Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1872/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması dair mülki iş üzrə QƏRARİ Açar sözlər: alimentin miqdarının artırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1913/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraatı Balakən Rayon Məhkəməsinin 2(019)-941 /2019 saylı 08 noyabr 2019-cu nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 15 iyul 2010-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 141 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından olan uşaqları- 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X4 və 08 may 2014-cü il tarixdə doğulmuş X3 anaları İddiaçı yanında saxlanılması, ərizənin verildiyi 07 oktyabr 2019-cu il tarixdən başlayaraq 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X2 və 08 may 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutu laraq, İddiaçı ödənilməsi qət edilmişdir. «xxxx» ASC-nin 24.06.2020-ci il tarixli İR-309 saylı məktubundan görünür ki, Cavabdeh 01.11.2017-ci il tarixdən xxxx ASC-də işləyir və hal-hazırda 605 manat maaşla Balakən şöbəsinin satış üzrə aparıcı mütəxəssisi vəzifəsində çalışır. «xxxx» ASC tərəfindən təqdim olunmuş Cavabdeh 08.07.2020-ci il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh həmin bankdan aldığı əmək haqqı qeyri-müntəzəm dəyişən xarakter daşımışdır; belə ki, o, bankdan 29.01.2020-ci il tarixdə 580,47 manat, 30.01.2020-ci il tarixdə 581,00 manat, 31.01.2020-ci il tarixdə 602,28 manat, 03.02.2020-ci il tarixdə 602,00 manat, 27.02.2020-ci il tarixdə 994,57 manat, 02.03.2020-ci il tarixdə 995,00 manat, 19.03.2020-ci il tarixdə 573,87 manat,..., 24.03.2020-ci il tarixdə 500.00 mana t, …, 29.03.2020-ci il tarixdə 662,68 manat, 30.03.2020-ci il tarixdə 600,00 manat, … 20.04.2020-ci il tarixdə 960,42 manat, 04.05.2020-ci il tarixdə 950 manat, …, 22.05.2020-ci il tarixdə 638,30 manat, 25.05.2020-ci il tarixdə 600 manat,…, 29.06.2020-ci il tarixdə 960,88 manat, 30.06.2020-ci il tarixdə 800 manat almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemi tərəfindən 22.06.2020-ci il tarixdə verilmiş iş yerinə dair arayışdan (əmək haqqı göstərilməklə) görünür ki, X6 və X5 müəllim işləyir. Aylıq əmək haqqının məbləği 194,33 manatdır. «xxxx» ASC-nin Balakən filialının verdiyi 06 avqust 2020-ci il tarixli, 2259 saylı məktub və İddiaçı adına olan kart və cari hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən c ari kart və hesabından 2020-02-03 tarixdə 1890 manat, 2020-02-12 tarixdə 1,00 manat, 2020-02-17 tarixdə 2,00 manat, 2020-02-08 tarixdə 184,28 manat, 2020-03-02 tarixdə 186,00 manat, 2020-03-18 tarixdə 184,28 manat, 2020-03-19 tarixdə 184,00 manat, 2020-04-13 tarixdə 0,37 manat, 2020-0428 tarixdə 184,28 manat, 2020-04-28 tarixdə 67,59 manat, 2020-04-29 tarixdə 116,00 manat, 2020-05-13 tarixdə 0,69 manat, 2020-05-31 tarixdə 184,28 manat, 2020-05-31 tarixdə 15,00 manat, 2020-05-31 tarixdə 2,00 manat, 2020-05-31 tarixdə 1,00 manat, 2020-05-31 tarixdə 60,00 manat, 2020-05-31 tarixdə 31,59 manat, 2020-06-08 tarixdə 50,00 manat, 2020-06-08 tarixdə 3,00 manat, 2020-06-11 tarixdə 1,69 manat, 2020-06-24 tarixdə 184,28 manat, 2020-06-24 tarixdə 301,84 manat, 2020-06-24 tarixdə 76,35 manat, 2020-06-25 tarixdə 9,00 manat, 2020-06-25 tarixdə 1,00 manat, 2020-06-29 tarixdə 350,00 manat, 2020-06-29 tarixdə 2,85 manat, 2020-06-29 tarixdə 0,30 manat, 2020-06-30 tarixdə 3,50 manat, 2020-06-30 tarixdə 40,00 manat, 2020-07-03 tarixdə 1,00 manat və 2020-07-13 tarixdə 2,12 manat çıxarışlar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-941/2019 saylı 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdeh 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X2 və 08 may 2014-cü il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmış dır ki, Cavabdeh 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X2 və 08 may 2014-cü il tarixdə doğulmuş X1 üçün tutulan 130 (bir yüz otuz) manat alimentlə uşağa baxmaq onun üçün çox çətindir. Cavabdeh xxxx ASC Zaqatala fılialı-Balakən şöbəsində aparıcı mütəxəssis işləyir. Bundan əlavə Cavabdeh Humanitar və X5 müəllim işləyir. Onun ümumilikdə gəliri və digər qazancı 1000 manata qədərdir. Onun hər iki təşkilatda ümumi gəlirinin müəyyən edilməsi üçün həmin təşkilatlara müraciət etsə də, həmin təşkilatlar yalnız məhkəmə sorğusu əsasında Cavabdeh əmək haqqı və digər gəlirləri barədə arayış verə biləcəklərini bildirmişlər. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmış və hazırda o 1000 (bir min) mana ta qədər ümumi gəlir əldə edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, xxxx ASC Zaqatala filialı-Balakən şöbəsində aparıcı mütəxəssis işləməklə aylıq 605 manat, həmçinin Balakən şəhərində humanitar və X5 müəllim işləməklə aylıq 194 manat əmək haqqı alır. Bankdan aldığı əmək haqqına bəzən ezamiyyə xərcləri və bonuslar da əlavə olunur. Lakin onlar gəlir deyil, əslində onun xərcləridir. Yəni iki yerdə aldığı aylıq əmək haqqının məbləği 799 manat təşkil edir. Başqa hər hansı qazancı və gəliri yoxdur, sahibkarlıq fəaliyyəti və ya digər fəaliyyətlə məşğul olmur. İddianın təmin olunmamasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 10 avqust 2020-ci il tarixli, 2(019)380/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilər ək, Balakən Rayon Məhkəməsinin 8 noyabr 2019-cu il tarixli, 2(019)-941/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılması), 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X4 və 08 may 2014cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat olmaqla ayda cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxx» ASC-nin təqdim etdiyi 08.07.2020-ci il tarixli hesabdan çıxarışda göstərilən tarixlərdə həmin məbləğlərdə (müvafiq olaraq 994,57 man at, 995 manat, 960,42 manat, 950 manat, 638,30 manat, 960,88 manat və 800 manat) əmək haqqı alması təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən cavabdehin bankdan əmək haqqından əlavə və digər ödənclər formasında aldığı məbləğ də onun əmək haqqısını təşkil edir. İşəgötürən tərəfindən cavabdehə pul formasında ödənilən məbləğdən əlavə digər ödənclər Cavabdeh vaxtaşırı şəkildə ödənilmişdir və ona görə də onun aylıq qazancı (gəliri) qeyrimüntəzəm dəyişən xarakter daşımışdır. Belə olan halda şübhəsizdir ki, alimentin Cavabdeh aylıq qazancının (gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən olunması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, belə formada alimentin tutulmasının müəyyən olunması yetkinlik yaşına çatmayan uşaqlara daha az miqdarda aliment ödənilməsinə səbəb olur, nəticədə uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı bir fərd kimi maddi tələbata malikdir və onun aldığı cüzi əməkhaqqı 2020-ci ildə ölkə üzrə əmək qabiliyyətli əhali üçün müəyyən olunmuş 201 manat məbləğində yaşayış minimumunu belə ödəmir. Cavabdeh hər uşağa görə ayda 200 manat sabit pul məbləğində alimentin tutulması isə cavabdeh üçün heçdə ağır maddi məhrumiyyətlər yaratmayacaqdır. Belə ki, cavabdeh aylıq kifayət qədər yüksək əmək haqqına malikdir, onun başqa ailəsi və başqa ailədən uşaqları yoxdur. Həm bu aliment onun uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsinə, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinə görə təyin olunur, əsaslı və ədalətlidir. Belə ki, bu məbləğdə alimentin təyin olunması üçün iş üzrə bütün faktoloji və hüquqi əsaslar vardır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 218.3, 78.1, 78.2, 112.1, 154.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh Balakən Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(019)-380/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, cəmi 300 manat aliment müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, işin faktiki hallarını araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, o hər ay fərqli olaraq əmək haqqı alır. M əhkəmənin sabit pul məbləğində hər uşaq üçün 200 manat aliment alınaraq iddiaçıya ödənilməsi maddi hüquq normalarının pozulması kimi qeyd olunmalıdır. Əmək haqqı və ona əlavələr olaraq hesablanmış ay ərzində gəliri orta hesabla 700 manat təşkil edir. Belə olduğu təqdirdə sabit pul məbləğinin hər uşaq üçün 200 manat təmin olunması əsassızdır. Eyni zamanda iddiaçının rəsmi gəliri vardır. İddiaçı əmək fəaliyyəti ilə məşğuldur. Məhkəmənin sabit pul məbləğində hər uşaq üçün hər ay 200 manat alimentin alınaraq iddiaçıya verilməsini qət etməsi iddiaçının maraqlarını təmin etmiş, cavabdehin ailə vəziyyəti, əmək haqqının qeyri stabil olaraq dəyişməsi və digər halları cavabdehə münasibətdə nəzərə almamışdır. Alimentin məbləğinin 200 manat təmin olunması cavabdeh üçün gələcəkdə ağır maddi məhrumiyy ətlər yaratmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) 2(107)-1913/2020 nömrəli iş üzrə 20 oktyabr 2020ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Balakən Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(019)-380/2020 nömrəli qətnaməsi “18 sentyabr 2011-ci il tarixdə doğulmuş X4 və 08 may 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat olmaqla, ayda cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək həmin alimentin məbləği hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilmiş, qətnamə qal an hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən cavabdehin gəlirinin qeyri-sabit olmasına və müəyyən edilmiş alimentin məbləğinin Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbi ilə uzlaşmamasına xüsusi diqqət yetirməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin rəsmi işləməklə, aylıq gəlirinin stabil olmaması iş materialları ilə sübut olunduğundan 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X4 və 08 may 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) mаnаt, cəmi 340 (üç yüz qı rx) manat məbləğində müəyyən edilməlidir. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1913/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə məlum qətnaməni qət edərkən iş üzrə sübutları tam, hərtərəfli düzgün qiymətləndirməmişdir. Məhkəmə qətnamə qəbul edərkən bu kimi hallara hüquqi qiymət verməmiş nəticədə iş üzrə obyektiv həqiqəti əks etdirməyən qətnamə qət edilmişdir. Cavabdeh kassasiya şikayətinə dair yazılı etiraz verərək iş üzrə verilmiş kassasiya şikayəti nin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşlə əlaqədar tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməs i barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 Sabit p ul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 17 0 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini alimentin hər uşaq üçün 170 manat müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən qətnamənin qanuniliyi iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və uşaqların mənafeyini, tərəflərin hər ikisinin maddi və ailə vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşaqların saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hər bir uşağın saxlanılması üçün alimentin miqdarını 170 (yüz altmış) manat müəyyən etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcəd ə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə kollegiyası «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edildiyini nəzərə alır, lakin qeyd edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi hər iki valideynin vəzifəsidir. Kassasiya kolle giyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, apellyasiya şikayətinin dəlillərinə əsaslandırılmış qiymət vermiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikay əti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1913/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.