Məhkəmə qərarları › İş №2(102)-1862/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1862/2022

25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1862/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X14 Xidmət İdarəsinin Mərkəzi Hospitalına və Cavabdeh2 İsax oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxsin işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6316/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarix li qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalı (bundan sonra – Hospital) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasnda bağlanmış 14.11.2018-ci il tarixli Tibbi xidmət müqaviləsinə əsasən hospital tibbi heyətin nəzərdə tutduqları tibbi xidmətlərin göstərilməsi üçün lazımi şəraiti və məkanı təmin etməyi, xəstə və ya xəstə yaxını isə göstərilən xidmətə görə fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdələrinə götürmüşlər. 22.11.2018-ci il tarixli fakturasına əsasən iddiaçı tərəfindən anasının müayinə və müalicəsi üşün Hospitalın hesabına 6000 mana t pul ödənilmişdir. Bakı şəhəri Yasamal rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında 31.07.2019-cu il tarixli qərarı ilə X3 anası, 1942-ci il təvəllüdlü X4 20.11.2018-ci il tarixdə X9 həkimlərinin səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı şikayəti əsasında aparılmış araşdırma zamanı şahid izahatları alınmış, müvafiq sorğular verilmiş, material azrə komisyon məhkəmə-tibb ekspertizası (həkim işinə dair) və təkrar komisyon məhkəmə-tibb ekspertizası (həkim işinə dair) təyin edilmişdir. Həmin iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının 03.04.2019-cu il tarixli 51/KEŞ saylı rəyinə əsasən: Validə Əkbərova 13.11.2018-ci il tarixdə hospitala çox ağır vəziyyətdə döş qəfəsində olan göynədici ağrılarla müraciət etmişdir. Aparılmış klinik laborator və instrume ntal müayinələrdən sonra ona “Durğunluq, ürəkçatmamazlığı. miokardın kəskin subendokardial infarktı” diaqnozu düzgün təyin edilmişdir. Validə Əkbərovanın müaricət etdiyi müalicə müəssisəsi şəraitində ona təyin edilmiş diaqnoza uyğun olaraq müvafiq müayinələr aparılmış və adekvat müalicə taktikası seçilmişdir. Validə Əkbərovaya aparılmış koronar angioqrafiya müayinəsi zamanı onda sağ tac arteriyada ciddi darlıq müəyyən edilmiş və bununla əlaqədar (DES) stent implantasiya edilmişdir. Stentin implantasiyasının aparılmasına tibbi göstəriş olmuş, əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Validə Əkbərovaya aparılmış müayinə və müalicələr ona təyin edilmiş diaqnoza və keçirilmiş əməliyyatın həcminə uyğun olmuşdur. Lakin dinamik müşahidə zamanı 15.11.2018-ci il tarixdə vəz iyyəti ağırlaşmış, bu ağırlaşma 12 barmaq bağırsaq yarasının aktivləşməsi və qusma zamanı qan laxtalarının xaric edilməsi ilə özünü büruzə vermiş, lazımı təyinat verilərək baş vermiş aktiv qanaxma dayandırılmışdır. 18.11.2018-ci il tarixdə təkrar mədə-bağırsaq qanaxmasına şübhə yarandığından xəstə ezofaqoqastroduadenoskopiya müayinəsindən keçirilmiş, müayinə zamanı onda “12barmaq bağırsağın aktiv xorası, qanama forrestinin ELA” olduğu müəyyən edilmiş və qanaxma əleyhinə müvafiq tibbi yardımlar göstərilmişdir. Validə Əkbərovaya aparılmış müayinələr və göstərilmiş tibbi yardımlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Validə Əkbərovanın üzərində aparılmış stentləşdirmə əməliyyatından sonra ona göstərilmiş tibbi yardıma əməliyyatın həcmini və vəziyyətinin ağırlığına düzgün olmuşdur. Valid ə Əkbərovada daha sonra müəyyən edilmiş “qaraciyər və böyrək yetməzliyi” orqanizmin müqavimət və kompensator funksiyalarının pozulması nəticəsində meydana çıxa bilərdi və aparılmış müalicələrin buna səbəb olması inkar olunur. Validə Əkbərovada müəyyənedilmiş xroniki böyrək çatmamazlığı səbəbindən ona “dializ seansı“ aparılmasına düzgün qərar verilmiş və icra edilmişdir. Validə Əkbərovaya hospitalda aparılmış müayinə və müalicələr Səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuşdur. Təyin edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının 06.06.2019-cu il tarixli 120/MEŞ saylı rəyi ilə də X6 X10 13.11.2018-ci il tarixdə “Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması. Miokardın kəskin subendokardial infarktı. Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diaqnozu düzgün qoyulduğu, stasionar şəraitdə müayinənin qoyulmuş diaqnoz həcmində aparılması, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olması, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stend - plantasiyası əməliyyatının düzgün təyin edilməsi və bu halın tibbi göstəricilərə uyğun olması, xəstəliyin ağırlaşmasında həlledici səbəblərdən birinin kardioloji xəstəliyin və ağır gedişə malik xarakterli olması, həmçinin stend implantasiya edilməsindən əvvəl xəstəyə diaqnoza müvafiq təyin edilmiş antikoaqulyant terapiya, durulducu məhlulların yeridilməsi səbəb ola bilməsi, bu halın həkim səhvi kimi qiymətləndirilmədiyi, xəstəyə ürəyin sağ tac arteriyasının stend implantasiyası əməliyyatından sonra müvafiq tibbi yardımların vaxtında göstərildiyi, aparılmış müayinələr və tibbi ya rdımlar zamanı normativhüquqi aktların tələblərinin pozulmasına yol verilmədiyi qənaətinə gəlinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Hospitala və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13.11.2018-ci il tarixdə axşam saat 21 radələrində anası X7 qəfildən yaşadığı evdə halı pisləşdiyindən və boğulma baş verdiyindən Hospitaa aparmışdır. Xəstəxanada anasını reanimasiya otağına yerləşdirmişlər və ilkin olaraq 4000 manat depozitə pul qoymuşdur. 14.11.2018-ci il tarixdə səhər tezdən anasının müalicə həkimi kardiloq-cərrah Cavabdeh2 olduğunu bilmiş, həkimlə görüşdükdə anasını müayinə etdiklərini və sağlamlığının stabil olduğunu bildirmiş, böyrəyinin kreatin analizini götürdüklərini və onun cavabından asılı olaraq anju müayinəsinin lazım olub-olmamasını biləcəklərini demişdir. Bir qədər sonra həkimlə söhbət zamanı anasının kreatin göstəricisinin normal olduğunu, ona görə də anju müayinəsi olmalı olduğunu bildirmişdir. Anju müayinəsindən sonra həkim anasının ürəyinin bir damarında qaraltı olduğunu, əsas narahatçılığın ürək əzələsində olduğunu və ürəyə stend qoyulsa daha yaxşı olacağını bildirmişdir. Stend qoyulacağı halda fəsadların nə olacağını soruşduqda ona heç bir mənfi təsirinin olmayacağını, əksinə qan dövranının yaxşı olacağını, beyinə qanın yaxşı gedəcəyini bildirmişdir. Buna görə də stendin qoyulması na şifahi olaraq razılıq vermişdir. Həkim stend üçün əlavə 2250 manat depozitə pul qoymağı tələb etmişdir. 14.11.2018-ci il tarixdə anasına Samir həkim tərəfindən bir ədəd stend qoyulmuş və xəstəxananın reanimasiya həkimi Tural adlı şəxs də əməliyyatda iştirak etmişdir. Stend qoyulduqdan sonra anasına çoxlu miqdarda qan durulducu sistemlər vurulmuş, dərman həbləri verilmişdir. Həmin günün səhəri isə anası palataya keçirilmiş, palatada olan zaman onda mədə qanaxması baş vermiş, bu səbəbdən halı pisləşmişdir. Bundan sonra həkimlərlə bununla bağlı müzakirə apararkən anasının mədəsini müayinə etmək və zond uddurmaq lazım olduğunu demişlər. Zond udulması müayinəsinə görə 2000 manat əlavə pul ödədikdən sonra müayinə zamanı anasının mədəsində şiş olmadığını, sadəcə yara olduğunu və qan durulducu dərmanlardan yaranın üzərinin açıldığını bildirmiş və başqa müalicələr tətbiq edəcəklərini demişlər. Bununla bağlı Tural həkimə şikayət etdikdə ki, xəstə gündən günə pisləşir, Tural həkim anasının infeksiyasının olduğunu və böyrəklərinin də fəaliyyətinin dayandığını, bunun üçün də 3 gün ardıcıl dializ olmalı olduğunu bildirmişdir. Çarəsiz qalaraq dializlə razılaşmış və 19.11.2018-ci il tarixdə anası dializ olunmuşdur. 20.11.2018-ci il tarixdə anasını ziyarət etdikdə onun vəziyyətinin kritik ağır olduğunu görmüşdür. Həkimlər də bunu təsdiq etmiş və xəstəxanın baş həkiminin qəbulunda olarkən dializin yenə lazım olduğunu, hər bir tədbirin protokola uyğun aparıldığını bildirmişlər. 20.11.2018-ci il tarixdə anasının vəziyyətinin pis olduğunu görəndə yenə həkimlər anasının dializ olacağını və bu nun üçün əlavə 2000 manat ödəməli olacağını bildirdikdə buna kəskin etiraz edərək anasını 20.11.2018-ci il tarixdə Hospitaldan çıxarıb Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə təcili tibbi yardımı vasitəsi ilə aparmışdır. Həmin xəstəxanada anası reanimasiyaya yerləşdirilmiş və həkimlər konsilium etdikdən sonra ona anasının vəziyyətinin çox kritik olduğunu, həyati göstəricilərinin olmadığını və hər hansı tibbi müdaxilənin nəticəsiz olacağını, bir qədər gözləməli olacağını demiş, təxminən 2 saat anası Akademik M.A.Topçubaşov adına Elmi- Cərrahiyə Mərkəzində qaldıqdan sonra həkimlər artıq onun öldüyünü bildirmişlər. Bundan sonra anasının meyitini xəstəxanadan götürüb dəfn etmişdir. Daha sonra anasının ölməsi ilə bağlı Hospitalın həkimlərindən şikayət etmişdir. Anası X1 implant edilməmişdən qabaq o, mədə xəstəliyinin olub-olmaması ilə bağlı müayinədən keçirilməmiş, onun xəstəxanaya yatış səbəbi ciddi ürək problemləri olmuşdur. Akademik M.A.Topçubaşov adına ElmiCərrahiyə Mərkəzi tərəfindən verilmiş ******* nömrəli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X8 20.11.2018-ci il tarixdə Elmi-Cərrahiyə Mərkəzinə “mədə-bağırsaq qanaxması və kəskin böyrək çatmamazlığı diaqnozu ilə daxil olmuş, həmin gün kəskin mədə-bağırsaq qanaxması səbəbindən ölmüşdür. Anasının ölməsinə səbəb həkimlərin səriştəsizliyi, səhlənkarlığı, yoxlama aparmadan, mədə bağırsağı müayinə etmədən, düzgün diaqnoz qoymadan anasına çoxlu miqdarda qan durulaşdırıcı sistemlərin vurulması və qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur. X10 invazif-kardioloq işləyən Cavabdeh2 bildirmişdir ki, mə də qanaxmasının yaranmasına səbəb xəstədə mədə xorasının olması və ona müalicə fonunda qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur. Xəstə reanimasiyada olan zaman ürək çatışmazlığı və qan axma nəticəsində hipotenziv olduğuna görə böyrək və qaraciyərdə işemik dəyişiklilər baş vermiş qaraciyər və böyrək yetməzliyi yaranmışdır. Yəni həkim Cavabdeh2 etiraf etmişdir ki, anasının ürək damarlarında olan daralmanın aradan götürülməsi üçün stend qoyulmalıdır və təbii ki ürək-damar əməliyyatlarında mütləq şəkildə qan durulaşdıncı vasitələrindən istifadə olunması bir qaydadır. Bu arada sual olunur ki, həkim Cavabdeh2 bilmirdi ki, qan durulaşdıncı vasitələrindən hansı hallarda istifadə edilməsi (mədə-bağırsağda olan xoralar, yazva kolit qastrit və s.) yolverilməzdir və aspirin preparatının yaşı 7 0-i ötmüş xəstələrə təyin etməkdən önçə mütləq şəkildə müfaviq müayinələr aparılmalı idi, çünki qanaxma və ardınca ağır fəsadlara gətirib çıxarması təhlükəsi var idi, necə ki anasında bu hal baş verdi. Məhz anasında bu halın baş verməsində həkim Cavabdeh2 səhlənkarlığı ondan ibarətdir ki, onda qanaxma baş verəndən sonra yox, stend qoyulmadan öncə qastroskapiya müayinəsi keçirməli, sonra qan durulaşdıncı vasitələrdən istifadə edilibedilməməsinə qərar verməli idi. O isə bunun tərsinə, siftə qan durulaşdırıcı vasitələrdən istifadə edir, qanaxmanı yaradır, daha sonra yaratdığı qanaxmanın səbəbini tapmaq üçün qastroskapiya müayinəsi keçirərək qanaxmanın səbəbi olan 12 barmaq bağırsaqda aktiv xoranın olmasını müəyyən edir ki, bu da artıq gec olur. Hospitalın həkimi X13 bildirmişdir ki, anasının ürək damarlarına stend qoyandan sonra ona aspirin 150 mqr., pantasit 100 mqr., gündə iki dəfə, xartil 2.5 mqr., gündə 1 dəfə veraşbiron, gündə 1 dəfə və s. dərmanlar verməklə müalicə aparılmışdır. Bu dərmanlardan aspirin ilə veraşbironun əks göstəriciləri və yan təsirləri kimi mədə-bağırsaq mikozasının eroziv və ülseratif leyzonlarının kəskinləşməsi, qaraciyər və və/ya böyrəklərin pozulmuş işləməsi, yüksək qanaxma riski, mədə-bağırsaq traktının orqanlarında qanaxmanın açıq və ya gizli təzahürü, qaraciyər fermentlərinin artan fəaliyyəti, kəskin böyrək çatışmazlığının inkişafı və s. Xartil dərmanının instruksiyasında isə göstərilmişdir ki, yaşlı xəstələrə ürək çatışmazlığına görə Xartil dərmanı təyin edəndə xüsusən diqqətli olmalı, xəstədə bu dərmana necə reaksiya verməsinə uyğun müfaviq doz a təyin edilməlidir. Belə ki, ürək çatışmazlığı nəticəsində arterial təzyiqin düşməsinə görə bu dərmanın qəbulu insan həyatına təhlükə yaradacaq dərəcədə böyrək çatışmazlığına gətirib çıxara bilir. Həkim anasının ürək damarına stend qoymaqdan əvvəl ətraflı müayinə aparılandan sonra onun səhhətinə, durumuna uyğun və əməliyyatdan sonra əks fəsadlar törədə bilməyən dərmanlardan istifadəsinə qərar verilməli idi, lakin xəstəyə qan durulaşdırıcı vasitələrinin və dərman preparatlannın düzgün təyin olunması, dozası, və təyin etmədən öncə həmin dərmanlara necə reaksiya verməsini həkim tərəfindən müəyyən edilməməsi məsələlərindən yan keçmişdir. Anasına təyin olunmuş dərmanlara necə reaksiya verilməsinə dair iş materiallarında nə rəy nə araşdırma vardır, eyni zamanda əməliyyatdan əvvəl anestezoloq hə kimin də imzası ilə təsdiq edilmiş rəyi mütləq şəkildə lazım olduğu halda iş materiallarında belə bir rəyin də olmaması ona dəlalət edir ki, Cavabdeh2 işinə səhlənkar yanaşmış, bu da ailəsi üçün faciə ilə nəticələnmiş, anasını itirmişdir. Cavabdehlər 14.11.2018-ci il tarixli Tibbi xidmət müqaviləsinin 2.1.3-cü bəndinin tələblərini pozaraq anasının həyatının qarşılaşacağı yüksək riskləri barədə onu lazımi şəkildə məlumatlandırmamışdır. Belə ki, həkim anasının ürəyinə stend qoyulsa daha yaxşı olacağını bildirməklə yanaşı yaşlı xəstəyə çoxlu miqdarda qan durulducu sistemin vurulması və dərmanların verilməsi nəticəsində daxili xora, yara və s. olarsa qanaxma baş verə bilər və bunun üçün zond udduraraq mədə-başırsaqlarda da müayinə aparılması yaxşı olar desəydi təbii ki, o, razı olardı. Amma həkim bu risk barədə ona bir kəlmə də olsun deməmiş, qanaxma baş verəndən sonra onu fakt qarşısında qoymuşdur. Yəni anasının ürəyində əməliyyat apararaq stend qoyulmasına görə qarşılıqlı razılığa əsasən 2474 manatı ödəmişdir. Daxili qanaxma təhlükəsi barədə məlumatlandırılmamışdır. Əgər məlumatlandırılsaydı, anasında mədə-bağırsağ müayinəsinə razılıq verib ona görə də ödəniş edərdi. Eyni zamanda cavabdeh müqavilənin 2.2.6-cı bəndində geyd olunan “xəstə”, hazır ki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci bəndində göstəriləndən əlavə olaraq ödəməyi öh dəsinə götürür” qeyd olunmuş və cavabdehlər bu bəndə istinadən ondan əlavə vəsait almışdır. Lakin bu yanaşı xidmətlər və fəsad çıxmasının səbəbkarı cavabdehdir. Belə olan halda cavabdehlər səriştəsizlik, məsuliyyətsizlik və səhlənkarlığına görə ona ödəmiş olduğu vəsaiti geri qaytarmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 21 aprel 2021ci il tarixli, 2(004)-1713/2021 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı 1942-ci il təvəllüdlü Əkbərova Validə Mehrəli qızının 20.11.2018-ci il tarixdə Hospitaldan aparıldıqdan sonra Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş vermiş ölümündə hər iki xəstəxananın həkimlərinin əməllərində cinayət tərkibinin olmaması müəyyən edilmiş, t oplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X5 qərardan ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüququ izah olunmuşdur. Məhkəmə araşdırmaları zamanı toplanılmış sübutlarını məcmusu ilə iddiaçının anası 1942-ci il təvəllüdlü X4 “Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması. Miokardın kəskin subendokardial infarktı. Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diaqnozu ilə Hospitalda müayinə və müalicə olunması, daha sonra xəstə yaxınları tərəfindən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə aparılması və orada ölməsi və cavabdeh tibb müəssisəsi olan X10 təyin edilmiş müalicələrlə xəstənin ölümü arasında səbəbli əlaqənin olmasının istisna edildiyi məhkəmə baxışı zamanı müəyyə n olunmuşdur. Bununla da, məhkəmə araşdırmaları zamanı iddiaçının hüquqlarının məhz iş üzrə cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tıbbi Xıdmət İdarəsinin Mərkəzi Hospitalı və həkim Cavabdeh2 tərəfindən pozulması təsdiq edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəm həmçinin qeyd etmişdir ki, iddiaçı dəymiş maddi ziyanın həkim Cavabdeh2 tələb olunmasında haqlı olmamışdır. Belə ki, X2 müvafiq tibbi xidmətin göstərilməsi ilə bağlı müqavilə onunla Hospital arrasında bağlanmış və tibbi xidmətlərin göstərilməsi üçün pul vəsaiti Hospitalın hesabına ödənilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Fuad Talışinski) 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlardan, həmçinin cinayət təqibi üzrə qərardan və keçirilmiş ekspertiza rəylərindən – iddiaçının anasının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı diaqnozun düzgün qoyulması, stasionar şəraitdə müayinənin qoyulmuş diaqnoz həcmində aparılması, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olması, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stend-plantasiyası əməliyyatının düzgün təyin edilməsi və bu halın tibbi göstəricilərə uyğun olması, xəstəliyin ağırlaşmasınd a həlledici səbəblərdən birinin kardioloji xəstəliyin və ağır gedişə malik xarakterli olması, həmçinin stend implantasiya edilməsindən əvvəl xəstəyə diaqnoza müvafiq təyin edilmiş antikoaqulyant terapiya, durulducu məhlulların yeridilməsi səbəb ola bilməsi, bu halın həkim səhvi kimi qiymətləndirilmədiyi, xəstəyə ürəyin sağ tac arteriyasının stend implantasiyası əməliyyatından sonra müvafiq tibbi yardımların vaxtında göstərildiyi, aparılmış müayinələr və tibbi yardımlar zamanı normativ-hüquqi aktların tələblərinin pozulmasına yol verilmədiyi və s. müəyyən edilmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutü məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, işdə olan sübutlarla iddiaçının anasının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı iddiaçının bildirdikləri (i ddiası) öz təsdiqini tapmamış, ölümün baş vermə səbəbi ilə cavabdeh tərəfin hərəkəti arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və sübut növü sayılan Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi tərəfindən verilmiş Ölüm haqqında tibbi şəhadətnaməni sübut növü saymayaraq MPM-nin 8 8-ci tələblərinin pozulmasına dəlalət etmişdir. Həmin ölüm haqqında Tibbi Şəhadətnamədən aydın görünür ki, xəstə X8 “X20” səbəbindən ölmüşdür. X8 xəstəxanaya gətirilərkən ürək problemi var idi, ürək əməliyyatından çıxanda da sağlamlığı qənaətbəxş idi. Lakin həkim səhlənkarlığı və səriştəsizliyi nəticəsində X20 səbəbindən bədənində olan qan tam axıb getmişdir. Xəstənin qanının tam axıb getməsi təbii ki həkim təqsiri üzündən baş vermişdir, buna baxmayaraq məhkəmə yalnız Məhkəmə Tibbi Ekspertizanın rəyi ilə kifayətlənmiş, ölüm haqqında Tibbi Şəhadətnaməyə məhəl qomamışdır. Halbuki MPM-nin 103-cü maddəsinə görə ekspert rəyi məhkəmə üçün məcburi deyildir. Məhkəmənin ekspert rəyi ilə razılaşmamasına isə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi tərəfindən verilmiş Ölüm haqqında tibbi şəhadətnamə əsas verməkdədir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq e dilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.2. Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437 -ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırki iddia tələbinin qanuni əsasını mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi t əşkil edir. İşin mübahisələndirilməyən halı ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Hospital arasında iddiaçının anasına tibbi xitməti göstərilməsi ilə bağlı 14.11.2018-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilyə əsasən iddiaçının anasına Hospitalda tibb xidməti göstərilmişdir. Bunun üçün iddiaçı Hospitala 6000 manat pul vəsaiti ödənilmişdir. Sonradan iddiaçı anasını Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə aparmış və anası 20.11.2018-ci il tarixdə orada ölmüşdür. İddiaçı hesab edir ki, anasının ölümünə səbəb cavabdeh Hospitalda müayinə və müalicənin düzgün aparılmaması olmuşdur. Belə ki, anası reanimasiyada olan zaman ürək çatışmazlığı və qanaxma nəticəsində hipotenziv olduğuna görə böyrək və qaraciyərdə işemik dəyişiklilər baş vermiş, qaraciyər və böyrək yet məzliyi yaranmışdır. Yəni həkim Cavabdeh2 etiraf etmişdir ki, anasının ürək damarlarında olan daralmanın aradan götürülməsi üçün stend qoyulmalıdır və təbii ki, ürək-damar əməliyyatlarında mütləq şəkildə qan durulaşdırıcı vasitələrindən istifadə olunması bir qaydadır. Həkim Cavabdeh2 bilməli idi ki, qan durulaşdırıcı vasitələrdən mədə-bağırsağda olan xoralar, yazva, kolit, qastrit və sair xəstəlikləri olan xəstələrə münasibətdə yolverilməzdir, aspirin preparatının yaşı 70-i ötmüş xəstələrə təyin etməkdən önçə mütləq şəkildə müfaviq müayinələr aparılmalı idi, çünki qanaxma və ardınca ağır fəsadlara gətirib çıxarması təhlükəsi ola bilər. Məhz anasında bu halın baş verməsində həkim Cavabdeh2 səhlənkarlığı ondan ibarətdir ki, onda qanaxma baş verəndən sonra yox, stend qoyulmadan öncə qastros kapiya müayinəsi keçirməli, ən azından sorğu etməklə mədəsində, bağırsaqlarında yara olub-olmamasını müəyyən etməli, sonra qan durulaşdırıcı vasitələrdən istifadə edilib-edilməməsinə qərar verməli idi. Həkim isə bunun əksinə etmiş, əvvəlcə qan durulaşdırıcı vasitələrdən istifadə etmiş, qanaxma olandan sonra isə bunun səbəbini müəyyən etmək üçün qastroskapiya müayinəsi keçirmişdir. İddia tələbini rədd edən məhkəmələr iddiaçının anasını ölümü ilə bağlı Bakı şəhəri Yasamal rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına və həmin icraat çərçivəsində aparılmış ekspertiza rəylərinə istinad etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr sübutların qiymətləndirilməsi zamanı Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuş və düzgün olmayan nəticəyə gəmişlər. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiya məhkəməsi iddiaçının anasının ölümünə cavabdeh Hospitalda aparılmış tibbi müayinənin səbəb olmaması qənaətinə gələrkən prokurorluq orqanında aparılmış araşdırma üzrə ekspert rəylərinə istinad etmiş, lakin işdə olan digər sübutları həmin sübutlarla yanaşı qiymətləndirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi tərəfindən verilmiş ölüm haqqında Tibbi Şəhadətnamədə iddiaçının anasının ölümünün səbəbi kimi göstərilmiş hallara qiymət verməmiş, bunun Hospitalda ona göstərilmiş yanlış tibb xidmətinin nəticəsində ola biləcəyini araşdırmamışdır. Belə ki, həmin şəhadətnamdə xəstə X8 “X20” səbəbindən ölməsi göstərilmişdir. İddiaçı bildirir ki, anası xəstəxanaya gətirilərkən ürək problemi var idi, ürək əməliyyatından çıxanda da sağlamlığı qənaətbəxş idi. Lakin həkim səhlənkarlığı və səriştəsizliyi nəticəsində X20 səbəbindən bədənində olan qan tam axıb getmişdir. Xəstənin qanının tam axıb getməsi təbii ki həkim təqsiri üzündən baş vermişdir. Buna baxmayaraq məhkəmə yalnız istintaq orqanı tərəfindən keçirilmiş Məhkəmə Tibbi Ekspertizanın rəyləri ilə kifayətlənmiş, ölüm haqqında Tibbi Şəhadətnaməyə məhəl qomamışdır. Halbuki MPM-nin 103-cü maddəsinə görə ekspert rəyi məhkəmə üçün məcburi deyildir. Məhkəmə nəzərə a lmamışdır ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Normanın tələbinə əsasən yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və digər qərarı mülki işə baxarkən preyudisial xarakter daşıyr və Yasamal Rayon Prokurorluğunun qərarı hazırki işə baxan məhkəmə üçün məcburi xarakter daşımır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Yasamal Rayon Prokurorluğunda aparılmış araşdırma cavabdeh Hospitalın həkimlərinin h ərəkətlərində cinayət xarakterli əməllərin olub-olmamasının müəyyən edilməsi istiqamətində olmuş, ibtidai istintaq orqanı cavabdeh Hospitalın və hospitalın həkimlərinin hərəkətlərində mülki hüquq pozuntusunun, maddi və mənəvi məsuliyyətə səbəb ola biləcək hərəkət və hərəkətsizliyin olub- olmamasını müəyyən etmək vəzifəsi daşımamışdır. Müvafiq olaraq ekspertiza qarşısında qoyulan suallar da eyni xarakterli olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməl idir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsas ən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6316/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar