Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-187/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər B.M.İ MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Oktay oğlunun katibliyi, Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X6 və "xxxx" MMC-nin vəkili Nümayəndə Məsi oğ lunun iştiraklarıı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-551/2021 nömrəli iş üzrə 05.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur, hazırda ləğv prosesindədir, bundan sonra – iddiaçı və ya Bank) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – borcalan) arasında 23 fevral 2015-ci il tarixində bağlanmış 1781/15 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana 48 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə ******* manat; 1782/15 nömrəli kr edit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 4 faiz ödəmək şərtilə ******* manat kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış 24 fevral 2015-ci il tarixli, 1781-01/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 1781/15 nömrəli və 1782/15 nömrəli kredit müqavilələrinin təminatı olaraq xüsusi mülkiyyətində olan Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,4375 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 175000 manat, likvid dəyəri isə 149000 manat qiymətləndirilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1781-03/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 1781/15 nömrəli və 1782/15 nömrəli kredit müqavilələrinin təminatı olaraq xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 69500 manat, likvid dəyəri isə 59000 manat qiymətləndirilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış 24 fevral 2015-ci il tarixli, 1781-04/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 1781/15 nömrəli və 1782/15 nömrəli kredit müqavilələrinin təminatı olaraq xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,45 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 292500 manat, likvid dəyəri isə 248500 manat məbləğində qiymətləndirilmişdir. Bankla Cavabdeh2 arasında bağlanmış 24 fevral 2015-ci il tarixli, 1781-02/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 1781/15 nömrəli və 1782/15 nömrəli kredit müqavilələrinin təminatı olaraq xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 103500 manat, likvid dəyəri isə 88000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq olunmuş və yüklülüklər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat 26 sentyabr 2017-ci il tarixdə iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalandan Bankın xeyrinə 1781/15 saylı müqaviləyə görə 185.341,5 manat əsas borcun, 33.439,85 manat faiz borcunun, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 220.529,87 manat borcun, 1782/15 saylı müqavil əyə əsasən 1.520.409,92 manat əsas borcun, 46846,05 manat faiz borcunun, cəmi 1.567.255,97 manat borcun, ümumilikdə iki müqaviləyə görə 1.705.751,42 manat əsas borcun, 80285.90 manat faiz borcunun, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 1.787.785,84 manat borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 31 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan torpaq sahələrinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən olunmaqla hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan hər iki müqavilənin şərtlərini pozaraq, ödəniş cədvəli üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə və məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. “X17” MMC-nin 05.04.2018-ci il tarixli qiymətləndirmə hesabatlarına əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 hadan ibarət torpaq sahəsinin likvid qiyməti 157.500 manat, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan ibarət torpaq sahəsinin likvid qiyməti 60.690 manat, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,45 ha-dan ibarət torpaq sahəsinin likvid qiyməti 256.500 manat və Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinin likvid qiyməti 91.512 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2018-ci il tarixli, 32540 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, id diaçının təqdim etdiyi maliyyə arayışının tərtib olunduğu 24.07.2017-ci il tarixinə borcalanın Banka 23 fevral 2015-ci il tarixli, 1781/15 saylı kredit müqaviləsi üzrə 188440,70 manat əsas, 31833,84 manat faiz borcu; 23 fevral 2015-ci il tarixli, 1782/15 saylı kredit müqaviləsi üzrə 1.525601,15 manat əsas, 41894,04 manat faiz borcu yaranmışdır. Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmadığı üçün ekspert də cərimə məbləği üzrə hesablama aparmamışdır. İş üzrə icraat təzələndikdən sonra 16.05.2018-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Həmin ərizə ilə iddiaçı tələbini dəyişərək, borcalandan Bankın xeyrinə 1781/15 saylı müqaviləyə görə 155.341,5 manat əsas, 49.644,07 manat faiz, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 206.734,09 manat, 1782/15 saylı müqaviləyə əsasən 1.520.409,92 manat əsas, 84.296,19 manat faiz olmaqla, cəmi 1604706,11 manat, ümumilikdə iki müqaviləyə görə 1675751,42 manat əsas, 133940,26 manat faiz, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 1811440,2 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olab torpaq sahələrinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən olunmaqla hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-333/2018 nömrəli iş üzrə 16 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia təmin edil miş, borcalandan 1781/15 saylı müqaviləyə görə 155.341,5 manat əsas borc, 49.644,07 manat faiz borcu, 1.748,52 manat dəbbə pulu olmaqla, cəmi 206.734,09 manat borc, 1782/15 saylı müqaviləyə əsasən 1.520.409,92 manat əsas borc, 84.296,19 manat faiz borcu, cəmi 1.604.706,11 manat borc, ümumilikdə iki müqaviləyə görə 1.675.751,42 manat əsas borc, 133.940,26 manat faiz borcu, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 1.811.440,2 manat borc, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 157.500 manat; Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiy məti 60.690 manat; Abşeron rayonu, Masazır kəndində yerləşən 0,45 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 256.500 manat və Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 91.512 manat müəyyən edilməklə yönəldilməsi; əmlakların açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması və ekspertiza xərcini təşkil edən 50 manatın borcalandan tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası MM-nin 269.1,269.4, 295.1, 296.1, 358.1, 386.1, 442, 443.1, 44 5, 445.2.1, 448.1, 739.1, 739.2, 465.2, 462.1-ci maddələrinə, İpoteka haqqında qanunun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3-cü maddələrinə və MPM-nin 9, 14, 88, 115, 217, 218, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Borcalanın apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi məbləğlər həddən artıq şişirdilmiş, iddiaçı tərəfindən dəqiqləşmə verildikdən sonra ekspertiza keçirilməmişdir. Bankın 2018-ci ilin may ayında təqdim etdiyi arayışd a sonradan etdikləri ödənişlər nəzərə alınmamışdır. İpoteka qoyanlar tərəfindən verilmiş apelyasiya şikayətləri də eyni dəlillərlə əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, qiymətləndirici ipoteka predmetlərinin ilkin satış qiymətlərini bazar qiymətindən çox aşağı müəyyən etdiyi üçün əmlaklar yenidən qiymətləndirilməlidir. Apelyasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsi iş üzrə yeni qiymətləndirmə və təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. "xxxx" MMC-nin 29 aprel 2019-cu il tarixli qiymətləndirmə hesabatlarına əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahələrinin müvafiq olaraq bazar qiyməti 55000 manat, likvid qiyməti 45000 manat; bazar qiyməti 20000 manat, likvid qiyməti 17000 manat; bazar qiyməti 58000 manat, li kvid qiyməti 48000 manat; Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin bazar qiyməti 23000 manat, likvid qiyməti 20000 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2019-cu il tarixli, 7128 nömrəli ekspert rəyi ilə 1781/15 saylı kredit müqaviləsi üzrə 24 iyul 2017-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixədək) Banka olan borcu 220.274,54 manat (o cümlədən əsas borc üzrə – 188440,70 manat, faiz borcu üzrə – 31833,84 manat); 1782/15 saylı kredit müqaviləsi üzrə 24 iyul 2017-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixədək) Banka olan borcu 1.567495,19 manat (o cümlədən: əsas borc üzrə – 1.525601,15 manat, faiz borcu üzrə – 41894,04 manat) müəyyən edilmişdir. Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlum atlarında cərimə hesablanmadığı üçün ekspert də cərimə məbləği üzrə hesablama aparmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-2711/2019 nömrəli, 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) cavabdehlərin apelyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, borcalandan 1781/15 saylı müqavilə üzrə 49644,07 manat əvəzinə 31833,84 manat, 1782/15 saylı müqavilə üzrə 84296,19 manat əvəzinə 41894,04 manatın tutulması, qətnamənin qalan hissədə apelyatorlara münasibətdə dəyişdirilmədən saxlanılması, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, işin apellyasiya baxışı zamanı keçirilmiş torpaq sahələrinin qiymətləndirilməsinə görə ödənilmiş 600 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 739.1, 739.2, 465.2, 462.1, 269.1, 269.4, 295, 296.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3-ci maddələrini tətbiq etməklə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından borcalan Banka olan borcunu müqavilə ilə n əzərdə tutulan vaxtda və qaydada ödəmədiyindən onun hərəkətləri müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilməli, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, lakin ekspert rəyinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, əmlakların ilkin satış qiymətinin "xxxx" MMC-nin 29.04.2019- cu il tarixli rəyinə uyğun olaraq müəyyən edilməsi və iddianın faiz borcuna aid hissədə tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – X8 (sədrlik edən və məruzəçi), X2 və X9) 29 iyun 2020-ci il tarixli, 2(102)2331/2020 nömrəli qərarı ilə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 oktyabr 2019-cu tarixli qətnaməsi kredit borcunun tutulması tələbinə aid hissədə ləğv edilərək və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya məhkəməsi qərarında qeyd edilmişdir ki, baxılan iş üzrə cavabdehlərin apelyasiya şikayətlərinin dəlillərinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətləri müəyyən olunmuş həddən yuxarı olub-olmaması hissəsində mübahisələndirilmişdir. İddiaçı apelyasiya şikayəti vermədiyi üçün həmin qiymətlərin birinci instansiyası məhkəməsinin müəyyən etdiyi qiymətdən az olması barədə məsələ apelyasiya baxışının hədlərindən kənar olmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi apelyasiya baxışı zamanı keçirilmiş və ipoteka predmetlərinin bazar (likvid) dəyərinin daha aşağı olduğunu müəyyən edən qiymətləndirmə rəylərini nəzərə almamaqla MPM-in 372.6-cı maddəsinə uyğun, qanuni nəticəyə gəlmişdir. Borcalan kassasiya şikayətində əmlakların bazar dəyərinin daha çox olduğunu iddia etsə də, bu halla bağlı apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyini əsaslandıra bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı birinci instansiya məhkəməsinin keçirdiyi qiymətləndirmə üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş, həmin məbləğin artırılması üçün əsaslar müəyyən etməmişdir. Əksinə apelyasiya instansiya məhkəməsinin cavabdehlərin dəlilləri əsasında təyin etdiyi yeni qiymətləndirmə üzrə əmlakların bazar (likvid) dəyərinin daha aşağı olduğu barədə rəylər verilmiş, yuxarıda göstərilən səbəbdən isə məhkəmə həmin rəyləri nəzərə almamışdır. Kassasiya məhkəməsihesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin kredit borcunun tutulması hissəsində prosessual hüquq normasının pozuntusuna yol verdiyi barədə iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsində keçirilmiş ekspert rəylərində kredit müqavilələri üzrə borcun məbləği 24 iyul 2017-ci il tarixədək (Bankın təqdim etdiyi birinci maliyyə arayışında göstərilən tarixədək) hesablanmışdır. Halbuki iş birinci instansiya məhkəməsində olarkən 16.05.2018-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, iddia tələbinin həcmini artırmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi 24 iyul 2017-ci il tarixədək borcun hesablanması barədə ekspert rəyləri əsasında kredit borcunun məbləğini azaldarkən MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuş, iddiaçının sonradan dəyişdirilmiş və məhkəmə tərəfindən qəbul edilmiş tələbini nəzərə almamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası eksp ert rəylərinin əsassız olması və 24 iyul 2017-ci il tarixədək borcun məbləğinin düzgün hesablanmadığı barədə dəlillərini əsassız hesab edir. Belə ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X5 və X 4 ibarət tərkibdə) 05.03.2021-ci il tarixli 2(103)-551/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə hər 2 kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun və 23.02.2015-ci il tarixli 1782/15 nömrəli krdit müqaviləsi üzrə tutulmalı olan əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, iddiaçı "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1781/15 nömrəli “Kredit müqaviləsi” üzrə əsas kredit borcuna hesablanmış faiz borcu 18.981 (on səkkiz min doqquz yüz səksən bir) manat 94 (doxsan dörd) qəpik məbləğində müəyyən edilsin və həmin məbləğdə pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi İddiaçı "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1782/15 nömrəli “Kredit müqaviləsi” üzrə əsas kredit borcu 1.483.786 (bir milyon dörd yüz səksən üç min yedi yüz səksən altı) manat 92 (doxsan iki) qəpik məbləğində müəyyən edilsin və həmin məbləğdə pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilmiş, İddiaçı "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1782/15 nömrəli “Kredit müqaviləsi” üzrə əsas kredit borcuna hesablanmış faiz borcu 80.170 (səksən min yüz yetmiş) manat 61 (altmış bir) qəpik məbləğində müəyyən edilsin və həmin məbləğdə pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilmə si və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsinin hazırki apellyasiya baxışının predmeti olan qalan hissəsi, yəni 1781/15 saylı “Kredit müqaviləsinə” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 155.341 (yüz əlli beş min üç yüz qırx bir) manat 05 (beş) qəpik, tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.748 (min yeddi yüz qırx səkkiz) manat 52 (əlli iki) qəpik məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilmişdir. Hazırki apellyasiya baxışının predmeti olan hissədə işə yenidən baxan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası yuxarıda qeyd edilən qərarını və MPM-nin 420-ci maddəsinin tələbini nəzərə alaraq iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və Bankın MPM-nin 53-cü maddəsinə əsasən vermiş olduğu "xxxx" ərizə ilə cavabdeh MMC-dən tutulması tələb etdiyi məbləğlərin Bank ilə MMC arasında bağlanmış “Kredit müqavilələrinin” şərtlərinə uyğun hesablanıbhesablanmamasını müəyyənləşdirmək məqsədi ilə ekspert qarşısında müvafiq suallar qoymuşdur. Məhkəmə tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş 18.01.2021-ci il tarixli, 9/4697 saylı ekspert rəyindən görünür ki, 1781/15 saylı kredit müqaviləsi üzrə 24.07.2017-ci il tarixə əsas borc 188.440,70 manat, faiz borcu 31.833.84 manat; 26.04.2018-ci il tarixə əsas borc 188440.70 manat, faiz borcu 18919.13 manat, 27.04.2018-ci il tarixli əsas b orc 188440.70 manat, faiz borcu 18981.94 manat təşkil edir; 1782/15 saylı kredit müqaviləsi üzrə 24.07.2017-ci il tarixə əsas borc, 1.525.601,15 manat, faiz borcu 41.894,04 manat; 26.4.2018-ci il tarixə əsas borc 1.525.601,15 manat, faiz borcu 80.001,10 manat, 27.04.2018-ci il tarixli əsas borc 1.525.601,15 manat, faiz borcu 80.170,61 manat təşkil edir; 1782/15 saylı kredit müqaviləsi üzrə 27.04.2018-ci il tarixdən sonra 36.623 manat məbləğində edilmiş ödənişlər borcun məbləği hesablanarkən nəzərə alınmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi ekspert rəyi ilə qismən razı olduğunu bildirsə də, ekspert rəyinin əsassızlığı ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, verilmiş bu rəyin əsaslılığını şübhə altına ala biləcək sübutların iş üzr ə tərəflərin Məhkəməyə təqdim etmədiklərini nəzərə alaraq rəyi mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə ekspert rəyini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, 1781/15 saylı “Kredit müqaviləsi” üzrə faiz borcunun məbləği ekspert rəyinə uyğun dəyişdirilməli və 18.981,94 manat məbləğində müəyyən edilməlidir. Belə ki, ekspert rəyi ilə müəyyən edilən faiz borcunun məbləği iddiaçı Bankın tələb etdiyi məbləğdən aşağıdır. Lakin əsas borcun məbləği ekspertizanın verdiyi rəyə uyğun deyil, Bankın iddia ərizəsində (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla) tələb etdiyi məbləğə uyğun müəyyən edilməlidir. Çünki rəydə göstərilmiş əsas borcun məbləği iddia ərizəsində göstərilən məbləğdən yuksəkdir. MPM-nin 218.3-cü maddəsinin mənasına görə isə, məhkəmə verilmiş iddia t ələbi həcmində qətnamə çıxarır. Odur ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin 1781/15 saylı “Kredit müqaviləsi” üzrə əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, 1782/15 saylı “Kredit müqaviləsi” üzrə həm əsas borc, həm də faiz borcunun məbləğləri dəyişdirilməlidir. Əsas borcun məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği Bankın tələb etdiyi məbləğdən aşağı olduğu üçün həmin məbləğ hesablanarkən Bankın iddia ərizəsində (27.04.2018-ci il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla) tələb etdiyi məbləğ əsas götürülməlidir. Lakin bu zaman cavabdeh MMC-nin 27.04.2018-ci il tarixdən sonra etdiyi ödənişlər nəzərə a lınmalıdır. Rəyin tədqiqat hissəsindən görünür ki, MMC 27.04.2018-ci il tarixdən sonra 36.623 manat məbləğində ödəniş etmişdir. Beləliklə, əsas borc (1 520 409.92 – 36623 =) 1.483.786,92 manat məbləğində müəyyən edilməlidir. 1782/15 saylı “Kredit müqaviləsi” üzrə faiz borcunun məbləği ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, həmin məbləğ ekspert rəyində müəyyən olunmuş məbləğə uyğun azaldılmalıdır. Odur ki, faiz borcu da 80.170,61 manat müəyyən edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 448, 462, 465,467-ci maddələrinə və MPM-nin 53-cü maddəsinə istinad edərək əsaslandırmışdır. İddiaçı (vəkil Qədirova Vəfa) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcları hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmi n edilməsini və ya işə apellyasiya qaydasında yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi 05.03.2021-ci il tarixli 2(103) 551/2021 saylı qətnaməni çıxararkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir və qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməlidir. Tərəflərindən mübahisələndirilən qətnamə qəbul edilən 05.03.2021-ci il tarixli saat 10:20-yə təyin olunmuş iclas haqqında bildiriş bankın ümumi şöbəsinə 04.03 2021-ci il tarixdə nahardan sonra daxil edilmişdir. Hüquq şöbəsinə isə həmin bildiriş növbəti gün verildiyindən Bankın iş üz rə səlahiyyətli əməkdaşı iclasda iştirak edə bilməmiş və iclasda iştirak etsəydi belə vaxt azlığından ekspert rəyi ilə tanış olub məhkəməyə təkrar ekspertiza təyin edilməsi ilə bağlı vəsatət təqdim edə bilməzdi. Halbuki AR MPM-nin 138.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafəsini hazırlamğa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda işə baxılması təxirə alınır. Kassator qeyd etmişdir ki, Texnikabank ASC-nin təqdim etdiyi iddia ərizəsinə dəqiqləşməyə uyğun olaraq əsas borc a şağı həcmdə saxlanılmış, ekspert rəyində yuxarı hesablanmış əsas borc nəzərə alınmamışdır, buna baxmayaraq, faiz borcu hissəsində təzadlı hərəkət edilmişdir, yəni fazi borcu ekspert rəyində daha az göstərilmiş və məhkəmə də bu rəyə uyğun aşağı faiz borcunu qət etmişdir. Daha aydın desək əsas borc üzrə daha aşağı məbləğ olan iddiamızı faiz borcunda isə daha aşağı məbləğ olan ekspert rəyini qət etmişdir. Ekspert rəyi ilə iddia tələbindəki cəmi borc eynidir, yəni ümumilikdə hər iki hesablama düzgün aparılmışdır, fərq isə aparılmış ödənişlərin silinmə bölgüsündədir, belə ki, ekspert rəyində silinmələrin səhv aparılması və ödənişin əsas faiz borcu üzrə qeyri mütənasib bölünməsi də öz növbəsində qeyri obyeltivliyi özündə ehtiva edir. Ümumiyyətlə müştəri tərəfindən ödənilən məbləğlərin əsas və fa iz borcundan silinməsini Bankın sistemi müəyyən edir və qeyd olunan sistemə Bankın xeyrinə olacaq hər hansı müdaxilənin olunması mümkünsüzdür. Bank sisteminin proqramından çıxarışda borclunun ödədiyi bütün ödənişlər görünür. Belə ki həmin proqrama hər hansı bir həqiqəti əks etdirməyən məlumatları daxil etmək mümkün deyil. İstənilən dövlət orqanı istənilən əməliyyatın aparılmasını və ya uçot qaydalarını həmin sistemlə müəyyən edir və yoxlayır. Banklar bağladıqları kredit müqaviləsi ilə faizlər əldə etmək üçün fəaliyyət göstərir və nəticə etibarı ilə verilən əsas borcla yanaşı kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanından məhrum etmir. Buna görə də kreditor borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq ə ldən çıxmış fauda şəklində zərər vurmuş olur. Cavabdehin aldığı krediti vaxtında ödəməməsi, öhdəliklərini lazımınca yerinə yetirməməsi sübuta yetirilmişdir. Kassator qeyd etmişdir ki yuxarıda sadalanan maddi prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması və məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin ləğvi üçün əsasdır. Kassasiya şikayətinə dair yazılı etiraz və ya izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili V.Qədirova kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətuin təmin edilməməsini apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 05.03.2021-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan bi ri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasü bsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər ü zrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız faiz borcları hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilə n hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə ödənilməli olan faiz borcu məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edilmiş, faiz məbləğləri iddia tələbinin artırılması barədə ərizədə göstərilən müddət çərçivəsində ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən eks pertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən ed ilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə iclası barədə iddiaçının lazımı qaydada xəbərdar edilməməsi barədə kassasiya şikayətinin dəlili iş materialları ilə təsdiq olunmur. Belə ki, məhkəmə iclası barədə iddiaçının ünvanına bildirişlə bərabər, SMS-bildiriş göndərilmiş və həmin SMS bildiri 23.02.2021-ci il tarixdə alınmışdır. İddiaçı nümayəndəsinin üzürlü səbəbdən iştirak etməməsi və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: İddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05.03.2021-ci il tarixli, 2(103)551/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.