Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1874/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Murad oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyinin icra edilməməsi, zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2624/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasındakı mübahisə cavabd ehin iddiaçıdan aldığı pulun və zərərin əvəzinin ödənilməməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 13.500 manat əsas borcun, infiliyasiya dərəcəsinə görə 964 manatın, ümumilikdə 14.464 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 134 manatın cavabdehdən alınıb ona verilməsini bildirmiş, daha sonra ərizə verərək cavabdehdən 10.000 manat əsas borc, 3500 manat əldən çıxmış fayda, 964 manat faiz pulu və dövlət rüsumu kimi ödədiyi 134 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təqribən 2 il əvvəl tanış olmuş, həmin vaxtdan aralarında münasibətlər yaranmışdır. Belə ki, 2022-ci ilin yazında Cavabdeh ona demişdir ki, alver işlərində səriştəsi var, ona pul versin, birlikdə alver işi ilə məşğul olsunlar. Cavabdehə 10.000 manat alver etmək üçün, 4.000 manat pulu isə maşın alması üçün vermiş, əldə olunmuş qazancın 3 yerə bölünməsi, bir hissəsi onun, bir hissəsi Cavabdeh, bir hissəsi isə satıcının olması barədə razılaşmışlar. 2022-ci ilin payızında Cavabdeh bildirmişdir ki, ona pul lazımdır, nə qədər qazanc olduğunu soruşmuş, cavabdeh isə 13.000 manat qazanclarının olduğunu bildirmişdir. Cavabdeh ona 1.500 manat pul vermiş, qalan pulu istədikdə Cavabdeh demişdir ki, qalan pulu özünün ortağı olan şəxs kartof alınması üçün başqa şəxsə vermişdir. Cavabdeh bildirmişdir ki, həmin pulu ala bilmədikləri üçün onun pulunu qaytara bilmir. Cavabdeh pulu istədikdə o, dəfələrlə demişdir ki, evini satlı ğa qoyub, evini satan kimi pulunu verəcək. Bu minvalla Cavabdeh ona olan borcunu müxtəlif bəhanələrlə əsassız olaraq ödəməkdən, qaytarmaqdan boyun qaçırmışdır. Hazırda Cavabdeh ona 13.500 manat, eyni zamanda cavabdeh 2 il müddətində onun pulu ilə əsassız faydalanmış, varlanmağa görə faizlər hesablanıb 964 manat ona pul və 134 manat dövlət rusumunu ödəməlidir.
4. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən qəbul edərək göstərmişdir ki, İddiaçı dediklərinin əksəriyyəti düzdür. Belə ki, oğlu Tərtər Rayonundan olan qızla ailə qurmuş, qudası ilə Qardaşxan yaxın olmuşlar, qudasının vasitəsi ilə də Qardaşxanı tanımışdır. Qardaşxangillə ailəvi olaraq münasibət saxlamışlar, gediş-gəlişləri yaranmışdır. Qardaşxan onun işsiz olmasını görüb təklif etmişdir ki, ona pul versin, alış-veriş etsinl ər. Qardaşxana bildirmişdir ki, soğan alveri etmək üçün pul lazımdır, həm də bunun üçün maşın da alınmalıdır. Qardaşxan ona 10.000 manat alver etmək üçün pul vermiş, həmçinin demişdir ki, maşın tapıb alsın, pulunu verəcək. Bakı şəhərində 4.200 manata satılan maşın tapmış, Qardaşxana bu barədə bildirmiş, Qardaşxan ona 10.000 manatdan başqa da əlavə olaraq 4.000 manat pul göndərmişdir. Həmin pulun üzərinə özü 200 manat pul qoymuş, maşını 4.200 manata almış, maşının sənədləşmə işlərinə özü 380 manat vermiş, maşının diferinə, pompasına, kristavinasına, radiatoruna və cəriməsinə ümumilikdə 570 manat pul xərcləmiş, beləliklə də maşın onun üzərinə təxminən 5.300 manata gəlmişdir. Bundan sonra 1-2 ay Bakı şəhərində Meyvəli Ticarət Bazarda alış-veriş etmiş, Qardaşxanın verdiyi pullarla alver edərək 13.000 manat xeyir götürmüşdür. Xeyir götürməsi barədə Qardaşxana da bildirmişdir. Danışıqlarına görə həmin məbləğ 3 yerə bölünməli idi, yəni həmin məbləğdən Qardaşxana da 4.333 manat verilməli idi. Qardaşxana həmin puldan bir dəfə 1.500 manat pul vermişdir. Bazarda alver edərkən soğan satışında bir dəfə 2.800 manat zərərə, kartof satışında isə 565 manat zərərə düşmüş və bir nəfər şəxs də ondan 1.000 manat almış qaytarmamışdır. Qardaşxanın köməkliyi və yardımı ilə pullar qazandığından zərərə düşməsi barədə isə ona məlumat verməmiş, bunu Qardaşxana bildirməyi ayıb bilmişdir. Sonra Tovuz Rayonundan olan digər şərikləri qazanc etdikləri puldan 9.000 manatını Masallı Rayonundan olan bir şəxsə verib ki, mal götürəcək, lakin həmin şəxs onları aldadıb, bu günə kimi də nə aldığı pulları qaytarm amış, nə də onlara mal verməmişdir. Ona görə də Qardaşxandan aldığı pulu qaytara bilmir. Qardaşxan alver üçün alınan maşını ona olan borclar əvəzinə satıb pulunu özünə götürüb. Yəni ortada 14.000 manat Qardaşxan qoyduğu pul olub, 4.300 manat da Qardaşxana qazanclarından pul verilməli idi, cəmi 18.300 manat ortada Qardaşxana çatası pul hesablanmalıdır. Həmin puldan da 5.300 manat maşına çıxılır, 1.500 manat Qardaşxana özü verib, yəni 6.800 manat çıxıldıqdan sonra Qardaşxana 11.500 manat pul verməlidir ki, həmin məbləği də zərərə şərik kimi yarı bölür. Beləliklə hesab etmişdir ki, Qardaşxana 5.750 manat borcu qalır.
5. İddiaçı ərizəsinə əlavə etdiyi, cavabdehə pul məsələlərini müzakirə etdikləri telefon danışıqlarını əks etdirən DİSK yazılarına əsasən, cavabdeh ilkin danışıqlarda iddiaçıdan ümumilikdə alış-veriş üçün 14.000 manat manat borc aldığını səmimi etiraf etmiş, ona vaxt verilməsini xahiş etmiş, sonra evini satıb borcunu verəcəyini bildirmiş, sonradan vədinə əməl etməmiş, iddiaçı dəfələrlə ona etdikləri zənglərdən sonra isə gah borcu olmadığını, gah pulu faizlə aldığını, gah pulu verməyəcəyini, gah zərərə onu şərik etdiyini bildirməklə borcunu ödəməkdən yayınmışdır.
6. Ağdam Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 4 sentyabr 2023-cü il tarixli, 2(013)-2097/2023 nömrəli qətnaməsi (hakim Elşad Bayramov) ilə, Cavabdeh 10.000 manat əsas borc məbləği olaraq, 3.500 manat əldə çıxan fayda, 675 manat gecikdirilmiş vaxt üçün faiz qaydasında, ümumilikdə 14.175 manat pul və işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilm iş 134 manat alınıb İddiaçı xeyrinə verilməsi, tələbin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh iddiaçının verdiyi 10.000 manat pulları ilə və 4.000 manata alıb ona verdiyi avtomaşınla alış-veriş işləri etmiş, alış-verişdən 13.000 pul qazanmış, beləliklə əlində olan 27.000 manat məbləğdən iddiaçıya cəmi 1.500 manat pul vermiş, pulların qalan hissəsini özündə saxlamış, həmin pulları qaytarmamasını guya hansısa şəxsə mal almaq üçün verməsi kimi heç bir halla öz təsdiqini tapmayan səbəblər göstərmiş, bundan sonra pullarının mənimsənildiyini görən İddiaçı cavabdehə alıb verdiyi avtomaşını məcbur qalıb ondan alaraq 4.000 manata satıb pulunun bir hissəsini götürmüş, sonra cavabdehdən ona verdiyi 10.000 manatı və qazanc kimi əldə olunan puldan ona çatası 1/3 payı, 4333 manatı tələb etmiş, cavabdeh isə razılaşmalarının şərtlərinə əməl etməmiş, iddiaçının ona verdiyi məbləği və həmin məbləğlə əldə etdiyi qazancı bütövlükdə mənimsəmiş, hazırda isə heç bir ağlabatmayan, heç bir işgüzar adətlərə uyğun olmayan hesabatları ilə borcunun guya 5.000-6.000 manat civarında olması kimi fikirləri əsasında qətnamə çıxarılmasını istəmişdir. Halbuki iddiaçı X1 məhkəməyə təqdim etdiyi cavabdehlə telefon danışıqlarını əks etdirən səs yazılarında və məhkəmə iclasında da cavabdeh iddiaçıdan 14.000 manat borc aldığını və evini satıb həmin məbləği qaytaracağını etiraf etmişdir.
8. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 329.2, 385.1, 425.1, 425.2, 442, 4 45.7, 449.1, 456, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 119-cu maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən 10000 manat məbləğində ortaya qoyulmuş pulla o kartof və soğan alveri etmişdir. Ancaq nəzərə almaq lazımdır ki, 10000 manat puldan 1500 manat məbləğində pul iddiaçıya qaytarılmışdır. Avtomaşına verilmiş 4000 manat pulun üstünə isə rəsmiləşməsi üçün 380 manat məbləğində pulu o verm iş, həmçinin avtomaşına əlavə 570 manat xərcləyib cəriməsini ödəmişdir və onu işlək vəziyyətinə gətirmişdir. Deməli 950 manat məbləğində pul da 10000 manatdan çıxılmalıdır. Bununla belə o iddiaçıdan borc pul almamış, iddiaçı özü pulla alver edib qazancının üç yerə bölünməsi ilə razılaşmışdır. İşlədiyi dövrdə qazanc olmuş və 1500 manat iddiaçıya vermiş. Belə olan halda onun tərəfindən özündə özgəsinin pulun saxlanılması kimi dəlillərə istinad etmək düzgün deyildir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(104)-2624/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev – sədrlik edən və məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılamışdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsin iclasında verdiyi izahatında, ərizədə, həm də apellyasiya şikayətində iddiaçıdan 14.000 manat məbləğdə borc pul almasını etiraf etmişdir. Lakin bununla yanaşı bildirmişdir ki, həmin pulun bir hissəsini qaytarmış və 5.750 manat məbləğində borcu qalmışdır. Ancaq, cavabdeh tərəfindən 4000 manat məbləğində avtomobil geri qaytarılsa da, qalan borcdan hər hansı pul məbləğinin qaytarılması barədə məhkəmələrə sübutlar təqdim edilməmişdir. Tərəflərin izahatlarının və cavabdehin ərizəsinin təhlili əsasında iddiaçının cavabdehə həmin məbləğdə pul verməsi tam sübut olunur. Bu halda, cavabdehin ona verilən pulun borc kimi verilməd iyi barədə etiraz dəlilini sübut etmə yükü cavabdehə keçmiş olur.
13. İddianın 3500 manat məbləğdə əldən çıxmış fada tələbi ilə bağlı məhkəmə kollegiyası o nəticəyə gəlmişdir ki, həmin tələb işin hallarına uyğundur və birinci instansiya məhkəməsi iddianın həmin hissəsini təmin etməkdə haqlı olmuşdur.
14. İddiaçı cavabdehdən aldığı borcu ödəməyi gecikdirdiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən gecikdirilmiş hər il üçün 5 % olmaqla, 964 manat ödəməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh İddiaçı 14.000 manat iş görmək üçün pul almış, lakin 1 il müddət ərzində götürdüyü pulu ödəməmişdir. Mülki qanunvericilik isə borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, kreditora gecikdiril miş vaxt üçün illik beş faiz tələb etmək ixtiyar vermişdir. İş materiallarından görünmüşdür ki, iddiaçı pulun verildiyi vaxtdan (2022-ci ilin yaz ayı) təxmini olaraq 1 il keçdikdən sonra, yəni xx.xx.2023cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh borc aldığı və ödənulməmiş qalan 13.500 manat borcun ödənilməsinin gecikdirildiyi 1 il üçün illik 5 % ödəməyə borcludur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında işgüzar münasibətlərin yarandığı nı və ortaya pulun qoyulması, işləyərək ziyan edilməsini, tərəflər arasında heç bir müqavilənin olmamasını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi qətnamədə konkret olaraq mübahisəyə maddi hüquq normaları düzgün tətbiq etməmişdir. Qətnamə ümumi prinsiplərə söykənərək qəbul edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi mübahisəyə düzgün yanaşmayaraq cavabdehin iddiaçıdan borc almamasını, 10000 manat pulun iddiaçı tərəfindən ortaya qoyulmasını, cavabdehin isə 10000 manat puldan 1500 manat məbləğində pulun iddiaçıya qaytarılmasını, avtomaşına verilmiş 4000 manat pulun üstünə isə rəsmiləşməsi üçün 380 manat məbləğində pulun cavabdeh tərəfindən verməsini, həmçinin avtomaşına əlavə 570 manat xərcləyib cəriməsini ödəməsini, onu işlək vəziyyətinə gətirməsini araşdırmamış və nəticə də həmin pulları ümumi məbləğdən çıxmamışdır. Bununla belə iddiaçı ortaya qoyduğu 10000 manat pulun gəlirinə şərikdirsə, onda onun ziyanını niyə cavabdeh ödəməlidir? Bu kimi hallara da düzgün hüquqi qiymət verilməmişdir.
18. Apellyasiya instansiya məhkəməsi əsassız olaraq cavabdehdən 3500 manat əldən çıxmış faydaya görə və 675 manat gecikdirilmiş vaxt üçün faiz tutmuşdur. Çünki, tərəflər arasında kredit münasibətləri olmamışdır. İddiaçı isə həmin pulu başqa şəxsə kreditə verib faiz almırdı. İddiaçının həmin pulla hansı gəliri əldə etməsi iş materialları ilə müəyyən olunmur. Həmin 3500 manatı iddiaçının necə qazanması da aydın deyildir. Ona görə də cavabdeh hesab etmişdir ki, həmin hissədə də apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
19. Apell yasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlər üzrə prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. 3 şərik olduğu təqdirdə yalnız Cavabdeh qarşı tələb irəli sürmüşdür. Halbuki,i ddiaçı iddiasında 3 nəfər şərik olmasını, satıcının da payının olmasını göstərmişdir. Məhkəmə isə işin faktiki hallarını tam araşdırmamış, nəticədə prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tut ulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
28. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassa siya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında 10.000 manat əsas borc, 3.500 manat əldə çıxan fayda, 675 manat gecikdirilmiş vaxt üçün faiz olmaqla, ümumilikdə 14.175 manat icra edilməmiş pul öhdəliyi vardır. Belə olan halda, iddianın həmin həcmdə təmin olunması qanuni və əsaslıdır.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş ü zrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnam ənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2624/2023 nömrəli, xx.xx.2023-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.