Məhkəmə qərarları › İş №2(102)-1848/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1848/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1848/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun və zərərin ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova, Ş.Məhərrəmova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddiaçının “25008 manat əsas borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun və iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin xeyrinə tutulması” tələblərinin təmin edilmədiyi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunması, Cavabdeh 25 008 manat əsas borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 45,80 (qırx beş manat 80 qəpik) manat pulun, yəni cəmi 25 083,8 (iyirmi beş min səksən üç manat 80 qəpik) manat pulun alınaraq İddiaçı ödənilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına 25 008 manat kredit borcunun, habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 75,80 manat pulun İddiaçı ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, ünvan 1 ünv anında yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsinin ilkin satış qiymətinin 50 000 (əlli min) manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə, yəni iddiaçının “1781,82 manat əldən çıxmış faydanın, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2019-cu il tarixdən müəyyən edilmiş 8,25% bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə əsas borca hesablanmış 2883,74 manat faizin cavabdehdən alınaraq ona ödənilməsi” tələblərinin təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azə rbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25008 manat əsas borcun, 1781,82 manat əldən çıxmış faydanın, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2019-cu il tarixdən müəyyən edilmiş 8,25% bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə əsas borca hesablanmış 2883,74 manat faizin, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqınd a bildiriş”in qeydə alınmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun və iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, yəni cəmi 29733,56 manat məbləğində pulun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin açıq hərracda satılaraq əldə edilən pul vəsaitinin hesabına tələbin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmalıdır. İşin mübahisələndirilməyən hallarına əsasən, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, həmin müqavilədə İddiaçı Cavabdeh 25 008 manat borc pul verdiyi, Cavabdeh borc məbləğini 2 il müddətində hər ay 1042 manat ödəmək şərtilə xx.xx.2020-ci il tarixinədək qaytarmağı öhdəsinə götürdüyü göstərilmiş, borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ona məxsus ünvan 2 ünvanında yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsi İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və b aşqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsi nə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehəqarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin irəli sürdüyü müqavilə bağlansa da ona heç bir pul məbləği verilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı isə koll egiya qeyd edir ki, birincisi, əgər tərəflər arasında müqavilə bağlanmışdırsa və müqavilədə bir tərəfin digərinə pul vəsaiti verdiyi göstərilmişdirsə, əksi sübut olunmayana qədər, həmin vəsaitin verildiyi prezumpsiya kimi qəbul olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 324.5-c i maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. “G. Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, “Məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birl ikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasında borc müqaviləsi bağlanılan gün cavabdehin öz əmlakını borcun təminatı qismində ipoteka ilə yüklü etməsi faktı da özüözlüyündə onun müvafiq arqumentini, yəni borc pul almadığı (pulun verilmədiyi) iddiasını inandırıcı hesab etməyə imkan vermir. Çünki ipoteka müqaviləsində (3.2-ci bənd) öhdəliyin ölçüsünün “0 faiz dərəcəsi ilə verilmiş 25 008 manat olduğu” göstərilmişdir və almadığı pula görə cavabdehin əmlakını ipoteka ilə yüklü etməsi məntiqli olmamaqla bərabər, təşəkkül tapmış işgüzar adətlərə də uyğun deyildir. Həmçinin nəzərə alınmalıdır ki, əgər müqavilədə göstərilmiş borc məbl əğini ona verməmişdirsə, əmlakı ipoteka ilə yüklü edilmiş cavabdehin borc müqaviləsinin bağlanmasından sonra keçən uzun müddət (təxminən 1,5 il) ərzində iddiaçıya qarşı müvafiq tələb (müqavilənin ləğvi və ya öhdəliyin icrasına məcbur edilmə, yaxud ipotekaya xitam verilməsi və s.) irəli sürməməsi də onun sözügedən arqumentinin məntiqli olmadığı qənaətinə gəlməyə əsas verir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dö vlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası, iddiaçının cavabdehə 25 008 manat borc pul vermiş olduğu qənaətinə gəlir və hesab edir k i, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddianın, “tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin açıq hərracda satılaraq əldə edilən pul vəsaitinin hesabına tələbin ödənilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsinə tutma yönəldilməli, əmlak hərracda satıl malı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan pul vəsaiti ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyana (Cavabdeh)qaytarılmalıdır. Eyni zamanda “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka müqaviləsinin bağlanmasından uzun müddət keçmədiyini və ötən müddət ərzində əmlak bazarında qiymətlərin demək olar ki, dəyişmə diyini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti olaraq tərəflərin ipoteka müqaviləsi bağlayarkən təsbit etdikləri qiymət müəyyənləşdirilmədlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qətnamədən ümumilikdə şikayət versə də, qətnamənin iddianın təmin edilməyən hissəsi onun hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığına görə kassasiya şikayəti bu hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar