Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1864/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pulun tutulması) 31.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-297/2025 nömrəli iş üzrə 5 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kü rdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X8 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın təsviri hissəsində göstərilənlərə əsasən Kürdəmir şəhəri, Babək küçəsi, ev 1/5-də yaşayan Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin və qanun pozuntularının qarşısını almaq məqsədi ilə Cavabdeh ilə İddiaçı ailəsini Kürdəmir RPŞ-də “münaqişəli ailə” kimi qeydiyyata alınmaqla barələrində profilaktiki tədbirlər görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-yə göndərilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 61100 (altmış bir min yüz) manat və ödənilmiş 273 manat 30 qəpik məbləğdə dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cavabdeh 3 ildən artıq bir müddətdir ki, onun anası Şəfayə Abdurahmanovaya məxsus olan ünvan 3 ünvanda yerləşən mağazada lombard fəaliyyəti ilə məşğul olan Məlahət adlı qadının yanında işləyir. Təxminən 1 il bundan əvvəl Cavabdeh onun yanına gələrək ondan tanışı Zahid və onun arvadı Vüsalənin alver etmək istədiyini demiş və ondan 20 00 manat pul istəmişdir. O, Cavabdeh inanıb xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyətində İlahəyə 2000 manat pul vermişdir. İlahə pulu ondan alandan sonra ona 100 manat pul verərək həmin pulla alverdən gələn gəlirdən ilk öncədən verdiyini bildirmişdir. Bundan sonra yenidən Cavabdeh ondan pul istəmiş və o, İlahəyə inanıb ona pul vermişdir. İlahə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək alver etmək üçün 61100 manat pul almışdır. Sonuncu 8000 manat pulu isə cavabdehin ona göndərdiyi kart hesabına xx.xx.2023-cü il tarixdə göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, İlahədən ona verdiyi pullardan bir qismini istəmiş, İlahə isə pulu qaytarmaq üçün ondan bir həftə vaxt istəmiş, lakin həmin müddət keçəndən sonra onun pulu qaytarmadığını görüb İlahədən yenidən pulunu istəmişdir. Lakin İlahə pulunun olmadığını bildirib müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. İlahənin ona borclu olduğu pulu qaytarmadığına görə əsəbləşib qohumunun DTX-də işlədiyini və onun vasitəsi ilə pulunu alacağı barədə ona səsli mesaj göndərmişdir. Əslində isə DTX-da heç bir qohumu işləmir. xx.xx.2023-cü il tarixdə İlahə anası Səfayəyə borclu olduğu 4200 manat pulu qaytarmışdır. O, Cavabdeh pulunu istədiyinə görə İlahə ondan Kürdəmir rayon polis şöbəsinə şikayət etmiş və şöbədə araşdırma aparılaraq Cavabdeh tələbi mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Hal-hazırda İlahənin ona 61100 manat borcu var və həmin məbləğdə borcu İlahəyə faizlə verməmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, üç ildən artıq bir müddətdir ki, Kürdəmir şəhərində Məlahət adlı qadına məxsus lombardda işçi kimi işləyir. İşlədiyi lombardın yerləşdiyi bina İddiaçı anası X3 məxsusdur. İddiaçı faizə pul verən şəxs kimi tanımış, onunla əvvəllər münasibəti normal olmuşdur. O, 2021-ci ilin noyabr ayında İddiaçı 10 faizlə 25.000 manat pul götürmüşdür. Sonradan Aygündən aldığı pulu ayrı-ayrı vaxtlarda Aygünə ödəmişdir. 2023-cü ilin sentyabr ayında Aygün mesaj vasitəsi ilə səs göndərərək onu həbs etdirəcəyini, Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumları ilə hədələmiş və həmin şəxslərin əli ilə evini əlindən alacağını bildirmişdir. Sonuncu dəfə Aygünə olan 4.200 manat borcunu xx.xx.2023-cü il tarixdə videoçəkilişlə yaşadığı evdə Aygünün anası Səfayəyə vermiş və onlara borcunun qalmadığını bildirmiş, Səfayə isə onlara 65.000 manat bo rcunun qaldığını bildirmişdir. Hazırda onun İddiaçı heç bir borcu yoxdur.
5. Məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon polis şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş Kürdəmir RPŞ-nin TB-də araşdırılmış HK-1-1-1780 nömrəli material üzrə Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X8 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından Cavabdeh tərəfindən Kürdəmir rayon prokuroruna verdiyi şikayətə əsasən həmin xx.xx.2023-cü il tarixli qərar cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə araşdırma aparılmasından ötrü qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş və material əlavə araşdırma aparılmasından ötrü RPŞ-yə qaytarılmışdır. Həmin materiala əlavə edilmiş K ürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X13 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin və qanun pozuntularının qarşısını almaq məqsədi ilə Cavabdeh ilə İddiaçı ailəsini Kürdəmir RPŞdə “münaqişəli ailə” kimi qeydiyyata alınmaqla barələrində profilaktiki tədbirlər görülməsi üçün qərarın surəti Kürdəmir Prokurorluğuna göndərilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.
6. Kürdəmir Rayon Məhkəmə sinin xx.xx.2024-cü il tarixli, 2(041)-1317/2024 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 25.000 manat əsas borc və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 165 manat dövlət rüsumu olmaqla, ümumilikdə 25165 (iyirmi beş min yüz altmış beş) manat pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində X7 61100 manat pul verdiyini göstərsə də o, cavabdehə həmin məbləğdə pul verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin Cavabdeh məhkəmə iclasında izahat verərkən o, iddiaçıdan 2021-ci ilin noyabr ayında 10 faizə 25.000 manat pul aldığını etiraf et miş və ayrı-ayrı vaxtlarda iddiaçıya olan borcunu ödədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 4.200 manat borcunu iddiaçının anası Səfayəyə ödədiyini göstərsə də, iddiaçı cavabdehin ona borclu olduğu pulu qaytarmadığını, cavabdehin anasına qaytardığı 4.200 manat pul isə cavabdehin anasına borclu olduğu pulun olduğunu bildirmişdir. Cavabdeh iddiaçının anası X4 verdiyi 4.200 manat pulu sonuncudan geri tələb etmək hüququ vardır. İddiaçı Cavabdeh 61.000 manat məbləğində borc pul verdiyini göstərsə də, həmin məbləğdə pulu Cavabdeh verməsi ilə bağlı məhkəməyə heç bir sübüt təqdim etməmiş, lakin məhkəmə araşdırması zamanı Cavabdeh özünün etirafına əsasən onun iddiaçıdan 25.000 manat borc pul alması sübuta yetirilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 739.1, 739.2, 740- cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnaməsinin dəyişdirilərək iddianın tələbinin tam təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin və qanun pozuntula rının qarşısını almaq məqsədi ilə Cavabdeh ilə İddiaçı ailəsini Kürdəmir RPŞ-də “münaqişəli ailə” kimi qeydiyyata alınmaqla barələrində profilaktiki tədbirlər görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-yə göndərilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin qərarda araşdırma zamanı Cavabdeh 2021-ci ilin noyabr ayında İddiaçı 10 faizə 25000 manat pul aldığını etiraf edərək, ayrı-ayrı vaxtlarda Aygünə olan borcunu ödədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Aygünə olan 4200 manat borcunu yaşadığı evdə Aygünün anası Səfayəyə video çəkilişlə verdiyini bildirmişdir. Müdafiəçisi olduğu İddiaçı və Cavabdeh ilə arasında “Whatsapp” yazışmalarına birinci instansiya məhkəməsi heç bir hüquqi qiymət verməmişdir. Sadəcə olaraq Kürdəmir rayon polis şöbəsində araşdırmaya qiymət vermiş, lakin Cavabdeh “Whatsapp” vasitəsi ilə səsli mesaj göndərərək İddiaçı 24600 manat, 11000 manat və 8000 manat etiraf etmiş, lakin məhkəmə “Whatsapp” yazışmasına heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh “Whatsapp” səsli mesajda İddiaçı 43600 manat borclu olduğunu etiraf etsə də, məhkəmə həmin hissəyə qiymət verməmişdir.
11. Cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək iddianın tam rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində adı çəkilən guya Cavabdeh tərəfindən tanışı Zahid və arvadı Vüsalə üçün götürülmüş pulla bağlı isə ümumiyyətlə heç bir sübut yoxdur və adıçəkilən şəxslər məhkəmə iclasında iştira k etməmiş və pulla bağlı hər hansı bir məlumat verməmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən ona əsaslanmışdır ki, Kürdəmir RPŞ-də Cavabdeh iddiaçıdan 25000 manat pulun 10 faizə götürməsini əsas gətirmişdir. Əgər məhkəmə “etirafla” deyilən məbləği götürdüyünü əsas gətirirsə nədən video çəkilişlə göstərilən borcdan yerdə qalan 4200 manatı qaytardığını və artıq onlara borcu qalmadığını açıqaydın qarşı tərəfin anası da təsdiq edirsə, hansı əsasla sözü gedən qətnamə qəbul edilməsini ədalətli saymaq olar? Birinci instansiya məhkəməsi sadəcə iddiaçının yazdıqlarına heç bir mötəbər sübut olmadan qətnamə çıxarmaqla absurd bir qətnamə ilə cavabdehin vəziyyətini daha da çətinləşdirmişdir. Qətnamənin “qət etdi” hissəsində qeyd edilir ki, “Cavabdeh 25000 manat əsas borc və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 165 manat pul təmin edilsin”. Çox maraqlıdır ki, iddiaçının iddia tələbində 61100 manatı hansı formada, necə cavabdehə verməsi məhkəmədə araşdırma zamanı müəyyən edilə bilməsə də, məhkəmə 25000 manatı cavabdehin Kürdəmir RPŞ-də cavabdehin araşdırma zamanı etiraf etdiyini göstərsə də, nədənsə həmin etiraf edilən məbləğin müxtəlif vaxtlarda ödənildiyini və sonda da videoçəkilişdən də göründüyü kimi 4200 manat ödənilir və sonda heç bir borc qalmadığını iddiaçının anası söyləməsini məhkəmə görməməzlikdən gəlir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Qasım Əliyev) 2(106)-297/2025 nömrəli iş üzrə 5 mart 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının nümayə ndəsi Vəkil1 oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1317/2024 saylı qətnaməsinin borcun tutulması hissədə dəyişdirilməsi, Cavabdeh borc qismində 20.700 (iyirmi min yeddi yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir və işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində cavabdehə 61100 manat pul verdiyini göstərsə də, o, cavabdeh ə həmin məbləğdə pul verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, lakin cavabdeh birinci instansiya məhkəməsində izahatında, habelə işdə olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və ona əlavə edilmiş materiallarda iddiaçıdan ümumilikdə 25000 manat məbləğdə pul vəsaiti aldığını etiraf etmiş və ayrı-ayrı vaxtlarda iddiaçıya olan borcunu ödədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 4200 manat məbləğdə borcunu iddiaçının anası Səfayəyə ödədiyini göstərmişdir. İddiaçı cavabdehin ona borclu olduğu pulu qaytarmadığını, cavabdehin onun anasına qaytardığı 4200 manat məbləğdə pulun isə anasına borclu olduğunu bildirmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının anası X6 polisdə araşdırma zamanı (səh.14) həmin 4200 manat məbləğdə pul vəsaitinin qızı İddiaçı aid olduğunu və bu barədə qızına məlumat verdiyini qeyd etmişdir. Həmin pulun iddiaçının tapşırığı üzrə anasının qəbul etməsi işin hallarına əsasən mübahisəsizdir. Belə ki, iş materiallarına əsasən iddiaçının anası ilə mövcud münasibətləri də bunu deməyə əsas verir. Nəzərə almaq lazımdır ki, X6 və Cavabdeh arasında hər hansı borc münasibətinin olması haqqında iş materiallarında heç bir fikir səsləndirilməmişdir. Ən əsası, iddiaçı birinci instansiya məhkəməsində anası X2 şahid qismində dindirilməsi barədə vəsatət verə və onun dindirilərək polis araşdırması zamanı bildirdiyi həmin hallara aydınlıq gətirə bilərdi. Lakin iddiaçı buna heç cəhd də etməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin 4.200 manat məbləğdə pul vəsaiti məhz İddiaçı verd iyi borcun əvəzi olmaqla, iş üzrə qərar qəbulu zamanı nəzərə alınmalıdır. Həmin vəsaitin yalnız iddiaçının anası X1 tələb edilməsinin mümkünlüyü barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razlaşmaq olmaz. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, 4200 manat məbləğdə pul vəsaitinin qaytarılması iddia ərizəsində də öz əksini tapmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı ərizəsində göstərmişdir ki, cavabdehə xx.xx.2022-ci il tarixdə 2000 manat məbləğdə pul vermiş, cavabdeh isə həmin pulu alandan sonra ona 100 manat məbləği geri qaytarmışdır. Həmin 100 manat məbləğdə pul vəsaitinin də iddiaçıya qaytarılması halı mütləq qaydada nəzərə alınmalıdır. Çünki həmin pul ərizənin məzmunundan da göründüyü kimi, borcdan qaytarma kimi nəzərdə tutulmuşdur.
18. Apelly asiya instansiyası məhkəməsi iddiaçı tərəfin öz apellyasiya şikayətində, habelə izahatlarda tərəflər arasında səsyazının tədqiq edilməməsi barədə dəlili üzrə qeyd etmişdir ki, həmin səsyazıların əks olunduğu diskdə cavabdehin komkret olaraq iddiaçıya hər hansı məbləğdə borcunun olması əksini tapmamışdır. Habelə həmin səsyazılar iddiaçının polisə müraciət etməsindən də əvvvəlki tarixə aid olduğundan cavabdehin sonuncu – polisdə araşdırma zamanı bildirdiyi məlumatlar əsas götürülməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə 61000 (yaxud əsas borc olaraq 50000 manat) məbləğdə pul verməsi deyil, cavabdehin 25000 manat məbləğdə pul vəsaitini iddiaçıdan alması təsdiqini tapmışdır. Ancaq həmin vəsaiti faizə alması barədə cavabdeh məhkəməyə hər hansı mötəb ər sübut (razılaşma və s.) təqdim etməmişdir. Cavabdehin iddiaçıya 4200 manat və 100 (iddia ərizəsinə əsasən), ümumilikdə 4300 manat qaytarması iş materialları ilə təsdiqini tapmışdır. Buna görə də, 25000 manat məbləğdə pul vəsaitindən iddiaçıya qaytarılmış 4300 manat çıxıldıqdan sonra qalan 20700 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 882.1, 882.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh(Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 61.100 manat məbləğində borc verməsini göstərmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi iddiaçının cavabdehə borc pul verməsi barədə hər hansı bir sübutunun olmamasına, lakin borc məbləğinin guya 25.000 manat hissəsini cavabdeh tərəfindən etiraf edilməsinə istinad etmişdir. Məhkəmə cavabdehi borcu etiraf etməsinin sübutu kimi Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X8 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında göstərildiklərinə əsaslanmışdır. Həmin qərarda guya cavabdeh iddiaçıdan 25.000 manat məbləğində pul vəsaitini 10 faizlə borc almasını etitraf etmişdir. Halbuki, cavabdeh heç bir zaman iddiaçıdan 25.000 manat məbləğində borc almasını etiraf etməmiş, sadəcə olaraq, iddiaçıdan 8.200 manat məbləğində borc almasını, həmin borcu gecikdirdiyinə görə iddiaçı həmin borca faiz hesablamasını, faizə görə ondan 61.000 manat pul tələb etməsini, lakin o, məcbur qalaraq həmin borcun faizlə birlikdə artaraq 25.000 manat hesablanmasına razılıq verdiyini bildirmişdir. Yəni cavabdeh iddiaçıdan əsas borc qismində cəmi 8.200 manat almasını etiraf etmiş, o, həmin məbləğdən 4.200 manat hissəsinin ödəyini sübut etmiş, qalan hissəsini ödədiyini desə də, bu məbləği sübut edə bilməmişdir. Bu baxımdan məhkəmə ən pis halda cavabdehdən 4.000 manat məbləğində pul vəsaitinin tutulmasını qət edə bilərdi. Lakin məhkəmə heç bir sübut olmadan cavabdehin iddiaçıdan 25.000 manat məbləğində pul borc almasının sübuta yetdiyi nəticəsi nə gəlmişdir. Cinayət işinin başlanmasıın rədd edilməsi barədə qərarda müəyyən edilmiş hallar məhkəmə üçün heç bir preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, həmin qərar Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qanuni qüvvəyə minmiş qərar hesab edilmir, bu baxımdan həmin qərarda göstərilən hər hansı bir halın özünün də sübuta ehtiyacı vardır. Məhkəmə bu halı xüsusi ilə araşdırmalı, Cavabdeh polis şöbəsində verdiyi izahatı əldə etməli və buna əsaslanmalı idi. Məhkəmə mötəbər olmayan sübutlara istinad etməklə əsassız bir qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
28. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
29. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan baş qa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 740.2-cı maddəsinin 31 mart 2023-cü ilə dək olan redaksiyası
30. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri olmuş, cavabdeh Qubadova X5 Aygün Çingiz qızınd an xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində borc almış və cavabdeh 25000 manat məbləğində borcun mövcudluğunu etiraf etmişdir. Məhkəmə daha sonra müəyyən etmişdir ki, həmin məbləğin 4300 manat hissəsi qaytarılmış, qalan ödənilməyən borc hissəsi 20700 manat həddində olmuşdur.
43. Göstərildiyi kimi apellyasiya instansiya məhkəməsi məhz bu əsaslardan çıxış edərək tərəflər arasında formalaşmış münasibətlər baxımından borc müqaviləsinin bağlanması təsbit etmiş və müqavilədən irəli gələn öhdəliyin icra edilmədiyini müəyyən etmiş, cavabdeh tərəfindən borcun qismən etiraf edilməsinə əsaslanmaqla cavabdehdən həmin müqavilə üzrə icra edilməyən həddə borcun tutulmasını qət etmişdir.
44. Qeyd edilməlidir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.
45. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibətləri və onların iradəsinin məzmunu müəyyən olunsa da, lakin müvafiq forma tələbinə əməl olunmaması nəzərə alınmayaraq məhkəmələr bağlanmış müqaviləni etibarlı müqavilə kimi tanımaqla maddi hüquq normalarının tətbiqində səhvə yol vermişlər.
46. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi hə min əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı)
47. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qayt armağı öhdəsinə götürür. (Mülki Məcəllənin 739.1-ci maddəsi)
48. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (Mülki Məcəllənin 739.2-ci maddəsi)
49. İstinad olunan normanın tələbindən aydın olur ki, borc müqaviləsinin predmetinin məbləği üç mindən çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.
50. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi).
51. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kim i müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir.
52. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli qərardadının 20-ci bəndində göstərilir ki, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 v ə s.).
53. Tərəflər arasında iddia edilən borc münasibətləri yaranan zaman (2022-2023) qüvvədə olan Mülki Məcəllənin 739.2-ci (borcun müvafiq hissəsinin alındığı zaman qüvvədə olan 740.2-ci maddəsi) maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
54. Beləliklə, baxılan iş üzrə borc müqaviləsinin məbləğinin 3000 manatdan artıq olduğu nəzərə alındıqda qanunvericiliyin məcburi göstərişlərinə zidd olaraq şifahi olaraq bağlanması etibarsızlıq halının yaranmasına səbəb olur.
55. Eyni zamanda nəzərə alınmalıdır ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən müh üm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki,)
56. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cü mlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. 57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadı ğını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
58. Qeyd edildiyi kimi bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmu şdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.
59. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır.
60. Belə ki, Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahi səyə səbəb olur....Mülki Məcəllənin 337.5-ci maddəsi... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər....Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edə nin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.
61. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının 25.000 manatdan artıq həddə pul verməsi iş materialları ilə təsdiq olunmur. Müəyyən olunduğu kimi həmin həddə cavabdehin əsassız varlanması ilə bağlı nəticəyə gəlməyə imkan verir. Bundan artıq məbləğdə cavabdehin pul öhdəliyinin olmasını işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etməmişlər. Belə olan vəziyyətdə apellyasiya instansiya məhkəməsi qaytarılmış məbləğ çıxılmaqla qalan məbləğdə cavabdehin öhdəliyinin həddini düzgün müəyyən etmişdir.
62. Odur ki, MPM-in 417.1.4-cü maddəsinə əsasən baxılan iş üz rə məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın qismən təmin edilməsinə dair yeni qərar qəbul edilməli, müəyyən olunmuş məbləğ cavabdehdən əsassız varlanma qaydalarına uyğun olaraq tutulmalıdır.
63. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 273,30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin məbləğin iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 165 manat hissəsi cavabdehdən iddiaçının hesabına tutulmalıdir.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-297/2025 nömrəli mülki iş üzrə 05 mar t 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 20.700 manat (iyirmi min yeddi yüz manat) əsas borc və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 165 (yüz altmış beş manat) dövlət rüsumu olmaqla, cəmi 20.865 manat (iyirmi min səkkiz yüz altmış beş manat) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.