Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1862/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X1 iştirakı ilə, İddiaçı2 Zibeyr oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7855/2018 nömrəli iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim E lmar Rəhimov) 2(009)-2339/17 saylı iş üzrə 28 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək “xxxx” MMC-dən 1 ədəd şubaya görə vurulmuş ziyanın əvəzi olaraq 302400 Rusiya rublu (Mərkəzi Bankın ödəniş gününə olan manat ekvivalenti ilə), 2 ədəd kişi köynəyinin, 1 cüt uşaq sırğasının (3 qr qızıl), 5 kq çəkidə xalis bala görə vurulmuş ziyanın əvəzi olaraq 500 manat, dəymiş mənəvi ziyanın əvəzi kimi 200 manat məbləğində pulun tutularaq İddiaçı1 və İddiaçı2 qaytarılması, “xxxx” MMC-dən hüquqi xidmət haqqı olan 1100 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı1 ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov-sədrlik edən və məruzəçi, Xəyalə Cəmil ova və Abiddin Hüseynov) 2(103)-293/18 saylı iş üzrə 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) 05 iyun 2018-ci il tarixli qərarı ilə cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının iş üzrə 15 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrl ik edən və məruzəçi, Vüsalə Baxışova, Vüqar Həsənov) 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin olunmuş və 180 manat məbləğində kompensasiyanın “xxxx” MMC-dən alınaraq İddiaçı2 verilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” MMC-yə, 3-cü şəxs X7 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi belə əsaslandırılmışdır: 20 iyul 2015-ci il tarixdə Rusiya Federasiyası Altay vilayətinin Rubtsovsk şəhərindən İddiaçı2 X1nın adına içərisindəki əşyaların siyahısı göstərilməklə ümumi çəkisi 8,5 kq olan (ko d nömrə CA029102292RU) poçt bağlaması göndərmişdir. Həmin bağlamanın içərisində dəyəri 302400 Rusiya rublu olan 1 ədəd qadın şubası, 2 ədəd kişi köynəyi, 2 ədəd qızıl sırğa və 5 kq yaxın arı balı olmuşdur. Təxminən iyul ayının 30-dan başlayaraq X1 mütəmadi olaraq yaşadığı ərazi üzrə “xxxx” MMC-nin 25 saylı poçt şöbəsinə müraciət etmiş və nəticədə bağlamanın poçta daxil olmaması məlum olmuşdur. Göndərilən bağlamanın poçt şöbəsinə gəlmədiyini öyrəndikdən sonra o, bağlamanı göndərən İddiaçı2la əlaqə saxlayaraq bağlamanın çatmamasının səbəblərini araşdırmağı xahiş etmişdir. İddiaçı2 Rubtsovsk şəhər Poçt şöbəsinə müraciət etmiş və nəticədə məlum olmuşdur ki, guya bağlama X1nın yaşadığı ünvan üzrə poçt şöbəsinə göndərilmiş və onun tərəfindən qəbul edilmişdir. X1 göndərilən bağlamanı faktiki olar aq qəbul etmədiyi üçün yenidən 25 saylı poçt şöbəsinə müraciət etmiş, poçt şöbəsindən məsləhət görmüşlər ki, Respublika X17 müraciət etsin. Belə müraciətlərin birində Respublika X14 çeşidləmə sexinin əməliyyatçısı X7 ona etiraf etmişdir ki, gömrükdə yoxlama zamanı bağlamanı özü açmış və içərisində olan əşyalar paylanmışdır. Onların dediklərinə görə, həmin bağlama artıq alınmışdır ancaq X1 həmin bağlamanı 25 saylı poçt şöbəsində gözlədiyini, ona heç bir məlumatın verilmədiyini və müvafıq olaraq bağlamanı heç vaxt almadığını sübuta yetirdikdən sonra onlar əvvəlcə bağlamanın itdiyini, sonra Qarakişi adlı şəxsə, daha sonra isə Murad Məmmədov adlı birisinə səhvən verdiklərini bildirmişlər. “xxxx” MMC-nin 20 noyabr 2015-ci il tarixli məktubunda bildirilmişdir ki, göndərilən CA029102292RU saylı p oçt göndərişi ilə əlaqədar Rusiya poçt müdiriyyətindən “xxxx” MMC-yə müvafiq sorğu daxil olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, həmin bağlama 25.08.2015-ci il tarixdə Bakı şəhər X17 daxil olarkən içərisində olan maye (bal) dağılaraq ünvanı tanınmaz hala saldığı üçün bağlama səhvən Murad Məmmədov adlı şəxsə verilmişdir. Eyni gündə iki bağlamanın hər ikisinin Rusiyadan gəlməsi və hər ikisinin də içərisində bal məhsulunun olması verilmə zamanı anlaşılmazlıq yaratmışdır. Yalnız müraciətindən sonra, Murad Məmmədovla əlaqə saxlanılmış və bu şəxs öz izahatında qeyd etmişdir ki, bağlamanın içərisində olanlar tanınmaz hala düşdüyü üçün sonuncu bağlamanı tullamışdır. Qeyd olunanları nəzərə alaraq CA029102292RU saylı bağlamanın maddi məsuliyyəti X12 işçilərinin üzərinə qoyulmuş və mövcud beynə lxalq qaydalara uyğun olaraq dəyən zərərin əvəzinin Rusiyada yaşayan göndəriciyə ödənilməsi üçün müvafiq sənədləşmə aparılmışdır. Müraciətinin nəticəsi onu qane etmədiyi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təkrar müraciət ünvanlamış, həmin müraciətə “xxxx” MMC-nin 30 noyabr 2015-ci il tarixli və Nazirliyin 07 dekabr 2015-ci il tarixli cavab məktublarında qeyd olunmuşdur ki, X3 tələblərinə uyğun olaraq, bağlamanın ünvana çatmaması ilə əlaqədar poçtu göndərən ölkədə yaşayan göndəriciyə - İddiaçı2 dəymiş 180,81 manat miqdarında zərərin əvəzinin müvafıq prosedur qaydaları çərçivəsində ödəniləcəyi barədə Rusiya poçtuna 10.01.2015-ci il tarixdə “xxxx” MMC tərəfindən yazılı məlumat verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda gö stərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı2 Zibeyr oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, iddiaçı bildirmişdir ki, bağlamanı mənimsəyiblər, lakin bu halı sübut edə bilmirlər. Məhkəmə iddia tələbinin dəlilləri ilə tanış olsaydı iddiaçının əsas dəlillərinin bağlamanın mənimsənilməsi ilə bağlı olmadığını müəyyən edə bilərdi. "Poçt Haqqında Azərbaycan Respublikası Qanunun 17.4.1-ci maddəsinə əsasən, poçt rabitəsi operatorları istifadəçilər qarşısında poçt göndərişinin itirilməsi, içərisindəkilərin xarab olması, zədələnməsi və ya çatışmazlığı fors-major hadisəsi nəticəsində baş verdikdə məsuliyyət daşımırlar. Qanunvericilikdə sadə və oxunaqlı formada qeyd edilmişdir ki, fors-major hadisəsi nəticəsində itirilmə olarsa poçt rabitəsi operatorları məsuliyyət daşımırlar. İddiaçı2 digər İddiaçı1 göndərdiyi CA029102292RU saylı bağlama forsmajor nəticəsində deyil, "xxxx" MMC-nin işçisinin diqqətsizliyi nəticəsində üçüncü şəxsə verilmişdir. Bağlamanın ünvan sahibinə deyil üçüncü şəxsə verilməsi itirilmə halı hesab edilə bilməz. Bu absurd və məntiqsiz yanaşmadır. İtirilmə halı o zaman ola bilər ki, bağlama göndəricidən gələrkən ünvan sahibinə çatmadan yolda itsin. Hazırki vəziyyətdə isə bağlama ünvan sahibinə çatmışdır. Yalnız ünvan sahibi "xxxx" MMC-nin əməkdaşı tərəfindən düzgün seçilməmişdir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, həmin işçiyə bu səhvinə görə töhmət elan edilmişdir."xxxx" MMC-nin İddiaçı1 şikayətinə 20.11.2015-ci il tarixli cavab məktubunun 2-ci abzasında qeyd edilmişdir ki, bağlama 25.08.2015-ci il tarixində Bakı şəhər X17 daxil olarkən içərisində olan maye (bal) dağılaraq ünvanı tanınmaz hala saldığı üçün bağlama səhvən M.Məmmədov adlı şəxsə verilmişdir. Məktubun 3-cü abzasında qeyd edilir ki, CA029102292RU saylı bağlamanın maddi məsuliyyəti X14 işçilərinin üzərinə qoyulmuşdur.Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğlunun İddiaçı1 ünvanladığı 02.03.2016-cı il tarixli məktubun 4-cü v ə 5-ci abzaslarında qeyd edilmişdir ki, Nəsimi rayon Prokurorluğunda aparılmış araşdırılma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin X14 əməkdaşları bağlamanı səhvən X7 vermişlər. Sonuncu isə rayon prokurorluğuna verdiyi izahatda "xxxx" MMC tərəfindən ona verilmiş bağlamanın bala bulaşıq və yararsız halda olduğuna görə tulladığını bildirmişdir. "xxxx" MMC-nin əməkdaşlarının diqqətsizlikləri nəticəsində yol verdikləri səhvə görə çeşidləmə sexinin əməliyyatçısı X7ya töhmət verilmişdir.Bundan əlavə "xxxx" MMC tərəfindən tərtib etdilmiş və iş materiallarında mövcud olan 2 akt mövcuddur. Qeyd edilən aktların məzmunu belədir: “AKT tərtib edilir Bakı PDM-də 25.08.2015-ci il tarixdə ondan ötrü ki, 25.08.2015-ci il tarixdə Rusiya Federasiyasından daxil olmuş CA029102292RU saylı bağlama tam islan mış, əzilmiş, dağılmış vəziyyədə PDM-ə daxil olmuş, göndərilməsi mümkün olmadığı üçün PDM-də saxlanılmış və vətəndaşın PDM-ə dəvət edilməsi qərara alınmışdır” Digər akt eyni məzmunlu olmaqla 29.08.2015-ci il tarixdə Murad Məmmədova məxsus olan CA**********RU saylı bağlamaya görə tərtib edilmişdir. Sual yaranır: Əgər qeyd edilən bağlamalarda "xxxx" MMC-nin yuxarıda istinad edilən məktubunda bildirildiyi kimi maye (bal) dağılaraq ünvanı tanınmaz hala salmışdısa o, bağlamanın kodunu hardan müəyyən edə bilmişlər? Əgər kodları müəyyən etmək mümkün olmuşdursa nəyə görə "səhv" edərək bağlamanı sahibinə deyil üçüncü şəxsə vermişlər?Qeyd edilən hallar bağlamanın üçüncü şəxsə səhvən verilməsinə əsaslı şübhə yaradır.Poçt rabitəsi xidmətini göstərən "xxxx" MMC CA029102292RU saylı bağlamanı qəbul etmək lə İddiaçı1 təhvil verməli olduğu halda müqavilə tərəfinə aid olmayan M.Məmmədov adlı şəxsə bağlamanı verməsi ilə üzərinə düşən öhdəlikləri natamam icra etmiş və nəticədə "xxxx" MMC-nin mülki hüquq məsuliyyəti yaranmışdır. Tərəflərin izahatları: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər İddiaçı2 Zibeyr oğl u gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı2 Rusiya Federasiyasının Rubstovsk şəhərindən digər İddiaçı1 adına çəkisi 8,5 kq, seriya kodu CA029102292RU olan bağlama göndərmiş, sözü gedən poçt göndərişi 25 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, "xxxx" MMC-nin X18 bu bağlamanı qəbul etmişdir. Lakin həmin bağlama iddiaçı X1ya çatdırılmamışdır. İddia tələbində iddiaçılar həmin bağlamanın çatdırılmaması ilə bağlı bağlamanın içərisində olan dəyəri 302400 rus rublu (təqribən 5000 ABŞ dolları) təşkil edən 1 ədəd şubanın, 2 ədəd kişi köynəyinin, 1 cüt uşaq sırğasının (3 qr qızıl), 5 kq çəkidə xalis balın, əlavə olaraq bu işin araşdırılmasına çəkilən xərclərin və ona dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsini cavabdehdən tələb edirlər. Cavabdeh "xxxx" MMC iddiaçılar tərəfindən bağlamanın göndərilməsini və bağlamanın içərisində olan əşyaları mübahisləndirməmişdir. Cavabdehin iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, göndərilən bağlamanın içərisində olan bal dağılmış və nəticədə bağlamanın üzərindəki ünvan görünmədiyindən bağlama səhvən başqa şəxsə, yəni iş üzrə üçüncü şəxs X7 verilmişdir. Həmin gündə Rusiya Federasiyasından həm iddiaçıya, həm də Murad Məmmədova gəlmiş bağlamaların hər ikisinin içərisində bal olmuş, hər iki bağlamadakı bal dağıl mış və bağlamalar üzərindəki ünvanlar oxunmadığından anlaşılmazlıq yaranmışdır. Cavabdeh təşkilat hesab edir ki, Beynəlxalq poçt qanunvericiliyin tələblərinə uyğun olaraq göndəriciyə - İddiaçı2 Zibeyr oğluna dəymiş ziyanın əvəzi 180 manat məbləğində kompensasiya təşkil edir və bu kompensasiyanın təmin edilməsi barədə Rusiya Fedarasiyası poçtuna yazılı məlumat verilmiş və həmin ödəniş həyata keçirilmişdir. İddia tələbini qismən təmin edən apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh bağlamanın səhvən başqa ünvana verildiyini bildirmiş və buna səbəb bağlamanın içərisindəki balın dağılaraq bağlamanın üzərində yazılmış ünvanın tanınmaz hala düşməsini göstərmişdir. İddiaçı isə bağlamanın mənimsənildiyini bildirmişdir. Bu mülahizələrin heç biri mötəbər s übutlarla təsdiq edilmədiyinə görə mövcud vəziyyət bağlamanın itməsi kimi qiymətləndirilməlidir. Bağlama ünvana çatmadan itdiyinə görə cavabdeh bağlamanı göndərənin (2-ci iddiaçının) qarşısında məsuliyyət daşıyır.Məhkəmə hesab etmişdir ki, cavabdeh MMC məhdud məsuliyyət daşıyır, məsuliyyətin həcmi itən əşyaların dəyərindən asılı deyil. Bağlamanın itdiyi zaman (2015-ci ildə) Azərbaycan Respublikasının ərazisində Konvensiya qüvvədə olub, həmin Konvensiya ilə zərərin əvəzinin tam ödənilməsi hüququ məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası “X6 və onun yekun Protokoluna qoşulmaq haqqında” 21.12.2012-ci il tarixli qanun qəbul etmiş, bu Konvensiya 2008-ci ildə Cenevrədə imzalanmışdır. Konvensiyanın 4.1-ci bəndinə əsasən “sadə bağlamanın itirilməsi, bütövlükdə oğurlanması və ya tam zə dələndiyi hallarda göndərici poçt bağlamaları reqlamentində müəyyən edilmiş kompensasiyanın ödənilməsi hüququna malikdir”. Göründüyü kimi, Konvensiyada məsuliyyət məhdudlaşdırılmış və Reqlamentə göndəriş edilmişdir. Hazırkı işdə tətbiq edilməli olan Reqlament 15.04.2013-cü ildə Berndə müəyyənləşdirilib, o, “Poçt göndərişləri reqlamentinin yekun protokolu”nda əksini tapıb. Bu Reqlamentdə başqa Konvensiyaya (2012-ci ildə Doha şəhərində imzalanmış. 2016-cı ildə Azərbaycan Respublikası qoşulduğu X6) istinadən tariflər müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, bağlamanın itdiyi zaman (2015-ci ildə) dünyada məhz bu Reqlament qüvvədə olmuşdur. Reqlamentin 154.3.1-ci bəndində kompensasiyanın maksimum həddi belə müəyyən olunub: 40 SDR - sadə bağlamaya görə ümumiləşdirmə yolu ilə hesablanmış tarif və 4,50 SDR - hər kiloqrama görə tarif. Bura həmçinin bağlama göndərilmə üçün təhvil verilərkən ödənilmiş tarif və yığımlar da əlavə olunur. Bağlamanın itdiyi zaman 1 SDR 1,4875 manat təşkil etmişdir. Bağlamanın çəkisi 8,5 kq olub. SDR ilə hesablama aparıldıqda, habelə bağlama göndərilmə üçün təhvil verilərkən ödənilmiş tarif və yığımlar da nəzərə alındıqda göndəriciyə (2-ci iddiaçıya) ödənilməli olan kompensasiyanın məbləği 180 manatı aşmır. Cavabdeh həmin məbləğdə kompensasiya ödəməli olduğunu etiraf etmiş, lakin onu göndəriciyə (2-ci iddiaçıya) ödədiyini sübut edə bilməmişdir. Zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququ qanuna və müqaviləyə əsasən məhdudlaşdırıla bilər. O cümlədən Mülki Məcəllənin 454.1-ci maddəsinə görə öhdəliklərin ayrı-ayrı növləri üzrə və müəyyən fəal iyyət növü ilə bağlı öhdəliklər üzrə qanunla zərərin əvəzinin tam ödənilməsi hüququ məhdudlaşdırıla bilər. Poçt daşımalarında cavabdehin məhdud məsuliyyəti mövcuddur, bu məhdudiyyət Konvensiya ilə müəyyənləşdirilib. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxıması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışd ır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiya məhkəməsi İddiaçı2 tərəfindən göndərilmiş bağlamanı itmiş kimi qiymətləndirmiş, “X4” “Poçt göndərişləri reqlamentinin yekun protokolu”na və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 454.1-ci maddəsinə istinad edərək cavabdeh MMC-nin vurulmuş ziyana görə məhdud məsuliyyət daşıdığını və istinad edilən normativ aktlara görə cavabdehdən 180 manat pulun tutulmalı olmasını qeyd etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən işdə olan sübutları tam, hərtərəfli və obyektiv baxmamış, həmçinin məhkəmə maddi hüquq normasını düzgün tədbiq etməmiş, məhkəmənin gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsini tələblərinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, “xxxx” MMC Rusiya Federasiyasından daxil olmuş 8,5 kq olan seriya kodu CA029102292RU saylı bağlamanı (onun tərkibi: 1 ədəd şuba (dəyəri 302400 Rusiya rublu), 2 ədəd kişi köynəyi, 1 cüt uşaq sırğası (3 qr qızıl), 5 kq çəkidə xalis bal (bu əşyaların ümumi dəyəri 500 (beş yüz) manat)) qəbul etmiş və müəyyən olunmuş müddət də (qaydada) ünvan sahibi İddiaçı1 təhvil verməli olduğu halda, aidiyyatı olmayan digər şəxsə, yəni X7 verdiyini bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş X2 göstərmişdir ki, İddiaçı1 bağlama ilə bağlı poçta müraciət etmiş və həmin vaxt "xxxx” MMC-nin X15 iki korlanmış bağlama olmuşdur, hər iki bağlamada bal dağılmışdır. Bağlamalar elə vəziyyətə gəlmişdir ki, üzərindəki ünvan oxunmamışdır. Adətən belə hallar baş verəndə vətəndaş çağırılır və o, öz bağlamasını tapmaqla alıb gedir. Bu məsələdə də elə olmuşdur. Məmmədov soyadlı vətəndaş poçta müraciət etmiş, korlanmış bağlamalar ona göstərilmiş və o, kodu zədələnmiş bağlamalardan birini seçib özünə məxsus olduğunu bildirməklə üzərindəki ünvan oxunmayan bağlamanı götürmüşdür. Məlum olmuşdur ki, Murad Məmmədov adlı şəxs yanlış bağlamanı götürmüşdür. X13 özünə aid bağlamanı almaqdan şifahi şəkildə imtina etmiş, lakin bu barədə hər hansı bir ərizə yazmamışdır. Həmin əməliyyatı aparan işçi F.X7ya “xxxx” MMC-nin direktorunun 30.09.2015-ci il tarixli 64 №-li əmri "Töhmət" verilmiş, o, intizam məsuliyyətinə cəlb olunmuşdur. Bakı X14 əməkdaşları tərəfindən 25.08.2015-ci il və 29.05.2015-ci il tarixlərdə tərtib olunmuş aktlardan görünür ki, İddiaçı2 tərəfindən İddiaçı1, naməlum şəxs tərəfindən 3-cü şəxs Murad Məmmədovun ünvanına göndərilən bağlamalar fərqli tarixlərdə PDM-yə daxil olmuş, hər iki bağlamanın izləmə kodları (CA029102292RU və CA058415426RU) aydın şəkildə oxunaqlı olmuş, izləmə kodları aktlarda öz əksini tapmışdır. İddiaçı1 göndərilən CA029102292RU saylı bağlama daxil olduqdan sonra “xxxx” MMCnin X14 əməkdaşı həmin b ağlamanı İddiaçı1 təhvil verməli olduğu halda bunu etməmiş, İddiaçı1 özü dəfələrlə müraciət etsə də, ona hər hansı digər bağlama, o cümlədən səhvən təhvil alınmamış Murad Məmmədovun ünvanına gəlmiş bağlama da təqdim edilməmişdir. Göründüyü kimi, məhkəmə İddiaçı2 adından digər iddiaçı X1nın ünvanına göndərilmiş bağlamanın itməsi qənaətinə gələrkən yuxarıda göstərilən halları, habelə cavabdeh təşkilatın özünün təqdim etdiyi sübutları (nümayəndənin və 3-cü şəxs M.Məmmədovun izahatları, aktlar, poçt əməkdaşına intizam tənbehi tədbiq edilməsinə dair sənədlər və s.) kifayət qədər nəzərə almamış, bağlamanın itməsinin istisna olunması, bağlamanın “xxxx” MMC Bakı PDM-nin işçilərinin öz vəzifələrini layiqincə yerinə yetirməmələri, səhlənkar yanaşmaları səbəbindən İddiaçı2 mülkiyyətindən çıxmasını di qqətdən qaçırmışdır. Bundan başqa cavabdeh MMC göndərilmiş bağlamanın Murad Məmmədov adlı şəxsə verilməsini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, mübahisə edilən bağlamanın sonuncuya verilib-verilməməsi məsələsini də araşdırmamış, mülki işə baxılarkən və iddiaçıların hüquq mühafizə orqanlarına və müvfiq qurumlara etdiyi müraciətlər zamanı Murad Məmmədovun ziddiyətli izahatlar verməsinə aydınlıq gətirməmişdir. Bu barədə işə əvvələr baxmış kassasiya instansiya məhkəməsinin qərarında göstərişlər qeyd olunmasına baxmayarq apellyasiya instansiyası məhkəməsi bu göstərişlərə əməl etməmişdir. Mülki Prosessual Məcəllə 420-ci maddəsinin tələblərinə görə, Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan mə hkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya gələn bağlama son çatdırma məntəqəsinə daxil olduqdan sonra poçt əməkdaşları bağlamanı sahibinə çatdırmamış, bağlamanın taleyi müəyyən edilməmiş qalmışdır. Bundan əlavə məhkəmə xərcləri ilə bağlı hüquqi xidmətlərə görə ödənilmiş xərcin tutulması da iddia tələbində göstərilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbini rədd etmiş, lakin bu hissə ilə bağlı, həmçinin mənəvi zərərin vurulması ilə bağlı heç bir əsaslandırma aparmamışdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlərə tam əməl etməməklə bərabər, həm prosessual, həm də maddi hüquq normalarının tədbiqi və təfsirində səhvə yol vermişd ir. İşdən daha sonra görünür ki, məhkəmə İddiaçı2 ödəniləcək kompensasiyanın məbləğini bağlamanın çəkisinə əsasən müəyyən edərkən də səhvə yol vermişdir. Bağlamanın göndərilməsi barədə İddiaçı2 ərizəsindən görünür ki, o, göndərilən əşyaların nədən ibarət olduğunu göstərmiş, bir əşyanın - şubanın isə qiymətini (302400 rus rublu) bəyan etmişdir. Belə olan halda kompensasiyanın məbləği Konvensiyanın 23-cü maddəsinin 1.1, 1.1.1, 3.1, 4, 4.1 və 7-ci bəndlərinə görə bağlamanın çəkisinə görə deyil, bağlamada olan əşyaların operatorun fəaliyyət göstərdiyi yerdə pərakəndə satış qiymətlərinə uyğun müəyyən edilməlidir. “X8”nın 23-cü maddəsinin 1.1 və 1.1.1-ci bənidnə görə, sifarişli göndərişlərin, sadə bağlamaların, qiyməti bəyan olunmuş göndərişlərin itirilməsi, oğurlanması və ya zədələnməsinətəyin olunmuş operatorlar cavabdehdirlər. 3.1-ci bəndə görə, sadə bağlamanın itirilməsi, bütövlükdə oğurlanması və ya tam zədələndiyi hallarda göndərən poçt bağlamaları reqlamentində müəyyən edilmiş kompensasiyanın ödənilməsi hüququna malikdir. Əgər göndərən poçt bağlamaları reqlamentində müəyyən edilən məbləğdən az məbləği tələb edərsə, təyin olunmuş operatorlar bu az məbləği ödəmək və onun əsasında bunun aid olduğu digər təyin olunmuş operatorlardan kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdirlər 4.1-ci bəndə görə, qiyməti bəyan olunmuş göndərişin itirildiyi, bütövlükdə oğurlandığı və ya tam zədələndiyi hallarda göndərən, prinsip etibarilə xüsusi alqı hüququ (XAH) ilə bəyan olunmuş qiymətin məbləğinə uyğun olan kompensasiyanın ödənilməsi hüququna malikdir. 7-ci bəndə əsasən §2, § 3 və §4-də nəzərdə tutulan hallarda ödənilən kompensasiyanın məbləği yollama üçün göndərişin qəbul yeri və anında həmin növdən olan əşya və ya malların preyskurant qiymətinin XAH-a çevrilən məbləği ilə hesablanır. Preyskurant qiymətlərinin olmadığı halda, kompensasiyanın ödənilməsi eyni əsaslarla hesablanan əşya və ya malların adi qiymətləri ilə hesablanır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş y eni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı2 Zibeyr oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7855/2018 nömrəli iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə
Məhkəmə qərarları › İş №2(102)-1862/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1862/2019
01.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver