Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1876/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, Cavabdeh vəkili ÇƏnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.X.Mirzəyev, iş 2(007)-440/2018) İddiaçı Cavabdeh qarşı “avtomaşın üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmuş, "Mersedes C200" markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində İddiaçı ilə X2 arasında bağlanmış 21 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin yaratdığı hüquqi nəticələrin ləğv edilməsi, "Mersedes C200" markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun bərpa edilməsi və həmin avtomaşının Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli, 2(103)-8716/2018 saylı qətnaməsi ilə (V.T.Həsənov (sədrlik edən və məruzəçi), hakimlər V.Ə.Baxışova v ə N.Ş.Cəfərov) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-440/2018 saylı, 09 yanvar 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı avtomaşın üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh doğma bacısı olan X1 onun keçmiş həyat yoldaşıdır. Cİ ilə 12 yanvar 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş və onunla birgə nikah müddətində bir çox daşınar və daşınmaz əmlaklar əldə etmişdir. Həmin əmlaklardan biri də "Mersedes C200" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomaşın olmuşdur. Cavabdeh və onun keçmiş həyat yoldaşı (cavabdehin bacısı) Cİ tərəfindən ona yalan vədlər verild iyindən onlara inanmış və xüsusi mülkiyyətində olan həmin avtomaşını əvəzsiz olaraq cavabdehin adına keçirməyə razılıq vermişdir. Əslində ona pul verilməmiş və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində onunla Cavabdeh arasında formal olaraq 21 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Sonradan başa düşmüşdür ki, cavabdeh keçmiş həyat yoldaşı olan bacısı ilə əlbir olub onu aldatmışdır. Cavabdehin məqsədi bacısı ilə əlbir olub avtomaşını əvəzsiz olaraq onun əlindən almaq olmuşdur. Dəfələrlə cavabdehdən könüllü olaraq həmin müqavilənin ləğv edilməsini və avtomaşınını özünə qaytarması barədə xahişlər etsə də heç bir müsbət nəticəsi olmamışdır. Xüsusi mülkiyyətində olan "Mersedes C200" markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşına dai r Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində onunla Cavabdeh arasında formal olaraq rəsmiləşdirilmiş 21 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilənin yaratdığı hüquqi nəticələr ləğv edilməli və həmin avtomaşın üzərində mülkiyyət hüququ bərpa edilməlidir. Eyni zamanda "Mersedes C200" markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh alınaraq ona qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onu nla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili ÇƏ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1159/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 ilə İddiaçı arasında 12 yanvar 2007-ci il tarixdə Balakən rayonu VVADQ şöbəsində 07 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş 21 dekabr 2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı özünə məxsus olan "Mersedes C200" markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh satmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol P olisi İdarəsl tərəfındən verilmiş 30 avqust 2017-ci il tarixli, 016-96687-1217 saylı məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsinin kompyuter uçot bazasına görə "Mersedes C200" markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil 23 may 2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış və 21 dekabr 2016-cı il tarixdə alqı-satqı əsasında onun adından qeydiyyatdan çıxarılaraq həmin gün Cavabdeh adına təkrar dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı 10.10.2016cı il tarixdə 30 saylı Notariat Kontorunda Cavabdeh "Mercedes C200" markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam verilməsinə dair 7E-11690 saylı etibarnamə vermiş, 29.07.2017-ci il tarixdə həmin etibarnamə ləğv olunmuşdur. 21 dekabr 2016-cı il tarixdə Cavabdeh X5 həmin avtomaşınla bağlı 1(bir) gün müddətinə etibarnamə vermiş və elə həmin gün də qeyd olunan avtomaşının İddiaçı adından Cavabdeh satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsində "Satıcı” qrafasında Cavabdeh 1 günlük etibarnamə ilə səlahiyyət verdiyi X7, "Alıcı"qrafasında isə Cavabdeh özü imza etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə mübahisəli avtomobil üzrə verilmiş etibarnamələri, bağlanmış alqı-satqı müqaviləsini və işin faktiki hallarını qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirərkən belə nəticəyə gəlir ki, Cavabdeh ona etibar edilən səlahiyyətləri başqa şəxsə X5 etibar edərkən mülkiyyətçini (səlahiyyət aldığı şəxsi) bu barədə m əlumatlandırmadığı üçün, eləcə də, təmsil edilən şəxsin - İddiaçı adından şəxsən özü barəsində əqdlər bağladığı üçün qeyd olunan alq-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. -359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. -362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. -364.2-ci maddəsinə görə səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlah iyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, bi rinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1876/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1876/2019
22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver