Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1862/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh4nə, Ləğv prosesində olan “X1” ASC-yə, “xxxx” MMC-yə və “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qiymətləndirilməsi baradə hesabatın, hərracın nəticələrinə dair protokolun, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Çıxarışın etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, cavabdeh Ləğv prosesində olan “ X1 vəkili Vəkil Vahid oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-677/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 02 mart 2012-ci il tarixli, 9615 saylı kredit müqaviləsi üzrə 17.613 (on yeddi min altı yüz on üç) manat məbləğində əsas kredit borcu, 2480 (iki min dörd yüz səksən) manat məbləğində faiz borcu, 750 (yeddi yüz əlli) manat məbləğində cərimə faiz borcu, ümumilikdə isə 20.843 (iyirmi min səkkiz yüz qırx üç) manat kredit borcunun tutulması, t utmanın ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan xxxx ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin Sumqayıt filialına olan borcun qaytarılması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 noyabr 2013-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.04.2014-cü il tarixli qərarı ilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır.
2. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013cü il tarixli qətnaməsi üzrə icra vərəqəsi 07 may 2013-cü il tarixdə icra edilməsi üçün Cavabdeh5nə göndərilmiş, həmin şöbənin 16 may 2013-cü il tarixli icraata başlamaq haqqında qərarı qəbul olunmuş, bundan sonra 24 iyul 2013-cü il tarixdə İddiaçı1 qeyd edilən qətnamənin surətinin ona verilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.
3. Həmçinin iş materiallarından görünür ki, X 17 fevral 2014-cü il tarixdə ərizə ilə X müraciət edərək hal- hazırda bankla məhkəmə mübahisəsinin davam etməsi barədə məlumat vermiş, onun bu ərizəsi X 20.02.14-cü il tarixdə qeydə alınmışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2014-cü il tarixli,13/57 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsinə aid icra sənədi üzrə icraata xitam verilmişdir.
5. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməs i məhkəmə araşdırmalarının predmeti olduğu zaman icraya yönəlmiş, tələb ipoteka predmeti olan xxx ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilmiş, həmin torpaq sahəsi təkrar hərracda satılmadığı üçün, 10.000 manat ilkin satış qiymətindən 25 % aşağı olmaqla 20 fevral 2014-cü il tarixli, 14/01 saylı protokolla tələbkar banka təklif edilmiş, bankla elə həmin tarixli alqı-satqı müqaviləsi əsasında bank borcun qismən əvəzi kimi 6375 manat dəyər hesabı ilə torpaq sahəsini qəbul etmişdir. 6. 02 mart 2012-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, İddiaçı1 məxsus xx ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ipoteka qoyularkən bank tərəfindən 40.000 manat məbləğində qiymətləndirilmişdir.
7. İş materiallarında olan “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013- cü il tarixli hesabatından görünür ki, İddiaçı1 məxsus xxx yerləşən 0,10 ha torpaq sahəsi tələblə təklifın qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 10000 manat təşkil edir.
8. Əmlak Ekspert Mərkəzi MMC-nin 09 iyun 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı1 ipotekaya qoyduğu xxx yerləşən 0,10 ha torpaq sahəsinin 09.06.2020-ci il tarixinə bazar dəyəri nəzərə alınmaqla ilkin satış qiyməti 45000 manat müəyyən edilmişdir. 9. “xxxx” MMC-nin 21.09.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı1 ipotekaya qoyduğu xxxx yerləşən 0,10 ha torpaq sahəsinin orta bazar qiyməti 44000 manat, likvid dəyəri 40000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı1 cavabdehlər Cavabdeh5nə, Ləv ğ prosesində olan "X1" ASC-yə, X2" MMC-yə,X2" MMC-yə qarşı "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi baradə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, X2" MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, 20.02.2014-cü il tarixli protokolun ləğvi və bankla alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Çıxarışın ləğvi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X1” ASC-nin Sumqayıt filialı ilə bağlanmış 02 mart 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 30 faiz ödəmək şərti ilə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. 02 may 2012-ci il tarixdə kredit müqaviləsinə edilən 1 saylı əlavəyə əsasən ona kredit xətti daxilində 4000 manat, 05 iyun 2012-ci il tarixdə isə 50 00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ona məxsus və 40000 manat dəyərində qiymətləndirilmiş xxx yerləşən 0,10 ha torpaq sahəsi 02 mart 2012-ci il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 2012-ci ilin sentyabr ayına kimi öhdəliklərini vaxtında icra etsə də, sonradan maddi vəziyyəti çətinləşdiyinə görə öhdəliklərini lazımınca icra edə bilmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ondan 02 mart 2012-ci il tarıxli, 9615 saylı kredit müqaviləsi üzrə 17613 manat məbləğində əsas kredit borcu, 2480 manat 2 məbləğində faiz borcu, 750 manat məbləğində cərimə borcu, ümumilikdə isə 20843 manat kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş onun mülkiyyətində olan xxx yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına “X1” ASC-nin Sumqayıt filialına olan borcunun qaytarılması qət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsini alandan sonra apellyasiya şikayəti müddətinin bərpa olunması ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etdiyindən müddət bərpa olunmuşdur. Bundan sonra apellyasıya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.04.2014-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.07.2014-cü il tarixli qərardadı ilə şikayətləri təmin edilməmişdir. Məhkəmə qətnaməsinin nəticəsini bilmək üçün 2015-ci ilin sonunda Sumqayıt Şəhər Məhkəməsində olmuş, şifahi olaraq ona bildirilmişdir ki, qətnamə icra edilməsi üçün Cavabdeh5nə göndərilmişdir. Ona görə də Cavabdeh5nə müraciət etmişdir. Həmin şöbə tərəfindən ona verilmiş 22.01.2016-cı il tarixli cavab məktubunda göstərilir ki, ondan “X1” ASC-nin xeyrinə 20863 manat məbləğində pul vəsaitinin tutulmasına, tələbin mülkiyyətində olan xxxx yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsinə, torpaq sahəsinin açıq hərracda satılmasına, satışdan ə ldə olunmuş vəsait hesabına iddiaçıya olan borcunun ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2013-cü il tarixli icra vərəqəsi 16.05.2013-cü il tarixdə şöbənin icraatına daxil olmuş, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün “X sifariş verilmiş, əmlak 6375 manat məbləğində satıldığı üçün 24.02.2014-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. X əmlakının qiymətləndirilməsi hesabatının ləğv edilməsi barədə 16.01.2018-ci il tarixdə həmin təşkilata rəsmi ərizə ilə müraciət etmiş və ona 18.01.2018-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, 454 saylı, 07.08.2013-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvi üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.07.2014-cü il tarixli qərardadından göründüyü kimi, məhkəmə mübahisələri davam etdiyi və qətnamə qanuni qüvvəyə minmədiyi halda, qanunsuz olaraq Cavabdeh5 tərəfindən məhkəmə qətnaməsi icra olunmuş və şəxsi mülkiyyəti olan 0,10 ha torpaq sahəsi qanunsuz yolla ucuz qiymətə alıcı qismində banka satılmışdır. Beləliklə, keçirilmiş hərraclar və torpaq sahəsinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi “İcra haqqında” qanuna ziddir. Belə ki, “İcra haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat dayandırılır. Həmin qanunun 17.1.7-ci maddəsinə görə icraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məh kəmələrin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Bu halda, apellyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi əsasında başlanmış icraat qeyd olunan maddəyə əsasən dayandırılmalı idi. Lakin icraat dayanmamış və nəticədə məhkəmənin yekun nəticəsini gözləmədən torpaq sahəsi mülkiyyətindən çıxmışdır. Bundan sonra, X2” tərəfindən hərrac keçirilmiş, lakin hərracda torpaq sahəsi satılmamışdır. Torpağın qiymətləndirmə prosesində və hərracın keçirilməsində iştirakı təmin olunmamış, mülkiyyətində olan 0,10 ha torpaq sahəsi dəyərindən bir neçə dəfə ucuz olmaqla 10000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh5 ona göndərdiyi 22.01.2016-cı il tarixli məktubundan görünür ki, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün X sifariş verilmiş əmlak 6375 manat dəyərində satıldığı üçün 24.02.2014-cü il tarıxdə Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Ona məxsus olan xxxx 0,10 ha torpaq sahəsinin hər sotunun 2013-cü ildə bazar qiymətini bilməkdən ötrü Sumqayıt evlərin alqı-satqısı və kirayə verilməsi mərkəzinə müraciət etmiş, həmin mərkəz tərəfindən verilmiş arayışda Saray qəsəbəsi ərazisindəki ona məxsus və eyni zamanda ona yaxın ərazilərdə torpaq sahəsinin hər sotunun 2013-cü ildə bazar qiymətinin 4000- 4500 manat civarınd a, hazırki vəziyyətdə isə hər sotunun bazar qiymətinin 4000-5000 manat civarında olması göstərilmişdir. Ona torpağının hərraca qoyulub satılması bildirilməmiş, torpağın qiymətləndirmə prosesində iştirakı təmin olunmamışdır. Qiymətləndirmə prosesində yalnız iddiaçı tərəfin maraqları təmin edilmişdir. Torpaq hərraca qoyulub satılırsa, əvvəlcə torpağı almaq ona təklif olunmalı, imtina etdiyi halda, digər şəxsə satılmalı idi. 40000- 45000 manat dəyərində olan torpaq sahəsinin qiyməti ucuz-10000 manat müəyyən edilmişdir. Eyni zamanda, ipoteka saxlayan “X1” açıq səhmdar cəmiyyəti ilə aralarında 02 mart 2012ci il tarixdə bağlanmış 766 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndində onun ipotekaya qoyduğu 0,10 ha torpaq sahəsi bank tərəfindən 40000 manat məbləğində qiymətləndirilmişdir. Nəticə etibarı ilə cavabdeh təşkilat 20.02.2014-cü ildə hərrac keçirmişdir. Hərracın nəticəsi kimi onun mülkiyyəti olan torpaq sahəsi 14/01 saylı, 20.02.2014-cü il tarixli protokol ilə 6375 manata “X1” açıq səhmdar cəmiyyətinə satılmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Sonradan İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə 454 saylı hesabatın, X2” MMCnin keçirdiyi hərracın nəticələrinin 14/1 saylı, 20.02.2014-cü il tarixli protokolunun, bankla alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Abşeron Rayon Məhkəməsinin 23 moyabr 2018-ci il tarixli (hakim C.Səfiyeva) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsinin icrası üzrə İddiaçı1 məxsus xxxx ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, X MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, 20.02.2014-cü il tarixli protokolun və X1 ASC ilə bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda X1 ASCnin adına DƏDRX tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 mart 2013-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsini n icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşdirildiyindən Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi əsasında başlanmış icraat qeyd olunan maddəyə əsasən dayandırılmalı idi. Lakin iş materiallarından göründüyü kimi qanunun qeyd edilən normaları pozularaq icra üzrə icraat dayandırılmamış, mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunmadan icra hərəkətləri davam etdirilmiş, icra icraatı başa çatmışdır.
15. Bundan başqa ipoteka predmetinin ilkin satış qiyməti ilə qiymətləndiricinin hesabatı arasında kəskin uyğunsuzluq olmuş, bu uyğunsuzluğun aradan qaldırılması üçün, digər qiymətləndiricinin rəyi alınmalı olduğu halda alınmamışdır.
16. Cavabdeh LPO “X1” ASC-nin iddia müddətinin tətbiqi barədə ərizəsi nə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında hərracın keçirilməsinin nəticələri barədə iddiaçıya rəsmi məlumat verilməsini təsdiq edən sübut yoxdur, iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2014-cü il tarixli qərardadının surəti isə onun özünün Sumqayıt Şəhər Məhkəməsinə rəsmi müraciətindən sonra məhkəmənin 09 mart 2017-ci il tarixli məktubu ilə göndərilmiş, qərardaddan məhkəməyə şikayət vermiş, məhkəmə qərardadı dəyişdirmədən saxlayıb, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2017-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2014-cü il tarixli qərardadı, Ali Məhkəmənin 13 sentyabr 2017-ci il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsinin vəsatəti əsassızdır və təmin oluna bilməz.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1, 416.2, “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 44-cü, “İcra haqqında” Qanunun 17.1.4, 17.1.7-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Qətnamədən cavabdeh X apellyasiya şikayəti vermişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Abasov və A.Abbasov) hazırki iş üzrə Abşeron rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qə tnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, İddiaçı1 cavabdehlər Cavabdeh4nə, Ləğv prosesində olan “X1” açıq səhmdar cəmiyyətinə, X2” məhdud məsuliyyətli cəmiyyətinə, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmlakların qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin, 14/1 saylı, 20.02.2014-cü il tarixli protokolun, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi tələbinə dair mülki iş üzrə iddiası təmin edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı1 iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsində “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə 454 saylı hesabatın da etibarsız hesab eddilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxar aq “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatını ləğv etmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur.
21. Bundan başqa iş materiallarından görünür ki, X2” MMC tərəfindən xxxx yerləşən 0,10 ha torpaq sahəsinin açıq hərraca çıxarılıb satılması ilə bağlı açıq hərracın keçirilməsinə dair iddiaçıya 23.11.2013-cü il tarixli, 01/2 saylı və 14.12.2013-cü il tarixli, 02 saylı, 28.12.2013-cü il tarixli, 02/2 saylı bildirişlər göndərilmişdir. Qeyd edilən bildirişləri almasını İddiaçı1 məhkəmə kollegiyasının iclasında da etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi əsasında başlanmış icra sənədi üzrə icraatın dayandırılmaması hazırki halda, iddianın təmin edilməsi üçün əsas ola bilməz
22. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2013-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2014-cü il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmlakların qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin, 14/1 saylı, 20.02.2014-cü il tarixli protokolun, alqı-satqı müqaviləsinin və onun əsasında veri lmiş çıxarışın etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
25. Ali Məhkəmənin Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi) İ.Xələfov və Ə.Şadıyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.
26. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Hərracın keçirilmə vaxtına və iş üzrə çıxarılmış məhkəmə aktlarının tarixindən aydın olur ki, hərrac qanuni qüvvəyə minməmiş məhkəmə aktı əsasında keçirilmişdir. Belə ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini aldıqdan sonra ondan apellyasiya şikayəti vermiş, sonradan işə apellyasiya və kassasiya qaydasında baxılmışdır. İcra icraatı üzrə tələbkar olan hazırkı iş üzrə cavabdeh hərracın keçirildiyi vaxtda həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsi mübahisələndirilmiş və qətnamə qanuni qüvvəsini almamışdır. 27. ”İcra haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat dayandırılır.
28. Həmin qanunun 17.1.4-cü maddəsinə görə icraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əs aslarından biri kimi müəyyənləşmişdir. Bu halda, apellyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi əsasında başlanmış icraat qeyd olunan maddəyə əsasən dayandırılmalı idi. Lakin icraat dayanmamış və nəticədə məhkəmənin yekun nəticəsini gözləmədən torpaq sahəsi mülkiyyətindən çıxmışdır. Bundan sonra, X2” tərəfindən hərrac keçirilmiş, lakin hərracda torpaq sahəsi satılmamışdır. Torpağın qiymətləndirmə prosesində və hərracın keçirilməsində iştirakı təmin olunmamış, mülkiyyətində olan 0,10 ha torpaq sahəsi dəyərindən bir neçə dəfə ucuz olmaqla 10000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh5 ona göndə rdiyi 22.01.2016-cı il tarixli məktubundan görünür ki, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün X sifariş verilmiş əmlak 6375 manat dəyərində satıldığı üçün 24.02.2014- cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir.
29. İddianı təmin etməyən Apellyasiya İnstansiya Məhkəməsi hərrac barədə iddiaçıya məlumat verilməsinə əsaslansa da, nəzərə almamışdır ki, iş üzrə çıxarılmış məhkəmə qətnaməsi mübahisələndirildiyindən və qətnamə qüvvəsini almadan hərrac keçirilə bilməzdi və bu faydalar pozulmaqla keçirilmiş hərracın nəticələri qanuni hesab edilə bilməz.
30. İddianı təmin etməyən Apellyasiya İnstansiya Məhkəməsi nəzərə almamışdır ki, istinad etdiyi birinci bildiriş göndərilərkən həmi n mülki iş Sumqayıt Apellyasiya Məhkəməsində baxılma ərəfəsində olmuş, ikinci bildiriş göndərildikdə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermə müddəti ötməmişdir.
31. Bundan başqa ipoteka predmetinin ilkin satış qiyməti ilə qiymətləndiricinin hesabatı arasında kəskin uyğunsuzluq olmuş, lakin iddianı təmin etməyən apellyasiya instansiyası məhkəməsi işin bu halına da obyektiv qiymət verməmiş, ipoteka predmetinin qiyməti barədə ziddiyyət olduğu halda bu ziddiyəti aradan qaldırmamış, digər qiymətləndirici rəyi alınması üçün müvafiq tədbirlər görülməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinciicraat
32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi) T.Quliyev və G.Tağızadə) apelyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 13 noyabr dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehlərdən ekspertiza xərci 250 (iki yüz əlli) AZN məbləğində pulun tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25 NABZ**********000047944, KOD: 505594, SWİFT GUNAAZ22), köçürülməsi qət edilmişdir.
33. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir və apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz.
34. Belə ki, apelyasyia şikayətinin dəli lləri iş üzrə araşdırılmış sübutlarla təkzib olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Cavabdeh X vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
39. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı1, cavabdehlər Cavabdeh4, “xxxx” MMC və X2” MMC hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə İddiaçı1, cavabdehlər Cavabdeh4, “xxxx” MMC-nin və X2” MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
40. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
41. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh X apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
44. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər..(mad də 416.1)
45. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2) "İcra haqqında" Azərbaycan Respublikası Qanunu
46. İcra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat dayandırılır. (maddə 17.1.4)
47. İcraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. (maddə 17.1.7) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
48. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə b ildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. (maddə 42.1)
49. Hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. (maddə 42.3)
50. Hərracın etibarsız sayılması bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. (maddə 44) Mülki Prossesual Məcəllə
51. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
52. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. (maddə 77.1)
53. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
54. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. (maddə 416)
56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materi alları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-677/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.