Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1874/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-10027/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.H.Xəzri, iş № 2(003)-1086/2019) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 10.450 manat tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Xəzər rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni 10.450 manatın tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddianın qismən təmin edilib cavabdehdən 3879 manat alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tanışlıq münasibətində olduğu Cavabdeh 2017-ci ilin aprel ayında xx xxxxx 2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 6600 manat, xx xxxxxxxx 2017-ci il tarixdə isə həmin ilin oktyabr ayına kimi 3850 manat, cəmi 10.450 manat məbləğində borc verməsini, lakin həmin borcun cavabdeh tərəf indən qaytarılmamasını əsas göstərməklə cavabdehdən 10.450 manatın və bank uçot dərəcəsinə uyğun olaraq 902 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmaya raq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus əmək haqqı kartı ilə xx xxx 2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 6571 manat məb ləğində pul vəsaiti cavabdehin hesabından çıxarılmışdır. İşin həmin halı “xxxxxxxxxxxxxxx” ASC-dən tələb edilmiş video görüntülərlə təsdiq olunduğundan, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən ümumi borcdan 6571 manatın iddiaçıya qaytarılması barədə nəticəyə gələrək iddianı həmin hissədə 3879 manat məbləğində təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı borcun 6571 manat məbləğində hissəs inin ona qaytarılmamasını sübuta yetirə bilmədiyindən iş üzrə qaytarılmamış borcun məbləğinin 3879 manat təşkil etməsi isə təsdiq olunduğundan, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1874/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1874/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver