Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1873/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1467/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il ta rixli qətnaməsindən Cavabdeh1 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən yaşayış binasında 29,47 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 71 saylı mənzil İddiaçı, həmin binada yerləşən 74 saylı mənzil isə Cavabdeh1 mülkiyyətində olmaqla, cavabdehə məxsus mənzil iddiaçıya məxsus mənzilin üzərində yerləşir və hər iki mənzilin eyvan sahəsində əlavə tikinti işləri aparılmaqla artırmalar edilmişdir.
2. İddiaçı cavabdeh tərəfindən özünə məxsus mənzilin eyvanında edilmiş qeyri-qanuni artırmaların qonşu sahənin mülkiyyətçisi kimi onun hüquqlarını pozduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 (Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yaşayan Cavabdeh1, ünvan 3 ünvanında yaşayan Cavabdeh2, ünvan 4 ünvanında yaşayan Cavabdeh3, ünvan 5 ünvanında yaşayan X3, ünvan 6 ünvanında yaşayan Cavabdeh5, ünvan 7 ünvanında yaşayan Cavabdeh6, ünvan 8 ünvanında yaşayan Cavabdeh7, ünvan 9 ünvanında yaşayan Cavabdeh8, ünvan 10 ünvanında yaşayan Cavabdeh9, ünvan 11 ünvanında yaşayan Cavabdeh10, ünvan 12 ünvan ında yaşayan Cavabdeh11, ünvan 13 ünvanında yaşayan Cavabdeh12, ünvan 14 ünvanında yaşayan Cavabdeh13 mənzillərə qeyri-qanuni artırılmış eyvanların cavabdehlərin hesabına sökülməsi, eyvanların əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 yaşadığı mənzil onun yaşadığı mənzillə eyni blokda yerləşməklə üst qonşusudur. Cavabdeh1 binanın fəsad tərəfində yerləşən eyvanını qanunla nəzərdə tutulmuş qaydada yox, qeyri-qanuni, müvafiq sənədlər olmadan artırmışdır. Eyvanı artırdıqdan sonra, mətbəx və eyni zamanda da əl-üz yuma qovşağı da ora köçürülmüşdür. Quraşdırılma zamanı sanitar texniki normaları gözlənilməmiş, borularda çatışmamazlıqlar yaranmış, nəticədə mətbəxdə hər hansı hərəkət nətic əsində axıdılan çirkab sular onun evinə və eyvanına axmışdır. O da eyvanını şüşəbənd etmişdir. Çirkab sularının iyisindən oturmaq olmur. Cavabdehə bu barədə dəfələrlə məlumat verilmiş, xəbərdarlıq edilmiş, lakin heç bir nəticə olmamışdır. Nəticədə, Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli qətnaməsi ilə ona dəymiş 1194 manat məbləğin cavabdehdən tutulması qərara alınmış, qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Sonradan, qonşu olduqlarına görə həmin pulun Cavabdeh1 tutulmasından imtina etmiş, cavabdehin bundan sonra belə hərəkətlərə bir daha yol verməyəcəyini fikirləşmişdir. Ancaq buna baxmayaraq Cavabdeh1 etdiyi yaxşılığa baxmayaraq hərəkətlərini ardıcıl davam etdirir, kanalizasiya xətlərini düzəltdirmir. Ona görə də hesab edir ki, eyvan sökülüb m ətbəx əvvəlki yerinə köçürülərsə, kanalizasiya sistemi əvvəlki vəziyyətə qaytarılarsa söz-söhbət kəsilər. Eyni zamanda artırılmış eyvan binanın fasadını çox eybəcər hala salmışdır. Yaşadıqları bina, binaya yox, zəlzələ nəticəsində uçmuş yaşayış evinə oxşayır. Digər cavabdehlər də Cavabdeh1 kimi heç bir icazə sənədləri olmadan eyvanları artırmışlar Nəticədə, binanın hər hansı yüngül təkan nəticəsində uçmaq təhlükəsi var.
5. Cavabdeh1 birinci instansiya məhkəməsindəki icraatda iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı yaşadığı mənzilin eyvanı qeyri-qanuni olaraq artırılmış, bunun da nəticəsində onun xüsusi mülkiyyətində olan mənzilin eyvanında qəza vəziyyəti yaranmışdır. Həmçinin, onlara məxsus eyvanın bir hissəsi sökülmüş və bunun da nəticəsində eyvan əsas divardan aralanmış dır. Qeyd olunmalıdır ki, iddiaçının bu əməli nəticəsində ona xeyli ziyan dəymişdir. Eyvan o qədər hündür qaldırılmışdır ki, kondisionerin işləməsinə maneçilik törətmişdir. Həmçinin, iddiaçının ustası orda işləyərkən kondisioneri xarab etmişdir və ondan sonra kondisioner işləməmişdir. Binəqədi Rayon Məhkəməsi 21 iyul 2014-cü il tarixdə onun İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi”nə dair iddia tələbinə açıq məhkəmə iclasında baxaraq iddianın qismən-binanın layihəsində nəzərdə tutulmuş əlavə yenidənqurma işlərinin aparılması yolu ilə eyvanında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdehin hesabına sökülməsi və eyvanın əvvəlki vəziyyətə qaytarılması hissəsində təmin edilməsi barədə qətnamə çıxarmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəld ilmişdir. 22.02.2016-cı il tarixdə Binəqədi Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçı icra sənədinin icrasına maneçilik törətmək məqsədi ilə belə bir formal iddia qaldırmışdır. 04.06.2013cü il tarixli qətnamə ilə isə hamam və ayaqyolu ilə bağlı maddi zərərin ödənilməsi qət edilmişdir. Ona məxsus mənzilin eyvanı heç bir halda iddiaçının mülkiyyət hüquqlarına toxunmur, hər hansı maneçilik törətmir və heç bir halda iddiaçının eyvanına su axıdılması halı baş verməmişdir. Belə bir hal mövcud olsa idi, iddiaçı bu qədər müddət gözləməz idi. Həmçinin, iddiaçı bu barədə heç bir müvafiq orqana müraciət etməmişdir.
6. Cavabdeh2 birinci instansiya məhkəməsindəki icraatda iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, onun yaşadığı mənzil iddiaçının yaşa dığı mənzildən 30-40 metr aralıda yerləşməklə onlar ayrı-ayrı bloklarda yaşayırlar. Onun iddiaçının mənzili ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, onun mənzili iddiaçının mənzilinə heç bir maneə və təhlükə törətmir. Bu səbəbdən də iddiaçının ona qarşı iddia qaldırmaq hüququ yoxdur. İddiaçı onun və digər sakinlərin adlarını iddia ərizəsində cavabdeh kimi göstərməklə bütün qonşuları Cavabdeh1 qarşı qaldırmaqla aralarında münaqişə yaratmaq istəyir. Onun nə iddiaçı, nə cavabdeh, nə də digər sakinlərlə əlaqələri yoxdur.
7. Cavabdehlər Çimnaz Səfərova, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh5 birinci instansiya məhkəməsindəki icraatda iddia tələbinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) 07 oktyabr 2020-ci il tarixli, 2(0 01)-185/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı yaşadığı binadakı bütün qonşulara (cavabdehlərə) məxsus mübahisəli eyvanların tamamilə sökülməsini tələb etməkdə haqlı deyildir; belə ki, o (iddiaçı) üst qonşusu olan Cavabdeh1 istisna olmaqla digər cavabdehlərə məxsus eyvanların onun hansı maraqlarını pozduğunu ümumiyyətlə əsaslandıra bilməmiş, sadəcə həmin şəxslərə məxsus eyvanların binanın fasadını çox eybəcər hala saldığını qeyd etməklə kifayətlənmişdir.
10. İddia tələblərinin Cavabdeh1 yönələn hissəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyində “Cavabdeh1 məxsus 74 saylı mənzilin eyvan tikilisinin faktiki vəziyyətdə iddiaçıya məxsus 71 saylı mənzilə hər hansı təhlükə törədə bilməsini müəyyə n etmənin tikinti ekspertinin səlahiyyətinə aid olmadığı və həmin sahə üzrə xüsusi biliyə malik mütəxəssislər (tikinti konstruktoru) tərəfindən müvafiq araşdırmalar aparılmaqla müəyyən edilə biləcəyigöstərildiyindən iş üzrə həmçinin mütəxəssis rəyi də alınmış, 23 sentyabr 2020-ci il tarixli həmin rəydə isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mühəndisi M.Nəbiyev “Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6cı mkr, Ə.Əlixanov küçəsi, ev 89, 74 saylı mənzildə inşa edilmiş eyvanın onun alt qonşusu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, ev 89, 71 saylı mənzilə faktiki vəziyyətdə hər hansı təhlükə törətmədiyi” nəticəsinə gəlmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh1 inşa etdirdiyi eyvanın iddiaçının mənzilinə hər hansı bir təhlükə törətməsi faktı sübuta yetirilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Talışınski) 12 oktyabr 2021-ci il tarixli, 2(103)1467/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(001)-185/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 aid hissədə ləğv olunmuş, həmin hissədə işin icraatına xitam verilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Mə mmədova və F.Talışınski) 12 oktyabr 2021-ci il tarixli, 2(103)1467/21 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(001)-185/2020 saylı qətnaməsi yoxlanılan hissədə ləğv edilməsi, iddia Cavabdeh1 münasibətdə təmin edilməsi, Cavabdeh1 məxsus ünvan 15 ünvanında yerləşən 74 saylı mənzilin eyvan hissəsində qeyri-qanuni aparılmış tikinti cavabdehin hesabına sökülməsi və eyvan əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh1 mütəxəssis rəyinə görə 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azkommunlyaihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına (VÖEN: **********, h/h: AZ04AZFİ********************, "xxxx" Bank ASC-nin Sahil filialı, Bank: **********, m/h: AZ81NABZ********************, kod: 501305 SWİFT: AZFİAZ22,), aparılmış ekspertizalar üzrə isə 200 (iki yüz) manat alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN: **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh məhkəməyə qeyd olunan halı (artırma, əlavə tikinti işlərinə rəsmi razılığın olması və s.) təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
13. İş üzrə keçirilmiş ekspertizalar üzrə bu sahədə ixtisaslı şəxslərin rəylərinə, eyni zamanda işdə olan fotoşəkillərə əsasən cavabdehə məxsus 74 saylı mənzilin eyvan tikilisində bin anın faktiki vəziyyətə görə müəyyən edilmiş sxeminə uyğun gəlməyən yenidənqurma işləri aparılmaqla ümumi sahənin genişləndirildiyi, eyvan sahəsinin faktiki olaraq mənzilin ilkin vəziyyətinə zidd olaraq su və kanalizasiya xətləri çəkilərək, müvafiq avadanlıqlar quraşdırılmaqla mətbəx kimi istifadə edildiyi və bu sahədən iddiaçıya məxsus 71 saylı mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 21.07.2014-cü il tarixli qətnaməsi üzrə nəticəsi əsas götürülmüş və hər iki iddianın birinin digərinin əksi kimi qəbul edilməklə İddiaçı iddiası təmin olunmuşdur. Apellyasiya məhkəməsi şikayətə baxarkən AR MPM-nin 13-cü, 14-cü, 88-ci maddələrinin tələblərini pozub. İş üzrə düzgün normalara istinad edilməyib, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə, işin mahiyyətinə tamamilə uyğun gəlməyən həqiqi halları özündə ehtiva etməyən, maddi və prosessual normaların tələblərinin aşkar pozulmaqla düzgün olmayan qətnamə qəbul edib. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiası üzrə əsas götürməklə özünün icraatında baxılan şikayəti təmin etmişdir Halbuki, iddiaçının xeyrinə qəbul edilmiş məhkəmə aktı hələdə icra olunmamışdır. Səbəb isə qətnamənin icra olunacağı təqdirdə binanın özünə zərərin vurulması ehtimalının olması və bu barədə mütəxəssis rəyi əsas götürülmüşdür və icra s ənədi icrası mümkün olmayan məhkəmə aktı kimi məhkəməyə geri qaytarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
18. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciət i üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
19. Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
20. Maddə 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.
21. Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanınınqərarı əsasında aparılır. Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi 01.01.2013-cü il tarixədək qüvvədə olmuş “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu:
22. Maddə
17. Bənd 4 və
5. Mövcud tikililərdə yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişiklikləri müvafiq orqanlarla razılaşdırmaqla həyata keçrimək şəhərsalma fəaliyyəti sahəsində hüquqi və fiziki şəxslərin vəzifələrinə aiddir. Özlərinə məxsus daşınmaz əmlak və onlardakı dəyişikliklər haqqında dövlət şəhərsalma kadastrı və monitorinqini aparan müvafiq icra hakimiyyəti orqanına məlumat vermək şəhərsalma fəaliyyəti sahəsində hüquqi və fiziki şəxsləri n vəzifələrindən biridir.
23. Maddə
25. Bənd
11. Tikintisi başa çatmış bina və qurğuların istifadəyə verilməsi və istismar olunması qaydaları hüquqi və fiziki şəxslər tərəfindən pozulduqda onlar inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 30. ünvan 1 ünvanında yerləşən yaşayış binasında 29,47 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 71 saylı mənzil İddiaçı, həmin binada yerləşən 74 saylı mənzil isə Cavabdeh1 mülkiyyətində olmaqla, cavabdehə məxsus mənzil iddiaçıya məxsus mənzilin üzərində yerləşir.
31. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2020-ci il tarixli, 23077 saylı rəyində qeyd olun muşdur ki, 89 saylı evin, 74 saylı mənzilinə dair Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində təsdiq edilmiş eskiz layihəsi mülki iş materiallarında olmadığından, həmin mənzilin eyvan tikilisinin eskiz layihəsinə uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Lakin tədqiq olunan binanın digər mənzillərindəki eyvan tikililəri ilə mübahisəli mənzillərin eyvan tikililəri müqayisə edildikdə, 71 və 74 saylı mənzillərin eyvan tikililərində yenidənqurma işləri aparıldığı və ümumi sahənin genişləndirildiyi müəyyən edilmişdir. 74 saylı mənzilin eyvan tikilisinin faktiki vəziyyətdə 71 saylı mənzilə hər hansı təhlükə törədə bilməsini müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin sahə üzrə xüsusi biliyə malik mütəxəssislər (tikinti konstrukto ru) tərəfindən müvafiq araşdırmalar aparılmaqla müəyyən edilə bilər. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 71 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 74 saylı mənzilin isə 71 saylı mənzilin üstündə 5-ci mərtəbədə yerləşdiyini, 71 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, 71 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 74 saylı mənzildən su axıdıldığı müəyyən olunmuşdur. 74 saylı mənzildəki su, kanalizasiya xətləri gizli şəkildə çəkildiyindən, eləcə də su sızdığı vaxtdan müəyyən müddət keçdiyindən 71 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin 74 saylı mənzilin eyvan ti kilisinin yenidənqurma işləri aparılaraq, mətbəx kimi istifadə edildiyini nəzərə alaraq, 71 saylı mənzilə su sızması 74 saylı mənzilin su, kanalizasiya xətlərində yaranan qəzadan, döşəmə altı izolyasiya qatında əmələ gələn qüsurlardan və ya mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər.
32. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 23.09.2020-ci il tarixli rəyində isə qeyd olunmuşdur ki, cavabdehin mülkiyyətində olan 74 saylı mənzildə inşa edilmiş eyvan onun alt qonşusu iddiaçının mülkiyyətində olan 71 saylı mənzilə faktiki vəziyyətdə hər hansı təhlükə törətmir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatşılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir.
34. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən, yeni obyektlərin yerləşdirilməsi və tikintisi üzrə tamamlanmış layihə təsdiq edilənə qədər o, layihə müəllifinin iştirakı ilə yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti tərəfindən baxılmalı və razılışdırılmalıdır.
35. Baxılan işdən görünür ki, tərəflər eyni yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri olmaqla, cavabdeh iddiaçının üst qonşusudur və hər iki mənzilin eyvan sahəsində əlavə tikinti işləri aparılmaqla artırmalar edilmişdir.
36. Hazırda iddiaçı, cavabdeh tərəfindən özünə məxsus mənzilin eyvanında edilmiş qeyriqanuni artırmaların qonşu sahənin mülkiyyətçisi kimi onun hüquqlarını pozduğunu bildirərək, sözügedən tikilinin (eyvanın) sökülməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, özünə məxsus mənzildə analoji tikinti işlərinin aparılmasına müvafiq icra hakimiyyəti orqanlarından razılıq aldığını və həmin işlərin iddiaçının mülkiyyətində olan mənzillə heç bir maeçilik yaratmadığını bildirir.
37. Məhkəmə kollegiyası, şəhərsalma və tikinti sah əsində qanunvericiliyin yuxarıda norma və qaydalarını nəzərə alaraq, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə cavabdeh tərəfindən aparılmış əlavə tikinti işlərinin qanuni olub-olmadığını müəyyən edərək qeyd etmişdir ki, sübutetmə yükü baxımından bu halı sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq, cavabdeh məhkəməyə qeyd olunan halı (artırma, əlavə tikinti işlərinə rəsmi razılığın olması və s.) təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilmə li olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfin izahatı isə özü-özlüyündə bu halın müəyyən olunması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Bununla yanaşı, apellyasiya baxışında iddia tələbinin faktiki və hüquqi əsaslarının tam yoxlanılması məqsədilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli, 10/2404 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 74 saylı mənzilə dair Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarə sində təsdiq edilmiş eskiz layihəsi mülki iş materiallarında olmadığından və əlavə olaraq təqdim edilmədiyindən həmin mənzilin eyvan tikilisinin eskiz layihəsinə uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamış, lakin tədqiq olunan binanın digər mənzillərindəki eyvan tikililəri ilə mübahisəli mənzilin eyvan tikilisi müqayisə edildikdə 74 saylı mənzilin eyvan tikilisində yenidənqurma işlərinin aparıldığı və ümumi sahənin genişləndirildiyi müəyyən edilmişdir. 74 saylı mənzil ilkin vəziyyətdə 2 yaşayış otağı, mətbəx, dəhliz, hamam, ayaqyolu və balkon tikilisindən ibarət olmuş, lakin baxış zamanı balkon tikilisinin təyinatında dəyişiklik edildiyi və həmin tikilidə yenidənqurma işləri aparılaraq, metal konstruksiyalardan çərçivə yığıldığı, divarların kərpiclə hörüldüyü, 2 ədəd pənc ərə bloku quraşdırıldığı və ümumilikdə eyvan sahəsinin genişləndirildiyi, tikilidə su və kanalizasiya xətlərinin çəkildiyi və müvafiq avadanlıqlar quraşdırıldığı, faktiki olaraq mətbəx kimi istifadə edildiyi, ilkin vəziyyətdə mətbəx kimi nəzərdə tutulan sahənin isə yaşayış otağı kimi istifadə olunduğu müəyyən edilmişdir.
39. Göründüyü kimi, iş üzrə keçirilmiş ekspertizalar üzrə bu sahədə ixtisaslı şəxslərin rəylərinə, eyni zamanda işdə olan fotoşəkillərə əsasən cavabdehə məxsus 74 saylı mənzilin eyvan tikilisində binanın faktiki vəziyyətə görə müəyyən edilmiş sxeminə uyğun gəlməyən yenidənqurma işləri aparılmaqla ümumi sahənin genişləndirildiyi, eyvan sahəsinin faktiki olaraq mənzilin ilkin vəziyyətinə zidd olaraq su və kanalizasiya xətləri çəkilərək, müvafiq avadanlıqlar quraşdırılmaqla m ətbəx kimi istifadə edildiyi və bu sahədən iddiaçıya məxsus 71 saylı mənzilə su axıdıldığı müəyyən olunmuşdur.
40. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
41. Belə olan hala, məhkəmə kollegiyası, cavabdehə məxsus mənzilin eyvan sahəsində tikinti işlərinin aparılmasına dair qanunla tələb olunan formada icazə alınmadığını, sözügedən ekspert rəylərini, eyni zamanda mənzillərin işdə olan fotoşəkillərə əsasən müəyyən olunan faktiki yerləşmə vəziyyətlərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı bilavasitə alt qonşu sahənin m ülkiyyətçisi kimi haqlı olaraq cavabdeh tərəfindən aparılmış həmin qeyri-qanuni tikilinin sökülməsində maraqlıdır. Ona görə ki, yuxarıda da qeyd oldunduğu kimi, iddiaçı və cavabdeh yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri kimi mülkiyyət hüquqlarını həyata keçirərkən hər biri digər mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir.
42. Kollegiya, bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, tərəflər arasındakı münasibətlərin aşağıdakı xarakteri də nəzərə alındıqda əks nəticə haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə)uyğun olmazdı. Belə ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, ilk öncə Cavabdeh1 İddi açı qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri 6-cı mkr, Ə.Əlixanov küçəsi 89 saylı evin 71-ci mənzilində binanın layihəsində nəzərdə tutulmamış əlavə yenidənqurma işlərinin aparılması yolu ilə evin eyvanında inşa edilmiş qeyri-qanuni tikilinin onun hesabına sökülməsi və eyvanın əvvəlki vəziyyətinə qaytarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır.
43. Həmin iş üzrə keçirilmiş məhkəmə-mühəndis ekspertizaları üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16616 saylı, 13.11.2013-cü il tarixli və 5357 saylı, 22.05.2014-cü il tarixli (təkrar) ekspert rəylərinə əsasən 89 saylı evin, 71 saylı mə nzilində inşa olunmuş 14,3 kv.m. ölçüdə mübahisəli tikilinin (eyvanına artırılmış hissəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələbinə uyğun olmadığı, həmin mənzildə aparılan əlavə tikililərin iddiaçının mülkiyyətində olan mənzilin istifadəsinə hər-hansı texniki maneələr yaratmadığı müəyən edilmişdir.
44. Ali Məhkəmə qeyd olunan ekspertiza rəylərinə istinad edərək, iddiaçının bu iddianı irəli sürmək üçü n subyektiv hüququnun olmadığı əsası ilə rayon məhkəməsinin qətnaməsinin ləğv olunması barədə birinci apellyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edib, işi yeni apellyasiya baxışına qaytararkən 24 iyun 2015-ci il tarixli qərarında İddiaçı tərəfindən mənzilin eyvanında aparılmış tikilinin qanunsuz olmasına və yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri kimi tərəfindən mülkiyyət hüquqlarını həyata keçirərkən digər mülkiyyətçinin eyni hüquqları həyata keçirməsinə hər hansı formada maneçilik yaratmamaq vəzifəsinə istinad etmişdir. Göründüyü kimi, tərəflər arasındakı hər iki mübahisə eyni xarakterli olmaqla, digəri tərəfindən mənzilin eyvan hissəsində aparılmış qanunsuz tikililərin sökülməsi barədədir.
45. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, belə olan h alda, iddiaçıya məxsus mənzildə aparılmış qeyri-qanuni tikilinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sökülməsinə baxmayaraq, cavabdehə məxsus mənzildə aparılmış eyni formalı tikilinin saxlanılması bərabərlik prinsipinin pozulması, yəni eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər ki, bu da məsələnin həllinə ədalətlə yanaşma sayılmaz.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflər ə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1467/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.