Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1871/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-527/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) bibisidir.
2. İddiaçı cavabdehin 10500 manat pulun ondan borc aldığını, cavabdehin bu barədə notarial qaydada ərizə verdiyini və hazırki günə qədər borcu qaytarmadığını iddia edir.
3. Cavabdeh isə öz növbəsində iddiaçıdan borc almadığını bildirərək iddianı qəbul etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10500 manat borcun və 121,50 manat dövlət rüsumunun, cəmi 10621,50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qardaşı oğludur, aralarında münasibətləri yaxşı olmuşdur. İddiaçı 10500 manat miqdarında p ulu cavabdehə xx.xx.2023-cü il tarixdən bir neçə ay əvvəl vermişdir. Cavabdeh pulu alanda demişdir ki, iki ay müddətinə qaytaracaqdır. Lakin iki ay keçəndən sonra cavabdeh pulu qaytarmamışdır. İddiaçı cavabdehi məcbur etmişdir ki, pulunu qaytarsın, cavabdeh iddiaçıya biraz möhlət verilməsini xahiş etmiş və bildirmişdir ki, əgər ona inanmırsa, notariusa gedib iddiaçıya yazılı etiraf edəcək ki, ona borcludur və tez bir zamanda qaytaracaqdır. Sonra iddiaçı məcbur qalıb cavabdehlə razılaşıb Notariat ofisində gedib xx.xx.2023-ci il tarixdə **********123 saylı ərizəni təsdiq etdirmişlər. Ərizədə cavabdeh iddiaçıya 10500 manat borclu olduğunu etraf etmiş və bildirmişdir ki, 15 ay müddətində, bəlkə də daha tez həmin pulu hissə-hissə qaytaracaqdır. Lakin üstündən bir il keçsə də, cavabdeh pulu qayt armaqdan imtina edir.
6. Cavabdeh iddiaya etiraz etmiş və etirazını belə əsaslandırmışdır: - cavabdeh iddiaçıdan heç vaxt 10500 manat məbləğində pul almamışdır. Cavabdeh 10500 manat məbləğində pulu iddiaçının kürəkəni X1dən 2022-ci ildə almışdır. Həmin vaxt pula ehtiyacı olduğu üçün qeyd olunan məbləğdə pulu cavabdeh X1 aldadaraq almış və fikri olmuşdur ki, gələcəkdə pulu olanda ondan aldığı pulu qaytarsın. Bundan başqa, həm də onlar yaxın qohumları olduğu üçün cavabdeh onların şikayət etməyəcəklərinə əmin olmuşdur. Buna görə də cavabdeh 2022-ci ilin may ayında bibisi olan iddiaçının evində qonaq olarkən bibisi qızı X2 və kürəkəni X1də orada olmuşlar. Söhbət zamanı bibisi kürəkəni X1 işsiz olduğunu və ailəsini dolandırmaqda çətinlik çəkdiyini, qızı X2nın hər il imtahan versə də, pullu koll ecə düşdüyü üçün imkanı olmadığına görə oxutdura bilmədiyini bildirmişdir. Bibisi bu işdə onlara köməklik göstərməsini cavabdehdən xahiş etmişdir. Həmin vaxtı maddi sıxıntıda olduğu üçün cavabdehin pula ehtiyacı olmuşdur. Buna görə də X1 onu 6000 manata işə düzəldəcəyinə söz vermişdir. X1cavabdehdən onu hansı işə düzəldəcəyini soruşduqda ilk ağlına gələn Astarada gəmiçiliyə, hərbi komissarlıqda mülki işə və ya qaz idarəsində mühafizəyə düzəldə biləcəyini demişdir. Həmçinin X1 arvadı X2 üçün diplom alacağını və bundan sonra onu da müəllim kimi işə düzəldəcəyini bildirmişdir. Bu işin də başa gəlməsi üçün cavabdeh 4500 manat pulun lazım olduğunu X1demişdir. Beləliklə də, cavabdeh hissəhissə olmaqla X1dən hər iki işə görə cəmi 10500 manat məbləğində pul almışdır. Sonradan onların işini düzəldə bilmədiyi üçün onlar öz pullarını cavabdehdən tələb etməyə başlamışlar. Maddi imkanı olmadığına görə, həmin vaxt onlardan aldığı 10500 manat pulu qaytara bilməmişdir; - bundan sonra X1 cavabdehin barəsində Lənkəran ŞRPŞ-nə şikayət etmişdir. Orada araşdırma aparıldıqdan sonra cavabdehə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bundan sonra cavabdeh məcburiyyət qarşısında qalaraq X1dən aldığı 10500 manat pulu qaytarmış və sonuncu bu barədə notarial qaydada ərizə yazaraq cavabdehə vermişdir. Bundan əlavə, cavabdehin onlara heç bir məbləğdə borcu qalmamış və həmçinin iddiaçıdan heç bir məbləğdə pul almamışdır; - bu halları iddiaçı da Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Orucəli Mürşüdzadəyə izahat verərkən təsdiq etmişdir; - iddiaçını n cavabdehdən tələb etdiyi 10500 manat məbləğində pul da yeznəsi X1cavabdehə verdiyi puldur. Sadəcə olaraq onlar cavabdehdən şikayəti geri götürsünlər deyə onlarla razılaşmışdır ki, bu barədə ərizə versin. Buna görə də notariat ofisinə gedərək bu barədə ərizə vermişdir. İddiaçının iddia ərizəsində qeyd etdikləri hamısı yalan və böhtandır. Çünki, cavabdeh iddiaçının yeznəsi X12022-ci ildə 10500 manat pulu aldıqdan sonra həmin pulu ona qaytarmadığına görə X1cavabdehdən polis şöbəsinə şikayət etmiş və bununla bağlı cavabdeh barəsində cinayət işi üzrə araşdırma polis şöbəsində gedərkən necə olur ki, 2023-cü ilin iyul ayında iddiaçı yenidən cavabdehə 10500 manat məbləğində borca pul verir? xx.xx.2024-cü il tarixdə X1notarial qaydada ərizə vermişdir ki, cavabdeh ondan aldığı 10500 manat pulu tam olaraq qaytarmış və onun cavabdehdən heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır; - bundan başqa, iddiaçı ruhi və əsəb dispanserində qeydiyyatdadır. Buna görə ola bilsin, iddiaçı əsəbi olduğu üçün belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir; - cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında iddiaçı, həm də onun yeznəsi X1 bildirmişlər ki, cavabdeh onlardan aldığı 10500 manat pulu tam şəkildə qaytarmışdır.
7. İddiaçı məhkəmə baxışında cavabdehin etirazına münasibətdə əlavə olaraq bildirmişdir ki, kürəkəni verdiyi pulun cavabdeh tərəfindən qaytarılmadığını görüb polisə şikayət etmiş, bundan sonra cavabdeh 2023-cü ilin dəqiq xatırlamadığı 06 və ya 07 iyun və ya iyul ayında onun yanına gələrək bildirmişdir ki, kürəkəni onu tutdurmaq istəyir, buna görə də ona 10500 manat pul versin ki, o da həmin pulu onun kürəkəninə qaytarsın. Cavabdeh kürəkəni ilə onun yanında danışdığı, kürəkəninin 10500 manat pulu cavabdehə verdiyi və sonuncunun işi düzəltməyib pulu qaytarmadığı üçün kürəkəninin qarşısında “pis” olmuş, buna görə də kürəkəninə qaytarmaq məqsədilə cavabdehə 10500 manat borc pul vermişdir. O, həmin pulu cavadbeh verməsəydi, sonuncunu tutacaqdılar. Cavabdeh ondan aldığı pulun bir hissəsini kürəkəninə qaytarsa da, digər hissəsini qaytarmamış və buna görə də cavabdeh barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə zamanı cavabdeh qalan pulu da kürəkəninə verdiyindən, sonuncu ərizə yazaraq bildirmişdir ki, cavabdehin ona vurduğu ziyan tam olaraq ödənilmişdir.
8. Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixl i, 2(049)-3070/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 10500 manat, iddianın verilməsi üçün ödənilmiş 121.50 manat məbləğində dövlət rüsumu, cəmi 10621.50 (on min altı yüz iyirmi bir) manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. (hakim Muradağa Qasımov)
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 10500 manat pulu borc olaraq almış, həmin borcu iddiaçıya 15 ay müddətinə hissə-hissə qaytaracağını öhdəsinə götürmüş, lakin qaytarmamışdır. Nəzərə alınsa ki, Mülki Məcəllənin 739.1-ci maddəsi ilə fiziki şəxslər arasında üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğun u təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 10500 manat məbləğlərdə borcun verilməsinə dair müqavilələrin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) müəyyən olunur. Həmçinin, MM-nin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, əhəmiyyətsiz əqd üz rə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.
11. Birinci instansiya məhkəməsi bel ə nəticəyə gəlmişdir ki, cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının pulunu özündə saxlamaqla əsassız varlanmışdır, buna görə də iddia təmin edilməlidir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.5, 354.1, 354.2, 386.1, 425.1, 442, 448.1, 448.2, 739.1, 739.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-527/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnanmə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Tofiq Heydərov, Aytən Novruzova)
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizənin surətinə görə cavabdeh iddiaçıdan bir neçə ay əvvəl 10500 manat məbləğində borc pul almış, maddi imkanı olmadığından həmin məbləği dediyi vaxta qədər ödəyə bilməmişdir.
17. Lənkəran Rayon Məhkəməsinin qanuni qüvv əsini alımış xx.xx.2024-cü il tarixli 1(049)-74/2024 saylı hökmünə əsasən cavabdeh 2022-ci ilin may ayının ortalarında Lənkəran rayonu, Separadi kəndində bibisi olan iddiaçının evində olarkən, sonuncunun kürəkəni X5 ilə söhbət əsnasında X1 ona özünə iş axtarmasını və arvadı X3 üçün diplom əldə edib işə düzəltmək istədiyini deməsindən sonra etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda pul vəsaitindən ibarət əmlakını ələ keçirmək qərarına gəlib və bu məqsədlə X1yə onun üçün 6000 manat müqabilində Astara rayonunda gəmiçiliyə, Lənkəran rayonunda Qaz İstismarı İdarəsinə və Mühafizə idarəsinə bu kimi yerlərdən birinə işə düzəldəcəyini, həmçinin 4500 manat müqabilində isə sonuncunun arvadı X2 üçün diplom əldə edib müəlliməlik işi ilə təmin edəcəyi barədə yalan vəd verərə k ümumlikdə bu işləri hamısını 10500 manat müqabilində görəcəyini bildirib, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadan X1n onun üçün düzəldəcəyi iş ilə bağlı razılaşdığı 6000 manatdan 3000 manatını 2022-ci ilin iyun ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndində görüşüb ondan almış, qalan 3000 manatı isə 2022-ci ilin iyun ayının ortalarında Lənkəran şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında, özünə məxsus avtomobildə X1dən alaraq qəbul etmiş, bundan sonra 4500 manat müqabilində X1nin arvadı X2 üçün diplom alıb işlə təmin edəcəyi barədə verdiyi yalan vədlə bağlı 2022-ci ilin iyul ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndində X1nin yaşadığı evdə X2nin vasitəsi ilə 4500 manatın 3000 manatını ondan alaraq qəbul etmiş, qalan 1500 manatını 2022-ci ilin iyul ayının ortalarında X7 rayonunun Separadi kəndində yerləşən yanacaq doldurma məntəqəsində işləmiş və şəxsiyyəti məlum olmayan şəxsə verdiyi 1500 manatı həmin şəxsdən alaraq vahid niyyətlə dörd dəfəyə ümumilikdə 10500 manat pulu qəbul edib ələ keçirməklə zərərçəkmiş şəxsə X1yə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. X1nin xx.xx.2024-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizənin surətində qeyd edilmişdir ki, cavabdeh tərəfindən ona vurulmuş 10500 manat məbləğində maddi ziyan sonuncu tərəfindən ona tam ödənilmiş və onlar barışmışlar. Buna görə də cavabdeh barəsində heç bir şikayəti və tələbi yoxdur, gələcəkd ə həmin işlə əlaqədar heç bir məhkəmə iddiası olmayacaqdır.
18. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddia tələbinin mahiyyətinə görə cavabdeh iddiaçının qardaşı oğludur, aralarında borc münasibətinin yaranmasına səbəb kimi, iddiaçı izah edir ki, cavabdeh 2022-ci ilin may ayının ortalarında Lənkəran rayonu, Separadi kəndində onun yaşadığı evində olarkən, kürəkəni X4 işə düzəldəcəyi, onun arvadı X2 isə diplom almaqla işə düzəldəcəyini vəd edərək onlardan ayrı-ayrı vaxtlarda 10500 manat pul vəsaiti alaraq mənimsəməklə dələduzluq əməli törətmişdir. X5 və X1 şikayəti əsasında cavabdeh barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq, sonuncu Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə iki il altı ay müddətinə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin baxılması ərəfəsində cavabdeh iddiaçıya müraciət edərək kürəkəni və qızından şikayətlərinin geri götürəcəyini xahiş etmiş, bununla bağlı qızı və kürəkəninə bildirdikdə onlar yalnız pulları qaytarıldığı halda şikayətlərini geri götürəyini bildirmişdir. Cavabdeh iddiaçıdan 10500 manat məbləğində pul borc istəmiş və bildirmişdir ki, şikayətçilərə borclarını qaytardıqdan sonra ona olan borcunu 15 ay müddətində qaytaracaqdır. Cavabdeh bu barədə iddiaçıda borc pulun qaytarılmasına inam yaratmaq üçün Notariat ofisində gedib xx.xx.2023-ci il tarixdə **********123 saylı ərizə təsdiq etdirmişdir. Həmin ərizədə cavabdeh iddiaçıya 10500 manat borclu olduğunu etiraf etmiş və bildirmişdir ki, 15 ay müddətində həmin pulu hissə-hissə qaytaracaqdır. İddiaçı kənd camaatının qınağından qurtarmaq (kəndə hamı danışırdı ki, iddiaçının qızı və kürəkəni pula görə öz qardaşı oğlunu tutdurur) üçün məcbur olub cavabdehə 10500 manat borc pul vermiş, lakin verilən borc pul vaxtında qaytarılmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
19. Cavabdehin iddia tələbinə etirazından isə müəyyən edilir ki, o, heç vaxt bibisindən borc pul almamış, tələb olunan 10500 manat məbləğində pul vəsaitini iddiaçının kürəkəni X1dən 2022-ci ildə aldadaraq almış və aldığı pul məbləğidir hansı ki, həmin pulu zəruri ehtiyaclarına xərcləmişdir. Sonradan isə X1və onun arvadı Rüqayyənin şikayəti əsasında onun barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıldığını görüb, məcburiyyət qarşısında qalaraq X1dən aldığı 10500 manat pulu ona qaytarmış və o, cavabdehdən şikayətin in olmaması barədə notariat ofisində ərizə (ərizənin təsdiq edildiyi tarix xx.xx.2024-cü il tarixi kimi qeyd olunur) yazaraq təsdiqləmişdir.
20. Apellyasiya instansiyaı məhkəməsi vurğulamışdır ki, göründüyü kimi iddiaçı cavabdehə 10500 manat məbləğində borc pulun verilməsini cavabdehin xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və notarial qaydada təsdiq edilmiş ərizəsi ilə əsaslandırır. Həmin ərizədən isə görünür ki, cavabdeh iddiaçıdan bir neçə ay əvvəl 10500 manat məbləğində borc pul almış, maddi imkanı olmadığından pulu ödəyə bilməmiş, həmin pulu iddiaçıya 15 ay müddətində hissə-hissə ödəyəcəyini öhdəsinə götürür.
21. Cavabdeh iddianı qəbul etməyib, iddiaçının tələb etdiyi 10500 manat məbləğində pul ilə iddiaçının kürəkəni X1 aldığı 10500 manat məbləği ndə pul ilə eyni pul olduğunu, həmin pulu X1qaytardığını bildirərək, iddiaçıya borclu olmadığını bildirir
22. Apellyasiya instansiyası məhkəməsi həm iddiaçının həm də, cavabdehin iddia tələbi ilə bağlı məhkəməyə bildirdikləri ilə bağlı qeyd etmişdir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya p rotokola imza etmə şərti irəli sürmüşdür.
23. Hazırki iddia tələbi üzrə cavabdehin borcunun olmasını etirafı yazılı sənəddə, yəni Notariat ofisində təsdiq olunmuş ərizədə ifadə olunur ki, bu da MPM-in 106.3 və 191ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilər. Belə ki, cavabdeh notariat ofisində iddiaçıdan 10500 manat borc aldığını etiraf etmiş, aldığı həmin pulla iddiaçının kürəkəni X1aldığı 10500 manat məbləğində pul ilə eyni pul olduğunu göstərsə də, bunu təsdiqləyən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin 02 sentyabr 2024-cü il tarixdə iddia tələbinə (nəzərə almaq lazımdır ki, cavabdehin iddia tələbinə etirazında qeyd etdikləri, cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya ş ikayətinin dəliləri ilə eynilik təşkil edir) etirazında göstərdiyi “Çünki mən onun yeznəsi X12022-ci ildə 10500 manat pulu aldıqdan sonra və həmin pulu xərclədiyimə görə qaytara bilmədiyimdən o, mənim barədə polisə şikayət etdiyi və mənə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlandığından məcbur olub aldatmaqla aldığım 10500 manat pul qaytardım və X1 bu barədə notariat ofisində ərizə yazaraq mənə vermişdir.” fikirləri sual doğurur, cavabdehin bildirdiyi kimi X1 aldığı 10500 manat pulu xərclədiyinə görə qaytara bilmədiyi halda, onda X1 qaytarılan 10500 manat pul məbləğinin necə və kimdən əldə etdiyi barədə məhkəməyə hər hansı məlumat vermir, yalnız cavabdeh notariat ofisində iddiaçıdan 10500 manat pul məbləğinin aldığını etiraf etmiş, aldığı həmin pulun iddiaçının kürəkəni X1aldadılara q aldığı 10500 manat məbləğində pulun eyni pul olduğunu bildirməklə kifayətlənmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin diqqətini çəkən hallardan biri də ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıdan 10500 manat məbləğində pul almamışdırsa və iddia etdiyi kimi X1aldığı 10500 manat pul ilə bibisi olan iddiaçının qarşısında borc alması barədə öhdəlik götürdüyü 10500 manat pul eyni pul idisə, onda cavabdeh nə üçün X1 aldığı 10500 manat pulun qaytarılmaması səbəbindən onun barəsində cinayət işi başladıqdan sonra cinayət nəticəsində ona vurulan ziyanı aradan qaldırılması üçün pulu sahibi X1 deyil, bibisi olan iddiaçının qarşısında borc öhdəliyi kimi rəsmiləşdirmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia tələbinə etirazını həm də ona görə əsaslı saymamışdır ki, Lənkər an rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs kimi izahatı alınmış X1 izahatında göstərmişdir ki, “ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, buna görədə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur”.
27. Göründüyü kimi, cavabdehin iddiaçıdan bir neçə ay əvvəl 10500 manat məbləğində borc pul alması, maddi imkanı olmadığından həmin məbləği həmin vaxta qədər ödəyə bilməməsi, həmin məbləği iddiaçıya 15 ay müddətində hissə-hissə ödəyəcəyini öhdəsinə götürməsi, cinayət işi üzrə zərərçəkmiş şəxs olan X1ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi anlamına gəlmir. Başqa sözlə, cavabdehin başqa şəxs, yəni hazırki işdə iddiaçı qarşısında borc öhdəliyini götürməsi, cinayət işi üzrə dəymiş ziyanın t am olaraq zərərçəkmiş şəxsə ödənilməsi kimi qiymətləndirilə bilməz.
28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən həmçinin nəzərə almışdır ki, iddiaçının cavabdehə verdiyi 10500 manat borc pul məbləğinin verilmə tarixi xx.xx.2022-ci ilə təsadüf etdiyindən və cavabdehin aldadaraq aldığı X1 qaytardığı 10500 manat pul məbləği xx.xx.2024-cü ilə təsadüf etdiyindən, iddiaçının bildirdikləri daha inandırıcı və tələbində haqlı olmasına dəlalət edən hal olmaqla, alınan borc pulun tarixi ilə aldadılaraq alınmış və sonradan qaytarılması iddia olunan 10500 manat pulun qaytarılma tarixi iddiaçının verdiyi borc pulun müqabilində həyata keçirilməsinin mümkün ola bilməsinin təsdiqidir. Çünki cavabdeh cinayət nəticəsində vurulmuş ziyanı məhz iddiaçıdan borc aldığı və aldığını xx.xx.2023-c ü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq etdikdən sonra, yəni 02 sentyabr 2024-cü il tarixdə ödəməklə aradan qaldırmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməli olması mövqeyi ilə razılaşaraq, hesab etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarətdir.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 448.1, 427.1, 442, 739.1, 739.2 və 742.1-ci maddələri ilə əsaslandırmışdır. Kas sasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni dəlillərlə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hər iki instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə əməl etməmiş, ancaq iddiaçının qeyd etdiyi faktları əsas sübut növü kimi qəbul edərək onun xeyrinə də qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün halla r üçün cavabdehdir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hes abına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi iş ə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səb əbdən kollegiya qətnaməni tam yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1630-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübutetmə yükünü düzgün bölüşdürmüşdür.
41. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər əsasən işin fak tiki halları ilə əlaqəli olmaqla həm iddiaya etirazın, həm də apellyasiya şikayətinin dəlilləri olub, həmin dəlillərə işə mahiyyəti üzrə sübutları qiymətləndiməklə baxan məhkəmələr qiymət veriblər.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-527/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.