Məhkəmə qərarları › İş №2(102)-1872/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1872/2020

08.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1872/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)1029/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Əkbərov Zöhrab İmaməli oğlunun kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə ic lasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənzilin təmirinə sərf etdiyi 32000 manat pulun, mənzildə qoyduğu 10.000 ABŞ dolları və 30.000 manat pulun, cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6468/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə iddia tələbi təmir xərcinə görə 32000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilmişdir. (hakim Mirzəyev Fikrət) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6468/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı 10.000 ABŞ dolları və 30.000 manat pulun cavabdehdən alınaraq ona verilməsi hissəsində işin icraatına xitam verilmişdir. (hakim Mirzəyev Fikrət) İ ddiaçının qətnamədən apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)1029/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6468/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək Cavabdeh təmir xərclərinə görə 24.799,8 manat, ekspertiza xərclərinə görə 100 manat olmaqla, cəmi 24899,80 (iyirmi dörd min səkkiz yüz doxsan doqquz manat səksən qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia və apellyasiya şikayətinin qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi) İlham Kərimli, Elşən Kazımov) Cavabdeh və vəkili Əkbərov Zöhrab İmaməli oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. İddiaçı cavabdehin mənzilinə qanunsuz sahib olduğu üçün onun apardığı təmir xərclərini cavabdeh ödəməli deyil. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X1 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər Cavabdeh məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş in kassasiya baxışında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçını, onun vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiy İddiaçının iddia tələbi ondan ibarətdir ki, ünvan 1 ünvanı olan 14 mərtəbəli evin 14cü mərtəbəsində ümumi sahəsi 117,5 kv.metr olan 95 nömrəli mənzili “xxxxxxxxxxxxx” MMC-dən almış, həmin mənzilin təmirinə 32000 manat vəsait xərcləmişdir. Sonradan həmin mənzilin Cavabdeh da satılması müəyyən edilmiş, bu barədə məhkəmə mübahisələri cavabdehin xeyrinə həll olunmuşdur. Cavabdeh mənzilə sahib olduğu üçün mənzilə çəkilmiş təmir xərcini qaytarmalıdır. Cavabdeh isə etirazının əsası kimi təmir xərci ilə bağlı iddiaçı ilə 10000 manat məbləğində razılıq əldə etməsinə, razılığa görə iddiaçının mənzilə quraşdırdığı aksessuarları aparmayacağına, lakin sonradan iddiaçının razılıq əldə etdikləri həmin aksessuarları, mənzilin qapılarını, elektrik açarlarını və s. çıxarıb aparmasına, mənzili yararsız hala saldığından mənzili öz vəsaiti hesabına təmir etdirməsinə və ekspert rəyində göstərilən 24799,80 manat təmir xərcinin də ona aid olduğuna istinad etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına və təyin edilmiş ekspertizanın rəyinə əsasən iddiaçının xx xxxxxx 2005-ci il tarixli müqavilə əsasında “xxxxxxxx xxxxx” MMC-dən Bakı şəhəri, Rahib Məmmədov küçəsi, 20 saylı ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 14-cü mərtəbəsində ümumi sahəsi 117,5 kv.m. olan 3 otaqlı 95 saylı mənzili 64625 ABŞ dollarına almasını, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə həmin müqavilənin etibarsız hesab edilərək, mənzilə Cavabdeh sahiblik və istifadə hüququnun tanınmasını, bu müddət ərzində iddiaçının mənzilə sahiblik və mənzildən istifadə edərək öz vəsaiti hesabına mənzili təmir etdirməsini, mənzil sonradan cavabdehə verildiyi üçün iddiaçının mənzilin yaxşılaşdırmasına çəkdiyi xərclərin əvəzini tələb etməsində haqlı olmasını, həmçinin tərəflər arasında təmirin əvəzinin ödənilməsi barədə razılaşmanın nəticəsi kimi bağlandığı bildirilən xx xxx 2015-ci il tarxli kredit müqa viləsinin Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il taxili qətnaməsi ilə etibarsız hesab olunmasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddiaçı 2005-ci ildən 2016-cı ilə qədər mənzilə sahiblik etdiyi dövrdə mənzildə təmir işləri aparmış, sonradan məhkəmə qətnaməsi ilə mənzilin cavabdehə məxsus olması müəyyən edilmiş və mənzil cavabdehin sahiblik və istifadəsinə verilmişdir. Belə olan halda, mənzil iddiaçıda olduğu vaxt o, vicdanlı sahib sayıldığından, onun mən zilə çəkdiyi məsrəflərin əvəzini cavabdehdən tələb etmək hüququ vardır. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə də vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin halına uyğun olaraq, maddi hüququ normasını düzgün tətbiq etmişdir. Həmçinin mənzilə çəkilmiş xərcin məbləği də ekspert rəyi ilə təsdiq edilir. Bu baxımdan cavabdehdən tutulmalı olan məbləğin miqdarı da düzgün olmuşdur. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini – iddiaçı onun mənzilinə qanunsuz sah ib olduğu üçün iddiaçının apardığı təmir xərclərinin onun tərəfindən ödənilməli olmaması – əsassız sayır. Çünki işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı mənzili “xxxxxxxxxxxxx” MMC-dı xx xxxxxx 2005-ci il tarixli müqavilə əsasında almış, mənzilin dəyəri olan 64625 ABŞ dolları pulu tam ödəmişdir. Bundan 11 il sonra Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli Qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Buna görə də mənzili aldığı dövrdən adı çəkilən qətnamə qəbul edilən vaxta qədər iddiaçının mənzilin qanunsuz sahibi kimi qəbul edilməli olması barədə dəlillər əsaslı sayıla bilməz. Bundan əlavə, cavabdeh kassasiya şikayətində iddiaçının onun mənzilinə qanunsuz sahib olduğu üçün iddiaçının apardığı təmir xərclərini ödəməli o lmamasını bildirməklə, faktiki olaraq, mənzildə təmir işlərinin iddiaçı tərəfindən aparılmasını etiraf etmişdir. Kassasiya şikayətində istinad edilən digər dəlillər cavabdehin iddiaya etirazının əsasları ilə eyni olduğu və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyindən və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud de yil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-1029/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar