Məhkəmə qərarları › İş №2(102)-1863/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1863/2021

24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1863/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), X2 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1599/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: X1 şəhərində yaşayan İddiaçı1 və onun həyat yoldaşı İddiaçı2 Azərbaycanda onlara torpaq sahəsi almaq üçün Cavabdeh1 “Western Union” pul köçürmə sistemi vasitəsi ilə hər də fə 5000 ABŞ dolları olmaqla cəmi 10.000 ABŞ dolları məbləğində pul köçürmüş, lakin Cavabdeh1 onlara torpaq sahəsi almamış və bu məqsədlə aldığı pul məbləğini də onlara qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin oktyabr ayında İddiaçı1 və İddiaçı2 (ər-arvad) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara torpaq sahəsi alınması üçün cavabdehə hər dəfə 5000 ABŞ dolları cəmi 10.000 ABŞ dolları məbləğində pul göndərməsini, Cavabdeh1 onlara G.Ə.Ağayevin adından verilmiş etibarnamənin surətini versə də, son nəticədə aldadaraq onlara nə Digah qəsəbəsində vəd etdiyi torpaq sahəsinin alınmasını, nə də aldığı pul məbləğinin onlara qaytarılmasını təmin etməməsini əsas göstərməklə cavabdehdən onların xeyrinə vurduğu ziyana və əldən çıxm ış faydaya görə 42.500 manat, vəkilin xidmətinə görə ödədiyi 200 manatın və dövlət rüsumuna görə ödədiyi 30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-5607/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim: C.İ.Səfiyeva) İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçılar qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə çıxarılması barədə apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1358/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəç i), G.F.F.Tağızadə və E.G.Rəhimov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-5607/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçılar kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4309/19 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və S.F.Hacıyev) İddiaçı1 kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx x 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3342/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-5607 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat İddiaçılar Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3342/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Ko llegiyasının 2(102)-669/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – G.A.Quliyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və Ə.A.Əhmədov) kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat İşə üçüncü dəfə apellyasiya qaydasında baxan edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1599/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), E.M.Əhmədov və Z.İ.Məmmədov) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il ta rixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 17.000 manatın tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin işin həqiqi hallarının tam araşdırılmaqla çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kassasiya şikayətində qətnamənin ləğv edil məsi xahiş olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi bütövlükdə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, torpaq sahəsinin alqı-satqısına görə iddiaçılar Cavabdeh1lə razılaşmış və tələb etdikləri pul məbləğini də onun adına göndərmişlər. İşdən görünür ki, həmin pul məbləğini cavabdeh özü şəxsən almış, lakin alqımüqaviləsinin bağlanmasını təmin etməmiş və aldığı pul məbləğini geri qaytarmamışdır. Cavabdeh1 ondan tələb olunan pul məbləğinin on a deyil, başqasına verilməsini iddia etsə də, göstərdiklərini sübuta yetirə bilməmişdsir. Cavabdehdən iddiaçıların xeyrinə 17.000 manat tutulması müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1599/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar