Məhkəmə qərarları › İş №2(102)-185/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-185/2024

17.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-185/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası DİN Baş X29 İdarəsi, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ilkin, Cavabdeh1 cavabdehlər və İddiaçı2 qarşı qarşılıqlı, üçüncü şəxs X2 cavabdehlər, İddiaçı2 və Cavabdeh1 qarşı müstəqil iddiasına dair iş üzrə QƏRARİ iş № 2(102)-185/2024 (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrin əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi, avtomobildə miras payın müəyyən edilməsi və avtomobilin qeyri-qanuni sahiblikdən qaytarılması, müayinəyə, müalicəyə, dəfnə və məzarın hazırlanmasın a çəkilmiş xərcin ödənilməsi və miras əmlakda payın müəyyən edilməsi, pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2(103)-4006/2023 saylı qətnaməsindən Cavabdeh1 və üçüncü şəxs X4 tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətləri Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. X19 xx.xx.2021-ci il tarixdə ölmüş, öldüyü anda birinci növbə vərəsələri övladları və İddiaçı2, arvadı Cavabdeh1 və anası X10 olmuşdur.

2. Notariat qaydasında təsdiq edilmiş ərizə ilə mərhumun anası X10 oğ lundan irs qalmış bütün əmlaklarda ona çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etmişdir.

3. Vərəsəlik haqqında şəhadətnamələrdən görünür ki, miras əmlaklarda İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 hər birinin payı ¼ hissədə, Cavabdeh1 payı 2/4 hissədə müəyyən olunmuşdur.

4. Baş X29 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş çıxarışdan, xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X12 adına xx.xx.2010-cu il tarixdə “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə onun tərəfindən arvadı Cavabdeh1 bir il müddətinə avtomobilə dair etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən C avabdeh1 avtomobili Cavabdeh4 satmışdır. Cavabdeh4 adına alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli VA157305 saylı şəhadətnamə verilmişdir..

5. Cavabdeh4 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh5 avtomobili 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Cavabdeh3 adına xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir.

6. Cavabdeh3 14 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən avtomobili Cavabdeh6 satmışdır. Cavabdeh6 adına xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeyd iyyat nişanlı avtomobilin Cavabdeh4 satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh4 verilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin”, həmin avtomobilin Cavabdeh3 satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin ləğv edilməsi, ataları X11 miras qalmış avtomobilə iddiaçıların hər birinin ¼ hissədə paylarının müəyyən edilməsi və avtomobilin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınmaqla onlara verilməsi, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsindən müştərək qaydada 100,4 manat dövlət rüsumu və 50 manat hüquqi yardıma görə ç əkilmiş xərcin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. İlk iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçıların atası X19 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra digər əmlaklarla yanaşı ondan “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Atalarının ikinci nikahdan olan arvadı, yəni Cavabdeh1 atalarının ölümündən sonra hüquqi qüvvəsini itirmiş etibarnamə əsasında həmin avtomobili digər Cavabdeh4 satmışdır. Cavabdeh Baş X29 İdarəsinin əməkdaşları mərhum ataları tərəfindən Cavabdeh1 verilmiş etibarnamənin hüquqi qüvvəsini yoxlamadan avtomobilin alqı-satqı əməliyyatını həyata keçirmişlər. Cavabdeh4 alqı-satqı günü cavabdeh Ağayevaya etibarnamə verməsi alqı-satqının formal olaraq bağlanmasını təsdiq edir. Eyni zamanda Cavabdeh4 tərəfindən digər Cavabdeh5 da etibarnamə verilmişdir. Sonuncu həmin etibarnamə əsasında avtomobili Cavabdeh3 satmışdır. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçıların miras əmlak olan avtomobildə miras paylarından məhrum olmuşlar.

9. Cavabdeh1 iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X12 müayinəsi və müalicəsi üçün xərclənmiş 21584,04 manat, onun məzarı və yas mərasimlərinin keçirilməsi üçün xərclənmiş 6300 manat, ümumilikdə 27884,04 manat məbləğində pulun, habelə 173,65 manat dövlət rüsumunun iddiaçılardan onların miras əmlakda olan paylarına mütənasib surətdə tutularaq ona ödənilməsi, X11 miras qalmış “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun 2/4 hissədə payının müəyyən edi lməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 X19 ilə xx.xx.2021-ci il tarixində nikaha daxil olmuş, əri xx.xx.2021-ci il tarixində vəfat edəndən sonra, o, ərinin birinci dərəcəli vərəsəsi kimi tanınmışdır və xx.xx.2022-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, o, miras əmlakdan 2/4 hissədə pay almışdır. İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 məhkəmədən miras əmlak “Nissan Sunny” minik markalı 90-XD833 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hər birisinin 1/4 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci növbəli vərəsə kimi onun da həmin miras əmlakın üzərində vərəsəlik payı mövcuddur. Bu səbəbdən də mərhum əri X11 miras qalmış “Nissan Sunny” minik markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun 2/4 hissədə payı müəyyən edilməlidir. Bundan başqa, ərinin müayinəsi və müalicəsi üçün ümumilikdə 21000 manat məbləğində pul xərcləmişdir. Pulların əksəriyyətini rəhmətlik əri borca götürmüşdür. Xərclənən pullar belə olmuşdur:

1. PET müayinəsi üçün - 1500 manat;

2. Molekulyar müayinə üçün - 1200 manat;

3. Kimyaterapaiya üçün (3 kürs) - 8700 manat;

4. Türkiyəyə aviabilet xərcləri - 1700 azn;

5. Türkiyənin “Emsey Hospital”da müayinə xərcləri - 1000 ABŞ dolları;

6. Türkiyədən dərmanlar sifarişi üçün - 680 ABŞ dolları;

7. Bakı şəhərində həkimlərə və tibbi bacılarınə çəkilən xərc - 2000 manat;

8. Dərmanlar üçün - 3628,04 manat. Dərmanların qiymətləri A zərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən təsdiq olunmuşdur və Tarif Şurasının rəsmi internet səhifəsində mövcuddur. Bundan başqa, rəhmətlik ərinin vəfatından sonra onun məzarının mərmər hasar və baş - sinə daşlarına (2400 manat), suvaq və usta (400 manat) xərclərinə, habelə yas mərasimlərinə (3500 manat) ümumilikdə 6300 (altı min üç yüz) manat, mərasimlərə xeyli midarda pul xərcləmişdir. Cavabdehlər (ilkin iddia üzrə iddiaçılar) mərhum X12 birinci dərəcəli vərəsələri olduqları üçün ataları Oktay Ağayevin müayinəsi və müalicəsi üçün xərclənən pullar onlar arasında da bölünməlidir.

11. Üçüncü şəxs iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, miras əmlakda paylarına mütənasib surətdə - İsmayılova (Ağayeva) Sona Oqtay qızı (1/4 hissə), İdd iaçı2 (1/4 hissə), Cavabdeh1 (2/4 hissə) ödəmə tarixinə ABŞ dollarının Azərbaycan manatına məzənnəsinə uyğun olaraq 3000 ABŞ dolları və 10 000 manat pulun, 135,3 manat dövlət rüsumunun iddiaçılardan və Cavabdeh1 tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, mülki iş üzrə cavabdehlər Cavabdeh4 bacısı, Cavabdeh1 - bacısı qızı, Cavabdeh5 isə oğludur. Həmin iş üzrə iddiaçılar İsmayılova (Ağayeva) Sona və İddiaçı2 Cavabdeh1 mərhum əri X12 birinci nikahdan olan qızlarıdır. Cavabdeh1 mərhum əri X19 onkoloji xəstəlikdən əziyyət çəkmiş və bahalı müalicələrdən sonra xx.xx.2021-ci il tarixində “bronxların və ya ağciyərın aşağı payının bədxassəli yenitörəməsi” xəstəliyindən vəfat etmişdir. X28 Azərbaycanda və Türkiyədə bah alı müalicələr almış, müalicəsi üçün külli miqdarda pullar xərcləmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında bacısı Cavabdeh4 ona zəng vuraraq Oktay Ağayevin ondan müalicəsi üçün borc pul istədiyini, lakin pulu olmadığı üçün köməklik edə bilmədiyini bildirmişdir. Bir neçə gündən sonra X28 ona da zəng vuraraq müalicəsi üçün ondan borca pul istəmişdir. X28 borcu sağalan kimi qaytaracağını və ya borcun əvəzinə mülkiyyətində olan “Nissan Sunny” minik avtomobilini onun oğluna bağışlayacağını bildirmişdir. Həmin ərəfədə onda 10000 manat və 3000 ABŞ doiian məbləğində pulu var idi və hələ lazım olmadığı üçün o, Oktaya borca pul verə biləcəyini söyləmişdir. Bir neçə gündən sonra X28 ilə görüşüb ona müalicəsi üçün borca 10000 manat və 3000 ABŞ dolları məbləğində pul vermişdir. Pulu Cavabdeh1 yanın da vermişdir. Verdiyi borc pul ilə X28 öz müaciləsini davam etdirmişdir. X26 müalicəsi üçün borc pul verməyi barədə mülki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, habelə bacısı X5 və digər şahidlər məlumatlı olmuşlar və məhkəmədə təsdiq edə bilərlər. X19 xx.xx.2021-ci il tarixində vəfat etdikdən sonra o, Oktayın arvadı - Cavabdeh1 mərhum əri Oktay Ağayevin borcunun qaytarmağını xahiş etmişdir. Lakin, Cavabdeh1 ərinin dəfni üçün külli miqdarda xərc çəkdiyini və hal-hazırda pulunun olmamasını bildirmişdir. O, vəziyyəti anlayaraq bir az möhlət verərək özünə pul lazım olduğu üçün qısa müddətdə mərhumun ona olan borcunun qaytarmasını xahiş etmişdir. Mərhumun 40 günü ərəfəsində o, təkrarən Cavabdeh1 mərhumun borcunun qaytarılmasını tələb etmişdir və X23 borcun əvəzinə “Nissan Sunny ” minik avtomobilini oğluna bağışlayacağına dair verdiyi vədi cavabdehə xatırlatmışdır. Cavabdeh1 mərhum ərinin verdiyi vədi yerinə yetirərək mərhumun mülkiyyətində olmuş “Nissan Sunny” minik avtomobilni borcla əvəzləşdirilməsinə razılıq vermiş və Cavabdeh1 mərhum ərinin ona olan borcunu qaytarmışdır. Qeydiyyatı rayonda olduğundan xx.xx.2022-ci il tarixində “Nissan Sunny” minik avtomobilnin “alqı-satqı müqaviləsi” bacısı Cavabdeh4 adına rəsmiləşdirilmiş və oğlu Cavabdeh5 avtomobilə dair baş etibarnamə vermişdir. Pula ehtiyacı olduğundan oğlu Cavabdeh5 həmin avtomobili xx.xx.2022-ci il tarixli “alqı-satqı müqaviləsi” ilə başqa şəxsə satmışdır. Hazırda həmin avtomobilin məhkəmə mübahisəsi olduğundan mərhum Oktay Ağavevin ona olan 10000 manat və 3000 ABŞ dolları məbləğində borc ona qaytarılma lıdır. “3 saylı ASAN xidmət” mərkəzi tərəfindən təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixində vəfat etmiş mərhum X12 arvadı Cavabdeh1, mərhumun qızları - İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 mərhumun vərəsələri kimi tanınmışlar. X23 vərəsələri miras qoyanın borcunun ödənilməsi üçün məsuliyyət daşıdıqları üçün borc məbləği vərəsələr arasında onların paylarına mütənasib şəkildə bölünməklə onlardan tutularaq ona ödənilməlidir.

13. Məhkəmə iclasında Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə cavabdeh ilk iddiaya və üçüncü şəxsin iddiasına etiraz edərək bildirmişdir ki, ərinin müalicəsinə onlar tərəfindən küll i miqdarda vəsait sərf edilmiş, pulları çatmadığından onlar onun xalası Tünzaləyə borc üçün müraciət etmişlər, sonuncu imkanı olmadığını, o biri xalası Mayadan borc istəmələrini onlara bildirmişdir. Xalası Maya anası Qızxanım Ərzimanovanın evində mərhum ərinə 10000 manat və 3000 ABŞ dolları borc vermişdir. Mərhum əri həmin borcu qaytaracağını, qaytara bilmədiyi halda əvəzinə özünə məxsus Nissan markalı avtomobili xalası Mayanın oğlu Heybətə bağışlayacağını vəd etmişdir. Lakin əri borcu qaytara bilməmiş və onun ölümündən sonra xalası ondan həmin borcu tələb etdikdə o, həmin borcu verməyə maddi imkanı olmadığından ərinə məxsus “Nissan” markalı avtomobili borcun əvəzi olaraq xalasına vermişdir. İlk iddiaçılar və üçüncü şəxs tərəfindən tələb olunan əmlaklardan ona 1 qəpik belə xərclənməmiş, ək sinə bu günə kimi ərinin borclarının içindədir. Göstərilənlərə əsasən ilk iddianın və üçüncü şəxsin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında Cavabdeh4 ilk iddiaya etiraz edərək Cavabdeh1 izahatında göstərilənləri təsdiq edərək bildirmişdir ki, bacısı qızı Cavabdeh1 mərhum həyat yoldaşı ona mülaciəsi üçün pul lazım olduğundan borc istəmiş, o imkanı olmadığından, bacısı Mayaya müraciət etmələrini bildirmişdir. Bacısı Maya mərhum O.Ağayevə 10000 manat və 3000 ABŞ dolları borc vermişdir. O.Ağayev borcu qaytara bilməmişdir. Onun ölümündən sonra Cavabdeh1 borcun əvəzi olaraq mərhuma məxsus avtomobili bacısı Mayanın tələbi ilə ona vermişdir. X9 Heybətin Bakı qeydiyyatı olmadığından avtomobilin alqı-satqı müqaviləsi onunla bağlanmış, daha sonra o Cavabdeh5 etibarnamə vermişdir. Odur ki, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında Cavabdeh5 Cavabdeh1 və Cavabdeh4 izahatlarında göstərdiklərini təsdiq edərək ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobildə əlavə təmir işləri gördükdən sonra pula ehtiyacı olduğundan avtomobili 11600 manata satmışdır. Odur ki, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında Cavabdeh6 ilk iddiaya etiraz edərək izahatında vicdanlı alıcı olduğunu, Cavabdeh3 başqa digər cavabdehləri tanımadığını, maşın barəsində internetdə verilmiş elan vasitəsi ilə məlumat aldığını, maşını əvvəlcə etibarnamə əsasında, daha sonra isə alqı-satqı müqaviləsi əsasında aldığını, avtomobili 13200 manata aldığını, avtomobilin öz adına qeydiyyatı zamanı hər hansı problem olmadığını göstərmişdir. Göstərilənlərə əsasən ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, mərhum X19 onun qardaşı olmuşdur. Qardaşının xərçəng xəstəliyinə tutulmasını biləndən sonra o qardaşına pula ehtiyacı olduğu halda ona müraciət etməsini bildirmişdir. Qardaşı ona arvadı Cavabdeh1 xalası X1 10000 manat və 3000 ABŞ dolları borc götürdüyünü bildirmişdir.

18. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, bacısı Maya onun evində qızı Fəridənin mərhum əri X13 müalicəsi üçün borc olaraq 10000 manat və 3000 ABŞ dolları vermişdir. X6 həmin borcu geri qaytara bilməmişdir. Onun ölümündən sonra 10000 manat borc qaytarılmış və 3000 ABŞ dolları borcları qalmışdır.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) 6 mart 2020-ci il tarixli, 2(004)-383/2023 nömrəli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) ilkin iddia qismən təmin edilərək, X12 adından etibarnamə əsasında Cavabdeh1 ilə Cavabdeh4 arasında “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh4 verilmiş xx.xx.2022-ci il tarixli VA157305 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, üçüncü şəxsin müstəqil iddiasının isə qismən təmin edilərək, İsmayılova (Ağayeva) Sona Oqtay qızından 750 ABŞ dolları, İddiaçı2 750 ABŞ dolları, Cavabdeh1 1500 ABŞ dolları (ödəmə tarixinə ABŞ dollarının Azərbaycan manatına məzənnəsinə uyğun olaraq) tutularaq X3 ödənilməsi, İsmayılova (Ağayeva) Sona Oqtay qızından 11,50 manat, İddiaçı2 11,50 manat, Cavabdeh1 23 manat dövlət rüsumu tutularaq X3 ödənilməsi qət edilmişdir.

20. Məhkəmənin ilkin iddiaya münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, tədqiq olunmuş sübutlarla – işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlarla müəyyən olunmuşdur ki, X12 ölümündən sonra Cavabdeh1 mərhum O.Ağayev tərəfindən ona verilmiş və onun ölümü ilə bağlı qüvvəsinə xitam verilmiş etibarnamə əsasında, yəni artıq O.Ağayevin adından həmin etibarnamə əsasında hər hansı bir hərəkət etməyə səlahiyyəti olmadığı halda avtomobili xalası Cavabdeh4 satmışdır. Cavabdeh4 da O.Ağayevin ölümünü və Cavabdeh1 avtomobili mərhumun adından özgəninkiləşdirə bilmədiyini bilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh4 verilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir.

21. Bununla yanaşı məhkəmə ilkin iddianın təmin edilməyən hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçılar tərəfindən həmin alıcının, yəni Cavabdeh3 vicdansız alıcı olmasını, yəni alqı-satqı müqaviləsi bağlananadək avtomobilin onu özgəninkiləşdirməyə hüququ olmayan şəxs tərəfindən ona satılma sını bilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, avtomobilə dair alqı-satqı müqaviləsi dövlət orqanı Baş X29 İdarəsində bağlanmış, Cavabdeh3 tərəfindən avtomobilin dəyəri ödənilmiş və ona alqısatqının nəticəsi olaraq avtomobilə dair qeydiyyat şəhadətnaməsi verilmişdir.

22. Bundan əlavə məhkəmə hesab etmişdir ki, Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən imtina edildiyindən və avtomobil Cavabdeh3 mülkiyyətindən digər alıcıların mülkiyyətinə keçdiyindən ilk iddiaçıların ataları X11 miras qalmış avtomobilə iddiaçıların hər birinin ¼ hissədə paylarının müəyyən edilməsi və avtomobilin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınmaqla onlara verilməsi hissəsində də iddia təmin edilə bilməz və rədd edilməlidir.

23. Məhkəmə üçüncü ş əxsin müstəqil iddiası ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında verilmiş izahatlar və şahid ifadələri ilə üçüncü şəxs X4 tərəfindən mərhum X13 10.000 manat və 3.000 ABŞ dolları məbləğində borc verildiyi, O.Ağayev tərəfindən həmin borcun qaytarılmaması, onun ölümündən sonra 10000 manat borcun əvəzi olaraq Cavabdeh1 tərəfindən mərhuma məxsus “Nissan” markalı avtomobilin verildiyi, həmin avtomobilin üçüncü şəxsin oğlu tərəfindən satılması, 3000 ABŞ dollarının geri qaytarılmaması təsdiq edilmişdir. Odur ki, məhkəmə üçüncü şəxsin iddiasını qismən əsaslı hesab etmişdir.

24. Məhkəmə qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı mərhum O.Ağayevin müayinə və müalicəsi üçün tibb müəssisələrinə borcu qalmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

25. Bundan əlavə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mərhum X12 məzarı və yas mərasimlərinin keçirilməsi üçün 6300 manat xərclənməsini təsdiq edən sübutlar məhkəmə təqdim edilmədiyindən iddia həmin hissədə də təmin edilə bilməz.

26. Bundan əlavə məhkəmə hesab edir ki, X11 miras qalmış “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil başqa şəxslərin (vicdanlı alıcıların) mülkiyyətinə keçdiyindən həmin avtomobil üzərində qarşılıqlı iddia üzrə iddiaçının 2/4 hissədə payının müəyyən edilməsinə dair iddiası təmin edilə bilməz və rədd edilməlidir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 157, 182.1, 182.2, 337.1, 365.1.7, 366.1, 366.2, 366.3, 366.4, 1306.1, 1134.1, 1151.1, 1157 və 1159.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Qətnamədən İddiaçı1, Cavabdeh1 və Məmmədquliyeva Maya apellyasiya şikayətləri vermişlər.

29. İddiaçı1 (Ağayeva) qətnamənin ilk iddianın təmin edilməyən hissəsində və üçüncü şəxsin idd iasının təmin edilməsi hissələrində ləğv edilməsi, ilk iddianın tam təmin olunması və üçüncü şəxsin iddiasının tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi “Nissan Sunny” minik markalı,**-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh4 verilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” etibarsız hesab edilməsi barədədir. Lakin Məhkəmə müqaviləni etibarsız hesab etsə də, Cavabdeh4 verilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” etibarsız hesab edilməsini deyil, ləğv edilməsi barədə qətnamə çıxarmışdır. Bu isə qətnamənin iddia tələbi həddində çıxarılmadığı deməkdir. H əmçinin həmin qeydiyyat şəhadətnaməsi avtomobil başqa şəxsə özgəninkiləşdirilən zaman ləğv olunmuşdur. Bundan başqa, Məhkəmə “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlsə də, onun hüquqi nəticələrini etibarsız hesab etməmişdir. Bununla da Mülki Məcəllənin 337.4-cü maddəsinin tələbini pozmuşdur. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 özünə yenidən etibarnamə verilmişdir. Bu da alqı-satqı müqaviləsinin formal xarakter daşıdığını göstərir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, vicdanlı alıcı hesab etdiyi şəxs avtomobili birbaşa mülkiyyətçidən deyil, etibarnamə üzrə nümayənd ədən almışdır. Vicdanlılıq yalnız mülkiyyətçidən alınan hala aiddir. Bu halda isə alıcı etibarnamənin qüvvədə olubolmadığını yoxlamalı idi. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, iddiaçılar atalarından miras qalmış avtomobili geri qaytarmaq istəyir. Həmin əmlak onlar üçün təkcə maddi dəyər deyil, həmçinin mənəvi dəyər daşıyır. Buna vərəsə kimi onların haqqı çatır. Alıcıların vicdanlı olub-olmamasından asılı olmayaraq, avtomobil iddiaçılara qaytarılmalıdır. Bundan başqa, məhkəmədən xüsusi qərar qəbul edilməsi xahiş edilsə də, nəzərə alınmamışdır. Qeyd edilənlərdən əlavə, üçüncü şəxs öz iddiasını sübuta yetirə bilməmişdir. Belə ki, yazılı borc müqaviləsi bağlanmayıb. Şifahi girov razılaşmasının da heç bir hüquqi qüvvəsi yoxdur. X24 bankda yeşikdə pul vəsaiti olmuş, yüksək əmək haqqı a lmış, evdə qızıllar olmuş, avtomobili və daşınmaz əmlakları olmuşdur. Bütün bunlara baxmayaraq, onun borc alması inandırıcı deyil. Digər tərəfdən 10.000 manat və 3.000 ABŞ dolları borcun Maya Məmmədquliyeva tərəfindən onun bacısı qızı olan Cavabdeh1 və bacısı olan cavabdehin anasının yanında verildiyi bildirilir. Həmin şəxslər Maya Məmmədquliyevanın qohumu olmaqla iddiaçılarla münasibətləri pisdir. Onların izahat və ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. X15 isə borcun verilməsində şəxsən iştirak etməmiş və görməmişdir, yalnız bu barədə eşitdiyini bildirir. Şahid yalnız hadisəni bilavasitə görən şəxs ola bilər. Ona görə də Aliyə İbrahimovanın şahid ifadəsi də məhkəmə tərəfindən nəzərə alına bilməz. İşdə pulun verilməsini təsdiq edən başqa sübut yoxdur. Beləliklə, məhkəmə sübuta yet məyən tələbi sübuta yetirilmiş hesab edərək təmin etməklə, qeyd edilən prosessual hüquq normalarının pozuntusuna yol vermiş və düzgün olmayan qətnamə çıxarmışdır.

31. Cavabdeh1 qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.

32. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X20 müalicəsi üçün xərclədiyi pullar onun tərəfindən dost-tanışlardan borca götürülmüşdür. Hazırda həmin borcları Cavabdeh1 qaytarmalıdır. Qarşılıqlı iddia üzrə cavabdehlər - mərhum ərinin qızları İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 mərhum ərindən qalan miras əmlakların vərəsələri kimi tanınmışlar, onun əmlakına mülkiyyət hüququ əldə etmişlər. Lakin miras qoyanın borcunun ödənilməsində iştirak etmirlər. Nəticədə, miras qoya n X14 miras əmlakı vərəsələri arasında bölünsə də, onun borcları bölünməmişdir. İşə baxan məhkəmə qarşılıqlı iddianı rədd etməklə, miras qoyanın əmlakını əldə edən vərəsələrini miras qoyanın miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəmək borcundan azad etmişdir. Bununla da, məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306-cı maddəsinin tələbini pozmuşdur. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinə mərhum ərinin müayinələri və müalicələri haqqında tibbi sənədlərin, reseptlərin və ödəniş qəbzlərinin surətlərini təqdim etmişdir. Həmin sənədlərlə ərinin müalicəsinə xərclədiyi əksər xərclər tam sübuta yetirilir. Lakin məhkəmə həmin sübutlara hüquqi qiymət verməmiş, əsassız və qanunsuz qət namə qəbul etmişdir.

33. Maya Məmmədquliyeva qətnamənin üçüncü şəxsin iddiasındakı 10.000 manat pul tələbinin təmin edilməməsinə aid hissədə ləğv edilməsini və həmin hissədə üçüncü şəxsin iddiasının təmin edilməsini xahiş etmişdir.

34. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi “Məhkəmə iclasında verilmiş izahatlar və şahid ifadələri ilə üçüncü şəxs X4 tərəfindən mərhum Ağayev Oktay Şeydulla oğluna 10000 manat və 3000 ABŞ dolları məbləğində borc verildiyi, O, Ağayev tərəfindən həmin borcun qaytarılmaması, onun ölümündən sonra 10000 manat borcun əvəzi olaraq cavabdehAğayeva Fəridə Ərziman qızı tərəfindən mərhuma məxsus “Nissan” markalı avtomobilin verildiyi, həmin avtomobilin üçüncü şəxsin oğlu tərəfindən satılması, 3000 ABŞ dollarının geri qay tarılmaması təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiası qismən əsaslıdır və qismən təmin olunaraq miras əmlakda paylarına mütənasib olaraq - İsmayılova (aveyağA) Sona Oqtay qızı(1/4 hissə), İddiaçı2(1/4 hissə), Ağayeva Fəridə Ərziman qızı(2/4 hissə) ödəmə tarixinə ABŞ dollarınınAzərbaycan manatına məzənnəsinə uyğun olaraq 3000 ABŞ dolları tutularaq X3 ödənilməlidir. Üçüncü şəxsin iddiası qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq İsmayılova (aveyağA) Sona Oqtay qızından 11,50 manat, İddiaçı2 11,50 manat, Ağayeva Fəridə Ərziman qızından 23 manat dövlət rüsumu tutularaq üçüncü şəxsə ödənilməlidir” nəticəsinə gəldiyindən, məhkəmə zamanı onun X26 10000 (on min) manat və 3000 (üç min) ABŞ dolları verməyim tam sübuta yetirilmişdir. Be lə olan halda, X23 vərəsələri - İsmayılova (aveyağA) Sona Oqtay qızı, İddiaçı2 və Ağayeva Fəridə Ərziman qızı miras əmlakda olan paylarına mütənasib olaraq ona qaytarmalıdırlar. Lakin, işə baxan məhkəmə 3000 (üç min) ABŞ dollarının qaytarılması hissəsində iddianı təmin etmiş, 10000 (on min) manat hissədə təmin etməmişdir. Ağayeva Fəridə Ərziman qızı ilə Cəlilova Tünzalə Seyidməhəmməd qızı arasında “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cəlilova Tünzalə Seyidməhəmməd qızına verilmiş xx.xx.2022-ci il tarixli VA157305 saylı“nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin ləğv edilməsi digər alqı satqı müqavilələrinin etibarsız h esab edilməsinə və qeydiyyat şəhadətnamələrinin ləğv edilməsinə səbəb olacaqdır. Belə olan təqdirdə avtomobilin satılmasından əldə edilmiş 10000 manat pul vəsaiti qətnamədə qeyd olunan “vicdanlı alıcılar”a qaytarılmalıdır. Nəticədə, onun X26 müalicəsi üçün verdiyim 10000 (on min) manat məbləğində borc məbləği mənə qaytarılmamış olur.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4006/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşan Kazımov) Cavabdeh1 və Maya Məmmədquliyeva tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə birinc instansiya məhkəmə sinin qətnaməsi üçüncü şəxs X2 cavabdeh İsmayılova (Ağayeva) Sona Oqtay qızına qarşı iddiasının təmin edilməsinə aid olan hissədə, yəni İsmayılova (Ağayeva) Sona Oqtay qızından X2 xeyrinə 750 ABŞ dolları tutulması hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd olunmuşdur. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

36. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, avtomobilə dair xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Həmin müqavilələr üzrə alıcılar avtomobilin qiymətini ödəməklə onu satıcılardan əldə ediblər. Bu müqavilələrin bağlanmasından əvvəl satıcıların avtomobil ü zərinə mülkiyyət hüququ rəsmi reyestrdə qeydə alındığına görə, müqavilələr Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”nın tələblərinə uyğundur. Avtomobil daşınar əşyadır, odur ki, Mülki Məcəllənin 182-ci maddəsinin mənasına görə, xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli alqı-satqı müqavilələri üzrə avtomobili əldə edən alıcılar vicdanlı əldə edən hesab olunurlar. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin (etibarsız sayılmış müqavilənin) bağlanması nəticəsində avtomobilə hüquqları pozulan şəxslər pozulmuş hüququn bərpası üçün ümumi qaydada zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürə bilərlər.

37. Məhkəmə tərkibi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəmə düzgün olaraq bu tələbi rədd edib. Belə ki, Cavabdeh1 və Oktay Ağayev ərarvad olublar. Ərin müayinəsinə, müalicəsinə, dəfninə və məzarının hazırlanmasına görə arvadın xərc çəkməsi mənəvi-əxlaqi borcun icrası sayılır. Mənəvi-əxlaqi borcunu icra edən arvadın ərin 1-ci nikahdan olan övladlarına qarşı həmin xərclə bağlı tələb hüququ yaranmır. Tələb hüququnun yaranması üçün öhdəlik əmələ gəlməlidir. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliyin əmələ gəlmə əsaslarını müəyyən edib. Həmin əsaslar hazırkı işdə mövcud deyil. Həmçinin birinci instansiya məhkəməsi qarşılıqlı iddianı avtomobilin 2/4 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi hissəsində də rədd etməkdə haqlı olmuşdur. Belə ki, Oktay Ağayevin ölümündən sonra avtomobil özgəninkiləşdirilib. Bunu Cavabdeh1 özü təşkil edib. O, dövlət orqanına (BDYPİ-nin Qeydiyyat-İmtahan İdərəsinə) mülkiyyətçi Oktay Ağayevin ölməsi barədə məlumat verməyib, ölmüş şəxsin sağlığında verdiyi etibarnamədən istifadə edib və onun nümayəndəsi kimi xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsini bağlayaraq avtomobili özgəninkiləşdirib. Daha sonra digər alqı-satqı müqavilələri bağlanıb, avtomobil yenidən 2 dəfə özgəninkiləşdirilib. 1-ci müqavilə etibarsız hesab olunsa da, 2-ci və 3-cü müqavilələr etibarsız hesab olunmayıb. Həmin müqavilələrin nəticəsi olaraq avtomobil başqa şəxsin mülkiyyətində olduğuna görə, mirasın tərkibinə daxil deyil. Odur ki, Mülki Məcəllənin 1151-ci maddəsinin tələbi baxımından avtomobildə Cavabdeh1 miras payı müəyyən edilə bilməz.

38. Məhkəmə tərkibi üçüncü şəxsin müstəqil iddiası ilə bağlı h issədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində dindirilmiş 2 şahidin – Aliyə İbrahimovanın (Oktay Ağayevin bacısı) və Qızxanım Əzimovanın (Maya Məmməduliyevanın bacısı, Cavabdeh1 isə anası) ifadələrinin məzmunu 3.000 ABŞ dolları və 10.000 manat pulun verildiyinin, habelə bu pulun məhz borc verildiyinin müəyyən edilməsi üçün mötəbər sübut sayılmır. 1-ci şahid Aliyə İbrahimovanın ifadəsindən görünür ki, o, pulun verilməsinin şahidi olmayıb, qardaşı Oktay Ağayev sağlığında ona bildirib ki, Maya Məmməduliyevadan 3.000 ABŞ dolları və 10.000 manat borc alıb. 2-ci şahid Qızxanım Əzimovanın ifadəsindən görünür ki, o, pulun borc verilməsinin şahidi olub. Lakin şahid işdə iştirak edən Maya Məmməduliyeva və Cavabdeh1 ilə yaxı n qohumluq münasibətində olduğuna görə işin nəticəsində maraqlıdır. Odur ki, yalnız onun ifadəsinə əsasən 3.000 ABŞ dolları və 10.000 manat pulun borc verildiyi müəyyən oluna bilməz. Beləliklə, məhkəmə Mülki Məcəlləsinin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Maya Məmməduliyeva ilə Oktay Ağayevin arasında borc münasibəti yarandığı müəyyən olunmur. Ona görə də qətnamə üçüncü şəxsin müstəqil iddiasının rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamənin üçüncü şəxsin müstəqil iddianın təmin edilməsinə aid hissəsini isə yalnız İddiaçı1 (Ağayeva) mübahisələndirib. O, qətnamənin özünə aid olan hissəsini mübahisələndirə bilər. Qətnamənin İddiaçı1 (Ağayevaya) aid olan hissəsi həmin şəxsdən 750 ABŞ dollarının tutulması barədə hissəsidir. Həmin hissədə qətnamə ləğv edilməli və İddiaçı1 (Ağayevadan) 750 ABŞ dolları tutulması barədə tələb rədd olunmalıdır.

39. Məhkəmə gəldiyi nəticəni MM-in 386 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasındakı münasibətn xarakteri və mövcud halları nəzərə almayıb. Birinci instansiya məhkəməsinə mərhum ərinin müayinələri və müalicələri haqqında tibbi sənədlərin, reseptlərin və ödəniş qəbzlərinin surətlərini təqdim etmişdir. Həmin sənədlərlə ərinin müalicəsinə xərclədiyi əksər xərclər tam sübuta yetirilir. Lakin məhkəmə həmin sübutlara hüquqi qiymət verməmiş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Kassator hesab edir ki, insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ pozulub. Konvensiyanın 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırsınlar. Hesab edir ki, məhkəməyə kassatorun müvafiq sübutlar təqdim etməsinə baxmayaraq, həmin sübutlara lazımı əhəmiyyət verməyib və bu hissədə qərarı əsaslandırılmayıb.

42. X4 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, müstəqil iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, onun X26 10.000 manat və 3000 ABŞ dolları verməsi məhkəmə istintaqı zamanı Cavabdeh1 və şahidlər Aliyə İbrahimovanın və Qızxanım Əzimovanın ifadələri ilə tam sübuta yetirilmişdir. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi AR MPM-nin 217.2-ci maddəsinin tələblərini pozaraq hansı səbəbdən sübutların mötəbər saymamasını əsaslandırmamışdır. Həmçinin birinci şahid Aliyə İbrahimovanın ifadəsindən görünür ki, o, pulun verilməsinin şahidi olmayıb, qardaşı Oktay Ağayev sağlığında ona bildirib ki, Maya Məmməduliyevadan 3.000 ABŞ dolları və 10.000 manat borc alıb. İş üzrə şahid qismində ifadə vermiş Aliyə İbrahimova iddiaçıların yaxın qohumu – doğma bibisidir. Kassatorun onunla hər hansı qohumluq əlaqəsi yoxdur. X24 bacısı kimi şahid Aliyə İbrahimova qardaşının müalicəsi və müayinəsi zamanı onunla birgə olmuş, bütün xəstəxanalara o aparmışdır. Mərhumun müalicəsinə verdiyi borc haqqında məlumatlı olmuşdur. Beləliklə, şahid Aliyə İbrahimova işin hallarından ən çox məlumatlı şəxsdir. İkinci şahid Qızxanım Əzimovanın ifadəsindən görünür ki, o, pulun borc verilməsinin şahidi olub. Lakin şahid işdə iştirak edən Maya Məmməduliyeva və Cavabdeh1 ilə yaxın qohumluq münasibətində olduğuna görə işin nəticəsində maraqlıdır. Qeyd olunmalıdır ki, şahid X25 Məmmədquliyevanın bacısı olsa da, hazırk ı mübahisənin predmeti olan borc məsələsinə görə onunla münasibətləri korlanmışdır. Hazırda iddia tələbi onun qızı Cavabdeh1 pul tələbidir. Belə olan halda, şahidin qızına qarşı olan iddiadan onun marağı olması məntiqə ziddir. Beləliklə, müəyyən olunur ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələr əsassız olduğundan, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 45. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 46. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. 47. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

50. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olanşəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

51. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

52. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asıl ı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Apellyasiya instansiyası məhkəməsinin aktı ilk iddia tələbinin təmin edilməsi, cavabdehin qarşılıqlı iddiasının və 3-cü şəxsin iddiasının rədd edilməsi hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndiril ən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşaraq qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

62. Məhkəmə kollegiyası qeyd oluna nları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4006/2023 nömrəli, 28 iyul 2023-cu il tarixli qətnaməsi ilk iddia tələbinin təmin edilməsi, cavabdehin qarşılıqlı iddiasının və 3-cü şəxsin iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar