Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1874/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1874/2019 06 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ASC-nin vəkili Vəkil, Cavabdeh1 və onun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli, 2(103)9371/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏ YYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Ə.Misirzadə) 30 may 2018-ci il tarixli, 2(011)-1344/2018 saylı qətnaməsi ilə, ilkin iddianın qismən təmin edilməsi, 21796,95 manat məbləğində əsas borcun, 3910,25 manat məbləğində faiz borcunun, 800 manat məbləğində cərimənin, cəmi 26507,20 manat məbləğində kredit borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 3 saylı evin, 30 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 3 saylı evin, 30 saylı mənzilinin ilkin satış qiymətinin 72000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borcuna ö dənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə qarşı - bankla zamin Cavabdeh2 arasında bağlanmış 04.08.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilmiş hesab edilməklə, iddia tələbinin Cavabdeh2 qarşı hissəsində rədd edilməsi, Cavabdeh2 əmək haqqı kartından əsassız olaraq tutularaq kredit borcuna yönəldilmiş 2255,82 manat bankdan alınaraq Cavabdeh2 qaytarılması barədə qarşılıqlı iddiasının rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 140 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov) 01.10.2018-ci il tarixli, 2(103)-9371/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cava bdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 21796,95 manat məbləğində əsas borc, 3910,25 manat məbləğində faiz borcu, 800 manat məbləğində cərimə, cəmi 26507,20 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, qətnamə qalan hissədə yəni, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 3 saylı evin, 30 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 3 saylı evin, 30 saylı mənzilinin ilkin satış qiymətinin 72000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borcuna ödənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə qarşı - bankla zamin Cavabdeh2 arasında bağlanmış 04.08.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilmiş hesab edilməklə, iddia tələbinin Cavabdeh2 qarşı hissəsində rədd edilməsi, Cavabdeh2 əmək haqqı kartından əsassız olaraq tutularaq kredit borcuna yönəldilmiş 2255,82 manat bankdan alınaraq Cavabdeh2 qaytarılması barədə qarşılıqlı iddiasının rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 140 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi hi ssəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.08.2014-cü il tarixli 600-SF/14 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, həmin müqavilə üzrə Cavabdeh1 banka olan 21796,95 manat əsas, 1614,91 manat faiz və 6445,42 manat cərimə borcu olmaqla, cəmi borcu 29857,28 manat məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsum və xidmət haqqı, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.08.2014-cü il tarixli 600-SF/14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17% faiz olmaqla, 42 ay müddətinə 35 000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə öhdəliklər in icrasının təminatı kimi Bankın “Sahil” filialı ilə Cavabdeh1 arasında müvafiq olaraq 04.08.2014-cü il tarixli 600- SF/14 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqavilələrə görə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı 04.08.2014-cü il tarixli 600-SF/14 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 04.08.2014-cü il tarixli 601T-SF/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh 04.08.2014-cü il tarixli 600-SF/14saylı kredit müqaviləsi 20.06.2017-ci il tarixinədək əsas borcundan 26649,78 manat və faiz borcundan 12658,68 manat ödəməli olduğu halda, əsas borcdan 13203,05 manat, faiz borcundan isə 11043,77 manat ödəniş etmiş dir. Hal-hazırda borclu Cavabdeh1 İddiaçı ASC-yə 21796,95 manat faiz və 6445.42 manat cərimə borcu olmaqla, cəmi borcu 29857.28 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Borcun ödənilməsi ilə əlaqədar Cavabdeh1 dəfələrlə müraciət olunmasına, xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Həmçinin, cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Daha sonra, iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.08.2 014-cü il tarixli 600-SF/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 21796,95 manat əsas, 2953 manat faiz və 8096,05 manat cərimə borcu olmaqla, cəmi borcu 32846 manat məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsum və xidmət haqqı, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması, həmin məbləğin ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi,ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qa ydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.08.2014-cü il tarixli 600SF/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 21796,95 manat əsas, 4166.45 manat faiz və 8 096,05 manat cərimə borcu olmaqla, cəmi borcu 34059.45 manat məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsum və xidmət haqqı, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması, həmin məbləğin ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 3 saylı evin 3 0 saylı mənzilinə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla zamin Cavabdeh2 arasında bağlanmış 04.08.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilmiş hesab edilməklə, iddia tələbinin Cavabdeh2 qarşı hissəsində rədd edilməsi, Cavabdeh2 əmək haqqı kartından əsassız olaraq tutularaq kredit borcuna yönəldilmiş 2255,82 manat bankdan alınaraq Cavabdeh2 qaytarılması barəd ə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi düzün deyildir. Çünki bank borc məbləğini tam şəkildə tələb etməsinə baxmayaraq kredit müqaviləsinin ləğvi tələbini qoymamışdır. Belə olduqda yalnız gecikmə hissədə borcu tələb edə bilər. Bu məsələyə məhkəmə hüquqi qiymət verməlidir. Əgər bank bütün borcu geri tələb edirsə, o zaman kredit müqaviləsinin ləğvi tələbini də qoymalı, yaxud yalnız gecikmə ədə əsas və faiz borcunu tələb etməlidir. Qarşılıqlı iddianın digər əsası isə Zaminlik müqaviləsinin ləğvi ilə bağlıdır. Bank zaminə qarşı tələb yönəltmiş olsa da, məhkəmə diqqətə almalıdır kı, kredit müqaviləsinə dəyişikik edərkən zaminlik müqaviləsinə dəyişiklik edilməmişdir, ümumiyyətlə zaminin bu barədə razılığı alınmamı şdır. Kredit müqaviləsi bağlanarkən tərəflər eyni vaxtda 04.02.2014 tarixli ödəniş qrafiki də tərtib etmişdirlər ki, həmin qrafikə görə son ödəniş 04.02.2018-ci il tarixdə bitməli və müddətin sonunda əsas borcun qalığı sıfır manat olmalı idi. Amma 04.01.2016-cı il tarixdə yeni qrafik tərtib etdilmişdir ki, bu qrafikə görə əsas borcun 13334,95 manatı müddət sonuna qalmalı və sonuncu gün ödənilməlidir. Bu isə o deməkdir ki, borcun böyük hissəsinin ödənişi qrafik üzrə sonuncu günə saxlanmışdır. Nəticədə isə banka daha çox faiz ödəməlidirlər. Hər iki qrafiki müqayisəli şəkildə təhlil etdikdə görmək olur ki, ilk qrafikə görə onlar 11679,25 manat faiz, sonrakı qrafikə görə isə onlar banka 13806,41 manat faiz ödəməlidirlər. Sonrakı qrafikə görə onlar banka 2127.16 manat məbləğində artıq faiz ödəm əlidirlər. Artıq ödənilmənin səbəbi isə yeni qrafikin tərtib edilməsidir. Bu hallar üzrə kredit müqaviləsinə dəyişiklik edilməsinə baxmayaraq zaminlik müqaviləsinə heç bir dəyişiklik edilməmişdir. Bu isə zaminliyə xitam üçün əsasdır. Bu cür hal əslində Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən borclunun (zaminin) maddi vəziyyətini ağırlaşdıran, məsuliyyətini artıran, əlverişsiz şərait yaradan hal kimi nəzərdən keçirilməli və bu cür dəyərləndirilməlidir. Qarşılıqlı iddianın digər əsası zaminin əmək haqqı kartından pulun tutumasıdır. Zamin Cavabdeh2 əmək haqqı kartı “İddiaçıda” ASC-də olduğu üçün zaminin əmək aqqı kartından ümumilikdə 2255,82 manat tutularaq kredit ödənişinə istiqamətləndirilmişdir. Məhkəmə qərarı olmadan müştərinin bank hesabından tutularaq hər hansı istiqamətə yönəlilmə sı, tutulması qanunsuzdur, Mülki Məcəllənin 964-cü maddəsini tələblərinə ziddir. Odur ki, zaminin əmək haqqısından tutularaq kredit borcuna yönəldilmiş pul məbləği geri qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qarşılıqlı iddianın əsaslarından biri zaminlik müqaviləsinin ləğvi ilə bağlıdır. Yəni bank zaminə qarşı tələb yönəltmiş olsa da məhkəmə diqqətə almalı idi ki, kredit müqaviləsinə dəyişikik edərkən zaminlik müqaviləsinə dəyişiklik edilməyib və zaminin razılığı alınmayıb. Kredit müqaviləsi bağlanarkən tərəflər eyni vaxtda 04.02.2014 tarixli ödəniş qrafiki də tərtib etmişdirlər ki, həmin qrafikə görə son ödəniş 04.02.2018- ei il tarixdə bitməli idi və müddətin sonunda əsas borcun qalığı sıfır manat olmalı idi. Amma bank və borcalan yeni qrafik tərtib etmişdirlər ki, bu qralikə görə əsas borcun 13 334.95 manat müddət sonuna qalmalı və sonuncu gün ödənilməlidi. Bu isə o deməkdir ki, borcun böyük hissəsinin ödənişi qrafik üzrə sonuncu günə saxlanmışdır. Nəticədə isə onlar banka daha çox faiz ödəməlidirlər. Hər iki qrafiki müqayisəli şəkildə təhlil etdikdə görmək olur ki, ilk qrafikə görə onlar 11 679,25 manat faiz, sonrakı qrafikə görə isə onlar ban ka 13 806.41 manat faiz ödəməlidirlər. Sonrakı qrafikə görə onlar banka 2127.16 manat məbləğində artıq faiz ödəməlidirlər. Artıq ödənilmənin səbəbi isə qeyd etdiyi kimi yeni qrafikin tərtib edilməsidir. Bu hallar üzrə kredit müqaviləsinə dəyişiklik edilməsinə baxmayaraq zaminlik müqaviləsinə heç bir dəyişiklik edilməmişdir. Bu isə zaminliyə xitam üçün əsasdır. Bu cür hal əslində Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən borclunun (zaminin) maddi vəziyyətini ağırlaşdıran, məsuliyyətini artıran, əlverişsiz şərait yaradan hal kimi nəzərdən keçirilməli və bu cür dəyərləndirilməlidir. Belə olduğu halda Məhkəmə Mülki Məcəllənin 477.0.1 -ci maddəsini tətbiq etməmiş və bununla da MPM-in 217.1- ci maddəsinin tələblərini pozmuşdur. Yuxarıda qeyd edilənlərlə yanaşı apellyasiya instansiyası məhkəmə si 800 manat cərimənin tutulması hissəsində də pozuntuya yol vermiş, Mülki Məcəllənin 465-466-cı maddələrini düzgün tətbiq etməmişdir. Cərimənin tutulması ümumiyyətlə qanunsuzdur. Çünki cərimənin hesablanması qaydası və forması müqavilədə nəzərdə tutulmamışdır. Mülki Məcəlləyə görə cərimə (dəbbə) ya qanun üzrə və yaxud müqavilə üzrə yarana bilər. Hazırkı halda isə müqavilədə cərimənin tutulması qaydası və forması nəzərdə tutulmamışdır (yəni neçə gün gecikdikdə, hansı məbləğə görə neçə faizlə hesablanacaqdır). Mühasibatlıq ekspertizası da cərimə ilə bağlı heç bir rəy verməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə cəriməni özmülahizəsinə görə qət etmiş, apellyasiya məhkəməsi isə bu halı araşdırmamışdır ki, bu da qanuni və ədalətli deyildir. Onsuz da əsas və faiz borcu ödəyə bilmirlər, b elə olduğu halda cərimənin də üzərlərinə qoyulması düzgün deyildir. Məhkəmə ümumi şəkildə məsələyə münasibət bildirməklə, cərimənin tutulması üçün əsasın mövcud olub-olmaması məsələsini araşdırmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkilinin dediklərinə uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş e tmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 01.10.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsini qismən ləğv edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, ilkiun iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilmiş hissəsində iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında 600-SF/14 saylı, 04.08.2014-cüi l tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə, illik faiz dərəcəsi 17% olmaqla 35000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə bank arasında verilmiş kreditin təminatı kimi 04.08.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında 04.08.2014-cü il tarixli, 600-SF/14 saylı kredit müqaviləsi üzrə 04.08.2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. RX seriyalı, 0508630saylı çıxarışa əsasən, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 3 saylı evin 30 nömrəli mənzili İddiaçı ASC-nin “Sahil” filialının xeyrinə 42 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC tərəfindən 28.09.2017-ci il tarix də cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdeh1 28.09.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. Bildirişin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Cavabdeh1 04.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 23.05.2018-ci il tarixinə 21796,95 manat əsas borcu, 4166,45 manat faiz borcu, 8096,05 manat məbləğində cərimə borcu vardır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 4173 saylı, 07.05.2018-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 20.06.2017-ci il tarixə olan borcu 23401,57 manat (əsas borc üz rə 21,796,95 manat, faiz borcu üzrə 1604,62 manat) məbləğində, 04.02.2018-ci il tarixə olan borcu 25707,2 manat (əsas borc üzrə 21796,95 manat, faiz borcu üzrə 3919,25 manat) məbləğində müəyyən edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.02.2018-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş, “xxxx” MMC-nin Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi 3 saylı evin 30 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 0219/18/TB saylı, 16.04.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 72000 manat məbləğində təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında 04.08.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə həmçinin İddiaçı ASC ilə Cavabdeh1 arasında 04.08.2014-cü il tarixli, 600-SF/14 saylı kredit müqaviləsi üzrə 04.08.2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. Maddi hüq uq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi mübahisələndirilən hissədə iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra e dilməsi) başa düşülür. 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafıq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərə rin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. 319.1.-cu maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması. 59.3.-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keç irərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mübahisə edilən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün əsas borclu Cavabdeh1 ilə yanaşı həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün əsas borclu ilə birgə məsuliyyət daşıyan, qeyd olunan kredit müqaviləsinə zamin durmuş Cavabdeh2 da məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarına istinad edərək qeyd etmişdir ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməsi üçün Cavabdeh2 04.08.2014-cü il tarixdə zaminlik müqaviləsi ilə məsuliyyəti öz üzərinə götürmüşdür. Ona görə də, qeyd olunan kredit mü qaviləsindən irəli gələn öhdəliklər üzrə məsuliyyəti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada daşımalıdırlar. Qarşılıqlı iddia ilə bağlı da apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə kollegiya razılaşır. Belə ki, apellyasiya instansiyası düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2lə iddiaçı arasında bağlanmış 04.08.2014-cü il tarixdə zaminlik müqaviləsinin 3.1.2-ci bəndinə əsasən Borcalan Bank qarşısında öz öhdəliklərini icra etmədikdə Bank Zaminə məlumat verməklə, borc məbləğini Zaminin razılığı olmadan, onun Bankda (İddiaçı ASC-də) olan hesablaşma və əmanət hesablarından birtərəfli qaydada silə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borcalan bank qarşısında öz öhdəliklərini icra etmədikdə, borc məbləğinin Zaminin razılığı olmadan, onun bankda olan hesablaş ma və əmanət hesablarından birtərəfli qaydada şilinə bilməsi nəzərdə tutulduğundan, qarşılıqlı iddianı qeyd edilən hissədə əsassız hesab etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 964.1 -ci maddəsinə əsasən, hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Həmin Məcəllənin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Qarşılıqlı iddianın qalan hissəsi ilkin iddia ilə qarşılıqlı surətdə bağlı olduğundan və birinin təmin edilməməsi digərinin təmin edilməsini istisna etdiyindən qarşılıqlı iddia düzgün olaraq ümumən rədd edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, işin halları ilə ödəniş qrafikində hər hansı dəyişikliyin olması apellyasiya istansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdır. Kassasiya kollegiyası ümumiyyətlə qeyd edir ki, zaminliyə xitam vermək üçün Mülki Məcəllənin 477-ci maddəsi ilə nəzərdə tutulmuş zaminin vəziyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədiyindən qarşılıqlı iddianın rədd edilməsindən ibarət qənaət düzgün olmuşdur. İddianın dəbbə pulunun tutulması tələbinin təmin edilmiş hissəsinin qanunsuzluğu ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə də kollegiya razlaşmır. Belə ki, həqiqətən də əsas, faiz borcunun məbləğinə və cavabdehin əmlak vəziyyətinə münasibətdə tələb edilən dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək olduğundan aşağı instansiya məhkəməsinin qət etdiyi məbləğədək azaldılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. D əbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanun dəbbə pulunun silinməsini deyil, məhz azaldılmasını nəzərdə tutumuşdur ki, məhkəmə də işin faktiki hallarını nəzərə alaraq kifayət qədər azaltmışdır. Odur ki, bu hissədə də apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni olmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 01.10.2018-ci il tarixli, 2(103)-9371/2018 nömrəli qətnaməsi ilkin iddianın təmin və qarşılılıq iddianın rədd edilməsi hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-1874/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1874/2019
06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver