Məhkəmə qərarları › İş №2(102)-1858/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1858/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1858/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər X4, X6, X5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-36/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə cavabdeh X4 arasında bağlanmış 24.06.2010-cu il tarixli, 03L000005821 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə cavabdeh X4 arasında bağlanmış 16.10.2010-ci il tarixli, 03R********** saylı kredit razılaşmasına əsasən Bank cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 1.8333% olmaqla, 30000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bankla cavabdeh X4 arasında bağlanmış 24.06.2010-cu il tarixli, 03M000000861 saylı ipoteka müqaviləsinə əsasən cavabde hə məxsus Sumqayıt şəhəri, 8 mkr., 29/18 nömrəli evin, 63 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bankla digər cavabdehlər X6 və Cavabdeh2 arasında 24.06.2010-cu il tarixldə zaminlik müqavilələri bağlanmışdır. İddiaçı ilə cavabdeh X2 imzaladıqları 01.10.2015-ci il tarixli, 18.02.2016-ci il tarixli və 12.08.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X4, X6, X5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2 və X3 müştərək qaydada bankın xeyrinə kredit razılaşması üzr ə 16662,91 ABŞ dolları məbləğində əsas borc, 3157,18 ABŞ dolları məbləğində faiz borcu və 7798,40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27618,49 ABŞ dolları məbləğində kredit borcunun və 61 manat məhkəmə xərclərinin tutulması, tələbin ipoteka predmeti olan mübahisəli mənzlilin açıq hərracdan satılmasına yönəldilməsi və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun və məhkəmə xərclrinin tutularaq Banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X1, Cavabdeh2 və X3 müştərək qaydada tutulması, tutma mübahisəli mənzilə yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi bar ədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılarkən “xxxx” MMC tərəfindən verilmiş 20.04.2018-ci il tarixli mənzilin bazar dəyərinin müəyyənləşdirilməsinə dair hesabata əsasən, mübahisəli mənzilinin ilkin satış qiyməti 55000 manat qiymətləndirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-754/2018 nömrəli iş üzrə 11 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia qismən təmin edilmiş, cavabdehlər X1, Cavabdeh2 və X3 müştərək qaydada Bankın xeyrinə kredit müqaviləsinə əsasən 16662,91 ABŞ dolları məbləğində əsas borc, 3157,18 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19870,09 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə və 60 manat məhkəmə xərcin in tutulması qət edilmişdir. Qətnamə ilə, həmçinin tutmanın ipoteka ilə yüklü edilmiş mübahisəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətin 55000 manat məbləğində qiymətləndirilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Banka olan borcun ödənilməsi, mənzilə tutma yönəldildikdə və o, satıldıqda ən geci 1 ay ərzində mənzilin boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlər müqavilə üzrə üzərinə görürdükləri öhdəlikləri yerinə yetirmədiklərinə görə yaranmış əsas və faiz borcunu iddiaçının tələb etdiyi məbləğdə banka ödəməlidirlər. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək iddiaçı tərəfindən tələb edilən 7798,40 dəbbə pulunu 50 ABŞ dollarına azaltmışd ır. Məhkəmə kredit borcunun tutulması hissəsində mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 425.1, 741, 742.1, 448.1, 448.2, 467-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh X4 apelyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin vəsatətləri üzrə dörd məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli, 1063 saylı sonuncu rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, Bankla cavabdeh X4 arasında 16.10.2014-cü il tarixli, 03R********** saylı kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla X2 19.10.2017-ci il tarixə Banka əsas borc üzrə 14524,21 ABŞ dolları, faiz borcu üzrə 3143,30 ABŞ dolları məbləğində borcu müəyyən edilir. İddiaçının nümayəndəsi ekspert rəyi ilə razılaşmamış, təkrar məhkəmə ekspertizası təyin edilməsi barədə vəsatət vermişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının vəsatəti ilə bir neçə dəfə ekspertiza təyin olunmasını nəzərə alaraq Bankın nümayəndəsinin sonuncu vəsatətini təmin etməmiş, ekperti məhkəmə iclasına dəvət edərək, verilmiş rəyi ekspertin və Bankın nümayəndəsinin iştirakı ilə tədqiq etmişdir. Ekspert Bankın nümayəndəsinin Rəyə dair dəlillərini qəbul etməmiş, verdiyi rəyi müdafiə etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-36/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, borcun tutulması hissəsində dəyişdirilmiş, cavadehlərdən Bankın xeyrinə tutulması qət edilən əsas borcun məbləği 14524,21 ABŞ dolları, faiz borcu 3143,30 ABŞ dolları həddində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə, həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi borc məbləğini müəyyən edərkən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli, 1063 saylı ekspert rəyinə istinad etmiş və rəydə göstərilən məbləğdə cavabdehlərdən əsas və faiz borcunun tutulmasını qət etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 743, 385.1, 442, 443.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil xxxxx oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkə mə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi m üstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçı tələbin təmin olunmayan hissəsini mübahisələndirməmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh (borclu) X4 qətnaməni yalnız borcun tutulması hissəsində mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə dəyişdirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X4 tərəfindən yalnız borcun tutulması hissəsində mübahisələndirildiyindən hazırkı kassasiya şikayətinin predmeti də həmin hissə ilə məhdudlaşır. Bu baxımdan hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı yal nız kredit borcu tələbinin təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödən ildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqe yini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-36/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - kredit borcu tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar