Məhkəmə qərarları › İş №2(102)-1848/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1848/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1848/2023 10.04.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: 3-cü şəxs X1 Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2794/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayətinin verilməsi üçün dövlət rüsumu qanunla nəzərdə tutulmuş məbləğdə ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respubl ikasının Qanununun 8.2. maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 20 manat dövlət rüsumu nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Lakin hazırki işdən görünür ki, 3-cü şəxs qanunda müəyyən olunmuş məbləğdən az - 6 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 407.4-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır. M PM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.3cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X3 Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)2794/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar