Məhkəmə qərarları › İş №2(102)-1876/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1876/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1876/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-1259/2018, hakim F.V.Abdıyev) İddiaçı ASC-nin Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası qismən təmi n edilmiş, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.300.000 manat əsas borc, 184.022 manat məbləğində faiz borcu, 98.407 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 1.582.429 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı evin ilkin satış qiyməti 350.000 manat olan 21 saylı və 260.000 manat olan 72 saylı mənzillərinə, Cavabdeh3 mülkiyyətində olan ilkin satış qiyməti 265.000 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 62 saylı evin 1 saylı mənzilinə və Cavabdeh4 mülkiyyətində olan ilkin satış qiyməti 175.000 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yerləşən 42 saylı evin 4 saylı mənzilinə yönəldilməsi, həmin mənzillə rin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsinin əmlakların dəyərinə uyğun olaraq ipoteka qoyanlara qaytarılması, mənzillər açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1683/2019, hakimlər X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmiş, Cavabdeh1 “xxxx” ASC-yə olan faiz borcunun 183.079 manat, əldən çıxmış faydanın isə 98.402 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnaməd ən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 13 % olmaqla 1.300.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin tarixli ipoteka müqavilələri ilə Cavabdeh2 məxsus mənzillər, Cavabdeh3 məxsus mənzil və Cavabdeh4 məxsus mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı ASC Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edi lmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətləri düzgün müəyyən edilməmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kimi, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Apellyasiya məhkəməsi tərəfindən alınmış məhkəmə-mühasibatlıq ekspertizası nın xx xxxxx 2019-cu il tarixli rəyinə əsasən, Cavabdeh1 banka xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) olan əsas kredit borcu 1.300.000 manat, faiz borcu isə 183.079,92 manat, xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək (iddia tələbi dəqiqləşdirildiyi tarixə) olan əldən çıxmış fayda isə 98.402 manat hesablanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borc 1.300.000 manat, faiz borcu 188.243 manat, əldən çıxmış fayda isə 99.486 manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, faiz borcu ekspert rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqavilələri bağlanmı şdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin tələblərinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassator şikayətində ipoteka predmetlərinin ilkin sat ış qiymətinin düzgün müəyyən edilmədiyi barədə dəlil irəli sürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduqda qiymət qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış qiymətləndirici rəyinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı evin 21 saylı mənilinin ilkin satış qiyməti 350.000, həmin evin 72 saylı mənzili 260.000 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 62 saylı evin 1 saylı mənzilinin ilkin satış qiyməti 265.000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yerləşən 42 saylı evin 4 saylı mənzilinin ilkin satış qiyməti 175.000 manat müəyyən edilmişdir. Bununla bərabər apellyasiya məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Ekspertiza tədqiqatını aparan orqan tərəfindən, müvafiq xidmət haqqının ödənilməsi, əmlaka baxışın keçirilməsi üçün qiyməndiriciyə şərait yaradılması və qiymətləndirmənin aparılması üçün zəruri sənədlərin təqdim edilməsinə dair vəsatət daxil olmuşdur. Həmin vəsatət əsasında tərəflərə məktub göndərilmiş və xəbərnaməyə imza etdirilməklə məktublar çatdırılmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfin dən verilmiş məktuba əsasən, müvafiq xidmət haqqı aparılmadığından və qiymənləndiriciyə şərait yaradılmadığından ekspertiza tədiqatının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şika yətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar