın və Cavabdeh1-in kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 31 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar