Məhkəmə qərarları › İş №2(102)-1854/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1854/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1854/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2, Cavabdeh və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-7/2019, hakim F.E.Hətəmzadə) İddiaçı ASC-ni n Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14290/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxx 2014-cü il tarixdə İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2007-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 2 ay müddətinə, illik 30%-lə 1315 ABŞ do lları kredit verildiyini, lakin onun müqavilənin şərtlərini pozaraq öhdəliyini lazımi qaydada icra etmədiyini irəli sürmüş, buna görə də müqaviləyə xitam verilməklə cavabdehdən 1315 ABŞ dolları əsas, 3698 ABŞ dolları faiz, 1559 ABŞ dolları cərimə borcunun, yəni cəmi 6572 ABŞ dolları borcun və 65 manat dövlət rüsumlarının əvəzinin tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edi lməsini, cavabdeh və` vəkili kassasiya şikayətini əsassız edərək təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx xxxx 2007-ci il tarixli müqaviləyə görə, həmin müqavilə iddiaçı ilə cavabdeh arasında, cavabdehə 2 ay müddətində 1315 ABŞ dolları kreditin verilməsi, cavabdehin isə həmin kredit məbləğindən istifadəyə görə banka illik 30% həcmində faiz ödəməsi barədə bağlanmışdır. İddiaçı bank məhz həmin müqaviləyə istinad edərək hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə kredit müqaviləsini mübahisələndirərək belə bir müqavilə bağlamadığını, bankdan hər hansı məbləğdə pul götürmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mü lki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə et ibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Birinci instansiyası məhkəməsi, xx xxxx 2007-ci il tarixli kredit müqaviləsinin “borcalan” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunmadığının məhkəməxətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edildiyinə əsaslanmaqla hesab etmişdir ki, bankla cavabdeh arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamış, həmçinin digər əsaslarla da cavabdehin iddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcada n heç bir qüvvəsi yoxdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin eksert rəyi ilə razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir. Başqa sözlə, kredit müqaviləsinə imza etməmiş, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, həmin müqavilə əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilmişdir. Apellyasiya məhkəməsi iddiaçının yeganə sübutunun xx.xx.2007-ci il tarixli kredit müqaviləsi olduğunu, həmin müqavilədəki imzanın is ə cavabdehə məxsus olmadığının müəyyən edildiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar