Məhkəmə qərarları › İş №2(102)-1858/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1858/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1858/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddətinin tətbiqi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(108)-4/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı Cavabdeh 150000 manat məbləğində pulu borc vermiş, sonuncu isə borc məbləğini 21 oktyabr 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 98500 manat borcun, əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən müəyyən edilmiş cərimənin və 386 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmı şdır ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə borc öhdəliyi cavabdeh tərəfindən 2016-cı ilin oktyabr ayının 21-dək icra ediləcəyi müqavilədə qeyd edilmiş, lakin borc öhdəliyinin bir hissəsi icra edilsə də, digər hissəsinin ödənilməsindən 2023-cü fevral ayından birmənalı şəkildə imtina edilmişdir. Cavabdeh tərəfindən 2016-cı ilin oktyabr ayının 9-da 13600 manat, 2016-cı ilin dekabr ayının 12-də 2500 manat, 2017-ci ilin yanvar ayının 14-də 2500 manat, 2017-ci ilin may ayının 15-də 1500 manat, 2017-cı ilin oktyabr ayının 8-də 3000 manat, 2018-cı ilin yanvar ayının 13-də 6000 manat, 2018-cı ilin fevral ayının 24-də 3000 manat, 2018-cı ilin aprel ayının 10-da 2200 manat, 2018-cı ilin aprel ayının 25-də 1200 manat, 2018-cı ilin may ayının 03-də 600 manat, 2018-cı ilin iyun ayının 8-də 400 manat, 2018-cı ilin oktyabr ayının 11-də 3000 manat, 2019-cu ilin yanvar ayının 4-də 1000 manat, 2019-cı ilin fevral ayının 17-də 1000 manat, 2022-cı ilin aprel ayının 6-da 3000 manat, 2022-cı ilin may ayının 19-da 1000 manat, 2022-cı ilin iyun ayının 15-də 2000 manat, 2022-ci ilin oktyabr ayının 8-də 2000 manat, 2023-cü ilin yanvar ayının 18-də 2000 manat iddiaçıya qaytarılmışdır. 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 150000 manat borc məbləğindən cavabdeh tərəfindən nağd və köçürmə qaydasında 51500 manat pul vəsaiti qaytarılmış, cavabdehin 98500 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh 2023-cü ilin yanvar ayında etmiş olduğu sonuncu ödənişdən sonra bir daha ödəniş etməyəcəyini və onu bir daha bu məsələdən ötrü rahatsız etməməsi barədə xəbərdar etmişdir.

4. Birinci inst ansiya məhkəməsində Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, o, borc müqaviləsi üzrə öhdəliyini müqavilədə göstərilən müddətdə tam olaraq yerinə yetirmiş, borcu ödəmişdir. Müqavilə üzrə iddiaçıya borcu yoxdur. Borcu olsa idi, keçən səkkiz il ərzində, iddiaçı tərəfindən mübahisələndirilərdi. Borc müqavilədə göstərilən müddət ərzində ödənilmişdir. Səkkiz ildən sonra iddia tələbi ilə məhkəməyə müraciət etməsi absurddur.

5. Həmçinin Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə iddia müddətini tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, iddiaçının oğludur, cavabdehi tanıyır. İddiaçı Ukrayna Respublikasında işləyir, özü isə Bakı şəhə rində yaşayır. Atası İddiaçı və cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Atası Ukrayna Respublikasında olduğundan, Cavabdeh borc pul məbləğindən 12 dəfə hərdən müxtəlif məbləğləri özü almış və atasına göndərmiş, bir dəfə 1000 ABŞ dolları bank vasitəsilə göndərilmiş, 6 dəfə isə cavabdeh başqa vasitələrlə müxtəlif məbləğlərdə pulu atasına göndərmişdir. 15 iyun 2022-ci il tarixdə 1000 ABŞ dollarını atası İddiaçı cavabdehin oğlu Ziyadxan Hacıyev göndərmiş, həmin vaxt Ziyadxan Hacıyevlə birlikdə olmuşdur. Sonuncu dəfə 2023-cü ilin yanvar ayında X2 borc pul məbləğindən ona 2000 manat pul vermiş, sonra bir daha ödəniş etməyəcəyini və onu bir daha bu məsələdən dolayı rahatsız etməməyi bildirmişdir.

7. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçı əmisinin kürəkən idir. 2022-ci ilin yay ayında əmisinin nəvəsi, iddiaçının oğlu Şahid1lə bir yerdə olmuş, Şahid1 bir nəfərdən pul alacağını, onunla birlikdə həmin şəxslə görüşməyə getməsini bildirmiş, etiraz etməmiş, birlikdə Cavabdeh ofisinə getmişlər. Həmin vaxtadək Cavabdeh tanımamış, Hacıyev X1 Teyyub Qurban oğluna pul borcunun olması barədə məlumatı olmamışdır. Şahid1 Cavabdeh torpaq alqı-satqısı ilə məşğul olmasını bildirmişdir. Cavabdeh onları qarşılamış, ofisdə çay içmişlər. Şahid1 Cavabdeh pul almaq üçün gəlməsini bildirmiş, Cavabdeh “məni qısnamayın, pulu aylara bölüb verəcəyəm” demişdir. Şahid1 ona “sənin 100000 manatdan çox borcun var, gəlmişik, heç olmasa 10000 manat ver” demişdir. Cavabdeh “verəcəm, lakin 10000 manat çoxdur” demiş, sonda Cavabdeh hər ay 2000 manat çatdıracağını demişdir. Şahi d1 “100000 manatdan çox pulu hərdən 2000 manat olmaqla neçə aya verəcəksən” demiş, Cavabdeh həmin vaxt Şahid1 pul verməmişdir.

8. Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsi ilə (hakim M.F.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 97800 manat borc pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 386 manat dövlət rüsumunun 383,26 manat hissəsinin Cavabdeh alınıb İddiaçı verilməsi, 2,74 manat hissəsinin özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borc məbləğini tərəflər mübahisələndirmədiyindən, borc məbləğinin qaytarılmasını sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı cavabdehin 150000 manat borc məbləğinin 52200 manat hissəsinin iddiaçıya qaytarılması cavabdeh tərəfindən sübut təqdim edilməsə də, iddiaçının etirafı ilə sübut olunur, 97800 manat borc məbləğinin İddiaçı qaytarması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi və vəkili 97800 manatın iddiaçıya qaytarılması barədə təqdim ediləsi sübutun olmadığını bildirmişdir.

10. Həmçinin, cavabdehin məhkəməyə gəlməməsi, cavabdehin nümayəndəsinin izahatında sadəcə cavabdehin ona borc məbləğini qaytarmasını deməsi, bununla bağlı məhkəməyə təqdim ediləsi hər hansı bir sübutun olmamasını bildirməsi tələb edilən borc məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması barədə nəticəsinə gəlməyə əsas vermişdir.

11. Məhkəmə həmçinin cavabdehin, cavabdehin nümayənd əsinin borc qaytarılmamışdırsa, iddiaçının səkkiz il ərzində məhkəməyə müraciət etməməsi barədə bildirdikləri ilə bağlı belə nəticəyə gəlmişdir ki, buna səbəb cavabdehin borc məbləğindən 19 dəfə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, cəmi 52200 manatın iddiaçıya qaytarması olmuşdur ki, borc məbləğindən 52200 manatın qaytarılmasını sadəcə iddiaçı etiraf etmişdir.

12. Məhkəmə iddiaçının cavabdehdən Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin çıxarıldığı günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən cərimə tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin iddiaçının borc olaraq verdiyi pul məbləğinin qaytarılmayan 97800 manat hissəsini özündə qanunsuz olaraq saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanması barədə məhkəməyə hər hansı bir sübut təq dim edilməmişdir.

13. İddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə birinci instansiya məhkəməsi göstərmişdir ki, mülki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə tələb etmə müddəti 21 oktyabr 2016-cı il tarixdə başlanmış, 21 oktyabr 2019-cu il tarixdə bitmişdir. Lakin, iddiaçının 24 may 2023-cü il tarixədək məhkəməyə müraciət etməməsinin səbəbi cavabdehin 09 oktyabr 2016-cı il tarixdən 18 yanvar 2023cü il tarixədək 19 dəfə müxtəlif məbləğlərdə iddiaçıya borc məbləğindən qaytarması, sonuncu dəfə artıq onu pul tələbi ilə bağlı narahat etməmələrini bildirməsi olmuşdur. 19 may 2022-ci il tarixdə isə cavabdehin oğlu iddiaçıya 270 nömrəli kredit müqaviləsi üzrə 1000 ABŞ dolları məbləğində pul göndərmişdir ki, 270 nömrəsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin reyestr nömrəsidir. Həmçinin Ziyadxan Hacıyev və İddiaçı arasında hansısa bir müqavilənin olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisə ilə bağlı iddia müddəti tətbiq edilə və iddia rədd edilə bilməz.

14. Birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 372, 373.2, 375.2, 377, 385.1, 449.1, 739.1, 739.2, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli 2(108)-4/2024 nömrəli qətnaməsi ilə (hakim V.G.Kuimovanın sədrliyi və məruzəsi ilə, hakimlə M.D.Allahverdiyevdən və V.K.Quliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)185/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi, apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, borc məbləğini tərəflər mübahisələndirməmişlər. İddiaçı iddia ərizəsində həmin borcdan 2016-cı ilin oktyabr ayından başlayaraq “nağd və köçürmə qaydasında” 51500 manat pulun qaytarılmasını göstərmişdir. Cavabdeh iddiaçının onun tərəfindən ödənildiyi göstərilən pulların rəsmi heç nə ilə təsdiqlənmədiyini və bunun fərziyyə olduğunu göstərsə belə, bunu təkzib edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.

18. Mülki işin 15-ci vərəqində olan ABB ASC-nin Nərimanov filialı vasitəsilə 19 may 2022-ci il tarixdə, BPM**********57 nömrəli qəbzlə “270 nömrəli borc müqaviləsinə əsasən” Hacıyev Ziyadxan Dünyaməddin oğlu tərəfindən İddiaçı 1000 ABŞ dollar göndərilməsi aydın olur. Həmin qəbzin həqiqiliyi kollegiyada şübhə doğurmur. Cavabdehin özü də apellyasiya şikayətində həmin qəbzin həqiqi olmadığına dair heç bir fikir bildirməmişdir. Apellyasiya şikayətində məhkəmənin şahidin ifadəsini təkzib edən və ya Ziyadxan Hacıyev və İddiaçı arasında öhdəlik münasibətlərinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi qətnamədə Ziyadxan Hacıyevlə İddi açı arasında borc müqaviləsi üzrə öhdəlik münasibətinin olub-olmaması məsələsinə toxunularaq, bununla bağlı cavabdehdən sübut gözləməsinə apellyasiya kollegiyası qiymət verərək hesab etmişdir ki, Ziyadxan Hacıyevlə İddiaçı arasında borc müqaviləsi üzrə öhdəlik münasibətinin olması barədə təqdim edilmiş hər hansı sübut, qəbzdə 1000 ABŞ dolların 270 nömrəli borc müqaviləsinə əsasən ödənildiyini istisna etmiş olardı. Cavabdehin şikayətində həmin müqavilə üzrə oğlu Ziyadxan Hacıyevin heç bir öhdəliyi yoxdur və ola da bilməz qeyd etməsi həmin ödəmənin məhz 21 oktyabr 2015-ci il tarixli 270 nömrəli borc müqaviləsinə əsasən ödənilməsinə dəlalət edir. Həmçinin, cavabdehin oğlunun atasının öhdəlikləri üçün hər hansı ödənişi öz adından, lakin cavabdehin xeyrinə yerinə yetirməsi qanuna uyğundur və bu nun üçün etibarnamənin olmasına ehtiyac yoxdur.

19. Cavabdehin apellyasiya şikayətində göstərmişdir ki, “oğlum tərəfindən göndərilən 1000 dollara gəldikdə isə bildirirəm ki, oğlum ilə İddiaçı oğlu Pərvizin arasında dost münasibəti olmuşdur. Həmin vaxt Ukraynadakı gərgin vəziyyətlə əlaqədar Pərviz Ziyadxana deyib ki, “atamın vəziyyəti pisdir ona pul göndərməliyəm. Lakin 1000 dollardan artıq göndərə bilmirəm və xahiş edib ki, mənimlə banka gedək, sənin adından da 1000 dollar göndərək”. Yəni həmin 1000 dolların 30 dollar da bank xidməti ödənilməklə İddiaçı göndərilməsi yalnız bu səbəbdən olmuşdur. Pulun göndərilməsini təsdiq edən qəbzdə “270 nömrəli borc müqaviləsinə əsasən” sözləri yazılmasından isə, belə görünür iddiaçının məkrli niyyətindən irəli gəlmiş və özlüyündə gələcəkdəki planını h əyata keçirməsi üçün əvvəlcədən zəmin hazırlayıb” dəlilinə münasibətdə kollegiya qeyd olunanları heç bir sübutu olmayan fərziyə kimi qəbul etmişdir. Əks halda Hacıyev Ziyadxan Dünyaməddin oğlunun birinci instansiya məhkəməsində dindirilməsinə dair vəsatət verilmiş olardı. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 kollegiyada verilmiş izahatında Ziyadxan Hacıyevin həmin vaxtı Bakıda olmadığı, onun 2 aylıq yol tikintisi ilə bağlı Bakı Qazax yolunda keçid tikintisində olması səbəbindən onu şahid qismində gətirə bilmədiyinin göstərmişdir, lakin kollegiya belə hesab etmişdir ki, bununla bağlı hər hansı sübut istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmədiyindən göstərilən hal əsaslı sayıla bilməz.

20. Apellyasiya şikayətində “...əgər doğrudan da cavabdehin İ ddiaçı borcu olsaydı və oğlu da onun borcuna görə pul ödəsəydi, ona görə banka getməyə, 30 dollar da əlavə ödəməklə Teyyuba pul göndərməyə nə ehtiyac olduğunu, elə Azərbaycan manatı ilə oğlu Pərvizə verər, oğlu da istədiyi qaydada, istədiyi valyuta ilə atasına göndərərdi, əlavə 30 dollar da ödəyib, ziyana düşməzdi, doğrudan da həmin müqavilə üzrə oğlu pul ödəyirdisə, onda həmin qəbz qarşı tərəfdə deyil, onlarda olmalı idi” dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, istər iddia ərizəsindən, istərsə Cavabdeh göndərilmiş pretenziyadan, istərsə də 19 may 2022-ci il tarixli bank qəbzindən 21 oktyabr 2015-ci il kredit müqaviləsi üzrə ödəmələrin nağd və köçürmə qaydasında edilməsi aydın olmuşdur. Həmin qəbzin həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən onun cavabdeh tərəfdə olma masını kollegiya cavabdeh tərəfin onu özündə saxlanmaması halı ilə izah edir.

21. Apellyasiya kollegiyası iddia müddəti tətbiq edilə və iddia rədd edilə bilməz dəlillərinə münasibətdə hesab etmişdir ki, işin araşdırılmış hallarından və məhkəmədə verilmiş izahatlardan cavabdehin 21 oktyabr 2016-ci ildən 2023-cü ilin yanvar ayınadək 19 dəfə müxtəlif məbləğlərdə iddiaçıya olan borcun qaytarılması, o cümlədən 19 may 2022-ci il tarixdə iddiaçıya bank vasitəsilə 1000 ABŞ dolları məbləğində pulun göndərilməsi, həmin göndərmənin 270 nömrəli kredit müqaviləsi əsasında həyata keçirilməsi, sonuncu ödənişin 2023-cü ilin yanvar ayında 2000 manat məbləğində edilməsi, bundan sonra cavabdehin bir daha olaraq ödəniş etməyəcəyini bildirməsi və bundan sonra iddiaçının məhkəməyə iddia qaldırması aydın olur. B u ödənişlərin, xüsusən də, 19 may 2022-ci ili tarixli bank vasitəsilə edilmiş ödənişin kollegiyaya mübahisə ilə bağlı iddia müddətinin keçməməsi nəticəsinə gəlməsinə əsas verir.

22. Apellyasiya şikayətinə əlavədə “məhkəmənin qətnamənin 6-cı səhifəsinin, 3-cü abzasında sübutlara qiymət verilməsi zamanı belə ki, iddiaçı tərəfindən Cavabdeh iddiaçının borc olaraq verdiyi pul məbləğinin qaytarılmayan 97800 manat hissəsini özündə qanunsuz olaraq saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir göstərildiyini, yazdığı bu abzasın gəldiyi nəticəyə tamamilə zidd olduğunu, məhkəmənin özünün də belə bir sübutun olmadığını qəbul etdiyini” dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəsi iddiaçının cavabdehdən Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin çıxarıldığı günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən cərimə tələbi ilə bağlı olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının cavabdehin borcun 97800 manat hissəsini özündə saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanması barədə hər hansı bir sübutun olmamağından bəhs edir. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarını əsas götürərək iddia tələbini bu hissəd ə rədd etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, tərəflər arasında bağlanmış 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndində həmin borcun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcu notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd olunsa da, bu hal iddiaçının hüquqlarına aid olan bir məsələ olduğundan, o halın olması iddiaçının məhkəməyə müraciət etməsinə və tam olaraq hüquqlarından istifadəyə maneçilik törətmir. Digər tərəfdən məhkəmə araşdırması zamanı tərəflərin yaxın münasibətdə olmaları, cavabdehin oğlu Ziyadxanın Ukraynada oxuduğu zaman İddiaçı tərəfindən ona dəstək göstərilməsi, cavabdehin vəziyyətinin yaxşı olmaması, ara-sıra ödənişlərin edilməsi səbəbindən, iddiaçının müxtəlif orqa nlara müraciət etməməsi, yalnız sonuncu dəfə 2023-cü ilin yanvar ayında edilmiş ödənişdən sonra cavabdeh daha ödəniş etmədiyini bildirdikdə iddiaçının iddia qaldırılması müəyyən edilmişdir. Cavabdeh tərəf isə bunları təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bank tərəfindən 19 may 2022-ci il tarixli qəbzin şübhəli qəbz olduğu apellyasiya şikayətində qeyd edilsə də, buna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

24. Apellyasiya şikayətinə əlavədə göstərilən “Şahid2 ifadəsi daha "maraqlıdır". Şahid ifadəsində göstərir ki, 2012-ci ildə iddiaçının oğlunun cavabdehdən pul istəməsinin şahidi olub. Müqavilənin 2015-ci ildə bağlandığını nəzərə alsaq görürük ki, şahid ifadəsinin mübahisə ilə əlaqəsi yoxdur” dəlilinə münasibətdə apellyasiya məhkəməsi şahidin ifadəsində 2012-ci ilin göstərilməsini texniki səhv kimi nəzərə almışdır. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsinin 3-cü və mülki işin 87-ci səhifəsində olan məhkəmə iclas protokolunun 5-ci səhifəsində Şahid2 ifadəsində “2022-ci il” göstərilməsi qeyd edilmişdir.

25. Apellyasiya şikayətinə əlavədə “birinci instansiya məhkəməsində iddianı təmin edərkən şahid ifadələri sübut kimi qəbul edilib, hansı ki, həmin şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Şahid1 iddiaçının oğlu olmaqla maraqlı şəxsdir və digər tərəfdən onun ifadəsi işin hallarına uyğun deyil” dəlilinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 104.4-cü maddəsində şahid qismində dindirilə bilməyən şəxslər dairəsi təsbit edilmiş, yaxın qohumların şahid qismində dindirilməs i qadağan edilməmişdir. Cavabdeh tərəfdən iddiaçının oğlunun ifadəsini təkzib edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən sübutlara əlaqəli şəkildə qiymət verilərək həmin sübut mümkün sayılmışdır.

26. Apellyasiya şikayətinə əlavədə “2022-ci ilin iyun ayında cavabdehin oğlunun iddiaçıya bank vasitəsi ilə 1000 ABŞ dolları göndərməsinə dair qəbzdə kredit müqaviləsinin nömrəsinin qeyd edilməsinin zəruriliyinə aydınlıq gətirilməyib. Cavabdehin oğlu kredit müqaviləsinin nömrəsini bilirdimi, müqavilənin nömrəsi qeyd edildiyi halda müqavilənin tarixinin qeyd edilməməsinin səbəbi aydınlaşdırılmayıb. Ödəniş kredit müqaviləsinə əsasən edilirdisə, onun nağd qaydada deyil, bank vasitəsi ilə edilməsinin zəruriliyinə aydınlıq gətirilməyib. Cavabdehin oğlunun sadəlövh olmasından istifadə edilməsi onu göstərir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün əvvəlcədən zəmin hazırlayırmış” dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, bank vasitəsilə ödəniş edilərkən qəbzə hansı məlumatların qeyd olunması bankın özü tərəfindən müəyyən edilir. Görünür ki, verilmiş qəbzdə yalnız müqavilə nömrəsinin qeyd olunması bank üçün kifayət etdiyindən müqavilənin tarixi qeyd olunmamışdır.

27. Apellyasiya şikayətinə əlavədə “iddiaçı borcu vaxtında tələb etməməsini cavabdehin maddi vəziyyətinin pis olması ilə izah etsə də, bu halı təsdiq edəcək sübutu yoxdur. Yəni cavabdehin maliyyə vəziyyətinin pis olması təsdiqi olmayan mülahizədir” dəlilinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, Cavabdeh İddiaçı ilə 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləs i bağlamaqla sonuncudan 150000 manat pulu borc alması cavabdehin maddi vəziyyətinin yaxşı olmamasını deməyə əsas verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(108)-4/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 372.1, 372.2, 375.2, 377.1, 377.2, 385.1, 739-cu, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217, 261.0.9-cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki,

30. Belə ki, borc müqaviləsi 1 il müddətinə bağlandığı üçün qüvvədə olmaması səbəbindən Mülki Məcəl lənin 739, 385.1-ci maddələri tətbiq oluna bilməz. Müqavilənin 7-ci bəndindən görünür ki, ödəniş müddətinin keçməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Müqavilənin 7-ci bəndinin tələbinə əməl edilməməsi borcun vaxtında ödənildiyini təsdiq edir. Həmçinin, müqavilənin 7-ci bəndi mübahisənin məhkəmə qaydasında həllini istisna edir. 2016-ci ilin oktyabr ayından sonra borc verən borcun ödənilməməsi ilə əlaqədar hər hansı bir dövlət orqanına və borc alana xəbərdarlıq etməmişdir. Bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Müqavilənin 7-ci maddəsindən görünür ki, iddia müddətinin sonuncu günü 21 oktyabr 2016-cı ildir. 21 oktyabr 2016-cı ildən sonra 6-7 il ərzində iddia qaldırılmaması borcun vaxtında ödənildiyini təsdiq edir. İddiaçı borcun ödənilməməsini təsdiq edən hər hansı bir sübutunun olmasını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qanunsuz olaraq sübut etmə yükünü cavabdehin üzərinə düşməsi barədə nəticəyə gəlmiş, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Şahid1 iddiaçının oğlu kimi maraqlı şəxs olmuş, ifadəsi işin hallarına uyğun olmamış, onun ifadəsi mötəbər sübut hesab edilə bilməzdi. Həmçinin 19 may 2022ci il tarixli qəbz üzrə ödəniş cavabdehin oğlu tərəfindən edilmiş, onun borcu mövcud idisə belə, bunun cavabdehin oğluna aidiyyəti olmamışdır. Digər tərəfdən ödəniş qəbzində borc müqaviləsinin nömrəsinin yazılması onu göstərir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün əvvəlcədən zəmin hazırlamışdır. İddiaçının irəli sürd üyü dəlillərdə göstərilir ki, 18 dəfə ödəniş edilmişdir. Lakin bunun hər hansı sübutu olmamışdır.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. İddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

33. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh borcun ödənilməsini sübut edə bilməmiş, iddia isə tam sübut olunmuşdur. Həmçinin iddia müddətinin ötürülməsi əsassızdır. Belə ki, cavabdeh tərəfindən sonuncu ödəniş 19 may 2022-ci ilə ödənilmiş və iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. Kassasiya baxışının hədləri:

34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

35. Kassator apellyasiya instansiyası məhkəməsinin qətna məsini bütövlüklə mübahisələndirdiyindən hazırki kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

36. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhk əmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş va xt yeni müddətə daxil edilmir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qə tnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17 -ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

41. Belə ki, tərəflər arasında borc münasibətlərinin yaranması və cavabdehin iddiaçıdan aldığı vəsaitin bir hissəsini qaytarması işin mübahisə olunmayan hallarıdır.

42. Mübahisə iddiaçının cavabdehə verdiyi vəsaitin 97800 manat hissəsinin qaytarılması ilə bağlıdır.

43. Bununla bağlı məhkəmə kollegiyası razılaşır ki, cavabdeh borcu tam olaraq qaytardığını iddia etdiyi halda, sübutetmə qaydasını nizamlayan Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən bu halı sübut olunması vəzifəsi məhz cavabdehin üzərinə düşür. Lakin, cavabdeh tərəfindən borcun tam ödənilməsini təsdiq edən mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

44. Bununla belə, məhkəmə kollegiyasının qənaətinə görə, iddia müddətinin keçməsi ilə bağlı sübutetmə yükü apellyasiya məhkəməsi tərəfindən düzgün bölüşdürülməmişdir.

45. Belə ki, tərəflər arasında kredit müqaviləsinin 21 oktyabr 2015-ci il tarixdə 1 il müddətində, yəni 21 oktyabr 2016-cı il tarixədək bağlanması müəyyən olunur. Ümumi qayda o laraq, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddətinin axımı məhz 21 oktyabr 2016-cı il tarixdən hesablanmaqla, 21 oktyabr 2019-cu il tarixdə bitməli idi. İddiaçı isə hazırki iddia ilə 24 may 2023-cü il tarixdə müraciət etmişdir.

46. İddia müddətinin tətbiqindən imtina edən apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdeh iddiaçıya 18 yanvar 2023-cü il tarixədək 19 dəfə müxtəlif məbləğlərdə ödənişlər etmiş və iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. Apellyasiya məhkəməsi bu hissədə də sübutetmə yükünü cavabdehin üzərinə qoymaqla göstərmişdir ki, cavabdeh göstərilən ödənişlərin olunmamasına dair sübutları məhkəməyə təqdim etməmişdir.

47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən kreditorun öz hüq uqunun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin axımı başlayır. İddia müddətinin axımının davam etdiyi dövr ərzində borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə də iddia müddətinin axımı həmin andan yenidən başlanır.

48. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, iddia müddətinin axımının davam etdiyi dövrdə cavabdeh tərəfindən etirafedici hərəkətlərin edilməsinin sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Halbuki, ödənişlərin olunmasını və iddia müddətinin kəsilməsini iddiaçı iddia etdiyi üçün, bu halların sübutetmə vəzifəsi də onun üzərinə düşməlidir.

49. Qeyd olunmalıdır ki, iddiaçı tərəf, ödənişlərlə bağlı dəlilləri nümayəndəsinin izahatı və şahid ifadələri ilə təsdiq etməyə çalışmış, bununla bağlı başqa mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

50. Lakin, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

51. Həmçinin, birinci instansiya məhkəməsinə dindirilmiş Şahid1 iddiaçının oğlu, digər Şahid2 qohumu olmaqla, onların ifadələrinin sübut kimi mötəbərliyi xüsusi diqqətlə araşdırılmalıdır.

52. Apellyasiya məhkəməsi yalnız bu izahat və ifadələrə əsasən cavabdehin borcu üzrə etirafedici hərəkətlərin etməsi qənaətinə gəlməklə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbini pozmuşdur.

53. İddiaçının ödəniş sübutu kimi təqdim etdiyi 19 may 2022-ci il tarixli qəbzin mötəbərliyinə və hazırki mübahisəyə aidiyyətinə hüquqi qiymət vermədən, məhkəmə kollegiyası hesab edir ki, yalnız bu sənədin mövcudluğu iddia müddətinin kəsilməsi kimi qiymətləndirilə bilməz.

54. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Lakin, istinad olunan maddədə göstərilən halların yalnız iddia müddəti bitmədən baş verməsi iddia müddətinin axımını kəsə bilər. Əgər bu hallar baş verənədək artıq iddia müddəti keçibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz.

55. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən qeyd olunan qəbzi iddia müddətinin axımının kəsilməsinin qiymətləndirilməsi üçün iddia müddətinin axımı bitdiyi 21 oktyabr 2019-cu il tarixədək müvafiq ödənişlərin edilməsinin sübut olunmalıdır ki, həmin tarixdən iddia müddətinin yenidən hesablanması mümkün olsun. 56. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini tam araşdırmamış, sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

58. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qə rarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

59. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hir o Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

61. Əlavə olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçı iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir.

62. Lakin, cavabdehin apellyasiya şikayəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi, apellyas iya baxışının hədlərini müəyyən etməmiş, qətnaməni tam yoxlayaraq dəyişdirilmədən saxlamışdır.

63. Halbuki, apellyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 və 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 64. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2011-ci il 20 may tarixli qərarında qeyd edilmişdir ki, hədlərə qiymət verməmişdən öncə ilk növbədə apellyasiya qaydasında verilən şikayətin obyekti və predmeti aydınlaşdırılmalıdır.

65. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi hald a şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.

66. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

67. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(108)-4/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar