Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1855/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi xnun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x Cavabdeh qarşı iddia qaldıraraq (sonradan tələbi dəqiqləşdirməklə), 30 687,10 manat əsas, 11914,62 manat faiz, 40233,15 manat cərimə borcu, habelə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3961,8 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 86.796,67 manat məbləğində borcun, iddia ərizəsi üçün ödənilmiş, 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “X3” markalı, 90-ST390 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, açıq hərracda satılması, bankın kredit tələbi satılmış əmlak hesbaına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Qasımov) xx.xx.2019-cu il tarixli, x9 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 30687,1 manat əsas, 10783,06 manat faiz, 3000 manat dəbbə pulu, 3068 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumulikdə 47.538,16 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ləğvedicisi xna ödənilməsi, tutmanın Cavabdeh məxsus “X3” minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilməsi, avtomobilin satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun qalan hissəsi ümumi qaydada Cavabdeh tutulması, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 16 manat məbləğində pul vəsaitin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ləğvedicisi xna ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 295 manat məbləğində pul vəsaitinin 155 manat məbləğində hissəsinin Cavabdeh, 140 manat məbləğində hissəsinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ləğvedicisi xnan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sərlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi xnun apelyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh apelyasiya şikayətinin rədd edilməsi, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi xnun xeyrinə tutulmalı gecikdirilmiş faiz borcunun 3961,8 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qə t edilmişdir. İddiaçı və cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi və dəlilləri: İddiaçı həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmayan hissədə tam təmin edilməsi və ekspertiza xərclərinin cavabdehdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bank tərəfindən tərtib olunmuş maliyyə arayışı hesabdan çıxarış məlumatlarını tam əks etdirdiyindən borclunun ödədiyi məbləğlərin hansı şəkildə silindiyini tam göstərdiyindən müqavilə müddətinin sonuna olan faiz borcunu əsaslı olaraq 11.914.62 manat müəyyən edilmişdir. Mübahisələndirilən qətnamədən görünür ki, məhkəmə faiz borcunu azaldarkən yalnızca məbləği azaldmaqla kif ayətlənmiş qətnaməni əsaslandırmamışdır. Ekspertizanın təyin olunmasını cavabdeh xahiş etmişdir, buna görə də, ekspert xərcləri cavabdehdən tutulmalıdır. Cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi qətnaməsində ölkədə devalivasiyanın baş verməsinin və cavabdehin hazırki vəziyyətdə maddi vəziyyətinin aşağı olması halının onun kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmədiyi göstərilir. Apelyasiya instansiya məhkəməsi kredit müqaviləsi ürə borcunu vaxtı-vaxtında ödədiyini, apelyasiya şikayətində göstərilən səbələrlərdən ödənişi həyata keçirə bilməməyin i, bununla bərabər qalıq borcu üçün hazırkı vəziyyətinə uyğun yeni ödəniş qrafiki tərtib edilməsini iddiaçıya təklif etdiyini nəzərə almamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili bankın kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual M əcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Bank tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixli BT-SAB-1/04/2014 saylı kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, illik 19% olmaqla, 40.000 manat məbləğində kredit pul vəsaiti verilmişdir. Cavabdehə verilmiş kredirin ödənilməsinin təminatı olaraq, ona məxsus “X3” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirli yi Məhkəmə Ekpertizası Mərkəzinin 12678 saylı xx xxxxxx 2018-ci il tarixli və 3062 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəylərinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) olan əsas borcu əsas borcu 30.687,10 manat, faiz borcu 10.783,06 manat müəyyən edilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müq avilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirmişdir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülü r və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreitor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apelyasiya məhkəməsi nəzərə almışdır ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği məhkəməyə təqdim edilmiş ekspert rəyləri əsasında müəyyən edilmişdir. Həmin rəylərin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, əsas və faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlinmişdir. İddia tələbinin əldən ç ıxmış faydanın tutulması hissəsində apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21 -ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcu nu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışında cavabdehin gecikdiri lmiş vaxt üçün hesablanmış borcu 3961,80 manat təşkil edir. Birinci instansiya məhkəməsi əldən çıxmış faydaya görə 3068 manat məbləğində pul vəsaiti tutmaqla səhv nəticəyə gəlmişdir. Belə ki, həmin məbləğin hansı qaydada hesablanması qətnamədə müəyyən edilməmişdir. Cavabdehin banka qeyd olunan borcunun düzgün hesablanmaması və ya maliyyə arayışının həmin hissədə mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddianın cərimə borcu ilə apelyasiya məhkəməsi qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, cavabdehin banka olan cərimə borcunun 3000 manat məbləğində hesablanmasını ağlabatan və ədalətli hesab edir. Bakı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, iddiaçının dəlilləri onun formal mülahizələrinə əsaslanarır və həqiqəti əks etdirmir. Belə ki, məhkəməyə təqdim edilmiş ekspert rəylərində cavabdehin iddiaçıya olan əsas və faiz borcu müəyyən edilmiş və iddiaçı həmin rəyi təkzib edən hər-hansı sübut təqdim etməmişdir. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, ölkədə devalvasiyanın baş verməsi və cavabdehin hazırki vəziyyətdə maddi vəziyyətinin aşağı olması halı onun kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etməmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1855/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1855/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver