Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1874/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı müraciəti əsasında qəbul edilmiş xx.xx.2021-ci i l tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın məzmununa görə, iddiaçı istintaqa verdiyi izahatda göstərmişdir ki, 2017-ci ildən cavabdehi tanıyır və az da olsa iş fəaliyyəti olmuşdur. 2018-ci ildə Cavabdeh ona iş təklifi edərək şərikli iş görmələrini bildirmişdir. Onlar razılığa gələndən sonra Cavabdeh hissə-hissə 100000 manat pul vermişdir. İddiaçı sonuncu dəfə 25000 manat pulu cavabdehə Biləcəri dairəsində yerləşən hündür mərtəbəli binanın qarşısında verdiyini bildirmişdir. Namiq Baxşıyev bir müddət keçəndən Vüqarın onu aldatdığını aşkar etmişdir. Cavabdeh ondan aldığı pulun 14000 manatını 2019-cu ildə, 1000 manatını isə 2021-ci ilin sentyabr-oktyabr ayında qaytarmışdır. Cavabdeh yerdə qalan 85000 manatı bu günə kimi müxtəlif bəhanələr gətirərək qaytarmamışdır.
2. S özügedən qərara görə, araşdırma zamanı Cavabdeh izahatında şərikli iş görmələri üçün iddiaçıdan hissə-hissə 60-70 min manat pul aldığını, daha sonra həmin pulu faizi ilə birlikdə qaytardığını və hal-hazırda ona 3000 manat faizdən borc qaldığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 70000 (yetmiş min) manat məbləğində dəymiş zərərin və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci ildə iddiaçıdan iş görmək bəhanəsi ilə hissə-hissə 100000 (yüz min) manat alımışdır. Sonradan iş görülməmiş və həmin puldan 15000 (on beş min) manat geri ödənilimiş, qal an məbləğ isə qaytarılmamışdır.
5. Cavabdeh tərəf iddia ərizəsinə etiraz edərək göstərmiş ki, cavabdehlə iddiaçı arasında işgüzar münasibətlər olmuşdur. Bu münasibətlər çərçivəsində cavabdeh iddiaçıdan dəfələrlə faizə pul götürmüş və faizi ilə bərabər geri qaytarmışdır. Geri qaytarılan məbləğlərdən təxminən 10000 (om min) manat cavabdehin atasının vasitəsi ilə qaytarılmışdır. Ən son olaraq iddiaçıya 3000 (üç min) manat borcu olmuşdur. İddiaçı 100000 (yüz min) manat məbləğində pulun cavabdehə verilməsi və həmin puldan 15000 (on beş min) manatın geri ödənilməsini təsdiq edən heç bir sübutu təqdim etməmişdir.Sadəcə olaraq Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarına istinad edərək, cavabdehin vermiş olduğu ifa dəsində iddiaçıdan 60-70 min manat pul aldığını əsas gətirərək, 70000 (yetmiş min) manat məbləğində pul tələbinə dair iddia irəli sürmüşdür. Əgər cavabdehin iddiaçıya 85000 (səksən beş min) manat borcu varsa, niyə məhkəmədə cavabdehə qarşı 70000 (yetmiş min) manat məbləğində pul tələbinə dair iddia irəli sürmüşdür.Hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz.
6. Qubadlı Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Vladimir Yefimoviç, iş N 2(028)-224/2022) iddia qismən təmin edilərək cavabdehdən 3000 (üç min) manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya oğluna ödənilməsi qət edilmiş və iddia qalan hissədə rədd edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarınd a olan və Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-nin təhqiqatçısı polis kapitanı Nəsimi Musayev tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, şərikli iş görmələri üçün İddiaçı hissə-hissə 60-70 min manat pul almışdır. Daha sonra həmin pulu faizi ilə birlikdə qaytarmış və hal-hazırda 3000 manat faizdən borcu qalmışdır.
8. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 386, 739, 740, 882, MPM-in 52.2, 82.4-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. A pellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh ondan 2018-ci ildə 100.000 (yüz min) manat pulu iş görmək bəhanəsilə hissə-hissə almışdır. Sonradan iş görülməmiş və həmin puldan 15.000 (on beş min) manat geri ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Bununla bağlı tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət verilmiş, müraciəti əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, ondan həqiqətən pul almış və hazırda ona 70.000 (yetmiş min) manat borclu olmasını etiraf etmişdir. Birinci instansiya məhkəməsi Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin qərarına əsasən iddia ərizəsini tam təmin etməli olduğu halda qismən təmin etmişdir. Bundan başqa məhkəmə prosesi zamanı tərəflər arasında olan telefon danışıqları və smsləri sübut kimi qəbul etməkdən i mtina etmişdir. Halbuki sübut növü olaraq onlar da qəbul edilməli idi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyası iclasında izahat verərək göstərmişdir ki, həqiqətən də oğlu Cavabdeh 2021-ci ildə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 67.000 manat məbləğində pul vəsaitini iş görmək üçün iddiaçı Namiq Baxşıyevdən almış və sonradan həmin pul vəsaitini qaytarıb vermişdir. Hazırda iddiaçıya borcu yoxdur.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova, iş N 2(105)-1700/2022) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiası qismən təmin edilmiş, cavabdehdən 64.000 (altmış dörd min) manat məbləğində pulun tutulub iddiaçıya verilməsi qət edilmiş, qətnamənin «Cavabdeh 3.000 manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ödənilsin» hissəsində dəyişdirilmədən saxlanmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçının müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, şərikli iş görmələri üçün İddiaçı hissə-hissə 60.000-70.000 manat pul almışdır. Həmin borcu faizi ilə birlikdə sonrad an qaytarmış və hazırda iddiaçıya 3000 manat faizdən borcu qalmışdır.
14. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyası iclasında izahat verərək göstərdi ki, həqiqətən də oğlu Cavabdeh 2021-ci ildə ayrıayrı vaxtlarda hissəhissə olmaqla, cəmi 67.000 manat məbləğində pul vəsaitini iş görmək üçün iddiaçı Namiq Baxşıyevdən almış və sonradan həmin pul vəsaitini qaytarıb vermişdir. Hazırda iddiaçıya borcu yoxdur.
15. Cavabdeh 2021-ci ildə hissə-hissə iddiaçı Namiq Baxşıyevdən 67.000 manat məbləğində borc pul alması işin mübahisəsiz halıdır. Cavabdeh 67.000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş və həmin halı sübuta yetirə bilməmişdir. İddiaçı tələb etdiyi 70.000 manat pul vəsaitinin 67.000 manat hissəsini sübuta yetir diyi halda, qalan 3.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsini başqa sübutlarla təsdiq edə bilməmiş, bu barədə hər hansı mötəbər bir sübut təqdim olunmamış və iş materiallarında mövcud deyildir.
16. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin - «Cavabdeh 3.000 manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin» hissəsini mübahisələndirməmişdir.
17. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən ağaışdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutlar ın heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
18. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan q eyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və Qanunlarının yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələdirilən hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
23. Ona görə də apellyasiya şikayəti qismən qanuni və əsasl ı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 64.000 (altmış dörd min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, qətnamə- «cavabdeh
24. Cavabdeh 3.000 manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin» hissəsində dəyişdirilməsən saxlanılmalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 385.1, 425.1, 442, 739, 740, 882.1, 882.5, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Və kil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətini əsaslandırılarkən qeyd edilmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin təqiqatçısı Nəsimi Musayevin, xx.xx.2021-ci il tarixli “cinayət işinin rədd edilməsi barədə” qərarının iddia tələbində sübut kimi qəbul edilməsi isə yolverilməzdir. Belə ki, Cavabdeh, N.Baxşıyev arasında üzləşdirilmə aparılmamış, Cavabdeh ümumilikdə 60-70 min borc aldığını etiraf etməsinə baxmayaraq N.Baxşıyev bu hal ilə razılaşmış, sırf etirafedici sənəd üçün alınmış qərardır. Digər tərəfdən apellyasiya instansiya məhkəməsində iddiaçı N.Baxşıyevin, Cavabdeh borclu olduğu pul məbləğindən, tərəfindən ödənilmiş 18.000 manat məbləğind ə pulu etiraf etməsinə baxmayaraq, məhkəmə bu hissəyə heç bir qiymət verməmiş, Cavabdeh 2021-ci ildə ayrıayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 67.000 manat məbləğində pul vəsaitini iş görmək üçün iddiaçı Namiq Baxşıyevdən aldğına dair etirafını əsas alaraq, Cavabdeh 2021-ci ildə hissə-hissə iddiaçı Namiq Baxşıyevdən 67.000 manat məbləğində borc pul alması faktını işin mübahisəsiz halı kimi qiymətləndirmişdir.Qeyd edilən hallar məhkəmənin audio yazısında qeydə alınmışdır.
28. Kassator şikayətində Mülki Məcəllənin 740.1, 740.2, 739.2, 13, 10.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkil də, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər veri lməsi haqqında müddəaları gözləməlidirlər.
35. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
36. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
37. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
38. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə t oplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnamənin ləğvini tələb etsə də, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə əlavə olaraq cavabdehdən 64.000 (altmış dörd min) manat məbləğində pulun tutulub iddiaçıya verilməsi qət olunmuşdur.Ona görə də apel yasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh 64.000 (altmış dörd min) manat məbləğində pul tutulub İddiaçı verilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi audiovideo yazı aparılmaqla keçirilmiş məhkəmə iclaslarında qeyd edilmiş cavabdehin nümayəndəsinin izahatlarına da istinad etməklə Cavabdeh 2021-ci ildə hissə-hissə iddiaçı Namiq Baxşıyevdən 67.000 manat məbləğində borc pul almasını işin mübahisəsiz halı kimi müəyyən etmişdir.
51. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı tərəfin həm iddia ərizəsində, həm də audio-video yazı aparılmaqla keçirilmiş məhkəmə iclaslarında cavabdehin 15000 manat pulu qaytarması barədə bildirdiklərinə hüquqi qiymət verilməli olduğu hald a verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin yazılı ərizədə etiraf etməsi, eləcə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda məhkəmə iclasında etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
52. Apellyasiya instansiyası məhkəməsinin cavabdehdən 64.000 (altmış dörd min) manat məbləğində pulun tutulub iddiaçıya verilməsi ilə əlaqədar gəldiyi nəticə kifayət qədər əsaslandırılmamışdır.
53. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh 2021-ci ildə hissə-hissə iddiaçı Namiq Baxşıyevdən 67.000 manat məbləğində borc pul almasının işin mübahisəsiz halı olduğunu göstərərək, maddi hüquq normaları kimi 739, 740, 882.1, 882.5-ci maddələrinə də istinad etmişdir.Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yazılı borc müqaviləsi mövcud deyil.Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsasını maddi hüquq normalarının tələblərinə uyğun müzakirə edərək müəyyənləşdirməmişdir.
54. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə h akimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
56. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlə r yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
57. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
58. Yuxarıda qeyd olunanlara əsasən də kassasiya şikayəti qismən təmin edilməli Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli 2(105)-1700/2022 nömrəli qətnaməsi Cavabdeh 64.000 (altmış dörd min) manat məbləğində pul tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
59. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən nöqsanlar aradan qaldırılmaqla sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun şəkildə qiymət verilməklə müəyyən edilən hallara tərəflər arasındakı hüquq münasibətinin xarakterinə uyğun maddi hüquq normalarını tətbiq edərək və iddia tələbinin qa nuni əsasını dəqiq müəyyən edərək maddi və prosessual hüquq normalarının tələblərinə uyğun məhkəmə aktı qəbul edilməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli 2(105)-1700/2022 nömrəli qətnaməsi Cavabdeh 64.000 (altmış dörd min) manat məbləğində pul tutulub İddiaçı verilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.