Məhkəmə qərarları › İş №2(102)-1872/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1872/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1872/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1872/2023 (Açar sözlər: kredit borcunun ödənilməsi, zaminlik münasibətləri) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), X1 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(105)-2323/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 sentyabr 2013-cü il tarixdə iddiaçı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 26% ödəmək şərti ilə 19.100 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq eyni tarixdə zaminlik müqavilələri bağlanmış və digər cavabdehlər Cavabdeh3 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşlər. 3. 13 aprel 2015-ci il tarixli, 013CAS A132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli Kredit Müqaviləsinin restrukturizasiyasına dair razılaşmaya əsasən borcun qalığı, faiz məbləği və penya cəmləşdirilmiş, restrukturizasiya edilməsindən sonra kreditin məbləği 12.740,76 ABŞ dolları və 26% kreditdən istifadəyə görə haqq ödəmək şərti müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixə iddiaçıya 12.051,01 ABŞ dolları məbləğində əsas kredit borcu, 1.390,05 ABŞ dolları məbləğində faiz borcu və 279 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış penya, cəmi 13.720,06 ABŞ dolları, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırılmışdır ki, kredit və razılaşma müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma ləğv edilməli, 424.2-ci maddəsinə əsasən tərəflərin öhdəliklərinə xitam veri lməli və o, aldığı krediti qaytarmalı, kreditdən istifadəyə görə faizləri, həmçinin vurduğu zərəri ödəməlidir. Beləliklə cavabdehlərə qarşı qaldırılan iddianın ümumi məbləği xx.xx.2015-ci il tarixə iddiaçıya 12.051,01 ABŞ dolları məbləğində əsas kredit borcu, 1.390,05 ABŞ dolları məbləğində faiz borcu və 279 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış penya, cəmi 13.720,06 ABŞ dolları məbləğində təşkil edir.

6. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh3 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddianı əsas borc və faiz hissəsində qəbul edir. Ona cərimə növündə dəbbə pulu çox hesablanmışdır. Ona görə də dəbbə pulu azaldılmaqla əsas borc məbləğinin və faiz məbləğinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsind ə iştirak etmiş Cavabdeh1 iddianı qismən qəbul edərək, iddia ərizəsində göstərilən əsas borc və faizrlər üzrə iddianın təmin olunmasına etirazı olmadığını bildirərək, dəbbə pulunun yüksək məbləğdə hesablandığı üçün onun azaldılmasını xahiş etmişdir.

8. Quba Rayon Məhkəməsinin 2(027)-222/2016 saylı, 09 fevral 2016-cı il tarixli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia tələbi qismən təmin edilərək İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli, 013CASA132630008 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı1-nin xeyrinə xx.xx.2015-ci il tarixə 12.051,01 ABŞ dolları əsas kredit borcunun, 1.390,05 ABŞ dolları faiz borcunun və 2 ABŞ dolları penya (dəbbə pulu) olm aqla, cəmi 13.443,06 ABŞ dollarının tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı və 29,39 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh3 öhdəliyini lazımi qaydada icra etməyib iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir.

10. Məhkəmə bu hissədə iddianı təmin edərkən Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 427.3, 448.1, 442, 443.1, 445.1, 445.2, 449.1, 449.4, 465.2, 421.2, 423.2, 424.2, 424.3, 424.4, 424.5-ci maddələrinə istinad etmişdir.

11. Birinci in stansiya məhkəməsi iddianı zaminlərə qarşı qismən təmin edərkən kredit müqaviləsinə digər cavabdehlərin zamin durmasına istinad etmiş, həmin hissədə gəldiyi nəticəni də Mülki Məcəllənin 470.1, 472.1, 472.2, 472.3-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

12. Məhkəmə tələb edilən dəbbə pulunu əsas və faiz borcu müqabilində tənasübsüz surətdə yüksək hesab edərək həmin hissədə iddianı qismən təmin etmiş, dəbbə pulunun məbləğini 2 ABŞ dolları hesab etmişdir. Bu hissədə mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 463.1, 462.1, 467-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinc i icraat 13.Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3311/2017 saylı, 07 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Azər Hüseynov (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Quliyev) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilmişdir. Qətnamə İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli, 013CASA132630008 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı1-nin xeyrinə xx.xx.2015-ci il ta rixə 12.051,01 ABŞ dolları əsas kredit borcunun, 1.390,05 ABŞ dolları faiz borcunun və 2 ABŞ dolları penya (dəbbə pulu) olmaqla, cəmi 13.443,06 ABŞ dollarının tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı və 29,39 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə götürülmüş pul məbləği ödənilmədiyi halda Cavabdeh3 xx.xx.2015-ci il tarixli ərizəsinə əsasən 013CASA132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli “Kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma” bağlanmışdır. Razılaşmaya əsasən əsas borcun qalığı, faiz məbləği və penya cəmləşir və restrukturizasiy a edilməsindən sonra kreditin məbləğinin 12.740,76 ABŞ dolları və 26% kreditdən istifadəyə görə haqq ödəmək şərti qəbul edilmişdir.

16. Kredit-təminatlı borc üzrə öhdəliklərin icrasının təmini kimi qəbul edilərək cavabdeh zamin şəxslər - Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 öz ərizələrinə əsasən, cavabdeh əsas borclu Cavabdeh3 kredit müqaviləsi və kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürdüklərini bildirsələr də, iş materiallarından buna dair heç bir razılaşma aşkar edilməmişdir.

17. İddia ərizəsində zamin şəxslər - Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 öz ərizələrinə əsasən onlar, cavabdeh əsas borclu Cavabdeh3 kredit müqaviləsi və kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanı qəbul etdiklərini göstərs ə də, işdən müəyyən edilir ki, iddiaçı bankın nümayəndəsi bildirmişdir ki, restrukturizasiya yeni müqavilə deyildir, ilkin kredit müqaviləsinə əlavədir. Kredit müqaviləsində bu barədə qeyd vardır ki, ilkin zaminlik müqaviləsi qüvvədə olduğu müddət ərzində zaminlər restrukturizasiyanın şərtləri ilə də razıdırlar. Əgər tərəflər arasında yeni müqavilə bağlansa idi, zaminlik müqaviləsi qüvvədən düşərdi. Hazırkı halda tərəflər arasında yeni müqavilə bağlanmayıb, mövcud kredit müqaviləsinə əlavə razılaşma bağlanılmışdır ki, belə olan halda restrukturizasiya bağlanan vaxt zamin şəxslərlə hər hansı bir razılaşmanın bağlanmasına zərurət yoxdur.

18. Sadalanan halları nəzərə alan apellyasiya instansiyası məhkəmə düzgün olaraq hesab etmişdir ki, Cavabdeh1 hazırki tələb üzrə xx.xx.2015-ci il tarixdə ba ğlanmış 013CASA132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli “Kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma” üzrə zamin durmamışdır və razılaşmanın icra edilməsinin ona nisbətdə təmin edilməsi əsaslı deyildir. Çünki Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi halı üçün əsas borclu ilə birgə kreditor qarşısında eyni həcmdə məsuliyyət daşımasını üzərinə götürməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 389.1, 390.1, 390.5, 425.1, 477-ci maddələrə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

20. Qətnamədən İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti (vəkil X2) tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya mə hkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş olunmuşdur.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1461/2018 saylı, 05 mart 2018-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və, Əli Rüstəmov) kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasına zaminlik haqqında həmin tarixdə müqavilə bağlamış banka ünvanladığı xx.xx.2015-ci il tarixli ərizəsində xx.xx.2013cü il tarixli kredit müqaviləsində dəyişiklik barədə xx.xx.2015-ci il tarixli müqavilənin imzalanmasına razılığını bildirmişdir. xx.xx.2015-ci il tarixli Razılaşma “Kredit müqaviləsinin restrukturizasiyasına dair” adlandırılsa da, məzmunca yeni kredit müqaviləsidir. Bank əvvəlki müqavilədən qalmış faiz borclarını əsas borca əlavə etmiş, bununla da əsas borcun məbləği artırılmış, əvvəlki müqavilədən fərqli və artıq əsas borc müəyyən etmişdir. Bu səbəbdən də həmin müqavilə üzrə öhdəliklərin icrasına əvvəlki kredit müqaviləsi üzrə zamin Cavabdeh1 razılığını almaq əvəzinə, yeni zaminlik müqaviləsi bağlanılmalı idi. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Daha sonra Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın ona aid hissəsinin təmin olunmamasını xahiş etmişdir.

24. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə işə baxarkən guya ona məhkəmə iclasının yeri və zamanı barədə rəsmi məlumat verildiyini, lakin onun iştirak etmədiyini bildirsə də, o, məhkəmədən hər hansı bildiriş və digər sənəd almamışdır. Ona görə də məhkəmədə öz hüquqlarını müdafiə edə bilməmişdir. O, qətnamə ilə razılaşmır. Qətnamə ona aid hissədə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı qeyd etmişdir ki, guya zamin-cavabdehlər öz ərizəsinə əsasən Cavabdeh3 kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürüb. Məhkəmə qətnaməsində onun və digər zaminlərin xx.xx.2015-ci il tarixdə bank ilə əsas borclu Cavabdeh3 arasında bağlanmış restrukturizasiyaya dair razılaşma bağlanarkən hər hansı formada öz razılığını bildirməyi ilə bağlı iş materialına, yəni heç bir sübuta istinad olunmamışdır. Qeyd olunmalıdır ki, 2015-ci ildə adı çəkilən restrukturizasiya razılaşması bağlanarkən o, heç bir razılıq bildirməmiş, bununla bağlı iddiaçı təşkilata gedərək heç bir sənədə və müqaviləyə imza atmamışdır. Bu halın özü, yəni rektrukturizasiya ilə bağlı razılaşmaya zamin olaraq onun razılıq verməməyi 20 sentyabr 2013-cü il tarixdə imzaladığı zaminlik müqaviləsinin şərtlərinin dəyişməsi kimi qiymətləndirilməlidir. Odur ki, zaminliklə təmin edilmiş öhdəlik xx.xx.2015-ci ildə onun razılığı olmadan dəyişdirildiyi və bu onun məsuliyyətinin artmasına və digər ağır nəticələrə, yəni əlavə faizlərin hesablanması və öhdəliyin icra müddətinin uzadılmasına və bu hallar zaminlik müqaviləsinin xitamına səbəb olmuşdur ki, ona görə də iddia ona aid his sədə təmin edilməməli idi.

25. Məhkəmə kollegiyasının iclasında, iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, qanunvericilikdə zaminlik müqaviləsinə hansı hallarda xitam verilməsi göstərilib. Cavabdehlə bağlanmış restrukturizasiyaya dair müqavilə ilə müqavilənin şərtləri yüngülləşdirilmişdir. Həmçinin cavabdehin razılıq ərizəsi mövcuddur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş edir.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2323/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, birin ci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh4 qarşı təmin edilən hissəsində ləğv edilərək, iddia tələbi Cavabdeh4 dair hissədə təmin edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, zaminlik müqaviləsinə xitam verilməsinə dair əsaslardan göründüyü kimi zaminliyin təmin etdiyi öhdəliyə müqavilə üzrə nəzərdə tutulmuş kredit müqaviləsi ilə bağlı 13 aprel 2015-ci il tarixli, 013CASA132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli Kredit Müqaviləsinin restrukturizasiyasına dair razılaşma olmuşdur. Həmin razılaşmalar üzrə zamin – Cavabdeh4 razılığı olmadan qeyd olunan öhdəlik dəyişdirildiyindən, yəni müqavilə üzrə yeni qaydalar müəyyən edildiyindən, bu hal heç də kredit xətti üzrə razılaşmanın davamı kimi qəbul edilmə məlidir və zamin Cavabdeh4un həmin öhdəliklərin icrası kimi qəbul edilməsinə əsaslar verə bilməz.

28. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixdə bağlanmış 013CASA132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli “Kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma” üzrə Cavabdeh4 zamin kimi razılığı alınmamışdır. Kredit razılaşmaları ilə bağlı ödəniş cədvəllərini yalnız bank və Cavabdeh3 imzalamışdır. Halbuki, ödəniş cədvəli kredit razılaşmasının (müqaviləsinin) tərkib hissəsi olduğundan və həmin cədvəldə faiz dərəcəsi, verilən kreditin məbləği, valyutası, öhdəliyin icra edilməməsi halında məsuliyyət tədbiri və s. barədə hallar öz əksini tapır. Beləliklə, zamin Cavabdeh4 ödəniş cədvəli ilə tanış olmamış, nə də faiz dərəcəsi onunla başqa qaydada razılaşdırılmamışdır. Belə razılığın alınmaması isə zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh4 apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməsi üçün əsasdır.

29. Məhkəmə kollegiyası öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 470.1, 470.2, 477-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

30. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərə k qətnamənin ləğv edilməsi və birinci instanisiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki isin 23-cü vərəqində olan ərizədən görünür ki, Cavabdeh4 banka rəsmi müraciat edərək icrasının təmin olunması 20 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 13 aprel 2015-ci il tarixli razılaşmanın imzalanmasına razılıq bildirmiş, dəyişikliklərin nəzərə alınmaqla qeyd olunmuş öhdəliyin icra olunmadığı və ya lazımi qaydada icra olunmadığı təqdirdə zaminlik müqaviləsi ilə məsuliyyət daşıdığını qəbul etdiyini bildirmişdir.

32. Kredit mtiqaviləsinin 1-ci maddəsinə əsasən bu Müqavilə, müqaviləyə əlavə edilmiş və ya gələcəkdə əlavə ediləcək hər hansı bir əlavələr və bu müqaviləyə aid ol an sənədlər Müqavilənin tərkib hissəsi sayılır, borcalan və kredit verənin öhdəliklərini müəyyən edir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

33. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinə etiraz təqdim edərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iş üzrə verdiyi şikayətlə eynilik təşkil edən əvvəlki kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

34. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zamin in subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

35. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

36. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

37. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:

38. Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildik də və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

39. Maddə 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;

40. Maddə 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;

41. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliy ə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

42. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarı:

43. Zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə z aminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz d ərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qət namə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni Cavabdeh4 aid hissədə mübahisələndirdiyindən məhkəmə aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi 5

7. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi bundan əvvəl işə kassasiya qaydasına baxmış məhkəmənin hüquqi mövqeyinə uyğun qərar qəbul etmişdir. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində i ddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

59. Məhkəm ə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haz ırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

62. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2323/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar