Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1863/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-288/2024 nömrəli, 29 yanvar 2024- cü il tarixli qətnam əsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə XX iyun 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-273/16 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə X4 arasında bağlanmış 15 aprel 2011-ci il tarixli nikah pozulmuş, xx.xx.2016-cı il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət edilmişdir.
2. Lakin tərəflər sonradan barışaraq, 2017-ci ildən 2022-ci ilin dekabr ayına kimi bir yerdə yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiy a məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9300 manat pulun və dövlət rüsumu kimi ödədiyi 113 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2022-ci ilin aprel ayında cavabdeh özünün mülkiyyətində olan Bakı şəhərində yerləşən fərdi yaşayış evini təmir etdirmək üçün ona pul lazım olduğunu, ev təmir edildikdən sonra övladları ilə birlikdə həmin evdə yaşayacaqlarını bildirmişdir. O cavabdehin sözlərinə inanaraq xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin “Şirvan” filialından 5000 manat, həmin ilin avqust ayında isə "xxxx" ASC-nin “İnşaatçılar” filialından 4300 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh həmin pulu özünün dediyi kimi evin təmi rinə və şəxsi məqsədlərinə istifadə etmişdir. Aralarındakı razılaşmaya əsasən cavabdeh hər ay kredit ödənişlərini ödəməli idi. Lakin cavabdeh nə kredit ödənişlərini ödəyib, nə də ondan aldığı 9300 manat pulu geri qaytarmışdır. Əksinə, pulu ondan aldıqdan qısa bir müddət sonra münasibətləri tamamilə pozulmuşdur. Cavabdehin ondan aldığı 9300 manat pulu qaytarmaması səbəbindən o Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edib. Cavabdeh Hacıqabul RPŞdə verdiyi izahatında ondan 9300 manat pul aldığını etiraf etmişdir.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1726 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, "xxxx" ASC-nin Şirvan filialindan cavabdehin götürdüyü 5000 manatın xərclənməsindən xəbəri yoxdur və o həmin saatlarda cavabdehlə birgə banka getməmişdir. Onun həmin kreditin götürülməsindən xəbəri var idi, lakin həmin tarixdə "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat pulu cavabdeh götürərək ondan əvvəl götürdüyü kreditin qalığını 3306 manat 37 qəpik ödəmişdir. 2022-ci ilin mart ayında cavabdeh göz əməliyyatını keçirmişdi və onun pulunu “Kapital” bankına məxsus “Birkartla” ödədiyini demiş və pulu qaytara bilmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə, "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat götürdüyü kredit pulundan təxminən 700 manat miqdarında cavabdeh həmin “Birkartına” qaytarmışdı. xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat götürdüyü puldan qalan 1000 manata yaxın pul un cavabdeh tərəfindən hara xərcləndiyindən xəbəri yoxdur. xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat pul kreditini cavabdeh götürəndə (saat 13:22 radələrində) o, onun yanında ola bilməzdi, çünki o həmin tarixdə xx.xx.2022-ci ildə saat 11:54 radələrində "xxxx" ASC-nin Bakı şəhəri Həzi Aslanov filialında öz adına 3900 manat nağd pul kreditini rəsmiləşdirirdi. xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialindan cavabdehin götürdüyü 5000 manat kredit pulun xərclənməsi ona məxsus deyil. 2022-ci ilin iyun ayının sonundan başlayaraq cavabdeh və birgə niklarından olan Səfərli Esra və Səfərli Əbəlfəz oğlu cavabdehin birinci nikahindan olan Həsənli Ülkər və onun birinci nikahından olan Səfərli Ariana, bir yerdə yaşamaq üçün Bakıya köçüb və bu vaxtdan xx.xx.2 022-ci il tarixinə qədər cavabdehlə bütün ailə xərclərini birgə aparmağa başlamışlar. Uşaqların dördü də o işlədiyi, Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbə tədrislərini davam etdirilməsi üçün qəbul olunub. Avqust ayında müəllimlərin iqtisadi vəziyyəti ağır olur. Bu problemi həll etmək məqsədi ilə cavabdehlə birlikdə avqust ayının əvvəllərində cavabdeh 4300 manat "xxxx" ASC-nin İnşaatçilar filialndan pul krediti götürüb və onu birlikdə ailə problemlərinə sərf etmişlər. Lakin ümüd etdiyləri kimi, bir neçə aydan sonra ağır iqtisadi durumları yaxşılaşmayıb. Kreditləri ağır olub, üstəlik dörd uşaq məktəbə gedirdi, vəziyyəti yaxşılaşdırmaq üçün xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Gənclik filialından 5800 manat nağd pul kreditini götürüb. O puldan 3615 manat 61 qəpik xx.xx.2022-ci ildə "xxxx" ASC-nin Bakı şəhəri Həzi Aslanov filialından öz adına 3900 manat nağd pul kreditininin qalan borcunu ödəmişdir. xx.xx.2022 ci il tarixində "xxxx" ASC-nin Gənclik filialından götürdüyü 5800 manat kreditin qalan 2100 manatdan 1800 manatını saxlanılması üçün cavabdehə vermişdir. Lakin çox vaxt keçmədən cavabdehlə münasibətləri pozulub və cavabdeh bildirib ki, onda qalan pulu 4300 manat “Kapital Bank" ASC-nin İnşaatçilar filialından götürdüyü kreditin bağlanmasına sərf edəcək. Cavabdehin xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialinda 5000 və 4300 manatını isə avqust ayında "xxxx" ASC-nin İnşaatçilar filialından pul kreditinin ödənilməsində kredit hesablarına ümumilikdə 676 manat köçürmüş, 1400 manat Azəri poçt vasitəsi ilə göndərmiş və 1800 manat əlbəəl ve rmiş, ümumilikdə 3876 manat. Cavabdehlə birgə təsərrüfat apardıqları dövrdə, (2022-ci ilin iyundekabr aralığında) cavabdehin adına 4300 manat "xxxx" ASC-nin İnşaatçilar filialından pul krediti götürmüş və onun ödənilməsində də bərabər iştirak etməlidirlər. Onun payına düşür 2150 manat, o isə 3876 manat ödəmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbinin müdafiə etdiyini, qarşılıqlı iddianın dəlilləri isə əsassız hesab etdiyini bildirmiş və qeyd etmişdir ki, cavabdeh bankdan götürdüyü kreditin 1800 manat hissəsini ona verməmişdir. Bundan başqa, birgə yaşadıqları dövrdə və ondan sonra uşaqların xərclərin qarşılanması üçün cavabdeh ona müxtəlif vaxtlarda pul vəsaitləri göndərmiş və həmin vəsaitlər uşaqlara xərclənmişdir.
8. Tərəflərin məhkəməyə təqdim etdikləri süb utlara görə: a. "xxxx" ASC-nin “Şirvan” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 60 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. Kreditin rəsmiləşdirilməsi xx.xx.2022-ci il tarixdə təxminən saat 13:20 radələrində baş vermişdir; b. İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3306,37 manat pul vəsaitini "xxxx" ASC-yə ödəmişdir; c. "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixdə saat 12:00 radələrində bank tərəfindən ona 3900 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən ona 5800 manat kredit verilmişdir; d. Cavabdeh xx.xx.2022-ci il yarixli kredit müqqaviləsi üzrə 3615,61 manat pul vəsaitini "xxxx" ASC-yə ödəmişdir; e. "xxxx" ASC-nin İnşaatçılar filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 35 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 4300 manat kredit verilmişdir; f. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 129,7 manat, xx.xx.2022-ci il tarixdə 129,8 manat, xx.xx.2022-ci il tarixdə 157 manat, xx.xx.2022-ci il tarixdə 129,7 manat, xx.xx.2022-ci il tarixdə 130 manat bank hesabına ödəniş edilmişdir; g. Cavabdeh "xxxx" MMC xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə 300 manat pul vəsaitini İddiaçı adına göndərmişdir.
9. Hacıqabul Rayon Məhkəməsinin (bundan sonra -birinci instansiya məhkəməsi) 2(071)639/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (X10) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
10. Məhkəmə ilk iddianın bankdan götürülmüş 5000 manat kredit vəsaitinin cavabdehə verilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən 30 aprel 2022-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından 5000 manat kredit vəsaitinin götürüldüyü saatlarda, cavabdeh "xxxx" ASC-nin Həzi Aslanov filialından öz adına 3900 manat kredit götürmüşdür. Belə olan vəziyyətdə iddiaçı tərəfindən bankdan kredit götürülərkən cavabdehin onun yanında olması inandırıcı görünmür. Digər tərəfdən, iş materiallarında olan kassa mədaxil orderindən görünür ki, İddiaçı bankdan 5000 manat krediti məxaric etdikdən sonra həmin tarixdə başqa b ir kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tam ödənilməsi məqsədi ilə 3306,37 manat pul vəsaitini "xxxx" ASC-yə ödəmişdir. İddiaçı geri qalan məbləği cavabdehə verməsinə dair sübutlarını isə məhkəməyə təqdim etməmişdir.
11. Məhkəmə həmçinin iddianın bankdan götürülmüş 4300 manat kredit vəsaitinin cavabdehə verilməsi ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, tərəflərin nikahları pozulmuş olsa da, tərəflər sonradan barışmış və 2017-ci ildən 2022-ci ilin dekabr ayına kimi mehriban şəraitdə yaşamış, hətta 2022-ci ilin yay aylarından etibarən onlar Bakı şəhərində birlikdə yaşamışlar. xx.xx.2022-ci il tarixdə iddiaçı bankdan kredit götürərkən tərəflər birlikdə olmuş, kredit məbləği məxaric olunduqdan sonra elə həmin tarixdə onun bir hissəsi (cavabdehin deməsinə görə 21 00 manat) tərəflərin məişət əşyalarının alınması ilə bağlı əvvəlki kredit borclarının ödənilməsinə sərf edilmiş, qalan məbləğ isə ailənin ümumi ehtiyaclarına xərclənmişdir. Məhkəmə iclasında iddiaçı cavabdehin bu barədə dediklərini inkar etməmişdir.
12. Məhkəmə qarşılıqlı iddia tələbinin də dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 5800 manat kredit götürməsi və həmin tarixdə başqa bir kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tam ödənilməsi məqsədi ilə 3615,61 manat pul vəsaitini "xxxx" ASC-yə ödəməsi müəyyən edilir. Cavabdeh kreditin qalan məbləğindən 1800 manat pulun saxlanılması üçün İddiaçı verdiyini bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Cavabdeh 2022-ci ilin iyun ayından noyabr ayına kimi cəmi 676 manat kredit vəsaitini İddiaçı adına banka ödəmişdir. Lakin həmin dövrdə onlar faktiki olaraq ailə kimi birlikdə yaşamışlar və birlikdə təsərrüfat aparmışlar. Belə olan halda onun İddiaçı həmin pul vəsaitini geri tələb etməsi əsassızdır. Digər tərəfdən, iş materiallarında olan qəbzlərlə Cavabdeh 2022-ci ilin dekabr ayında faktiki ailə münasibətləri pozulduqdan sonra İddiaçı müxtəlif tarixlərdə pul vəsaitləri göndərməsi (1400 manat) müəyyən olunur. Lakin işin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş iki uşaqları var və uşaqlar İddiaçı yanında yaşayırlar. Cavabdeh isə həmin pul vəsaitlərini İddiaçı borc kimi deyil, ailə ehtiyaclarının qarşılanması məqsədi ilə göndərmişdir. Həmçinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşısında aliment öhdəliyi vardır. Qeyd olunanlara əsasən, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
13. Qüvvədə olan Ailə Məcəlləsində və ya Mülki Məcəllədə qeyd olunan münasibətləri tənzimləyən konkret norma olmadığından, məhkəmə qanunun analogiyasından istifadə edərək bu münasibətləri tənzimləməyi lazım bilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-288/2024 nömrəli iş üzrə 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir.
19. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 740.2-cı maddəsinə 2016-cı ilin 31 may tarixdə edilmiş dəyişikliyə görə 3000 manatdan yuxarı borc müqavilələri yazılı formada bağlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasındakı münasibətlər qanunvericiliyə dəyişiklik edildikdən sonrakı dövrə yəni mart 2017-ci il tarixə düşdüyündən idd iaçının aralarında olan borc münasibətinə istinad edib cavabdehdən pul tələb etməsi üçün həmin borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin belə bir müqavilənin mövcud olmaması, onun qanunun tələbinə uyğun olmamasını göstərir. Qanunvericilik 3000 manatdan yuxarı məbləğdə olan borcların verilməsi ilə bağlı onun xüsusi prosedur qaydasını müəyyən etdiyindən hər hansı şahid ifadəsi və ya digər sübut həmin qaydaya riayət edilməməsi halını aradan qaldıra bilməz. Başqa sözlə qanunvericilik tərəflər arasında göstərilən məbləğdə borc münasibətinin mövcud olmasını yazılı formada bağlanmalı borc müqaviləsi ilə müəyyənləşdirməyi tələb edir. Belə bir müqavilənin olmaması iddiaçının borc müqaviləsinə istinad edib pul tələbinin əsassız olmasını göstərir. Məhz bu səbəbdən də, birinci instansiya mə hkəməsi hesab etmişdir ki, iddianın 5000 manat pulun cavabdehə borc olaraq verilməsi sübut olunmadığından təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 427.1, 442, 529.3, 739.1, 740, 740.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikatətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək, maddi hüquq normalarının pozuntusuna yol vermişdir.
23. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.
31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda ol an eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə
740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
33. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
43. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri iddiaçının apelyasiya ş ikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdı rılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-288/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.