Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1873/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh X2 vəkili X5 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı bildirir ki, 2014-cü ilin fevral ayında Qızxan ım Garayevaya qızıl-zinət əşyalarının ticarətində istifadə edilməsi üçün 62.000 manat məbləğində pul vermişdir. Razılaşmalarına görə cavabdeh Qızxanım Garayeva pulu təxminən 1-2 ay müddətində geri qaytarmalı, qazancdan da müəyyən hissə ona verməli idi. 2014-cü ilin mart ayında pulun qaytarılmadığını görüb cavabdehdən pulu geri istəmişdir.
2. İddiaçı 2016-cı ildə pul vəsaiti qaytarılmadığı üçün Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, araşdırma zamanı Qızxanım Garayeva, aldığı 36.000 manat pulu geri qaytardığını bildirmiş, polis orqanının 12.04.2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.
3. İddiaçı 29.11.2019-cu ildə aşağıdakı iddia tələbləri ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat
4. İddiaçı cavabdeh X1 62.000 manat məbləğində maddi ziyanın, 20.000 manat məbləğində mənəvi ziyanın, 30.000 manat məbləğində əldən çıxmış faydanın, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 112.030 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh söz verdiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır.
6. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmə kollegiyasına ərizə göndərərək, ona qarşı pul tələbinə iddia müddətinin tətbiq olunmaqla iddianın rədd edilməsini xahiş etmiş, iddia tələbinin əsassız və iddia ərizəsində qeyd edilənlərin həqiqətə uyğun olmadığını bildirmişdir.
7. Ağsu Rayon Məhkəməsinin (hakim N.Misirzadə) 06 fevral 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) 01 sentyabr 2020-ci il tarixli, 2(107)-1238/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 06 fevral 2020ci il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrin iddia müddəti ilə bağlı gəldikləri nəticə tam əsassızdır. Belə ki, cavabdehin ona qarşı yol verdiyi qanunsuzluğun birbaşa olaraq dələduzluq cinayətinin tərkibini yaratması açıq-aşkar müşahidə olunur. Lakin müraciət etdiyi hüquq-mühafizə orqanlarının əsassız və səthi araşdırmaları nəticəsində cinayət başlanması rədd olunmuşdur. Belə ki, ilk 12.04.2016-cı il t arixli Binəqədi RPİ-nin qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra iddiaçı tərəfindən həmin qərardan şikayət edilmiş və şikayət əsaslı olduğundan rədd qərarı ləğv edilərək ərizə yenidən araşdırılması üçün Binəqədi RPİ-ə göndərilmişdir. Uzun müddət süründürməçilik tətbiq edilməklə aparılan araşdırma nəticəsində yenidən 23.04.2019-cu il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar çıxarılmışdır. Həmin qərarın əsaslandığı yeganə fakt isə Garayeva Qızxanımın izahatının alınmaması olmuşdur. Hazırda isə istintaq orqanının belə əlaqə yarada bilmədiyi, izahatını ala bilmədiyi, ölkə ərazisində olmayan və məhkəmə proseslərində iştirak etməyən cavabdeh tərəfin verdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən məhkəmələr iddia ərizəsini təmin etməmişdir. Lakin hər iki məhkəmə instansiyasının nəzərindən qaçırdığı vaxt cinayət işinin başlanılmasının rədd edilməsi qərarları ilə bağlıdır. Belə ki, iddiaçı baş vermiş faktda dələduzluq cinayətinin tərkibi olduğundan ilk başda hüquq-mühafizə orqanlarına müraciət etdi və işin hüquq müstəvisində həll olacağına inandı. Buna baxmayaraq ən sonda cinayət işinin başlanması rədd edildi. Ən əsas məsələ isə iddiaçı ərizəsi ilə bağlı olduqca uzun müddət araşdırmanın davam etməsi idi. 23.04.2019-cu il tarixdə çıxarılan rədd qərarından sonra isə o, dərhal iddia ərizəsi ilə Ağsu rayon Məhkəməsinə müraciət etdi. Belə olan halda iddiaçının iddia müddətini ötürməsi qeyd olunması tamamilə əsassızdır. O, pulu cavabdeh tərəfindən mənimsənildiyini bildikdə dərhal bununla bağlı müraciətini etmişdr. Cinayə t araşdırmasının əsassız formada uzun müddət davam etməsi nəticəsində mülki iddia müddətinin ötürülməsi iddianın təmin olunmaması üçün əsas sayılmır. Lazım gəldikdə istintaq orqanından yayınan və məhkəmə proseslərində iştirak etməkdən imtina edən şəxsin müddət tətbiq barədə ərizəsinin təmin edilməsi qəbuledilməzdir. Əslində isə cinayət araşdırmasının gedişi dövründə keçən müddət iddia müddətinə tətbiq edilməməlidir. Belə ki, həmin müddət ərzində iddia müddətinin axımı dayanmış hesab edilməli, yalnızca sonuncu rədd qərarı qəbul edildikdən sonra iddia müddətinin axımı başlanmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassas iya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalsına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
17. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
18. Maddə 373.2 və 373.3. Müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli g ələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir.
19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
20. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir.
21. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıda kıları müəyyən etmişdir.
30. Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsinin 12.04.2016-cı il tarixli qərardan görünür ki, İddiaçı Qızxanım Garayeva barəsində şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn münasibətlər yarandığından iddiaçının tələbi də məhz öhdəlik (müqavilə) hüququ çərçivəsində dəyərləndirilməlidir.
32. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
33. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şika yəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
34. İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «... iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı».
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçının tələbi təmin oluna bilməz. Çünki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandı rılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur.
37. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. Cavabdeh də iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir.
38. Apellyasiya məhkəməsi iddiaçının dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı özü pul məbləğini cavabdehə 2014-cü ilin fevral ayında 1-2 ay müddətə verdiyini, lakin cavabdeh tərəfindən həmin müddət ərzində qaytarılmadığını, bundan bir neçə vaxt sonra həmin ilin noyabr ayında polis orqanına müraciət etdiyini, lakin bu müddət ərzində məhkəmə müdafiəsindən istifadə etmədiyini bildirmişdir.
39. İş materiallarının 33-cü səhifəsindəki “cinayət işinin rədd olunması barədə” 12.04.2016-cı il tarixli qər arın surətindən görünür ki, İddiaçı X3 qarşı ərizəsi əsasında toplanmış HK-510 saylı yoxlama materialı üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, həmin qərardan prokurorluq orqanına və ya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
40. Lakin iddiaçı yenə də müəyyən olunmuş müddəti ötürərək həmin qərardan da 3 il müddət keçdikdən sonra, yəni 25 noyabr 2019-cu il tarixdə (məhkəmə dəftərxanasında 29.11.2019-cu ildə qeydiyyata alınmışdır) məhkəməyə müraciət etmişdir.
41. Göründüyü kimi iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilirdi, bu səbəbdən onun dəlilləri inandırıcı və ağlabatan hesab edilmir.
42. Kollegiya, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsinə dair istinad etdiyi maddi hüquq normaları, iddiaçının dəlillərinə verdiyi hüquqi qiymət və iş ü zrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Belə ki, iddiaçı, cavabdehin ona qarşı dələduzluq (mülki hüquq pozuntusu-delikt) törətməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, iddiaçının istintaq orqanına etdiyi şikayət üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Tərəflər arasında pul vəsaitinin alınmasına dair müqavilə münasibətlərinin olması təsdiq edilir. Məlum olduğu kimi müqavilədən irəli gələn pul tələbinə iddia müddəti tətbiq olunur (§ 16).
44. İddia müddətinin axımı isə kreditorun öz hüquqlarının pozulmasını bildiyi və ya bilməli oldu vaxtdan başlanır (§ 20). Bu vaxt müqavilə münasibətlərində borclunun öhdəliyini icra etməli olduğu tarixdən hesabla nır. Tərəflər arasında pul vəsaitinin verilməsinə dair bağlanmış şifahi müqavilədə öhdəliyin icra vaxtı müəyyənləşdirilmədiyi üçün həmin müddət kreditorun tələbetmə anı ilə müəyyənləşdirilir. Bu halda borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur (§ 22).
45. İddiaçı özü bildirir ki, cavabdehə verdiyi pul vəsaitini 2014-cü ilin mart ayında geri istəmişdir. Belə olan halda, cavabdehin öhdəliyinin icra vaxtı, o cümlədən iddia müddəti həmin tarixdən yedi gün keçdikdən sonra başlamışdır. Kreditor, pul tələbinə dair qanunla müəyyən edilməmiş qaydada məhkəmədə iddia qaldırmamışsa, istintaq orqanına şikayətlər edilməsi və orada aparılan araşdırmalar iddia müddətinin kəsilməsinə və ya dayanmasına səbəb olan hallar kimi qəbul olunmur. Bu baxımdan haz ırkı işdə iddia müddətinin axımın əvvəli 2014-cü ildən götürüldükdə, hətta şərti olaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12.04.2016-cı il tarixdən götürülsə belə, iddiaçının 29.11.2019-cu ildə hazırkı iddianı qaldırmasına görə üç illik müddətinin keçməsinə dair apellyasiya məhkəməsinin qənaəti qanunvericiliyə uyğundur.
46. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.