Məhkəmə qərarları › İş №2(102)-186/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-186/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-186/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi, kredit müqaviləsi üzrə faizlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “ExpressBank" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4441/2024 nömrəli 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22 dekabr 2014-cü il tariхli, 100802-0087/14 nömrəli istehlak krеditi müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh 95 ay müddətinə illik 14.00 % ödənilməsi şərti ilə 90000.00 manat məbləğində kredit verilmişdir.

2. Müqaviləyə edilmiş 09 iyun 2015-ci il tarixli 01 nömrəli və 08 may 2017-ci il tarixli 2 nömrəli əlavə razılaşmalara əsasən, 22 dekabr 2014-cü il tarixli 100802-0087/14 №-li İstehlak krediti müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilsin: "1.2. Kredit xx.xx.2017- ci il tarixinədək (bundan sonra "Kredit müddəti" adlandırılacaq) verilir."

2. Müqavilənin bu əlavə razılaşma ilə toxunulmayan bütün digər bəndləri qüvvədə qalır.

3. Bu əlavə razılaşma imzalandığı andan qüvvəyə minir və 22 dekabr 2014-cü il tarixli 1008020087/14 №-li istehlak krediti müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi ona əlavə edilir.

3. İddiaçı ASC-nin X2 08 may 2017-ci il tarixli, 47/17 nömrəli protokoluna əsasən xx.xx.2012-ci il tarixli 10802-025/12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi çıxış edən Cavabdeh məxsus (Çıxarış: MH № 0044947) 76 nömrəli mənzil yüklülükdən azad edilməsi, xx.xx.2012-ci il tarixli 10802-025/12 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 100802-0087 /14 saylı istehlak krediti müqaviləsinin müddətləri xx.xx.2022- ci il tarixədək uzadılması və ödəniş cədvəlinə dəyişiklik edilərək hər iki müqavilə üzrə xx.xx.2019-cu il tarixindəki cəmi ödəniş 35,000 (otuz beş min) manat təyin olunması, bu məb ləğin 28,000 (iyirmi səkkiz min) manat hissəsi əsas borcun silinməsinə, 7,000 (yeddi min) manat hissəsi faiz borcunun silinməsinə yönəldilməsi, xx.xx.2019-cu il tarixindəki cəmi ödəniş 130,000 (bir yüz otuz min) manat təyin olunması, bu məbləğin 97,400 (doxsan yeddi min dörd yüz) manat hissəsi əsas borcun silinməsi, 32,600 (otuz iki min altı yüz) manat hissəsi isə faiz borcunun silinməsinə yönəldilməsi, qalıq borc 2 bərabər hissəyə bölünərək müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində ödənilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 214 7.25 manat məbləğində əsas bоrc və 59056.09 manat faiz borcu оlmaqla, cəmi 61203.34 manat borcun və 274.01 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, banka olan borcunu ödəməmişdir. 15 fevral 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2147.25 manat məbləğində əsas bоrc və 59056.09 manat faiz borcu оlmaqla, ümumilikdə 61203.34 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2586 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 22 dekabr 2014-cü i l tarixli 100802-0087 /14 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş əlavələrin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan xx.xx.2023-cü il tarixinə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə - 2147,25 manat, - faiz borcu üzrə - 28814,27 manat.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6813 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 22 dekabr 2014-cü il tarixli 100802-0087 /14 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş əlavələrin qeyd olunan şərtlərini nəzərə alara q Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə və maliyyə arayışında borcun hesablandığı xx.xx.2023-cü il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə: - əsas borc üzrə 2147,25 manat, - faiz borcu üzrə - 29223,56 manat. xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə - 2147,25 manat, - faiz borcu üzrə - 28814,27 manat.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/218 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 100802-0087 /14 saylı kredit müqaviləsinin və xx.xx.2017-ci il tarixli, 02 №-li Əlavə Razılaşmanın şərtlə ri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 31.370,81 manat məbləğində və xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 30.961,52 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2022-ci il tarixə: - əsas borc üzrə 2147,25 manat, - faiz borcu üzrə - 29223,56 manat. xx.xx.2023-cü il tarixə: - əsas borc üzrə - 2147,25 manat, - faiz borcu üzrə - 28814,27 manat.

9. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-86/2024 saylı, 21 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Hey dərova) iddia tələbinin qismən təmin edilərək cavabdeh X3 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2147,25 manat əsas, 28814,27 manat faiz, ümumilikdə 30.961,52 manat (otuz min doqquz yüz altmış bir manat, əlli iki qəpik) borcun və 142,5 dövlət rüsumunun tutulması; iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 490 manatın 235 manatının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 255 manatın isə cavabdeh X3 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 2147,25 AZN, müqavilə müddəti bitən tarixə faiz borcu 28814,27 AZN təşkil edir. İş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcun 2147,25 AZN və faiz borcunun 28814,27 AZN olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.3 v ə 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə 3 dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Bankın məhkəməyə təqdim etdiyi sübutlara əsasən kredit vəsaitinin borcluya təqdim edildiyi tarix, kredit müqaviləsi və ona edilmiş əlavə razılaşmalar, kredit ödənişləri barədə ətraflı məlumat və hesabdan çıxarış eskpertə təqdim edilsə də, keçirilmiş ilk 2 mühasibatlıq ekspertizası üzrə rəylərə əsasən iddiaçı 28 ay 16 gün müddətinə kredit müqaviləsi üz rə əldə etməli olduğu faiz gəlirlərindən məhrum edilmişdir. Sonuncu 3-cü dəfə keçirilmiş mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş rəydə isə keçirilmiş ilkin və təkrar ekspertizaların rəylərinə əks olaraq ekspert iş üzrə ödəniş cədvəli təqdim edilmədiyi üçün xx.xx.2017-xx.xx.2022 tarixləri aralığında faiz hesablamasının mümkün olmadığı qeyd etsə də, rəyə əlavə cədvəldən də müəyyən edilir ki, sonuncu keçirilmiş ekspertiza zamanı da hesablama xx.xx.2017-xx.xx.2022 aralığında aparılmışdır. Nəticədə, xx.xx.2014xx.xx.2017-ci il tarixlərində kredit üzrə faiz hesablaması ekspert tərəfindən aparılmamışdır. Məhkəmə tərəfindən bütün bu boşluqlar görülməsinə və ətraflı şəkildə məhkəməyə izah verilməsinə baxmayaraq məhkəmə ekspertin hesablama metodunun hansı əsaslarla aparıldığını müəyyən etmək əv əzinə “uydurma” rəyləri əsas götürmüşdür. Qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İndiki halda məhkəmə ekspert rəyində uyğunsuzluğu və ekspertin açıq-aşkar hesablamanı obyektiv aparmaqdan yayındığını görsə də, məsələ ilə bağlı heç bir qanuna uyğun tədbir görməmiş, əksinə qeyri-müəyyən səbəbdən yekunda özünün də razılaşmadığı ekspert rəyi ilə heç bir əsas gətirmədən “razılaşmağı” üstün tutmuş və nəticədə bankın iddiasını qismən təmin edərək bankı iş üzrə faiz gəlirlərindən əhəmiyyətli dərəcədə məhrum etmişidir. Məhkəmə qətnamədə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təgzib edən, bu hallara zidd olan sübutlar müə yyən edilmədiyindən ekspert rəyi iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Halbuki, məhkəmə iddiaçının vəsatətini qəbul edərək iş üzrə iki dəfə təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə bu addımları ilə ekspert rəyində müəyyən edilən halları təgzib etmiş, bu hallara zidd olan sübutlar müəyyən edildiyini təsdiq etmişdir. Bütün bunlara baxmayaraq əvvəlki ekspert rəyləri ilə eyni məbləğdə rəy verilmiş 3-cü ekspertizadan sonra məhkəmə tərəfindən qəbul edilməyən ekspert rəyləri heç bir əsas gətirilmədən mötəbər hesab edilmişdir. Keçirilmiş hər üç ekspertizanın rəyində dəyişiklik olmaması səbəbindən məhkəmə suallarına obyektiv cavab tapa bilməmiş və bu hala rəğmən məhkəmə tərəfindən ekspert rəyi əsas götürülərək işə obyektiv, qərəzsiz, tam b axılmadan və həmin sübutlara müvafiq qiymət verilmədən qərar qəbul edilmişdir. Qanunvericiliyin tələbinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmənin hansı səbəbdən iş üzrə keçirilmiş ekspertizalardan ikisinin rəylərini qəbul etməməsi sonuncu 3-cü rəydə isə fikrini dəyişərək ekspertlə razılaşması özlüyündə müəmmalıdır və məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bunun nəticəsində iddiaçının qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4441/2024 nömrəli 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayət i təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının hazırki iddiası təmin edilməyən hissədə əsaslı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən 3 dəfə istifadə etmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Birinci instansiya məhkəməsi də qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi faiz borcu məbləğini deyil, hər üç ekspertiza rəyi ilə müəyyən edilmiş eyni faiz b orcunu nəzərə alıb həmin hissədə iddianı qismən təmin etmişdir.

17. İddiaçının tələb etdiyi faiz borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspert tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər, hansı ki, birinci instansiya məhkəməsi də bu məqsədlə üç dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edərək rəylər almışdır.

18. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən su byektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin faiz borcunun yenidən hesablanması üçün dördüncü dəfə hər hansı bir əsas və zərurət olmadağından yenidən ekspertiza keçirilməsinə də ehtiyac qalmır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən alınmış rəylərin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görməmişdir.

19. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 433.1, 442, 443.1, 739.1, 739.2, 740.1, 740.2-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti Mülki Məcəllənin n 6.1.5, 6.1.7, 6.1.8, 324.5, 385.1, 390, 739.3, 740, 742, 744-cü, MPM-in 9.1, 9.2, 14.1, 14.2 47.1, 63.2, 76.3, 88, 99, 101.6, 103.2-ci maddələrinə istinad edilməklə apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsi də ekspertin rəyində xx.xx.2 014 - xx.xx.2017-ci il tarixləri aralığı üzrə, yəni 28 ay + 16 gün müddətinə 29,960.00 manat hesablanmalı olan faiz borcu məbləğini hansı səbəbdən nəzərə almadığını ümumiyyətlə əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, İddiaçı ASC-də digər banklar kimi Mərkəzi Bankın 32 saylı qərarı ilə müəyyən etdiyi hesablar planına uyğun olaraq silinmələr və hesablamalar aparılır. Lakin, faizlərin hesablanması, əsas və faiz borcu üzrə silinmələrin ekspert tərəfindən hansı təlimatlara və normalara uyğun aparıldığı barədə məlumat verilmir və məhkəmə də buna əhəmiyyət verməmişdir. Məhkəmə sadəcə ona əsaslanmışdır ki, ekspert rəy veribsə deməli düzdür. Həmçinin məhkəmə “iddiaçının tələb etdiyi faiz borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərində ki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilməsini” vurğulayarkən onu nəzərə almamışdır ki, bank öz növbəsində Mərkəzi Bank tərəfindən müəyyən olunmuş qaydaları, daxili və kənar audit qarşısında məsuliyyət daşıyır və mövcud qanunvericiliyin bütün tələblərinə qeyri-şərhsiz riayət etmiş və heç bir borclu ilə şəxsi ədavət aparmamışdır.

22. Keçirilmiş hər üç ekspertizanın rəyində dəyişiklik olmaması səbəbindən məhkəmə suallarına obyektiv cavab tapa bilməmiş və bu hala rəğmən məhkəmə tərəfindən ekspert rəyi əsas götürülərək işə obyektiv, qərəzsiz, tam baxılmadan və həmin sübutlara müvafiq qiymət verilmədən qərar qəbul edilmişdir. Qanunvericiliyin tələbinə görə ekspertin rəyi ilə məhk əmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmənin hansı səbəbdən iş üzrə keçirilmiş ekspertizalardan ikisinin rəylərini qəbul etməməsi sonuncu 3-cü rəydə isə fikrini dəyişərək ekspertlə razılaşması özlüyündə müəmmalıdır və məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bunun nəticəsində iddiaçının qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

28. Maddə 739 (xx.xx.2023-cü ilədək qüvvədə olan ). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

29. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır.

30. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin q ətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəf indən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 sentyabr 2024-cü il tarixli 2(103)-4441/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar