Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1873/2020 09.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10230/2019 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov, iş № 2(003)-379/2019) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada cəmi 20.15 5,46 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulub İddiaçı QSC-yə verilməsi, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, F.F.Babayev və E.M.Həsənov) cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin olunmuş hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Bank tərəfindən Cavabdeh1 xx xxxx 2012-ci il tarixdə 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış v ə həmin müqaviləyə əsasən bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması əsasında bank tərəfindən Cavabdeh1 aylıq istifadə dərəcəsi 2.1667 faiz olmaqla 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi bankla Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. 2018-ci ilin dekabr ayında İddiaçı QSC borcluya və zaminlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək borclu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icra olunmaması səbəbindən banka əsas kredit, faiz borcu və cəriməyə görə cəmi 37.400 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun və dövlət r üsumuna görə ödənilmiş 30 manatın borclu və zaminlərdən müştərək qaydada alınaraq banka verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı QSC kasasiya şikayəti verərək zaminlərin bank qarşısında öhdəliklərinin kredit xətti müqaviləsindən yaranmasını və həmin müqavilədə də borclunun kreditor qarşısında əsas öhdəliyinin həddinin aydın göstərilməsini, zaminlərin kredit razılaşmasına əsasən tərtib olunmuş ödəniş planını imzalamaqla həmin razılaşmadan və orada müəyyən olunmuş öhdəliklərdən xəbərdar olmalarını, belə olduqda zaminlərə münasibətdə iddianın rədd edilməsinin qanunsuz olmasını əsas göstərməklə qətnamənin zaminlərə münasibətdə iddia tələbinin rədd olunm asına dair hissədə ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinə görə bankla borclu Cavabdeh1 arasında kredit razılaşması zaminlərin razılığı alınmadan bağlanmaqla bunun zaminlərin məsuliyyətinin artmasına səbəb olduğundan, kredit borcunun qaytarılmasına görə onların üzərinə məsuliyyət qoyula bilməz. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi yoxlanılmış sübutlar əsasında gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. (470.2). Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2) İş materiallarından görünür ki, zaminlik müqavilələri borclu ilə bank arasında bağlanmış xx xxxx 2012-ci il tarixli k redit xətti müqaviləsinin təminatı kimi bağlanmış və həmin müqavilədə kredit xəttinin məbləği (30.000 ABŞ dolları) və müddəti (120 ay) göstərilmişdir. xx xxxxxx 2014-cü il tarixdə kredit xətti müqaviləsinə əsasən borclu ilə bank arasında kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 verilmiş kreditin məbləği (20000 ABŞ dolları), müddəti (24 ay) və faiz dərəcəsi (aylıq 2.1667 faiz) göstərilmişdir. Həmin razılaşmanın icrası məqsədi ilə bank tərəfindən xx xxxxxx 2014-cü il tarixdə ödəniş planı tərtib olunmaqla həmin planda kreditin aylıq ödənmə tarixləri, aylıq ödənişlərin məbləği, o cümlədən əsas məbləğ və hesablanan faiz məbləğləri göstərilmişdir. Həmin ödəniş planı kredit razılaşmasının iştirakçıları tərəfindən imzalanmaqla yanaşı zaminlər Cavabdeh2 və Cavabdeh4 həmi n planla xx xxxxxx 2014-cü il tarixdə tanış edilmiş və onlar tərəfindən imzalanmışdır. İşin göstərilən hallarından məlum olur ki, kredit razılaşması əsasında borcluya verilən kreditin məbləği kredit xətti müqaviləsində müəyyən olunmuş məbləği və müddəti aşmamış və xx xxxxxx 2014-cü il tarixli ödəniş planını imzalamaqla zaminlər borclunun kredit razılaşması ilə müəyyən olunmuş kreditin məbləği, müddəti və aylıq faizlərindən xəbərdar olmuş və həmin şərtlərlə razılaşdıqları üçün ödəniş planını imzalamışlar. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi işin göstərilən hallarını nəzərə almamış, onlara müvafiq hüquqi qiymət verməmiş və belə vəziyyətdə zaminlərin məsuliyyətinin artmasının və ya onların digər əlverişsiz şəraitə düşmələrinin baş veribverməməsi əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalı və iş yeni apelyasiya baxışına göndərilməklə kasasiya şikayəti qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələri ni rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1873/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1873/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver