Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1859/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərcin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)1609/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının oğlu ilə cavabdehin qızı arasında nişan münasibətləri olmuş, daha sonra bu münasibət pozulmuşdur.
2. İddiaçı cavabdehdən evin təmirinə görə çəkdiyi xərci və mənvi zərərə görə pul tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nişan vaxtı evin təmir işlərinə görə 1000 manat, mənəvi zərərə görə isə 5000 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh qızı ilə onun oğlu arasında nişan münasibətləri olmuşdur. Oğluna nişan mərasimi təşkil edərkən xeyli miqdarda xərc çəkmişdir. Sonuncu dəfə 2020-ci ilin o ktyabr ayında Cavabdeh öz arvadı X2 ilə nişan üçün aldıqları ləvazimatları xəbərsiz şəkildə evlərindən apararaq, nişan münasibətlərinin pozulduğunu bildirmişlər. Nişan vaxtı Cavabdeh evinin təmiri üçün ümumilikdə 1000 manat xərc çəkmişlər. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, cavabdeh ona olan borcunu qaytarmamışdır. Hazırkı mübahisənin həlli ilə bağlı polisə müraciət etmiş və araşdırma aparılan zaman cavabdehin ona olan 1000 manat borcu qaytaracağını bildirmişdir.
5. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)-228/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə prosesində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirtməsi, bunların cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş verməsi, həmçinin qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını iddiaçı sübut edə bilməmiş və bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. A pellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı qeyd etmişdir ki, oğluna nişan mərasimi təşkil edəndə xərclər çəkilmişdir. Nişan mərasiminə çəkilən xərclər hər kəsin gözü qarşısında baş verir, yəni xonçalar hazırlanır, nişan üzüyü aparılır və.s işlər görülür. Həmin işlər hamının gözü qarşısında olur deyə çəkilən xərcləri sübut etməyə ehtiyac qalmır. O, nişanın qayıtmağını gözləmirdi deyə çəkilmiş xərcləri təsdiq etmək üçün qəbzləri saxlamamışdır. İddiaçı hesab etmişdir ki, hamının gözü qarşısında olan mərasim və həmin mərasimə çəkilən xərclər açıq-aşkar mə lum olduğundan bunların sübut edilməsinə ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə düzgün maddi hüquq norması tətbiq etməmişdir. Əslində iş üzrə maddi ziyan və podrat müqaviləsinə dair hüquq normaları tətbiq edilməliydi. İddiaçı həmçinin mənəvi sarsıntılar keçirdiyini və ətrafındakı insanların yanında utanc vəziyyətinə düşdüyünü qeyd etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1609/2023 nömrəli mülki iş üzrə 4 iyul 2023cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Aygül İsgəndərova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla id dia tələbinin təmin olunmaması qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən göründüyü kimi iddia tələbi evin təmir işlərinə görə çəkilmiş 1000 manat xərc və mənəvi zərərin əvəzi olaraq 5000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə müvafiq hüquqi qiymət verərək gəldiyi nəticəni əsaslandırmış olsa da, lakin iddia tələbinin evin təmir işlərinə görə çəkilmiş 1000 manat xərc hissəsi ilə bağlı Mülki Məcəllənin 385.1, 385.2 və 386.1-ci maddələrini tətbiq etmiş, lakin həmin hissədə iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilibedilmədiyini göstərməmiş, habelə gəlmiş olduğu nəticəni əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci i nstansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması əsası ilə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalıdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisə təmir işlərinin görülməsinə çəkilmiş xərcin və mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar olduğundan iş üzrə həmin münasibətləri hüquqi baxımdan tənzim edən öhdəlik və mülki hüquq pozuntusu (delikt) barədə hüquq normaları tətbiq edilməlidir.
13. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Cavabdeh qızı ilə onun oğlu arasında nişan münasibətləri olduğunu, oğluna nişan mərasimi təşkil edərkən xeyli miqdarda xərc çəkdiyini, sonradan nişan münasibətlərinin pozulduğunu, nişan vaxtı Cavabdeh evinin təmiri üçün ümumilikdə 1000 manat xərc çəkdiklərini v ə lakin borcun qaytarılmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia tələbini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
14. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq iddia tələbinin evin təmir işlərinə görə çəkilmiş 1000 manat xərc tələbinə dair hissəsinə hüquqi qiymət verilməsini zəruri hesab etmişdir. Kollegiya qeyd etmişdir ki, İddiaçı Cavabdeh məxus evin təmirinə 1000 manat xərc çəkdiyini iddia etsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir.
15. Nəzərə almaq lazımdır ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə ə sasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir. İşdən müəyyən olunur ki tərəflər arasında hər hansı müqavilə (əqd) bağlanmamış və onlar üzərlərinə heç bir öhdəlik götürməmişlər.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində Cavabdeh evinin təmirinə görə çəkilmiş xərc əvəzi qismində 1000 manat tələb etdiyini göstərmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində isə oğluna nişan mərasimi təşkil edəndə xərclər çəkildiyini, nişan mərasiminə çəkilən xərclərin hər kəsin gözü qarşısında baş verdiyini, xonçalar hazırlandığını, nişan üzüyü aparıldığını və.s işlər gör üldüyünü göstərmişdir. Həm də iddiaçı şikayətin dəlillərində qeyd etmişdir ki, o, hardan bilə bilərdi ki, Cavabdeh məqsədli şəkildə nişanı geri qaytararaq onu ziyana salacaq, o, nişanın qayıtmağını gözləmirdi deyə çəkilmiş xərcləri təsdiq etmək üçün qəbzləri saxlamamışdır.
17. Göründüyü kimi İddiaçı cavabdehdən tələb etdiyi 1000 manat pulu iddia ərizəsində evin təmirinə görə çəkilmiş xərcin əvəzi kimi göstərmiş, apellyasiya şikayətinin dəlillərində isə evin təmirinə çəkilmiş xərc məsələsinə toxunmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində isə göstərmişdir ki, nişan xonçaları, nişan üzüyü və.s işlər görülməsinə görə xərcə (maddi ziyan) düşmüşdür. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı dəlilləri özü-özlüyündə ziddiyyət doğurur.
18. Apell yasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərin əvəzi olaraq 5000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin hissədə də iddia təmin edilməməlidir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq poz untusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak v əziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaş dırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. 21. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da 03 noyabr 2008-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəti cəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh 5000 manat mənəvi zərərin əvəzini tələb etsə də, lakin iddiaçının fiziki və m ənəvi sarsıntılar keçirtməsi, bunların cavabdehin hər hansısa qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət (varsa) və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması halları müəyyən olunmur. Eləcə də İddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia mənəvi zərərin əvəzinin ödənilməsi hissədə də təmin olunmamalıdır.
23. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 385.1, 386.1, 389.1, 390.1 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 77.1, 77.3, 787.1. 78.2, 8 0, 88, 217, 218.1, 220.4-cü maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2023-cü il tarixli 2(104)- 1609/2023 saylı qətnaməsinin ləğv edilərək İddiaçı iddiasının təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi şikayəti mahiyyəti üzrə araşdırmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Bildirirlər ki, istər Ağdam Rayon Məhkəməsi, istərsə də Gəncə Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən qüvvədə olan qanunvericiliyin tələblərinə düzgün əməl edilməmişdir. Belə ki, Ağdam Rayon məhkəməsinin qətnaməsi maddi və pr osessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh baldızı X1 həyat yoldaşıdır. Cavabdehin qızı Aydan ilə oğlu Mustafazadə Arazı nişanlamaq qərarına gəlmişlər. Qeyd etdiyi kimi Cavabdeh ilə onlar yaxın qohum olmuşlar. Qərara almışlar ki, 2020-ci ilin iyul ayında oğlu Araz ilə cavabdehin qızı Aydanın Ağdam rayonunun Quzanlı qəsəbəsində nişan mərasimi olsun. Cavabdehin Quzanlı qəsəbəsində olan evi təmirsiz idi. Həmin evdə nişan mərasimi keçiriləcək deyə cavabdehlə danışıb razılaşmışlar ki, cavabdehin evini təmir edib abadlaşdırsınlar və çəkilən xərcləri cavabdeh sonradan onlara ödəsin. Ona görə də onlar aralarında olan şifahi razılaşmaya uyğun olaraq cavabdeh in evinin təmiri üçün aşağıdakı təmir işlərini görmüşlər:
1. Həyat yoldaşı X3 xarrat olmaqla taxta ustası olduğu üçün cavabdehin Quzanlı qəsəbəsində olan iki otaqdan ibarət xüsusi yaşayış evinin hər 2 otağının döşəməsini usta kimi vurmuşdur. Həyat yoldaşı həmin otaqların döşəməsini vurarkən İddiaçı da orada olmuş, ustaların yeməyinin hazırlanmasında kömək etmişdir. Həmin işlər 2020-ci ilin iyun ayında olmuşdur. 2 otağın döşəməsinin vurulmasına görə 1 otağa 150 manat olmaqla ümumilikdə 300 manat cavabdeh onlara əl muzdu olaraq əmək haqqı ödəməli idi. Evin döşəməsinə vurulan taxta materialları cavabdehə məxsus olmuşdur.
2. İddiaçı həmçinin bildirir ki, cavabdehin 2 otağının elektrik sistemi iddiaçının oğlu X6 tərəfindən icra olunmuşdur. Elektrik sistemi üçün işlədilən elektrik naqili iddiaç ıgil tərəfindən alınmışdır. Material ilə əl muzdu birlikdə 260 manat təşkil etmişdir. Elektrik sistemi də 2020-ci ilin iyun ayında çəkilmişdir. 3.Evin təmiri ilə bağlı 2 dəfə taksi ilə Bakıdan Ağdam rayonunun Quzanlı qəsəbəsinə gedib qayıtmışlar. Hər dəfə gedib-qayıtmaq üçün 120 manat, ümumilikdə 240 manat taksiyə pul xərclənmişdir.
4. Bundan başqa böyük oğlu Nurlan Mustafazadə evin tavanı üçün material almaq məqsədilə Cavabdeh nəqd olaraq 200 manat vermişdir. Beləliklə, evin təmiri üçün mal-material almaq və usta kimi görülən işin əl muzdu olaraq cəmi 300 manat (döşəmə vurmaq üçün əl muzdu) + 260 manat (elektrik sistemi üçün materiala görə və əl muzdu olaraq) + 240 manat (taksi pulu) + 200 manat (material üçün) = 1000 manat xərcləmişlər. Qeyd olunduğu kimi iddiaçı cavabdeh ilə danışıb razılığa gəlmişlər ki, cavabdeh evin təmiri üçün çəkilən xərcləri onlara ödəyəcəkdir. İddiaçı cavabdehdən evin təmiri üçün çəkilən 1000 manat xərci tələb etsə də cavabdeh həmin xərci ödəməkdən imtina etmişdir.
26. Mənəvi zərərlə bağlı bildirirlər ki, iddiaçının oğlu Mustafazadə Araz ilə cavabdehin qızı Aydan arasında nişan 06 iyul 2020-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində olmuşdur. Həmin nişanda həm iddiaçı, həm də cavabdehin qohuməqrəbaları iştirak etmişdir. 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı cavabdeh öz ailəsi ilə təxminən 15 gün Bakıda iddiaçıgildə qalmışdır. Gedəndə cavabdeh tərəf bildirmişdir ki, bizim qohumluğumuz davam edə bilməz və nişanı pozub getmişlər. İddiaçı bu söhbətdən 1 gün sonra Quzanlıya getmiş və nişan zamanı apardıqları paltarları götürüb Bakıya qayıtmışdı r. Cavabdeh tərəfin nişanı qaytarmaları ona və həyat yoldaşı Mustafayev Araza pis təsir etmişdir. Belə ki, iddiaçı özü İİ qrup əlil, həyat yoldaşı Mutafayev Azər isə İİİ qrup əlildir. Həyat yoldaşı X5 müharibəsi iştirakçısıdır. Dövlət təltifi vardır. Cavabdehin və ailə üzvlərinin nişanı qaytarmaları iddiaçıya və onun həyat yoldaşına pis təsir etdiyi üçün onların hər ikisi xəstələnib xəstəxanaya düşmüşlər. Müalicə olunmaları üçün çoxlu məbləğdə xərcləri çıxmışdır. Cavabdeh tərəf onlara olan borcunu qaytarmadığı üçün iddiaçı 2021-ci ilin avqust ayının 7 və 9-da Quzanlıya getmiş və Cavabdeh pulunu tələb etmişdir. Cavabdeh Ağdam rayonunun Quzanlı qəsəbəsində küçədə camaatın gözü qarşısında küçə söyüşləri ilə iddiaçını söyüb təhqir etmişdir. İddiaçı bundan sonra cavabdehdən Ağdam rayon Polis Şö bəsinə şikayət vermişdir. Polis şöbəsi də qərar qəbul etmişdir ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etsinlər. İddiaçı bildirir ki, həyat yoldaşının və özünün müalicəsi ilə bağlı dərmanlara və həkimlərə xərclədiyi pullara, eləcə də söyülüb təhqir olunduğuna görə təzminat olaraq ümumilikdə Cavabdeh mənəvi zərər kimi 5000 manat pul tələb edir. Ümumilikdə isə evin təmiri üçün 1000 manat və mənəvi zərər görə 5000 manat, yekun olaraq cəmi 6000 manat pul tələb edir. Onuu da qeyd edir ki, həyat yoldaşı X3 və oğulları Araz və Nurlan Mustafazadə bu göstərdiklərinin şahidi olmuşlar və təsdiq edə bilərlər. İşə baxan məhkəmə qanunvericiliyin imperativ tələblərinə əməl etməmiş, daha doğrusu gözardına vurmuş, əsassız olaraq iddia tələblərini təmin etməməklə kobud qanun pozuntusuna yol vermişdir. B elə ki, Gəncə apellyasiya məhkəməsi şikayəti mahiyyəti üzrə araşdırmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir.
27. Nə Ağdam Rayon Məhkəməsi, nə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən İddiaçı Cavabdeh 5000 manat mənəvi zərərin əvəzini tələb etməsi iddiası üzrə bu göstərilən hallar tam və hərtərəfli yoxlanılmamışdır. Bununla da Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Buradan isə aydın olur ki, məhkəmə hazırkı iş üzrə sübutlara qərəzli şəkildə cavabdehin mənafeyini güdərək münasibət bildirmiş, qətnamədə göstərilən halları heç bir halda əsaslandıra bilməmişdir. Qeyd edirlər ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası bu hissədə qanunsuz və əsassız olaraq iddianı təmin etməmişdir.
28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qeyd olunan mülki iş üzrə tətbiq edilməli hüquq normalarına qiymət verərkən İddiaçı və Cavabdeh maddi və sosial vəziyyətini, humanizm və ədalətlilik prinsiplərini nəzərə almamış, məhkəmə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan İddiaçı apellyasiya şikayətini təmin etmədən qanunsuz və əsassız olaraq 04 iyul 2023-cü il tarixli, 2(104)-1609/2023 saylı qətnamə qəbul etmişdir. Məhkəmə tərəflərin istinad etdiyi sübutların və dəlillərin hər birinə öz münasibətini bildirməli, bu və ya digər dəlilin qəbul və ya rədd edilməsini müvafiq qaydada əsaslandırmalıdır. Lakin işə baxan birinci instansiya məhkəməsi qətnaməsində iddia tələbini rədd edərkən qanunvericiliyin imperativ tələblərinə əməl etməmişdir. Beləliklə bir dah a aydın olur ki, məhkəmə hazırki qətnaməsini qəbul edərkən Mülki və Mülki Prosessual Qanunvericiliyin bir sıra imperativ tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, qüvvədə olan mülki-prosessual qanunvericiliyinin tələbinə görə, məhkəmə aktları qanuni və əsaslı olmalıdır.
29. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 324.1, 324.2, 324.3, 324.4, 329.1, 329.2, 329.3, 389.1, 389.2, 389.3, 406.1, 752.1, 752.2, 753.1, 753.2, 755, 756.1, 756.2, 759.1, 759.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrin istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şə xsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tu tulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarı
37. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuz u təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilmə si barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa b orcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh məxus evin təmirinə 1000 manat xərc çəkdiyini iddia etsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Cavabdeh 5000 m anat mənəvi zərərin əvəzini tələb etsə də, lakin iddiaçının fiziki və mənəvi sarsıntılar keçirtməsi, bunların cavabdehin hər hansısa qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət (varsa) və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması halları müəyyən olunmur. Eləcə də İddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia mənəvi zərərin əvəzinin ödənilməsi hissədə də təmin olunmamalıdır.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdır ılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Kassasiya şikayətində işin faktiki halları da sadalanaraq məhkəmə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığı bildirilir. Məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına dair şikayətin dəlillərinə hüquqi qiymət verilmir. Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənbin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şi kayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 iyul 2023-cü il tarixli 2(104)1609/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.