Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1870/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxx Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin və iddiaçı xxx Cavabdeh İddiaçı qarşı “alimentin qazancının hissəsi üzrə müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin artırılması, sabit pul məbləğində aliment) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh xxx Cavabdeh və vəkili V əkil1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(107)1822/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və xxx Cavabdeh birgə nikahlarından 24 noyabr 2008-ci il tarixdə xxxa xxx Cavabdeh qızı, 24 may 2010-cu il tarixdə xxx Cavabdeh qızı, 08 sentyabr 2012-ci il tarixdə xxx Cavabdeh qızı adlı övladları anadan olmuşlar. İmişli rayon Məhkəməsinin 16 mart 2018-ci tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı xeyrinə xxx Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 100 manat olmaqla, hər ay 300 manat məbləğind ə müəyyən edilmişdir. xxx Cavabdeh “xxxx” ASC-nin X1 fəhlə işləyir və təqdim olunmuş 31 may 2020-ci il tarixli arayışa əsasən aylıq 250,75 manat əmək haqqı alır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh xxx Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 noyabr 2008-ci il təvəllüdlü xxxa xxx Cavabdeh qızının, 24 may 2010-cu il təvəllüdlü xxx Cavabdeh qızının və 08 sentyabr 2012-ci il təvəllüdlü xxx Cavabdeh qızının yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xxx Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilərək, uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün alimentin Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aylıq qazancının 50%-i məbləğində tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(051)-699/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.M.Hüseynov) ilkin iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmiş, xxx Cavabdeh 08 sentyabr 2012-ci il təvəllüdlü xxx, 24 may 2010-cu il təvəllüdlü Şükufə və 24 noyabr 2018-ci il təvəllüdlü xxx adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 120 manat, cəmi 360 manat məbləğində aliment tutularaq İddiaçı xxxna verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xxx Cavabdeh apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(051)699/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(107)-1822/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(051)6 99/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yaranmış vəziyyətdə məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının artırılması üçün qanuni əsasın olması nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas hesab edil ə bilməz. Apellyasiya şikayətinə münasibət bildirərək apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh maddi vəziyətinin aşağı olduğunu, aylıq məvacibinin 250 manat 69 qəpik olduğunu bildirsə də, qeyd edilən hallar onu, uşaqların normal saxlanılması vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsi cavabdehin mənafeyini də nəzərə almış, iddia tələbini tam deyil, qismən təmin etmişdir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni olmaqla yanaşı həm də ədalətli olduğuna dəlalət edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xxx Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(107)-1822/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə cavabdehin daimi iş yerinin olmasını və rəsmi olaraq 250 manat əmək haqqı olmasını, başqa gəliri və qazancının olmamasını, tutulan alimentin əmək haqqısından artıq olmasını, iddiaçının özünün də işləməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatlar ı Məhkəmə iclasında cavabdeh xxx Cavabdeh və Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi qətnaməni cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin olunmuş h issəsində yoxlamışdır. Kassasiya şikayətini də cavabdeh eyni dəlillərlə bağlı verdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfin dən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) yarısı hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olar sa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan d igər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dol anacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktla rında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan son ra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının onun yanında qalan uşaqlarının saxlanılmaları üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin tələb aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən əvvəlki aliment müəyyən olunduğu sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması məqsədi üçün əsaslı olmuşdur. Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşağın mənafelərinin təmin edilməsindən, uşağın saxlanmasında könüllü iştirak etməyən valideynlərin onun saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları isə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Cavabdehin kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin əmək haqqının az olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, onu iddiaçı ilə nikahında anadan olmuş uşaqlarını saxlamaq, bu məqsədlə yaşayış minimumuna yaxın məbləğdə aliment ödəmək öhdəliyindən azad etmir. Belə ki, qarşılıqlı iddiaya uyğun aliment tutulacağı halda hər uşağa düşən aylıq alimentin məbləği 40 manata yaxın olacaqdır ki, bu onların təminat səviyyəsinin kəskin olaraq aşağı düşməsinə səbəb olacaqdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyekt iv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işə baxılarkən gəlinən nəticənin uşaqların üstün mənafeyinə uyğun olduğu kifayət qədər əsaslandırılmış, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xxx Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(107)-1822 /2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1870/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1870/2021
03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver