Məhkəmə qərarları › İş №2(102)-1848/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1848/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1848/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1661/2025 nömrəli mülki iş üzrə 25 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh3 ilə İddiaçı ASC arasında 19 may 2022-ci il tarixli, L063/2022 saylı kredit limitinin ayrılması haqqında müqavilə bağlanmışdır.

2. Sonradan həmin kredit limitinin ayrılması haqqında müqavilə əsasında Cavabdeh3 ilə İddiaçı ASC arasında 23 may 2022-ci il tarixli, EF/23501/86 saylı kredit sazişi bağlanmış və həmin kredit sazişinə əsasən Bank tərəfindən kredit alana 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 87.750 manat kredit verilmişdir.

3. Maliyyə arayışına əsasən, Cavabdeh3 Banka 69.594,31 manat əsas, 10.759,89 manat faiz və 771,68 manat cərimə olmaqla, cəmi 81.125,88 manat borcunun olduğu qeyd edilmişdir.

4. Cavabdeh3 yuxarıda qeyd olunan müqavilə üzrə Bankdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş plan ına əsasən qaytarılmasını təmin etməsinə dair Bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Təqdim olunmuş sənədlərə əsasən, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə Paşa X3rşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. 5. 23 may 2022-ci il tarixli, L063/2022 saylı alğı-satqı və ipoteka müqaviləsinə əsasən, X2 özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsini və onun üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evini kredit alan Cavabdeh3 satmış, sonuncu isə həmin torpaq sahəsini və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evini Bank qarşısında olan kredit öhdəliyinin icrasının təmini üsulu kimi ipotek a ilə yüklü etdirmişdir. Müqavilənin 1.10-cu bəndinə əsasən ipoteka predmeti 135.000 manat qiymətləndirilmiş və ipoteka müqaviləsi qanunla müəyyən edilmiş qaydada təsdiq edilmişdir. 6. 13 iyun 2022-ci il tarixli Çıxarışa əsasən, Cavabdeh3 məxsus olan ünvan 2 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Xəbərdarlıq məktubuna əsasən, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh3 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona və zaminlərə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borc unun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, EF/23501/86 saylı kredit müqaviləsi üzrə 69.594,31 manat əsas, 10.759,89 manat faiz və 771,68 manat cərimə olmaqla, cəmi 81.125,88 manat və ödənilmiş 334 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin Cavabdeh3 məxsus olan ünvan 1də yerləşən 0,07 ha torpaq sahəsinə və onun üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin Banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka pr edmeti olan mənzildə yaşayan şəxslərin evdən çıxarılması və evin boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e2(002)789/2024 saylı qərardadı ilə iddiaçının cavabdehlərə qarşı “kreditin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata “ipoteka predmeti olan mənzildə yaşayan şəxslərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair hissəsində xitam verilmişdir.

10. İddia onunla əsaslandırmışdır ki, Bankla Cavabdeh3 arasında 19 may 2022-ci il tarixli, L063/2022 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanmış 23 may 2022-ci il tarixli, EF/23501/86 saylı kredit sazişinə əs asən sonuncuya 36 ay müddətinə, illik 20 % olmaqla 87.750 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1də yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evi Cavabdeh3 ilə Bank arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük xx.xx.2022-ci il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh3 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, Bank tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kred it alanla aralarında imzalanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə Bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2023-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə Banka 69.594,31 manat əsas, 10.759,89 manat faiz və 771,68 manat cərimə hesablanmışdır. Həmçinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin kredit sazişinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar və kreditin qaytarılması ilə bağlı Cavabdeh3 bütün öhdəliklərini icra etməlidirlər.

11. Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli ekspert rəyin ə əsasən, iddiaçı ilə borclu Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində xx.xx.2022-ci il tarixli, EF/23501/86 saylı kredit sazişi kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023-cü il tarixə Banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 69.060,54 manat, faiz üzrə 4.289,72 manat. 12. "xxxx" MMC-nin 21 oktyabr 2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi haqqında rəyə əsasən, ipoteka predmeti olan mənzilin likvid qiyməti 189.000 manat təşkil edir.

13. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsininn 2(002)-789/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli, EF/23501/86 saylı kredit müqaviləsi üzrə ekspert rəyinə əsasən 69.060,54 manat əsas, 4.289,72 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 73.450,26 manatın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1də yerləşən 0,07 ha torpaq sahəsinə və onun üzərində yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 189.000 manat (torpaq sahəsinin likvid qiyməti 119.000 manat, tikililərin likvid qiyməti 70.000 manat olmaqla, cəmi 189.000 manat) müəyyən edilmiş, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin cavabdeh Paşa X1 borcunun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəliklərinin icra edildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması və qalan hissədə iddianı n rədd olunması qət edilmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğin cavabdehə qaytarılmasına dair göstərişin qətnamədə yer alması, digər sözlə ifadə etdikdə məhkəmə tərəfindən qətnamənin icra qaydasının müəyyən edilməsi zəruridir. Çünki, ipoteka predmetinin satışından əldə ediləcək vəsaitin borcun ödənilməsindən sonra artıq qalacaq hissəsinin müqəddəratına müvafiq hüquqi qiymət verilməlidir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, qalan hissədə iddia təmin edilə bilməz. Belə ki, ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, EF/23501/86 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 69.060,54 manat əsas borcu vardır, müqavilə ş ərtlərinə görə hesablanmış və ödənilməmiş faiz borcu 4.289,72 manat təşkil edir. Eləcə də, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269.1, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 470.1, 472.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarına, habelə MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Cavabdeh3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və id dianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1661/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov, N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini onun la əsaslandırmışdır ki, Cavabdeh3 apellyasiya şikayətində müqavilənin etibarsız olmasına istinad etsə də, lakin həmin müqavilənin etibarsız hesab olunması üçün Qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Apellyator buna dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

22. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında etibarlı kredit müqaviləsi mövcuddur, cavabeh Paşa X4rşısında müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Bu səbəbdən də Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

23. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269, 269.1, 279, 295, 296, 386.1, 442, 448.1, 470.1, 472.1-ci maddələrinə, habelə MPM-in 14.2, 88, 119.1-ci maddələrinə istinad etməklə əsasla ndırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat: Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:

24. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə layihəsi Bank tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə tərəfindən imzalanmışdır. Buna görə də həmin müqavilə standart şərtlər əsasında bağlanmış əqddir. Qanunvericiliyə görə “müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsı zdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır”. Müqaviləni bağlayarkən iddiaçı məhz vicdansızlıq nümunəsi göstərərək mənim etimadımdan sui-istifadə etmişdir. Nəticədə müqavilə birtərəfli qaydada qarşı tərəfin maraqlarına xidmət edən şərtlərlə, o cümlədən yüksək kredit faizi müəyyən edilməklə bağlanmışdir. Qeyd edilən əsasla müqavilə etibarsızdır. Göründüyü kimi, müqavilə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir və o, hər hansı hüquqi nəticəyə səbəb olmamışdır, çünki bağlandığı andan etibarsız olmuşdur. Ümumiyyətlə işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən səsləndirilən izahatlara tənqidi yanaşmamasını əsaslandırılmamışdır. Həmçinin iddiaçı nın iddianın əsası kimi istinad etdiyi heç bir hal məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Məhkəmə müqavilənin etibarsızlığına dəlalət edən halları araşdırmamış, bununla da işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Ümumiyytlə məhkəmə qətnamə qəbul edərkən qeyd olunan prosessual hüquq normalarını pozaraq heç bir maddi hüquq normasını tətbiq etməmiş, istinad etdiyi hüquq normalarının tətbiqində yalnışlığa yol vermişdir. Beləliklə qətnaməni hər hansı maddi hüquq norması ilə əsaslandırmamışdır. Məhkəmə müqavilənin etibarsızlığına dair əhəmiyyətli halları aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi yanlış nəticəyə səbəb olmuşdur. Başqa sözlə, etibarsız müqavilə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticə doğurmadığı halda, məhkəmə yanlışlığa yol verərək müqavilə üzrə 4.289,72 manat faiz və 100 manat cərimənin cavabdehdən tutulmasını müəyyən etmişdir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyinə əsaslanaraq müqavilə üzrə 4.289,72 manat faiz və 100 manat cərimənin cavabdehdən tutulmasını müəyyən etmişdir. Halbuki, bu hal sübut edilməmişdir. Çünki müqavilə etibarsızdır və etibarsız müqavilə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Ona görə də cavabdehdən müvafiq faiz və cərimənin tutulması qanunvericiliyə zidd olmaqla, qanunla göstərilən sübutlarla təsdiq edilmir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 6.2. Fiziki və hüquqi şəxslə r mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəsdirlər.

28. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

29. Maddə

279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın s axlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir.

30. Maddə

295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 31. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən öd ənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

32. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir

33. Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir

37. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

38. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımı nca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində Cavabdeh3 tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi:

47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında lə ğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh3 apellyasiya şikayətində müqavilənin etibarsız olmasına istinad etsə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün Qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Apellyasiya inst ansiyası məhkəməsi Cavabdeh3 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

51. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında etibarlı kredit müqaviləsi olmuş, cavabeh Paşa X4rşısında müqavil ədən irəli gələn öhdəliklərini icra etmədiyindən, iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Bu səbəbdəndə Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

52. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh3 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kass asiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2(103)-1661/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar