Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1865/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinə tutma yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-39/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmi ş kassasiya şikayətinə dair işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - ASC) “Gənclik” filialı ilə bağlanmış 07 may 2014-cü il tarixli, 457/ZBGF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə illik 8% ödəmək şərti ilə 300 ay müddətinə 36000 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC-nin “Gənclik” filialı ilə ilə Cavabdeh2 arasında bağlanmış 07 may 2014-cü il tarixli, 457/ZBGF/1 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı məhəllə, 30/43 A saylı evin 8 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) ipoteka ilə yüklü edilmiş, mənzilin qiyməti 45000 manat qiymətləndirilmişdir. İpotekanın yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X4 Palatasının 22 iyul 2016-cı il tarixli qərarı ilə “xxxx” ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. “xxxx” ASC ilə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxx” ASC-nin “xxxx” ASC-nin xətti ilə verilmiş bütün ipoteka kreditləri iddiaçıya təhkim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bankla bağlanmış 07.05.2014cü il tarixli, 457/ZBGF saylı kredit müqaviləsindən irəli gələn 14.08.2017-ci il tarixinə olan 34701,38 manat əsas borc, 2038,13 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu, ümumilikdə 36739,51 manat və 60,40 manat məbləğin Cavabdeh1 Bankın xeyrinə tutulması, mübahisəli mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracdan satılması və ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydi yyatda olan Cavabdeh2, X1 və Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında Cavabdeh1 07 may 2014-cü il tarixli kredit müqavilə üzrə 14 avqust 2017-ci il tarixə 34701,38 manat əsas, 2038,13 manat faiz borcu, cəmi borcu 36739,51 manat borcunun olduğu qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) 2(060)-16728/2017 nömrəli iş üzrə 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) iddia qismən təmin edilmiş, kredit müqaviləsindən irəli gələn 14.08.2017-ci il tarixinə olan 34701,38 manat əsas borcun, 2038,13 manat faiz borcunun, ümumilikdə 36739,51 manatın, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun, ümumilikdə 60,40 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçının xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, tutmanın ipoteka predmeti olan mübahsiəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən edilməsi, iddi a tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozmuş, nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. Ona görə də, tələb edilən borc cavabehdən tutulmalı, həmçinin tutma mübahisəli mənzilə yönəldilərək, mənzil açıq hərracdan satılmalıdır. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsindəki məbləğdə müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 319.1, 445.2.1, 448.1, 449.1, 449.4cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 26.1.3, 33, 34.1.1, 59.3-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.1, 218.3, 222.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 26403 saylı, 13 iyun 2019-cu il tarixli rəyində qeyd edilmişdir ki, hesabdan çıxarış məlumatları və 07 may 2014-cü il tarixli, 457/ZBGF saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 borcu 44323,41 manat, o cümlədən əsas borc üzrə 35879,72 manat, faiz borcu üzrə 8443,69 manat müəyyən olunur. İş üzrə apellyasiya instansiyası məhkəməsndə keçirilmiş 11 iyun 2020-ci il tarixli qiymətləndirmə hesabatında mübahisəli mənzilin bazar dəyəri 50000 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəmə si) 2(105)-39/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abbasov və S.Qafari) apellyasiya şikayəti qismən edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, mübahisəli mənzilin açıq hərracdan ilkin satış qiyməti 50000 manat müəyyən edilmiş, qətnamə iddianın təmin edilmiş qalan hissələrində apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırkı öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şika yətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində 11 iyun 2020-ci il tarixli qiymətləndirmə hesabatını əsas götürərək mübahisəli mənzilin açıq həarracdann ilkin satış qiymətini 50000 manat müəyyən etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739, 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 269.1, 269.2, 269.4, 270.1, 295, 317.1-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 4.1, 33, 34.1, 34.1.1, 34.1.2, 39.3.3-cü maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3, 5-ci maddəsinin 7 və 8-ci bəndlərinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Borcun hissə-hissə ödənilməsinə razıdır. Lakin məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmişdir. Evin qiyməti göstəriləndən daha yüksəkdir. Ümumiyyətlə evin satılmasına razı deyildir, çünki həmin ev onların yeganə yaşayış yeridir. Məhkəmə bu halları nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə kassasiya şikayətində cavabdeh (ipoteka qoyan) Cavabdeh2 qətnamənin bötüvlükdə ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetinə tutma yönəldilməsi hissəsində mübahisələndirir. Ona görə də, məhkəmə aktı həmin h issədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respu blikasının Qanunu. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət veril mir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-39/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.