Məhkəmə qərarları › İş №2(102)-1874/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1874/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1874/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****4/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-***/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şi kayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ********** saylı kredit razılaşması üzrə 12605.22 ABŞ dolları əsas kredit borcunun, 3988.21 ABŞ dolları faiz borcunun, 5750.22 ABŞ dolları cərimə borcunun, cəmi 22343.65 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ***** şəhəri ************ 0.023 ha torpaq sah əsində yerləşən ***** saylı fərdi yaşayış evinə yönəldilməsi, qeyd ediləm mənzilin açıq hərracdan satılası, və ümumilikdə 22343.65 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “İddiaçı“ QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, həmin fərdi yaşayış evinin tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2018-ci il tarixli 2(046)-*****/2018 nömrəli qərardadı ilə (hakim İbrahim Fəttahov) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “baş kredit razılaşması”, “kredit xətti müqavilələri” adı altında olan müqavilələrə görə bağlanılan zaminlik və ipoteka müqavilələrinin Mülki Məcəlləsinin 470.2-ci maddəsi və “İpoteka haqqında” Qanunun 1.0.8 və 10.0.5-ci maddələrinə uyğunluğu baxımından şərh edilməsi barədə iş üzrə qərarı çıxarılana qədər, iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (046)-****/2019 nömrəli qərardadı ilə (hakim İbrahim Fəttahov) iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə tapşırılmışdır. xxxx MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki, Cavabdeh1 ****** şəhəri H.Hacıyev küçəsində mülkiyyətində olan 0.023 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 35000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(046)-****/2019 nömrəli qərardadı ilə (hakim İbrahim Fəttahov) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli ***** saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödəniş qəbzləri, “kreditin statusu” vərəqəsinin məlumatları; xx xxxx 2015-ci il tarixli “Saziş” və xx xxxxxxx 2016-cı il tarixli “Saziş”-in şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx.xx.2018-ci il tarixə (iddia tarixinə) banka olan əsas borc üzrə 12605.22 ABŞ dolları və faiz borcu üzrə 3.988,21 ABŞ dolları olmaqla, cəmi 16.593,43 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-*****2019 nömrəli qətnaməsi ilə (hakim –İbrahim Fəttahov) iddia qismən təmin edilərək, Cavabdeh1 ********** saylı kredit razılaşması 12605,22 ABŞ dolları əsas kredit borcu, 3988,21 ABŞ dolları faiz borcu, 5.22 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16598.65 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi ilə, 30 man at dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 ***** şəhəri ***** küçəsində mülkiyyətində olan 0.023 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcu ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 200 manat məbləğində pulun Cavabdeh1dan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi q ət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ****** şəhəri ***** küçəsində mülkiyyətində olan 0.023 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı QSC ilə Cavabdeh1 bağladığı kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh2 Cavabdeh1 20000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Cavabdeh1 isə yuxarıda qeyd edilən müqavilələr üzrə cəmi 16000 ABŞ dolları kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxx 2016-cı il tarixdə və xx xxxxxxx 2016-cı il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmış, kredit xətti müqaviləsi üzrə kreditin faiz dərəcəsinə və ödəniş planına dəşiklik edilmiş, hər iki saziş bağlanılarkən zamin Cavabdeh2 razılığı alınmamış və həmin sazişlər Cavabdeh2 tərəfindən imzalanmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu Cavabdeh2 tələb etməkdə haqlı deyildir. Ona qarşı qaldırılan iddia təmin edilə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, İddiaçı QSC həmin borcun ipoteka ilə yüklü edilmiş ***** şəhəri ***** küçəsində mülkiyyətində olan 0.023 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsini, həmin torpaq sahəsinin və fərdi yaşa yış evinin hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin boşaldılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehdən kredit razılaşması üzrə 5750.22 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 5.22 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi ha lda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh1 **** şəhəri ****** küçəsində mülkiyyətində olan 0.023 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması,fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və İddiaçı QSC-nə təhvil verilməsi tələbi təmin edilməməlidir. Çünki həmin fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsini tələb etmək və cavabdehin fərdi yaşayış evindən çıxarılması tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə iddiaçıya məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 448.1, 448.2, 477.0.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin faiz borcu, fərdi yaşayış evi satıldıqdan bir ay ərzində boşaldılması və ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 35000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, iddianın faiz borcu və fərdi yaşayış eiv satıldıqdan bir ərzində boşaldılması hissəsində əsassız oldjuğundan təmin edilməməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin əsaslı təmir olunması nəzərə alınmaqla və həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsini, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Vəzirxan Məlikov) xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə yenidən qiymətləndirmə erkspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmiş, pandemiya səbəbindən əmlaka baxış keçirilməsi mümükn olmamış, bu səbəbdən qərardad icra olunmadan geri qaytarılmışdır. Şəki Apelyasiya Məhkəmə si Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Vəzirxan Məlikov) xx xxxx 2020-ci il tarixli qərardadı ilə yenidən qiymətləndirmə erkspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli *** *** nömrəli rəydən görünür ki, Cavabdeh1 məxsus ünvan1 ünvanda yerləşən xüsusi mülkiyyətdə olan 0.023 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 68.9 kv.m yaşayış, 48.1 kv.m yardımçı, 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırki vəziyyətdə real bazar qiyməti 40000 manat, likvid dəyəri isə 33000 manat təşkil edir. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Vəzirxan Məliko v) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)***/2019 nömrəli qətnaməsinin“ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan1 ünvanda yerləşən 0.023 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 68.9 kv.m yaşayış, 48.1 kv.m yardımçı, 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırki vəziyyətdə likvid dəyərinin 33000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının cavabdeh (zamin) Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələri ilə müəyyən olunmuşdur ki, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda h əm borclu, həm də zaminlərə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edilmişdir ki, zaminlər kredit raşılaşma müqaviləsi üzrə tərtib olunmuş ödəniş planı (ödəniş qrafiki) ilə tanış edilmiş və sonuncular ayrı-ayrılıqda imza etməklə ödəniş planı ilə tanış olduqlarını və etiraz etmədiklərini bildirmişlər. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini lazımınca yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Bundan əvvəl də qeyd olunduğu kimi Cavabdeh1 apelyasiya şikayətində iddia tələbində qeyd olunmuş ipotekanın qiymətini mübahisələndirmiş, lakin şikayətinin bu hissəsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəyə təqdim etməmişdir. Apelyasiya şikayətinin digər dəlilinə, yəni faiz borcunun yüksək qiymətləndirilməsinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdehlər qətnamə ilə müəyyən olunmuş faiz borcunun tutulmasını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə al ınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Apelyasiya şikayətində faizin çox hesablandığı bildirilsə də apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi bank tərəfindən faiz borcunun düzgün hesablanmadığını, təyin olunmuş ekspertiza rəyinin kifayət qədər aydın olmamasını, ekspertin qarşısına qoyulmuş suallara tam cavab verməməsini, ipoteka yönəlmiş evin düzgün qiymətləndirilməməsini qanunsuz olaraq nəzərə almamışdır. Apelyasiya məhkəməsi ciddi qanun pozuntularına yol verərək, Azərbaycan Respublikası Konstitusiyasının 13, 19. 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinin tələblərini pozmuşdur. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1, vəkili Vəkil1 və digər Cavabd eh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməs i üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən mübahisəli məsələyə qiymət vermək üçün ilk növbədə “İpoteka haqqında” Qanunun müvafiq müddəaları təhlil edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hə rracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci mad dələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilmə lidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin faiz borcunun düzgün hesablanmaması, ekspert rəyinin kifayət qədər aydınm olmaması ilə əlaqədar dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayətinin qeyd edilən hissələr üzrə dəlilləri formal mülahizələrdən ibarətdir. Belə ki, faiz borcu məhkəməmühasibatlıq ekspertizasının təyini nəticəsində əldə edilmiş ekspert rəyinə uyğun müəyyən edilmiş, cavabdeh isə faiz borcunun düzgün hesablanmaması, yəni dolayısı ilə ekspert rəyinin qeyrimötə bərliyi barədə hər hansı sübuta istinad edə bilməmişdir. Kasasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, göstərilən dəlil də əsassızdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası ipoteka predmetinin ilkin satış qiymətini əldə etdiyi qiymətləndirmə rəyi ilə müəyyən edilmiş likvid dəyər əsasında müəyyən etmişdir ki, bu da “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına tam uyğundur. Beləliklə, mhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar