Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1864/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən iddiaçı “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC Cavabdeh və Zamin qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.131,43 manat əsas borc, 133,51 manat faiz borcu, 391,90 manat cərimə borcu olmaqla, cəmi 2.656,84 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim R.Qurbanov) xx.xx.2017-ci il tarixli, x nömrəli əmri ilə ərizə təmin edilərək borclular Zamin və Cavabdeh “xxxx” QSC-nin xeyrinə 2.656,84 manat pul tutulmuşdur. Cavabdeh məhkəmə əmrinə etiraz verdiyindən Yasamal Rayon Məhkəməsinin (hakim F.Babayev) xx.xx.2017-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək iş üzrə iddia icraatına keçilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 10914 nömrəli kredit müqaviləsi üz rə xx.xx.2017-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarix) yaranmış 1.546,33 manat əsas borc, 151,54 manat faiz borcu, 100 manat cərimə borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.817,87 (min səkkiz yüz on yeddi manat səksən yeddi qəpik) manatın tutularaq iddiaçı “X3 Azərbaycan” QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 200 manat pulun Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Cavabdeh ödənilməmiş qalan 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsində borcun tutulmasını yalnız Cavabdeh tələb etməsi və Zamin qarşı tələb irəli sürməməsinə görə məhkəm ənin iddianı yalnız borcalan Cavabdeh münasibətdə araşdırdığı qeyd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-E.Şamayev (sərlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi faiz və cəmi borcunun tutulması hissəsində ləğv edilmişi, həmin hissələrdə yeni qətnamə qəbul edilərək, Cavabdeh “xxxx” QSC-nin xeyrinə tutulan faiz borcu 133,50 manat, cərimə borcu isə 154,53 manat məbləğində müəyyən edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi cəmi borcun müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh “xxxx” QSC-nin xeyrinə tutul malı olan cəmi borc 1854,46 manat (bir min səkkiz yüz əlli dörd manat, qırx altı qəpik) məbləğində müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə, yəni kredit borcunun əsas borclu Cavabdeh ilə yanaşı Zamin da tutulmasının araşdırılmaması hissəsində dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçı “xxxx” QSC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin ləğv edilməsini, işi yenidən baxılmaq üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi borcun müştərək qaydada Zamin tutulması hissəsinə münasibətdə hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, bank tərəfindən verilən ərizədə texniki səhv olaraq zaminin adı keçməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı xx.xx.2018-cil il tarixdə məhkəməyə vəsatət verəndə vəsatətdə cavabdehlər olaraq Cavabdeh və Zamin Əzizağa oğlunun adı qeyd edilmişdir. İddiaçı cavabdehlərin heç birinə münasibətdə iddiadan imtina etməmiş və ya əsl olmayan tərəfin əvəz olunması baş verməmişdir. Belə olan halda məhkəmənin MPM-nin 53-cü maddəsinə istinad etməklə cavabdehlərdən birini “öz təşəbbüsü ilə” cavabdehlər sırasından çıxarması prosessual qanunvericiliyin kobud surətdə pozulmasıdır. Göründüyü kimi kassasiya şikayətinin dəlilləri borcun Zamin da tutulmasının araşdırılmaması hissəsi ilə b ağlıdır. Odur ki, məhkəmə kollegiyası, qətnaməni kassatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsa sən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin qətnaməsini borcun Zamin da tutulmasının araşdırılmaması hissəsində dəyişdirmədən saxlayarkən mövqeyini belə əsaslandırmışdır ki, “birinci instansiya məhkəməsi əsaslı olaraq iddia tələbinə Zamin münasibətdə hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı məhkəmə əmrinə dair ərizəsini həm borclu Cavabdeh, həm də Zamin qarşı məhkəməyə təqdim etsə də, məhkəmə əmri ləğv edildikdə və iş iddia icraatına keçirildikdən sonra ərizə ilə məhkəməyə müraciət etmiş və tələb olunan borcun yalnız Cavabdeh tutulmasını xahiş etmişdir. Bu səbəbdən, iddiaçı “xxxx” QSC -nin xx xxxx 2018-ci il tarixli ərizəsində borcun tutulmasını yalnız borcalan Cavabdeh tələb etdiyini və Zamin qarşı tələb irəli sürmədiyini nəzərə alaraq birinci instansiya məhkəməsi əsaslı olaraq yalnız irəli sürülmüş tələb üzrə işə baxmış və iddia tələbini yalnız borcalan Cavabdeh münasibətdə araşdırmışdır.”. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddianın zaminə aid hissədə araşdırılmaması və həll edilməməsi prosessual hüquq normalarına uyğun olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi faktiki olaraq Zamin cavabdehlər sırasından çıxarılması anlamına gəlir. Halbuki, mülki prosesdə işin başlanması məhz iddiaçının təşəbbüsü ilə olduğu üçün (MPM, maddə 5.1.) bir şəxsin cavabdeh qismində cəlb edilməsi və ya bu statusdan çıxarılması da onun səlahiyy ətindədir. Başqa sözlə, bu məsələləri məhkəmə öz təşəbbüsü ilə həll edə bilməz. Təsadüfi deyil ki, Mülki Prosessual Məcəllənin 50.3-ci, 51.1-ci, 51.3-cü 54.1-ci və 54.2-ci maddələrinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tə ləblər üzrə baxır. Odur ki, iddiaçı müştərək qaydada bir neçə cavabdehə qarşı tələb irəli sürdükdə məhkəmə konkret cavabdehin işdə iştirak edib-etməməsi ilə bağlı məsələni dəqiqliklə müəyyən edilməli, onun iştirakı sual doğurduqda isə bu məsələyə dair iddiaçının iradəsi şübhəyə yer qalmayacaq şəkildə aydınlaşdırılmalıdır. İddiaçı konkret şəxsi cavabdehlər sırasından çıxardıqda və ya onu əsl cavabdehlə əvəz etdikdə bunun prosessual nəticələri tətbiq edilməli, əks təqdirdə iddiaya həmin cavabdehə münasibətdə də baxılaraq həll olunmalıdır.Baxılan işdə isə bu qaydalara əməl olunmamışdır. Belə ki, iddiaçı pulun məhkəmə əmri qaydasında tutulmasına dair ilk dəfə elektron ərizə verərkən Zamin da borclu kimi qeyd etmiş və əmr çıxarılarkən borc müştərək qaydada Cavabdehla birlikdə ondan da tutulmuşd ur. xx.xx.2017-ci ildə həmin əmrin ləğv olunması ilə iddia icraatına keçilmiş və Zamin cavabdeh statusunu qazanmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli iddia ərizəsində də Zamin ikinci cavabdeh kimi qeyd və ərizənin nəticə hissəsində ondan da müştərək qaydada pulun tutulmasını xahiş etmişdir. Bununla yanaşı “xxxx” QSC-nin iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2018-ci il tarixli ərizənin nəticə hissəsində tələb olunan məbləğin Cavabdeh tutulması xahiş edilmiş, həmin ərizədə Zamin adı qeyd olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi də bu halı zaminə qarşı tələbin artıq irəli sürülməməsi kimi qiymətləndirmiş və hesab etmişdir ki, rayon məhkəməsi əsaslı olaraq iddianı yalnız borcalan Cavabdeh münasibətdə araşdırmışdır. Kollegiya bu mövqe ilə razılaşmır ona görə ki, əvvəla, yuxarıda qeyd edildiyi kimi, iddiaçının hansısa şəxsi müştərək cavabdeh kimi müəyyən etməsinə, yaxud onu bu sıradan çıxarmasına dair iradəsi aydın ifadə edilən ərizədə əks olunmalıdır. Məhkəmələrin istinad etdikləri xx.xx.2018-ci il tarixli ərizənin məqsədi cavabdehlərin azaldılması yox, iddia tələbinin həcminin artırılması olmuşdur. Başqa sözlə, bu ərizə işdə iştirak edən şəxslərin dairəsini deyil, tələb olunan borc məbləğinin miqdarını dəqiqləşdirməyə yönəlmişdir. Ona görə də, həmin ərizədə zaminin adının qeyd olunmaması faktı özü-özlüyündə onun cavabdehlikdən çıxarılması anlamına gəlmir. İkincisi, əgər xx.xx.2018-ci il tarixli ərizə Zamin cavabdehlər sırasından çıxarılması mahiyyətində qəbul edilmişdisə onda bu məsələ həmin ərizə daxil olduqdan sonrakı məhkəmə icla sında tərəflərin iştirakı ilə müzakirə olunmalı, iddiaçının iradəsi həmin yöndə olduqda həmin cavabdehə qarşı iddiadan imtina edilməsi tanınmalı, yaxud ərizənin geri götürülməsinə görə iddia ona aid hissədə baxılmamış saxlanılmalı və bu barədə müvafiq qərar qəbul edilməli idi. Yox əgər iddiaçı Zamin qarşı tələbdən imtina etmədikdə (ərizəsini geri götürmədikdə) mövcud ziddiyyətin aradan qaldırılması üçün iddiaçının yekun mövqeyi ya ayrıca ərizə alınmaqla, ya da məhkəmə iclas protokolunda müvafiq qeyd aparılmaqla rəsmiləşdirilməli idi. Buna baxmayaraq birinci instansiya məhkəməsi nəinki həmin tədbirlərdən hər hansı birini görməmiş, hətta Zamin iş üzrə cavabdeh kimi tanımasını göstərən prosessual hərəkətlərə davam etmişdir. Belə ki, işdə xx.xx.2018-ci il tarixdən sonra tərtib etdiyi iclas pro tokollarında, qərardadlarda Zamin birgə cavabdeh kimi qeyd etmiş, ona məhz bu statusla bildirişlər göndərmişdir. Üçüncüsü, iddiaçı da xx.xx.2018-ci il tarixli ərizədən sonra zamini cavabdehlər sırasında çıxarmasını bildirməmiş, əksinə məhkəməyə etdiyi müraciətlərində (iddianın baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilərək işə yenidən baxılmasına dair xx.xx.2018-ci il tarixli ərizəsində və ekspertizanın təyin edilməsi haqqında xx.xx.2018-ci il tarixli vəsatətində) Zamin məhz ikinci cavabdeh kimi göstərmişdir. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli iclasda xx.xx.2018-ci il tarixli ərizəyə istinadən yerində müşavirə etməklə iddiaçının tələbi Zamin qarşı irəli sürməməsi və tələbin yalnız Cavabdeh münasibətdə araşdırılması haqqında protokola y azılan qərar qəbul etmişdir. Eyni zamanda bu məsələ üzrə iclasda iştirak edən iddiaçının nümayəndəsinin fikrini soruşmamış və qərara bağladığı məsələyə dair onun yekun mövqeyini aydınlaşdırmamışdır. Kollegiya vurğulayır ki, rayon məhkəməsinin bu qərarı həm iddiaçının Zamin cavabdeh olmasına dair iradəsinə, həm xx.xx.2018-ci il tarixli ərizədən sonrakı tarixlərdə Zamin cavabdehliyinə münasibətdə iddiaçının ərizələrinə, həm Zamin cavabdeh kimi tanıması haqqında özünün etdiyi prosessual hərəkətlərə, həm də cavabdehin mülki prosesdə iştirak edən şəxs statusuna xitam verilməsinə dair prosessual tələblərə (hansısa cavabdehə aid hissədə iddiadan imtinanın qəbul edilməsi, icraata xitam verilməsi, yaxud iddia ərizəsinin baxılmamış saxlanılması) uyğun olmamışdır. Buna baxmayaraq apellyasiya instansi yası məhkəməsi qeyd edilən prosessual hüquq normalarının pozuntusunu nəzərə almamış və rayon məhkəməsinin qətnaməsini zaminə aid hissədə dəyişdirmədən saxlamışdır. Ona görə də kassasiya şikayəti qismən təmin edilməklə qətnamə zaminə aid hissəsi ləğv edilməli, həmin hissədə iddiaya baxılması üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edil məsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi Zamin aid hissədə ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1864/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1864/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver