Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1860/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli 2(103)-7224/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş 2(004)-11561/2016) İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs X1 qarşı kreditin, hesablanmış faizlərin, cərimənin tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 cəmi 137.560,84 ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 83.938,34 manat məbləğində borcun və ödənilmiş məhkəmə xərclərinin 58,80 manat hissəsinin tutulub İddiaçı KB ASC-yə ödənilməsiqət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ticarət təyinatlı sahəsi 159,6 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilmiş, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 210.000 manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi, satış dan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, həmin qeyriyaşayış sahəsinə tutma yönəldildikdən və açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldıması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2017-cı il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov, iş 2(103)3462/2017) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 oktyabr 2016cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2018-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Qoldman, Ə.A.Mirzəliyev və G.A.Quliy ev, iş 2(102)2325/2018) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2017-cı il tarixli qətnaməsinin qismən-ipoteka predmetinin ilkin satış qiymətinin 210.000 manat müəyyən edilməklə satılması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tar ixli qətnaməsinin qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 280.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2014-cü il tarixli, 19/14SU saylı kredit müqaviləsinə əsasən borc alana 11 aprel 2019-cu il tarixədək 1.000.000 manat məbləğində kredit xətti açılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəlikərin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ticarət təyinatlı 159.6 kv.m qeyri-yaşayış sahəsi İddiaçı ASC-yə ipotekaya qoyulmuşdur. 14 aprel 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 18% ödəmək şərtilə 200.000 ABŞ dolları məbləğində kredit verilmiş, 05.06.2015-ci il tarixli sazişə əsasən kreditin bitmə müddəti 14.04.2018-ci il tarixədək üzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında 24.11.2014-cü il tarixdə bağlanmış əlavə kredit xətti müqaviləsinə əsasən borc alana 24 ay müddətinə illik 16 % olmaqla 80.000 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı olaraq 24.11.2014-cü il tarixdə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə Cavabdeh1 öz müqavilə öhdəliklərini lazımınca icra etməmiş və bununla əlaqədar müxtəlif tarixlərdə Bank tərəfindən ona xəbərdarlıq məktubları göndərilərək borcun ödənilməsi üçün vaxt verilmiş, lakin borcun ödənilməsi təmin olunmadığına görə borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsi barədə DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə göndərilmiş bildiriş 04 iyul 2016-cı il tarixdə qeydə alınmışdır. 2016-ci ilin avqust ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən Cavabdeh1 bankın xeyrinə cəmi 141.163,84 ABŞ dolları, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 83.938,34 manat məbləğində borcun tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər və üçüncü şəxs işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, ipoteka müqaviləsində əmlakın ilkin satış qiyməti 210.000 manat dəyərində müəyyən olunmuşdur. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdehər tərəfindən ipoteka predmetinin qiyməti mübahisələndirildiyindən məhkəmə kollegiyası müstəqil qiymətləndirici təyin etmiş və Azərbaycan Respublikası “xxxx” MMC Konsaltinq Qiymətləndirmə Şirkəti tərəfindən 14 avqust 2018-ci il tarixli qiymətləndirmə rəyi ilə qeyri-yaşayış sahəsinin dəyərinin 280.000 manat olması müəyyən olunmuşdur. Həmin rəylə müəyyən olunmuş qiymətin qeyri-yaşayış sahəsinin real bazar dəyərinə uyğun olmamasını təsdiq edən sübutlar olmadığından, kollegiya kassasiya şikayətinin həmin dəlili ilə razılaşmır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1860/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1860/2019
13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver