Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1850/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Amid Əbülfəz oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)10411/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh9 və vəkili Musayev Zaur Xəlil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında b axaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə (hаkim C.Ə.Tağıyev) ilkin iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçı «xxxx» FFFnin xeyrinə 52704,53 ABŞ dolları əsas, 3960,69 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə, cəmi 57665,22 ABŞ dolları borc ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, 30 (otuz) manat məbləğində dövlət rüsumu vəsaiti, həmçinin 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş pulun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh7 məxsus ünvan 1 ünvanında yerləşən 145,6 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli, 6 otaqlı yaşayış evinə yönəldilməsi, ipoteka predmeti ola n həmin yaşayış evinin ilkin satış qiymətinin 115.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına həmin borcun ödənilməsi, kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh7 qaytarılması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 145,6 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli 6 otaqlı yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən gec 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh7 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh10, Cavabdeh11, Cavabdeh8 həmin fərdi yaşayış evini tərk etmələri, qalan hissədə iddia tələbinin təmin edilməməsi, eləcə də qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10411/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov, İ.S.Şirinov) cavabdehlər Cavabdeh9 və Cavabdeh7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh9 və Cavabdeh7 apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması və Cavabdeh7 300 (üç yüz) manatın alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********, Hesab № AZN: AZ15GUNA******************** Bank: Günay BANK, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GÜNAAZ22 hesabına köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» FFF Cavabdeh9, Cavabdeh7, Cavabdeh1 və qeyrilə rinə qarşı kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh9 iddiaçı «xxxx» FFFnin xeyrinə 04 oktyabr 2013-cü il tarixli, 117802-1-9142/1 saylı kredit müqaviləsi üzrə 52.704 (əlli iki min yeddi yüz dörd) ABŞ dolları 53 (əlli üç) sent əsas, 3960 (üç min doqquz yüz altmış) ABŞ dolları 69 (altmış doqquz) sent faiz, 5.690 (beş min altı yüz doxsan) ABŞ dolları cərimə, cəmi 62.355 (altmış iki min üç yüz əlli beş) ABŞ dolları 22 (iyirmi iki) sent kredit borcunun, həmçinin 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı «xxx x» FFFnin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh7 məxsus olan B000 evin ümumi sahəsi 145,6 kv.m. olan iki mərtəbəli altı otaqlı yaşayış evinin ilkin satış qiymətinin 115000 manat məbləğində müəyyən edilməklə həmin mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh7 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh10, Cavabdeh11, Cavabdeh8 B000 fərdi yaşayış evini ən gec bir ay ərzində tərk etməsinə, tərk etmədikdə həmin şəxslərin mənzildən məcburi qaydada çəxarılmalarına və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» FFF iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 04 oktyabr 2013-cü il tarixli, 117802-1-9142/1 saylı kredit müqaviləsi üzrə 52.704 (əlli iki min yeddi yüz dörd) ABŞ dolları 53 (əlli üç) sent əsas, 3.960 (üç min doqquz yüz altmış) ABŞ dolları 69 (altmış doqquz) sent faiz, 5.690 (beş min altı yüz doxsan) ABŞ dolları cərimə, cəmi 62355 (altmış iki min üç yüz əlli beş) ABŞ dolları 22 (iyirmi iki) sent kredit borcunun, həmçinin 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı «xxxx» FFFnin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh7 məxsus olan B000 evin ümumi sahəsi 145,6 kv.m. olan iki mərtəbəli a ltı otaqlı yaşayış evinin ilkin satış qiymətinin 75.000 manat məbləğində müəyyən edilməklə həmin mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh7 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh10, Cavabdeh11, Cavabdeh8 B000 fərdi yaşayış evini ən gec bir ay ərzində tərk etməsinə, tərk etmədikdə həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılımışdır ki, iddiaçı «xxxx» FFF tərəfindən Cavabdeh9 04 oktyabr 2013-cü il tarixli, 117802- 1-9142 saylı baş kredit razılaşması müqaviləsinə əsasən 04 oktyabr 2013-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək ******* (iki milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. «xxxx» FFF ilə Cavabdeh9 arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli, 117802-1-9142/1 saylı kommersiya krediti müqaviləsinə əsasən iddiaçı «xxxx» FFF tərəfindən Cavabdeh9 36 ay müddətinə illik 14,5 faiz ödəmək şərti ilə birinci tranş üzrə 144000 (bir yüz qırx dörd min) ABŞ dolları, ikinci tranş üzrə 256000 (iki yüz əlli altı min) ABŞ dolları olmaqla cəmi 400000 (dörd yüz min) ABŞ dolları məbləğində kredit vəsaiti verməyi öhdəsinə götürmüşdür. «xxxx» FFF ilə Cavabdeh9 arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli, 117802-1-9142/1 saylı kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsas ən Cavabdeh9 25 iyun 2015-ci il tarixinə mövcud olan 66.523 (altmış altı min beş yüz iyirmi üç) ABŞ dolları məbləğində borcu illik 16,5 faiz ödəmək şərti ilə 16 ay müddətinə uzadılmışdır. «xxxx» FFF ilə Cavabdeh9 arasında bağlanmış 04 oktyabr 2013cü il tarixli, 117802-1-9142/1 saylı kommersiya krediti müqaviləsinə və ona əlavə edilmiş tərkib hissəsi olan 25 iyun 2015-ci il tarixli, 01 saylı razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı razılaşmaya əsasən Cavabdeh9 09 iyun 2016-cı il tarixinə mövcud olan 55.327 (əlli beş min üç yüz iyirmi yeddi) ABŞ dolları məbləğində borcu illik 14 faiz ödəmək şərti ilə 60 ay müddətinə uzadılmışdır. «xxxx» FFF ilə Cavabdeh7 arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli, №117939-NEDVİJ-1787 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh7 ünvan 1 ünvanında yerləşən 145,6 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evini iddiaçı «xxxx» FFF qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda Baş Kredit Razılaşması üzrə Cavabdeh9 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 07.10.2013-cü il tarixli, 204001 saylı zaminlik müqaviləsi əsasında, Cavabdeh2 07.10.2013-cü il tarixli, 204006 saylı zaminlik müqaviləsi əsasında, Cavabdeh3 24.12.2013-cü il tarixli, 211679 saylı zaminlik müqaviləsi əsasında, Cavabdeh4 24.12.2013-cü il tarixli, 211682 saylı zaminlik müqaviləsi əsasında, Cavabdeh5 28.12.2013-cü il tarixli, 211681 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh9 bank qarşısında öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Kredit mü qaviləsinin şərtlərinə görə Cavabdeh9 kredit üzrə hesablanmış əsas borc məbləğini, faizləri, tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, öhdəliklərin icra edilməsindən yayınmışdır. Hazırda Cavabdeh9 04 oktyabr 2013-cü il tarixli, 117802-1-9142/1 saylı kredit müqaviləsi üzrə banka 09 noyabr 2016-cı il tarixə 52.704 (əlli iki min yeddi yüz dörd) ABŞ dolları 53 (əlli üç) sent əsas, 3.960 (üç min doqquz yüz altmış) ABŞ dolları 69 (altmış doqquz) sent faiz, 5.690 (beş min altı yüz doxsan) ABŞ dolları cərimə, cəmi 62.355 (altmış iki min üç yüz əlli beş) ABŞ dolları 22 (iyirmi iki) sent kredit borcu yaranmışdır. İddiaçı Cavabdeh9 25.10.2017-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək qarşılıqlı iddianın təmin edilməsi, “xxxx” XXX ilə aralarında bağlanmış 04.10.2013-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi-nin” və № 117802-1-9142/1 saylı “Baş Kredit Razılaşmasının” faiz şərtlərində dəyişiklik edilməsi, dəyişikliyə əsasən həmin müqavilələrdə onun tərəfindən ödəniləcək aylıq faiz məbləği 01 ABŞ dollarının “Kommersiya Krediti Müqaviləsinin” bağlanıldığı 04.10.2013-cü il tarixə olan 0,78 AZN məzənnəsi ilə (manatla) ödənilməsinin qeyd edilməsi, cavabdeh “xxxx” (Azərbaycan) ASC tərəfindən ona qarşı tətbiq edilən cərimələrin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının i ş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə Cavabdeh9 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə Cavabdeh9 və vəkili Musayev Zaur Xəlil oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçı tərəfindən sübuta yetirilmiş halları nəzərə almamış, ipoteka predmetinin bazar qiymətindən də aşağı bir qiymətlə hərraca çıxarılmasını qət etmiş, işin faktiki hallarını tam, obyektiv və hər tərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Amid Əbülfəz oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında işdə iştirak edən digər şəxslər üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkə mənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Amid Əbülfəz oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə Cavabdeh9 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 iyul 2018-ci il tarixli, 0581/18/VTBB saylı qiymətləndirmə hesabatı ilə 000 küçəsində istifadədə olan, 0,00939 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 145,6 kv.m. ümumi, 112,3 kv.m. yaşayış, 33,3 kv.m. yardımçı sahədən ibarət 46A saylı fərdi yaşayış ev inin hazırda bazar qiyməti 75.000 (yetmiş beş min) manatdır. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 sentyabr 2018ci il tarixli, ƏEM/S 39-839/18 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən B000 fərdi yaşayış evinin 17 sentyabr 2018-ci il tarixinə bazar dəyəri 130.000 (bir yüz otuz min) manatdır. İşdə olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 09 yanvar 2019-cu il tarixli, №2 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən B000 fərdi yaşayış evinin 03 yanvar 2019-cu il tarixinə bazar dəyəri 80.300 (səksən min üç yüz) manat təşkil edir İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 03 oktyabr 2019-cu il tarixli, UNİ/S 12-068 saylı daşınmaz əmlakın qiymətlənd irilməsi barədə mütəxəssis rəyinə əsasən 000 küçəsində istifadədə olan, 0,00939 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 145,6 kv.m. ümumi, 112,3 kv.m. yaşayış, 33,3 kv.m. yardımçı sahədən ibarət 46A saylı fərdi yaşayış evinin 03 oktyabr 2019-cu il tarixinə bazar dəyəri 78.000 (yetmiş səkkiz min) manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə cavabdehlərin apelyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdikləri hissədə ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması üçün əsas ola bilməz. İş materiallarından görünür ki, Cavabdeh9 iddiaçıya qarşı qarşılıqlı iddia ilə müraciət edərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 04.10.2013-cü il tarixli kommersiya krediti müqavilə sinin və 117802-1-9142/1 saylı Baş kredit razılaşmasının faiz şərtlərində dəyişiklik edilməsi, dəyişikliyə əsasən həmin müqavilələrdə onun tərəfindən ödəniləcək aylıq faiz məbləği 1 ABŞ dollarının kommersiya kredit müqaviləsinin bağlandığı 04.10.2013-cü il tarixə olan 0,78 AZN məzənnəsi ilə(manatla) öənilməsinin qeyd edilməsi və ona tətbiq edilən cərimələrin ləğv edilməsini xahiş etsə də, bu tələb təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qarşlıqlı iddia ərizəsinə ümumiyyətlə hüquqi qiymət vermədiyi, araşdırılmadığı və heç bir hüquqi əsas gətirmədən təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri açıq-aşkar əsaslı deyil. Belə ki, qarşılıqlı iddianın məzmunundan da görünür ki, həmin iddia ilkin iddianın əsaslı olub-olmamasından asılı olmuşdur. İlkin iddia əsaslı olduğu üçün qismən təmin olunmuş, cərimə isə həm də qarşılıqlı iddiaya uyğun olaraq ləğv edilməsə də, əhəmiyyətli dərəcədə azaldılmışdır. Cavabdehlər apelyasiya şikayətində cəriməni xüsusi olaraq mübahisələndirməmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddianın digər hissəsi 01 ABŞ dollarının kommersiya kredit müqaviləsinin bağlandığı 04.10.2013-cü il tarixə olan 0,78 AZN məzənnəsi ilə(manatla) öənilməsi isə əsaslı olsaydı ilkin iddia onsuzda bu cür təmin oluna bilərdi. Lakin ilkin iddia buna uyğun təmin olunmadığı üçün qarşılıqlı iddianın bu hissəsinin də əsaslılığı aradan qalxmış olur. İş materiallarından görünür ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavi lədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil edir, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də qaytarmaq hüququ vardır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddianın əsaslı olması iş materialları ilə təsdiq olunmadığından, qarşılıqlı iddianın qanuni əsası da mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinə qoyulmuş qiymətin hazırkı bazar dəyərini əks etdirməməsi barədə şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, ipoteka predmetinin bazar dəyərini “xxxx” MMC 17 iyul 2018-ci il tarixə 75.000 (yet miş beş min) manat, “xxxx” MMC 17 sentyabr 2018-ci il tarixə 130.000 (bir yüz otuz min) manat, “xxxx” MMC 03 yanvar 2019-cu il tarixə 80.300 (səksən min üç yüz) manat, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 03 oktyabr 2019-cu il tarixə 78.000 (yetmiş səkkiz min) manat qiymətləndirmişdir. Göründüyü kimi, qiymətləndiricilərdən üçünün verdiyi qiymət bir-birinə uyğun, dördüncüsü isə fərqli olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən bu qiymətləri deyil, ipoteka müqaviləsi bağlanan zaman müəyyən edilmiş qiyməti, yəni 115000 (yüz on beş min) manatı əsas götürmüşdür. Baxmayaraq ki, iddiaçının bunu mübahisələndirməsi daha ağlabatan olardı, lakin mübahisələndirməmiş, əksinə cavabdeh apelyasiya şikayətində bunu mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi bunu nəzərə alaraq ipoteka predmetinin yenidən qiymətləndirilməsini təşkil etmiş və bu dəfə mənzilin ilkin satış qiymətinin 78.000 (yetmiş səkkiz min) manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən hazırkı bazar dəyəri deyil, ipoteka müqaviləsi bağlanarkən mövcud olan dəyərinin əsas götürülməsi ipoteka qoyanın mənafeyinə uyğun olmuşdur. Çünki, işə məhkəmələrdə baxılarkən ipoteka predmetinin dəyəri barədə üç qiymətləndiricinin müəyyən etdiyi qiymət onun dəyərinin daha aşağı olduğunu təsdiq edir. “xxxx” MMC-nin rəyi isə digər üç qiymətləndiricinin qoyduğu qiymətlərlə ziddiyyət təşkil etdiyi üçün qəbul edilə bilməz. Çünki, ipoteka predmeti barədə üç qiymətləndirici şirkətin verdiyi rəy reallığı ək s etdirir. Bununla yanaşı, ipoteka predmetinin real bazar dəyəri həm də onun ilkin satış qiyməti olmadığından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh9 və Cavabdeh7 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktla r nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə Cavabdeh9 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10411/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1850/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1850/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver