Məhkəmə qərarları › İş №2(102)-1857/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1857/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1857/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-919/2018 saylı, 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 Heydər oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8.902,81 ABŞ dolları məbləğində əsas borc, 1432,69 ABŞ dolları faiz borcu, cəmi 10 335,5 (on min üç yüz otuz beş dollar 50 sent) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) və 30 manat dövlət rüsumu tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) “xxxx” MMC-yə ödənilməsi, iddia tələbi faiz borcunun qalan hissəsinə münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-7507/2019 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim:S.HAcıyev;(sədrlik edən), hakimlər R.Eyvazov və F.Talışınski ) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(0 04)-919/2018 saylı, 29 yanvar 2018-ci il tarixli qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. işin halları: İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) “xxxx” MMC cavabdehlər Cavabdeh1 Heydər oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT “xxxx” MMC arasında bağlanmış 04.06.2014-cü il tarixli, *********** saylı kredit müqaviləsi və olaraq *******, ************* saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ödənilməmiş 8.902,81 (səkkiz min doqquz yüz iki dollar 81 sent) ABŞ dolları məbləğində əsas borcu və 5.488,67 (beş min dörd yüz səksən səkkiz dollar 67 sent) ABŞ dolları faiz borcu, cəmi 14.391,48 (on dörd min üç yüz doxsan bır dollar 48 sent) ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq, BOKT “xxxx” MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Heydər oğlu bank oİmayan kredit təşkilatı “xxxx” MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir, borclunun müraciətinə müvafiq olaraq, onunla BOKT “xxxx” MMC arasında 04.06.2014-cü il tarixli, ************** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1ci bəndlərinə əsasən, “Dövriyyə kapitalı” məqsədilə borcluya 30 ay müddətinə, aylıq 2.25%, illik 27 % olmaqla 15 000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq, cavabdehin zaminləri Cavabdeh2 və Cavabdeh3 ilə müvafiq olaraq, ***********, * ********** saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 04.06.2014-cü il tarixindən bu günə qədər borclu tərəfindən 15000,00 (on beş min dollar) ABŞ dolları məbləğində əsas borcun 6.097,19 (altı min doxsan yeddi dollar 19 sent) ABŞ dolları və müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 4.465,09 (dörd min dörd yüz altmış beş dollar 09 sent) ABŞ dolları məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Bundan əlavə, müqavilənin 4.3-cü bəndinə əsasən 703,16 (yeddi yüz üç dollar 16 sent) ABŞ dolları məbləğində cərimə cəmi, 11.265,44 (on bir min iki yüz altmış beş dollar 44 sent) ABŞ dolları ödənilmişdir. Beləliklə, hal-hazırda borclunun təşkilata ödənilməmiş 8.902,81 (səkkiz min doqquz yüz iki dollar 81 sent) ABŞ dollar ı məbləğində əsas borcu və 5.488,67 (beş min dörd yüz səksən səkkiz dollar 67 sent) ABŞ dolları faiz borcu, cəmi 14.391,48 (on dörd min üç yüz doxsan bır dollar 48 sent) ABŞ dolları məbləğində borcu qalmışdır.Təşkilatla borclunun zamini arasında bağlanmış 04.06.2014cü il tarixli olaraq **********, ************ Zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər.Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərclər i və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb.Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcu tam olaraq, akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından kreditorun xeyrinə silinməsinə icazə verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh3 kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələbi pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmiş, işin baxılma vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinəəsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunmasıədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə iləəlaqədar qəb ul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və iş materiallarında olan: Bank Olmayan Kredit Təşkilatı (BOKT) “xxxx” MMC ilə Cavabdeh1 Heydər oğlu arasında bağlanılmış 04.06.2014-cü il tarixli, L-BK-0025967-F saylı Kredit Müqaviləsinə əsasən BOKT tərəfindən kredit alana “Dövriyyə kapitalı” məqsədilə borcluya 30 ay müddətinə, aylıq 2.25%, illik 27 % olmaqla 15 000 (on beş min) ABŞ Dolları məbləğində kredit verilmişdir; Bank Olmayan Kredit Təşkilatı (BOKT) “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanılmış 04 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilənədək kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür; Bank Olmayan Kredit Tə şkilatı (BOKT) “xxxx” MMC ilə Cavabdeh3 arasında bağlanılmış 04 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilənədək kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür; 24 noyabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Heydər oğlu ilə təşkilat arasında bağlanmış 04.06.14-cü il tarixli *********** saylı kredit müqaviləsinə əsasən (BOKT) “xxxx” MMC-nin Bakı filialından illik 27% olmaqla 30-ay müddətinə götürdüyü 15.000,00 (on beş 00 sent) ABŞ dolları məbləğində əsas borcun 6.097,19 (altı min doxsan yeddi dollar 19 sent) ABŞ dolları və müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 4.465,09 (dörd min dörd yüz altmış beş dollar 09 sent) ABŞ dolları məblə ğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir.Bundan əlavə, müqavilənin 4.3-cü bəndinə əsasən 703,16 (yeddi yüz üç dollar 16 sent) ABŞ dolları məbləğində cərimə, cəmi 11265,44 (on bir min iki yüz altmış beş dollar 44 sent) ABŞ dolları ödənilmişdir.Hazırda Cavabdeh1 Heydər oğlunun təşkilata ödənilməmiş 8.902,81 (səkkiz min doqquz yüz iki dollar 81 sent) ABŞ dolları məbləğində əsas borcu və 5.488,67 (beş min dörd yüz səksən səkkiz dollar 67sent) ABŞ dolları faiz borcu, cəmi 14.391,48 (on dörd min üç yüz doxsan bir dollar 48 sent) ABŞ dolları iə borcu qalmışdır. 04.06.14-cü il tarixli L-BK-0025967 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh1 Heydər oğlunun faiz borcu üzrə 5897,78 ABŞ dolları məbləğində ödəniş etməli idi.Həmin məbləğdən 4465,09 ABŞ dolları m əbləğində faiz borcu ödəniş etdiyində faiz borcu olan 5897,78 ABŞ dollardan-4465,09 ABŞ dolları çıxılmalı qalan 1432.09 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq haqlı olaraq hesab etmişdir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (k reditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşd irməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu on un risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hes ab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Apelyasiya instansiya məhkəməsinin iclasında müəyyən edilmiş işin hallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə - hissə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddiaçıya ödəməli olduğu halda bunu etməmişdir. Qeyd olunan hallar apellyasiya şikayətində cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Buna görə də, kredit alan, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcu ona hes ablanmış faiz ilə birgə iddiaçıya ödəməlidir. İş materiallarında olan 04.06.14-cü il tarixli ********** saylı kredit müqaviləsi və 24 noyabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən edilmiş ödənişlər də nəzərə alınmaqla əsas və faiz borcu hesablanmışdır.Kredit müqaviləsinin, maliyyə arayışının eləcə də ödəniş qrafikinin müqayisəli şəkildə tədqiqi iddia tələbində əks olunmuş əsas və faiz borcun düzgün olaraq hesablanmasını aydın şəkildə müəyyən etməyə imkan verir. Bununla yanaşı cavabdeh tərəfindən də həmin məbləğlərin artıq hesablandığına dəlalət edə biləcək hər hansı bir sübut təqdim edilməmiş və bununla bağlı əhəmiyyət kəsb edə biləcək hallara istinad edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu araşdıraraq nəticəyə gəlmişdir ki, iddianın qismən təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Bundan başqa cavabdeh qeyd etmişdir ki, dövlət rüsumu işdə iştirak edən şəxslər arasında bölüşdürməlidir, birinci instansiya məhkəməsi bu faktı araşdırmamış və ona hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası h esab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən də düzgün olaraq məhkəmə xərclərini cavabdehlərə aid edilməlidir. Kassasiya şikayətinin cavabdehlərin məhkəmə iclası haqqında lazımı qaydada məlumatlandırılmaması dəlili də əsassızdır.Belə ki, iş materiallarından göründüyü kimi apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası Mülki Prosessual Məcəənin 376.2ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Beləliklə apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiya sı nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar