Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1866/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Ağayev, iş 2(010)-2594/2017) İddi açı cavabdeh X8 qarşı yaşayış sahəsindən istifadə hüququnun bərpa və təmin edilməsi tələbinə dair iddiası təmin edilərək İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş evdən istifadə hüququ bərpa və təmin edilməklə həmin evə köçürülməsi və onun evdən istifadə etməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov) iddiaçı X19 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X13 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 may 2017-ci il tarixli qətnaməsi qis mən, yəni iddianın təmin olunması hissəsində ləğv edilmiş və iddianın həmin hissədə rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 aprel 2018-ci il tarixli qərarı ilə (hakilr İ.Xələfov, Q.Allahverdiyev, Ə.Şadiyev) kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli, 2(103)-6923/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Xəlilov sədrlik edən, məruzəçi, X.Cəmilova və A.Hüseynov) İddiaçı və cavabdeh X13 və müstəqil tələb irəli sürməyə n üçüncü şəxs X9 apellyasiya şikayətləri təmin edilməyərək həmin iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh X8 qarşı “yaşayış sahəsindən istifadə hüququnun bərpa və təmin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş evdən istifadə hüququnun bərpa və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda cavabdeh X8 qarşı “daşınmaz əmlakın bölünməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu əraz isində yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş evin onlar arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X8 qarşı “yaşayış sahəsindən istifadə hüququnun bərpa və təmin edilməsi” tələbi barədə mülki işin, İddiaçı cavabdeh X8 qarşı “daşınmaz əmlakın bölünməsi” tələbi barədə mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, tikilinin özbaşına tikili olması həmin əmlakın müəyyən dəyərə malik olması və birgə nikah dövründə əldə olunmuş əmlak statusuna m alik olmasını istisna etmir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsinin qismən, apellyasiya şikayətinin təmin olunmadığı, yəni daşınmaz əmlakın bölünməsi barədə iddia tələblərinin təmin olunmadığı hissədə ləğv edilməsi, iddia tələblərinin həmin hissədə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin vəkili Vəkil2 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə bu nəticəyə gəlmişdir ki, İddiaçı və X5 nikahı haqqında 29 noyabr 2003-cü il tarixdə 629 nömrəli akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X14 arasında 29.11.2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 629 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. “xxxx" MMC-nin direktoru X38 ilə İddiaçı oglu (payçı) arasında bağlanmış 30 oktyabr 2006-cı il tarixli 170 saylı mənzil alqı-satqısı haqqında müqaviləyə əsasən, icraçı “xxxx" MMC ünvan 1 ünvanda inşa ediləcək yaşayış binasında 2 otaqlı, ümumi sahəsi 74,5 kv.metr, yaşayış sahəsi 45,5 kv.metr ümumi dəyəri 28310 ABŞ dolları məbləğində olan mənzili inşa edib alıcıya verməyi, payçı İddiaçı isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. 30 oktyabr, 26 dekabr 2006-cı ıl tarixli və 09 aprel 2007-ci i1 tarixil kassa mədaxil orderlərinin lazımı qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı oglu “xxxx” MMC ilə bağladığı 30 oktyabr 2006-cı ıl tarixli 179 saylı mənzil alqı-satqısı haqqında müqaviləyə əsasən mənzilin dəyərini ödəmişdir. “xxxx” MMC-nin 18 may 2017-ci tarixli 15 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1, mənzil 146-da 11 may 2011-ci il tarixə qədər yaşamış, həmin mənzili qeyd olunan tarixdə X1. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qər arına əsasən və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə iclasında qəbul edilmiş 12 iyul 1990-cı il tarixli 23 nömrəli qərarın tələbinə uyğun olaraq X15 fərdi ev tikmək üçün 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X4 rayon Donuzkökəltmə sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmrdən çıxarışa əsasən Donuzkökəltmə sovxozu ərazisində olan ona ayrılmış 0.03 ha torpaq sahəsində tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı İddiaçı etibar etmişdir. Etibarnamə 70 (yetmiş) il müddətinə verilmişdir. Bakı şəhəri Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazində yerləşən nömrəsiz evlərin sakinləri X27, X22, X34 və X29 tərəfindən tərtib edilmiş və imzalanmış 17 mart 2017-ci il tari xli aktda həmin şəxslər göstərmişlər ki, onlarla qonşuluqda yerləşən mübahisəli torpaq sahəsi və ev 1990-cı ildən X15 məxsus olmuş, 12.05.2011-ci ildə X39 həmin sahəni İddiaçı satmışdır. İddiaçı həmin tarixdən o ünvanda yaşamışdır. Cavabdeh məhkəməyə Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmrdən çıxarışın surətini və Binə Bələdiyyəsinin məktubunu təqdim etməklə bildirmişdir ki, mübahisəli evin ona və iddiaçıya heç bir aidiyyəti yoxdur. Evin yerləşdiyi 0,03 ha torpaq sahəsi atası X40ayrılmış, orada ev tikmiş X40 kirayələrdə yaşamasınlar deyə, 2011-ci ildə həmin evi müvəqqəti yaşamaq üçün onlara vermişdir. İş materiallarına əlavə edilmiş həmin əmrdən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tari xli 521 nömrəli qərarına əsasən və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə iclasında qəbul edilmiş 12 iyul 1990-cı il tarixli 23 nömrəli qərarın tələbinə uyğun olaraq X11 fərdi ev tikmək üçün 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Binə Bələdiyyəsinin 28 aprel 2017-ci il tarixli 86 nömrəli məktubundan görünür ki, vətəndaş X21 və X30 torpaq sahəsi və evə görə Binə Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmamışlar. X2 isə Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində istifadə etdiyi fərdi yaşayış evi və torpaq sahəsinə görə Binə Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmə kollegiyasına ünvanlanmış Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 16.08.2018ci il tarixli məktubunda qeyd edilmişdir ki, Binə qəsəbəsi Südçül ük sovxozu 0001/0560 ünvanında, 18.01.2009-cu il tarixində X12 adına **********10560 saylı abunə kodu açılmış və 24.05.2010-cu il tarixində A101050710 saylı elektrik sayğacı quraşdırılmışdır. 17.05.2011-ci il tarixində həmin abunə kodu 6471 saylı ərizə əsasında X12 adından, İddiaçı adına dəyişdirilmişdir. 13.06.2016-cı il tarixində, 0730 saylı ərizə ilə İddiaçı adına olan abunə kodu, həyat yoldaşı X6 adına, 06.11.2016 tarixində “ASAN” xidmət vasitəsi ilə **********10560 saylı abunə kodu X7 adına dəyişdirilmişdir. Həmin məktuba əlavə edilmiş Cavabdeh tərəfindən Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə ünvanladığı ərizədən görünür ki, o, qeydiyyatda olduğu mənzilin kodunu İddiaçı adından çıxarıb öz adına keçməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Həmin ərizəyə dair İddi açı etiraz etmədiyini imzası ilə təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə gəldiyi digər nəticədən görünür ki, mübahisəli ev özbaşına tikilidir. Həmin evin kim tərəfindən (kimin vəsaiti hesabına) əldə edilməsi ilə bağlı mübahisə var. İddiaçı evin onun ailəsinə məxsus olan mənzilin 2011-ci ildə satılması yolu ilə alındığını bildirir. Bununla bağlı sübutlar təqdim etmişdir. Yeni inşa edilmiş binada mənzil alması, pay haqqını tam olaraq ödəməsi, mənzili həqiqətən 2011-ci ildə satması və mübahisəli evi dərhal sonra, 2011-ci ildə alması ilə bağlı sübutlar təqdim etmişdir. Həmin sübutlar şübhədən kənar sübutlardır. Prosesə cəlb edilmiş X3 rayon Donuzkökəltmə sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri təqdim edərək evin yerləşdiyi 0,03 ha torp aq sahəsinin ona ayrıldığını bildirir. Tərəflərin təqdim etdiyi sübutlar müqayisəli olaraq qiymətləndirildikdə aydın görünür ki, cavabdehin atasının sonradan təqdim etdiyi həmin sənəd evin kimə məxsus olması statusunu dəyişmək üçün edilmişdir. Ümumiyyətlə məhkəmə praktikasından artıq bəllidir ki, fərdi ev inşası ilə bağlı Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə verilmiş həmin sənədlər (çoxsaylı məhkəmə mübahisələrindən) etibarlı sənədlər hesab oluna bilməz. Həmin sənədlər guya sovxozda işləmiş və ev tikməyə ehtiyacı olan şəxslərə verilmişdir, hansıki, həmin şəxslərin Abşeron rayon Donuzkökəltmə sovxozu ilə heç bir əlaqəsi olmamışdır. Ona görə belə əhəmiyyətsiz sənədlərin kimə, nə vaxt verilməsi mübahisənin həllində əsas götürülə bilməz. X17 mübahisəli evin yeni inşa edilmiş binada iddiaçı nın adına olan mənzilin satılması nəticəsində əldə edilən vəsait hesabına alındığını təsdiq edir, lakin əvvəlki mənzilin də, onun vəsaiti ilə alınmasına istinad edərək evin ona məxsus olduğunu bildirir. Lakin, O, həmin dəlili sübuta yetirə bilməmişdir. Əksinə, apellyasiya icraatı zamanı Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsindən alınmış arayışla (yuxarıda qeyd edilmişdir) təsdiq olunur ki, ailə münasibətləri pozulduqdan sonra evin sənədləşmələrinin təcili olaraq dəyişdirilməsi iddiaçının evə dair hüquqlarını şübhə altına almaq üçün təşkil edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Mübahisəli ev özbaşına tikilidir. Ona görə işə baxan məhkəmə haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə istinad etməklə evin bölü nməsi tələbindən imtina etmişdir. Qeyd olunan normaya görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə hüquq yaranmadığı üçün evin bölünməsi barədə iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, mübahisəli ev özbaşına tikili olduğundan evin bölünməsi tələbindən imtina edilmişdir. Qanunvericiliyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassızdır belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Beləliklə işin araşdırılmış hallarından aydın olduğu kimi iddia əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki-prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsaıs kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Ancaq hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası olan torpağının zəbt edilməsi və ağaclarının kəsilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiya kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal mülahizələrə əsaslandığından həmin dəlillər mahiyyətcə qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 27 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1866/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1866/2019
18.03.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver