Məhkəmə qərarları › İş №2(102)-1848/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1848/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1848/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı ”xxxx” ASC-nin vəkili Vəkil və cavabdehlər “X4” MMC-nin, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə. Cavabdehlər “X4” MMC-nin və Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsini n 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim:X.B.Məhərrəmova; 2(004)-445/2017) İddia tələbi qismən təmin edilmiş,«X4” MMC və Cavabdeh1 «İddiaçı” ASC-nin xeyrinə 10 aprel 2014-cü il tarixli, ******************** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 969.379 (doqquz yüz altmış doqquz min üç yüz yetmiş doqquz) manat, faiz borcu qismində 277.757 (iki yüz yetmiş yeddi) manat 74 (yetmiş dörd) qəpik, cərimə qismində 10.000 (on min) manat 96 (doxsan altı) qəpik, kredit üzrə 1 faiz komissiya borcu qismində 10.000 (on min) manat, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş xərc qismində 25 (iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat, cəmi 1.267.192 (bir milyon iki yüz altmış yeddi) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsai tinin tutulması, tutmanın «X4” MMC-yə məxsus olan, 12 may 2014-cü il tarixli girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilmiş tibb avadanlıqlarına yönəldilməsi, «X4” MMC-yə məxsus olan, 12 may 2014cü il tarixli girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilmiş «X4” MMC ilə “Labservis LTD” arasında bağlanmış ***** saylı müqaviləyə əsasən alınmış ümümi dəyəri 641.500 (altı yüz qırx bir min beş yüz) manat olan tibbi avadanlıqların açıq hərracdan satılması və həmin avadanlıqların açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına «X4” MMCnin 10 aprel 2014-cü il tarixli, ******************** saylı kredit müqaviləsi üzrə «İddiaçı” ASCyə olan borcunun ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, ********************** küçəsində yerləşən 50 saylı fərdi yaşayış evinin sökülməsinə görə Yasmal rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış və Cavabdeh2 bank hesabında olan 248.770 (iki yüz qırx səkkiz min yeddi yüz yetmiş) manat pul vəsaitinə yönəldilməsi, «X4” MMC ilə “Labservis LTD” arasında bağlanmış 153 saylı müqaviləyə əsasən alınmış ümümi dəyəri 641.500 (altı yüz qırx bir min beş yüz) manat olan tibbi avadanlıqlarının satışından əldə edilmiş pul vəsaitinə tutma yönəldikdən sonra qalan qalıq pul vəsaitinin «X4” MMC-nə və Cavabdeh2 məxsus Bakı şəhəri, ********************** küçəsində yerləşən 50 saylı fərdi yaşayış evinin sökülməsinə görə ayrılmış Yasmal rayon İcra Hakimiyyətinin hesabında olan 248.770 (iki yüz qırx səkkiz min yeddi yüz yetmiş) manat pul vəsaitinə tutma yönəldikdən sonra qalan qalıq pul vəsaitinin Cavabdeh2 qaytarılması qət edilmiş, «İddiaçı” ASC-nin iddiası qa lan hissədə təmin edilməmişdir. «X4” MMC-nin qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov, A.N.İmanov; 2(103)-9339/2018) cavabdehlər “X4” MMC, Cavabdeh1, Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləritəmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.. İşin halları İddiaçı İddiaçı cavabdehlər “X4” MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı 10 aprel 2014-cü il tarixli ********************* saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu qismində 969.379 manat, faiz borcu qismində 299.838 manat 05 qəpik, cərimə qismində 100.201 manat 26 qəpik, komissiya qis mində 10.000 manat, cəmi 1.379.418 manat 31 qəpik və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat, sənədlərin notarial təsdiqi üçün ödənilmiş xərcin əvəzi qismində 22 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, ****************** küçəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və borcun həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına idddiaçıya ödənilməsi, ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İddiaçı-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə yə ərizə təqdim edərək, cavabdehlər “Cavabdeh3” MMC və Cavabdeh1 10 aprel 2014-cü il tarixli ******************** saylı kredit müqaviləsi üzrə əsas kredit borcu qismində 19.108 manat 99 qəpik, faiz borcu qismində 19.229 manat 28 qəpik, cəmi 38.338 manat 27 qəpik və iddiaçı tərəfındən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat, sənədlərin notarial qaydada təsdiqi qismində 25 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, Cavabdeh2 məxsus Bakı şəhəri, **************** küçəsində yerləşən fərdi yaşayış evinin və 31 mart 2014-cü-il tarixli “Cavabdeh3” MMC ilə “Labservis LTD” arasında bağlanmış ****** saylı müqaviləyə əsasən alınmış tibbi avadanlıqların ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, *************** ****küçəsində yerləşən fərdi yaşayış evinə və 31 mart 2014-cü il tarixli “Cavabdeh3” MMC ilə “Labservis LTD” arasında bağlanmış 153 saylı müqaviləyə əsasən alınmış tibbi avadanlıqlara yönəldilməsi, həmin fərdi yaşayış evinin və tibbi avadanlıqların açıq hərracda satılması və borcun Bakı şəhəri, *******************küçəsində yerləşən fərdi yaşayış evinin və 31 mart 2014-cü il tarixli “Cavabdeh3” MMC ilə “Labservis LTD” arasında bağlanmış **** saylı müqaviləyə sən alınmış tibbi avadanlıqların açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, *******************küçəsində yerləşən fərdi yaşayış evinin satışından sonra 1 ay müddətində boşaldılması və qediyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r. Sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 10 aprel 2014-cü il tarixli ******************** saylı kredit müqaviləsi üzrə “X4” MMCdən və Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə əsas kredit borcu qismində 969.379 manat, faiz borcu qismində 277.757 manat 74 qəpik, artırılmış faiz (cərimə) qismində 78.120 manat 96 qəpik, kredit üzrə 1 faiz komissiya borcu qismində 10.000 manat, cəmi 1.335.257 manat 70 qəpik və iddiaçı tərəfındən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat, sənədlərin notarial qaydada təsdiqi qismində 25 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, *******************küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinə v ə “X4” MMC ilə bağlanmış 12 may 2014-cü il tarixli, ************************ saylı girov müqaviləsi üzrə girov qoyulmuş tibbi avadanlıqlara yönəldilməsi, əmlakların açıq hərracda satılması və əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka və girov əmlaklarınn satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borcun cavabdehlərdən ümumi qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra işə məhkəmədə baxılan dövrdə iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 10 aprel 2014-cü il tarixli ******************** saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu qismində 969.379 manat, faiz borcu qismində 277.757 manat 74 qəpik, artırılmış faiz (cərimə) qismində 78.120 manat 96 qəpik, kredit üzr ə 1 faiz komissiya borcu qismində 10.000 manat, cəmi 1.335.257 manat 70 qəpik və iddiaçı tərəfındən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat, sənədlərin notarial qaydada təsdiqi qismində 25 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, *******************küçəsində yerləşən 50 saylı fərdi yaşayış evinə və “X4” MMC ilə bağlanmış 12 may 2014-cü il tarixli, ************* saylı girov müqaviləsi üzrə girov qoyulmuş tibbi avadanlıqlara yönəldilməsi, əmlakların açıq hərracda satılması və əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka və girov əmlaklarınn satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borcun cavabdehlərdən ümumi qaydada tutu lmasını məhkəmədən xahiş etmişdir. Bir daha iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 10 aprel 2014-cü il tarixli ******************** saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu qismində 969.379 manat, faiz borcu qismində 277.757 manat 74 qəpik, artırılmış faiz (cərimə) qismində 78.120 manat 96 qəpik, kredit üzrə 1 faiz komissiya borcu qismində 10.000 manat, cəmi 1.335.257 manat 70 qəpik və iddiaçı tərəfındən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat, sənədlərin notarial qaydada təsdiqi qismində 25 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, *******************küçəsində yerləşən 50 saylı fərdi yaşayış evinin sökülməsinə görə ayrıl mış Yasmal rayon İcra Hakimiyyətinin hesabında olan 248.770 manat pul vəsaitinə yönəldilməsi, qalıq borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. Yenidən məhkəmədə baxılan dövrdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 10 aprel 2014-cü il tarixli ******************** saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu qismində 969.379 manat, faiz borcu qismində 277.757 manat 74 qəpik, artırılmış faiz (cərimə) qismində 78.120 manat 96 qəpik, kredit üzrə 1 faiz komissiya borcu qismində 10.000 manat, cəmi 1.335.257 manat 70 qəpik və iddiaçı tərəfındən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat, sənədlərin notarial qaydada təsdiqi qismində 25 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçın ın xeyrinə tutulması, tutmanın “X4” MMC ilə bağlanmış 12 may 2014-cü il tarixli ************* saylı girov müqaviləsi üzrə girov qoyulmuş tibb avadanlıqlarına və Cavabdeh2 məxsus Bakı şəhəri, *******************küçəsində yerləşən ***** saylı evin sökülməsinə görə ayrılmış Yasmal rayon İcra Hakimiyyətinin depozit hesabında olan 248.770 manat pul vəsaitinə yönəldilməsi, qalıq borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, “X4” MMC 10 aprel 2014-cü il tarixdə «İddiaçı” ASC ilə bağladığı ******************** saylı kredit müqaviləsi ilə «İddiaçı” ASC-dən illik 20 faiz dərəcəsi ilə borc faizləri ödəməsi şərti ilə, 24 ay müddətində, 1.000.000 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda Cavabdeh1 şəxsind ə «X4” MMC 10 aprel 2014-cü il tarixdə bank ilə zaminlik müqaviləsi bağlayaraq, «X4” MMC-nin 10 aprel 2014cü il tarixli, ******************** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin qismində birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan başqa, ipoteka qoyan Cavabdeh2 və borcalan «X4” MMC arasında bağlanmış 10 aprel 2014-cü il tarixli *********************** saylı ipoteka müqaviləsi ilə Cavabdeh2 öz mülkiyyətində olan ipoteka müqaviləsinə 1 saylı əlavədə göstərilmiş Bakı şəhəri, *******************küçəsində yerləşən 50 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etdirmişdir. İddiaçı ilə cavabdeh «X4” MMC kredit müqaviləsi üzrə ödənişlərini vaxtında və lazımi qaydada həyata keçirə bilmədiyinə görə «X4” MMC və İddiaçı arasında bağlanmış ******************** saylı kredit müqaviləsinə 12 may 2014-cü il tarixli 1 saylı və 12 sentyabr 2014-cü il tarixli 2 saylı əlavə razılıqlar bağlanmışdır. Əlavə razılığın şərtlərinə əsasən İddiaçı ilə “X4” MMC arasında 12 may 2014-cü il tarixli girov müqaviləsi bağlanmış, müqaviləyə əsasən 1 saylı əlavədə göstərilmiş «X4” MMC-yə məxsus ümumi dəyəri 641.500 manat olan tibbi avadanlıqlarını girov qoymuşdur. Lakin cavabdeh «X4” MMC-yə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi ilə müəyyən edilmiş cədvəl üzrə borcunu ödəmədiyinə görə 10 aprel 2014-cü il tarixli, ******************** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 969.379 manat, faiz borcu qismində 277.757 manat 74 qəpik, artırılmış faiz (cərimə) qismində 78.120 manat 96 qəpik, kredit üzrə 1 faiz komissiya borcu qismində 10.000 manat, cəmi 1.335.257 manat 70 qəpik məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən kredit, cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illik 40 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Buna görə də müqavilədə tələb edilən artırılmış faiz borcu cərimə qismində nəzərədə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq ilkin iddia üzrə iddiaçı bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və bu zaman əlavə xərc çəkərək sənədlərin notarial qaydada təsdiqinə 25 manat və dövlət rüsumunun ödənilməsinə 30 manat məbləğində əlavə x ərc çəkmişdir. Eyni zamanda bildirir ki, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, *******************küçəsində yerləşən 50 saylı fərdi yaşayış evinin sökülmüş, evin sökülməsinə görə ayrılmış kompensasiya məbləği Yasmal rayon İcra Hakimiyyətinin hesabında olan depozitə qoyulmuşdur. Ona görə də borc məbləğinin həmin evə görə ayrılmış 248.778 manat pul vəsaitinə və kredit borcuna görə qirov qoyulmuş «X4” MMC-yə məxsus ümumi dəyəri 641.500 manat olan tibbi avadanlıqlarına yönəldilməsini, qalıq borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması xahiş edilmişdir. Cavabdeh “X4” MMC İddiaçı-yə qarşı qarşılıqlı iddia verərək tərəflər arasında bağlanmış 10 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditə görə faizlərin müqavilə bağlandığı gündən 10 faizlə hesablanması, təklif v erildiyi gündən kredit faizinin 5 faiz müəyyən edilməsi, kreditin hesablanmış faizlərinin ödənilməsinə möhlət verilməsi və tərtib edilmiş cədvəl üzrə ödənilməsi qaydasının təsdiq olunması, kreditin və faizlərin ödənişinin ayda 10.000 manatdan çox olmayaraq təyin edilməsi, müqavilə üzrə kreditorun öhdəliklərinin icra müddətinin 5 il uzadılması, vurulmuş ziyanın əvəzi qismində 500.000 manatın, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-dən “X4” MMC-nin xeyrinə tutulması xahiş edilmişdir. Qarşıqlıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bankdan götürülmüş vəsait təyinatı üzrə istifadə olunmaqla tibbi xidmətlərin təşkili və göstərilməsi məqsədilə müasir avadanlıqlar alınmasına və quraşdırılmasına sərf olunmuşdur. Son illər ölkədə baş verən iqtisadi dəyişikliklər də kreditin götürüldüyü vaxt mövcud şəraiti ciddi şəkildə dəyişdirilmiş və gələcək maliyyə vəziyyəti barədə təsəvvürlərin səhv olduğunu üzə çıxarmışdır. Bütün qüvvələrini səfərbər etmələrinə baxmayaraq, kreditin vaxtlı-vaxtında qaytarılmasında çətinlikləri tamamilə dəf etmək mümkün olmamışdır. Tərəflərindən 21.12.2015-ci il tarixdə cavabdeh "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə müraciət olunaraq kreditə görə faizlərin müqavilə bağlandığı gündən 10 faizlə hesablanması, təklif verildiyi gündən kredit faizinin 5 faiz müəyyən edilməsi, kreditin hesablanmış faizlərinin ödənilməsinə möhlət verilməsi və tərtib edilmiş cədvəl üzrə ödənilməsi qaydasının təsdiq olunması, kreditin və faizlərin ödənişinin ayda 10 min manatdan çox olmayaraq təyin edilməsi, müqavilə üzrə kreditorun öhdəliklərinin icra müdd ətinin 5 il uzadılması məsələsinə baxılması təklif edilmiş, lakin heç bir əhəmiyyət verilməmişdir. Eləcə də tərəflərindən 23.05.2016-cı il tarixli məktubla "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə müraciət olunaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, ***************** küçəsində yerləşən **** saylı fərdi yaşayış evinin hal-hazırda dövlət ehtiyacları üçün alınan əraziyə düşməsi, həmin ərazidə müvafiq söküntü işləri aparılması, bununla əlaqədar qeyd olunan fərdi yaşayış evinin ipoteka yüklülüyündən dərhal azad olunması tələbatı yaranmış və bunun qarşısının alınması imkanı yoxdur. Əvvəlki təklifləri qüvvədə saxlamaqla fərdi yaşayış evinin sökülməsi müqabilində dövlət orqanları tərəfindən ödəniləcək kompensasiya məbləğinin bir hissəsini banka olan kredit borcunun bağlanılmasına yö nəltməyi, qalan məbləğə isə yeni yaşayış sahəsi əldə etməyi mümkün hesab edərək bununla da həm banka olan borcun əhəmiyyətli hissəsinin vaxtından əvvəl ödənilmiş olması, digər tərəfdən borcun qalan hissəsinə münasibətdə Cavabdeh1 ilə bağlanılmış 10 aprel 2014-cü il tarixli ****************** saylı zaminlik müqaviləsi və “X5” MMC arasında bağlanmış 12 may 2014cü il tarixli 100.CL. *********************** saylı girov müqaviləsi qüvvədə qalacağı bildirilərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 287, 290 və 422-ci maddələrinə əsasən təklifə 3 gün müddətində baxılaraq onun təmin olunması xahiş edilmiş, lakin heç bir nəticə olmamışdır. Həmçinin cavabdeh tərəfindən əsassız olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi nəticəsində Cəmiyyətin işgüzar nüfuzuna xələl gəlmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “X4” MMC-nin kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88,134, 217-ci maddələrinin pozulması ilə qətnamə qəbul edilmişdir. Cavabdeh1 kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə si Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389,471-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88,134, 217, 389-cu maddələrinin pozulması ilə qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyası iclasında cavabdehlər “X4” MMC-nin və Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətlərinə uyğun izahat verərək şikayətlərin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iddiaçı ”xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,digər cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsini n işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan 10 aprel 2014-cü il tarixli, ******************** saylı kredit müqaviləsindən görünür ki, «X4” MMC İddiaçı ilə bağladığı 10 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 20% olmaqla, 12 may 2014-cü il tarixdən 11 aprel 2016-cı il tarixinədək olan müddətə qaytarmaq şərti ilə, 1.000.000 manat məbləğində kredit götürmüşdür. «İddiaçı” MMC-nin 24 may 2016-cı il tarixli, 05/252 saylı maliyyə arayışından görünür ki, 10 aprel 2014-cü il tarixli, ******************** saylı kredit müqaviləsi üzrə cavabdeh «X4” MMC cəmi 149.083 manat 21 qəpik ödəniş etmiş, həmin məbləğin 30.621 manat hissəsi əsas borca, 118.462 manat 21 qəpik hissəsi isə faiz borcuna silinmişdir. «X4” MMC 30 yanvar 2014-cü il tarixinə iddiaçıya olan borcu əsas kredit borcu qismində 969.379 manat, faiz borcu qismində 299.838 manat 05 qəpik, artırılmış faiz (cərimə) qismində 100.201 manat 26 qəpik, kredit üzrə 1 faiz komissiya borcu qismində 10.000 manat, cəmi 1.369.418 manat 31 qəpik təşkil etmişdir. «İddiaçı” ASC-nin 07 noyabr 2017-ci il tarixli, 05/1976 s aylı maliyyə arayışından görünür ki, 10 aprel 2014-cü il tarixli, ******************** saylı kredit müqaviləsi üzrə cavabdeh «X4” MMC cəmi 149.148 manat 21 qəpik ödəniş etmiş, həmin məbləğin 30.621 manat hissəsi əsas borca, 118.527 manat 21 qəpik hissəsi isə faiz borcuna silinmişdir. «X4” MMC 11 aprel 2016-cı il tarixinə iddiaçıya olan borcu əsas kredit borcu qismində 969.379 manat, faiz borcu qismində 277.757 manat 74 qəpik, artırılmış faiz (cərimə) qismində 78.120 manat 96 qəpik, kredit üzrə 1 faiz komissiya borcu qismində 10.000 manat, cəmi 1.335.257 manat 70 qəpik təşkil etmişdir. 10 aprel 2014-cü il tarixli *************** saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 «İddiaçı” açıq səhmdar cəmiyyəti ilə X4” MMC arasında bağlanmış 10 aprel 2014-cü il tarixli, ******************** saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2-1(81)-941/2017 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri *******************küçəsi, ev 50 iddiaçı Cavabdeh2, Bakı şəhəri, *******************küçəsi, ev **** isə Cavabdeh2 X2 mülkiyyətində olmuşdur. Ünvanları ayrı olduğuna baxmayaraq evlər eyni dam altında bir tikilidə yerləşmişdir. Həmin mülklərdən biri yəni, ünvan1 ünvanında yerləşən ev, 04 may 2016-cı il tarixli “daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə” protokolda qeyd edilən bir milyon manat məbləği ümumi tikilinin (ev 50 və 52) sökülməsinə görə k ompensasiya məbləği kimi nəzərdə tutulmuşdur. İddiaçı ona məxsus ev 50-yə görə ayrılmış və hazırda depozit hesabda olan ümumi tikili üçün müəyyən edilmiş məbləğdən ona çatası 248.770 manat məbləği həmin bank ilə yüklülük məsələsini həll etdikdən sonra ala bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoy ulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. - 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. -319.1.-cu maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MMdə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birin in tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəli yi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -448.1--ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairə sinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafıq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 1091 -ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1 -ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. - 59.3.-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli dirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 48.1.4-cü maddəsinə əsasən ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir. - 32.1-ci maddəsinə əsasən ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekviz isiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, *******************küçəsində yerləşən 50 saylı fərdi yaşayış evinin sökülməsinə görə Yasmal rayon İcra Hakimiyyəti tərəf indən ayrılmış və Cavabdeh2 bank hesabında olan 248.770 (iki yüz qırx səkkiz min yeddi yüz yetmiş) manat pul vəsaitinə yönəldilməsi nəticəsinə gəlməkdə də birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Məhkəmə kollegiyası tərəfindən eləcə də müəyyən edilmişdir ki, 10 aprel 2014-cü il tarixli, ******************** saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyətində olan Bakı şəhəri, *************** küçəsi, **** saylı evi ipoteka ilə yüklü etdirərək həmin tarixdə «İddiaçı” ASC ilə ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda «İddiaçı” ASC ilə «X4” MMC arasında 12 aprel 2014-cü il tarxli girov müqaviləsi bağlanaraq sonuncuya məxsus tibb avadanlıqları girov qoyulmuşdur. Buna görə də tutma girov predmeti olan tibb avadanlıqlarına yönəldilməlidir. Apellyasiya instansiyası məhkəm əsi nəticəyə gəlmişdir ki, “X4” MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı, qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, yəni şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə göstərilənlərin əsaslandırılmaması, maddi ziyanla bağlı hissədə ümumiyyətlə tutarlı heç bir dəlil irəli sürülməməsi səbəbindən birincin instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın təmin edilməməsi düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə apellyasiya qaydasın da baxan məhkəmə kollegiyası istinad etdiyi,:Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli qərarına əsasən zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir.“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci ma ddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin ko nkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli qərarında qeyd olunan halları nəzərə alaraq qeyd etmişdir ki, hazırki iş üzrə bağlanmış kredit müqaviləsi və ona əlavələri “X4” MMC-nin direktoru qismində məhz Cavabdeh1 imzalamışdır. Ona görə də məhkəmə kollegiyası kredit müqaviləsində edilmiş dəyişikliklərin onunla razılaşdırılmaması barədə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci madd əsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar