Məhkəmə qərarları › İş №2(102)-187/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-187/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-187/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-187/21 (Açar sözlər: kredit borcunun ödənilməsi ) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, X1 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin S ığortalanması Fondunun Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-249/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 08 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC xx.xx.2014-cü il tarixli, 4177 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 28 faizlə 24 ay müddətinə, 20000 manat məbləğində kredit verib.

2. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyib. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 18233,11 manat əsas, müqavilə müddəti bitən tarixə 9502,89 manat faiz, 12473,44 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 2702,04 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndinə görə borcalan bankdan aldığı krediti və hesablanmış faizi ödəməlidir, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmir.

5. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 445.7 və 739.1-ci maddələrinə istinad etmişdir.

6. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1976/2019 nömrəli, 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cav abdeh 18223,11 manat məbləğində əsas, müqavilə bitən müddətə 9502,89 manat faiz, 1000 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın tutulub iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Toğrul Məmmədov)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, “İddiaçı ” ASC ilə cavabdeh Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi əsasında bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 28 faizlə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kreditor LPO İddiaçı ASC 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən ləğv edi lmiş, Əmanətlərin Sığortalanması Fondu xx xxxx 2016-cı ildən bankın ləğvedicisi təyin edilmişdir. Belə olan halda, İddiaçı ASC bank fəaliyyətini həyata keçirə bilmədiyi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanmış 2702,04 manat borc tələbi təmin edilə bilməz.

9. Birinci instansiya məhkəməsi əsas borc məbləğinə nisbətdə hesablanmış cərimə məbləğinin ədalətsiz olmasını qeyd edib, cərimə məbləğini azaldıb 1000 manat saxlamışdır.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 430.1, 442, 443.1, 445.1, 448.1 və 467-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verib, faiz borcunun qismən, cərimə borcunun isə tam silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, qət edilən məbləğ düzgün deyil.

13. X1 İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu da iddianın təmin edilməyən hissəsində qətnamədən apelyasiya şikayəti versə də, şikayət müddətin ötürülməsi səbəbindən geri qaytarılıb.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilib və ekspertin qarşısında müddətin sonuna, yəni xx xxxx 2016-cı il tarixə cavabdehin borcunun məbləğinin müəyyən edilməsi barədə sual qoyulub.

15. Məhkəmə Ekspertiza Mərkəzinin 9/243 saylı, xx xxxx 2010-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh xx xxxx 2016-cı tarixinə banka 18.310,61 manat əsas, 5.715,85 manat isə faiz borcu vardır.

16. Ş irvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-249/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1976/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə əsаsən cavabdehdən faiz borcunun məbləğinin tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh xx xxxx 2014-cü il tarixli 4177 saylı kredit müqaviləsinə əsasən tutulmalı olan faiz məbləği 5.715,85 manat həddində müəyyən edilmiş, Cavabdeh xx xxxx 2014-cü il tarixli 4177 saylı kredit müqaviləsinə əsasən 18.223,11 manat məbləğində əsas borc, 5.715,85 manat məbləğində faiz borcu və 1.000 manat məbləğində cərimə üzrə borcunun, ümumilikdə isə 24.038,96 (iyirmi dörd min otuz səkkiz yüz iyirmi üç manat on bir q əpik) manatın, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qətnamə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə əsаsən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Nüsrət Mirzəyev və Qəzənfər Kərimov)

17. Apelyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı bank cavabdehdən 18223,11 manat əsas və müqavilənin son müddətinə 9.502,89 manat faiz borcu tələb etsə də, borcun məbləği ilə bağlı maliyyə arayışı təqdim etməyib.

18. Apellyasiya məhkəməsi kredit müqaviləsinin bitdiyi müddətə faiz borcu məbləğini ekspert rəyin ə əsasən 5.715,85 manat həddində müəyyən edilməsini daha düzgün və ədalətli hesb etmişdir.

19. Apellyasiya məhkəməsi həmçinin hesab edib ki, bank tərəfindən cavabdehə vеrilmiş kredit məbləğinə görə hеsablanmış cərimə məbləği 12.473,44 manat təşkil etsə də, birinci instansiya məhkəməsinin dəbbə pulunun tənasübsüz surətdə yüksək olması və dəbbənin 1.000 manat məbləğində müəyyən etməsi barədə gəldiyi nəticə düzgündür. azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Ləğv Prosesində olan İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia t ələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya məhkəməsi mühasibatlıq ekspertizasının rəyinə əsaslansa da, MPM-in 103.1-ci maddəsini nəzərə almamışdır. Ekspert rəyi məhkəmə üçün məcburi deyil.

22. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən hesablanmış borc tələbi təmin edilməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məl umat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassas iya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. İddiaçı bank kassasiya şikayətində faiz borcunun azalması ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən hesablanmış borcun tutulmamasını da mübahisələndirmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini dəbbə pulunun azaldılması və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən hesablanmış borcun tutulması barədə iddianın təmin edilməyən hissələrində mübahisələndirməmişdir. Buna görə də hazırkı kassasiya baxışının predmetini yalnız apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz məbləğinin azaldılması hissəsi təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

30. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

31. İddiaçı kredit müqaviləsinin müddətinin sonuna 18223,11 manat əsas, 9502,89 manat faiz borcu tələb etsə də, borcun məbləği barədə maliyyə arayışı təqdim etməmişdir. Bu səbəbdən apellyasiya instansi yası borcun məbləğini müəyyən etmək üçün iş üzrə tam və hərtərəfli araşdırma aparılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

32. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/243 saylı, xx xxxx 2010-ci il tarixli ekspert rəyində Cavabdeh xx xxxx 2016-cı tarixinə banka 18.310,61 manat əsas, 5.715,85 manat isə faiz borcu olması aşkar edilib.

33. Apellyasiya instansiyası da ekspert rəyinə əsasən müqavilə müddətinin sonuna cavabdehin faiz borcunun 5715,85 manat olmasını müəyyən etmişdir.

34. Göründüyü kimi, apelyasiya məhkəməsi borc məbləği üzrə ekspertiza təyin etmiş və gəlinən nəticə də ekspert rəyi ilə müəyyən edilmiş işin hallarına uyğun olmuşdur.

35. Məhkəmə kollegiyası ekspert rəyinin əsaslı olmaması, apellyasiya məhkəməsinin həmin rəyi düzgün qiymətlə ndirməməsi barədə kassasiya şikayətinin dəlillərini əsaslandırılmadığı üçün qəbul etmir.

36. Bundan əlavə, qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq qiymət vermiş, hətta ekspert rəyində əsas borcun iddiaçının tələb etdiyi məbləğdən artıq olmasını iddia tələbindən kənara çıxdığı üçün həmin hissədə rəyi nəzərə almamışdır. 37.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-249/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar