Məhkəmə qərarları › İş №2(102)-1877/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1877/2022

20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1877/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:alimentin artırılması tələbi Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6864/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin birgə nikahından 23.05.2012-ci il təvəllüdlü X5 və 27.01.2014-cü il təvəllüdlü X4 doğulmuşdur.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(010)-1557/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 23.05.2012-ci il təvəllüdlü X3 və 27.01.2014-cü təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin və hər ay hər uşağa 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvəsində saxlanılmışdır. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.01.2014-cü il təvəllüdlü X2 və 23.05.2012-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(010)-1276/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, uşaq yetkinlik yaşa çatana qədər Cavabdeh hər uşaq üçün hər ay 200 manat məbləğində və uşaqların müalicəsi üçün 250 manat, cəmi 450 manat məbləğində hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı övladları və valideynləri ilə birlikdə yaşayır. On un hər ay bir uşağının saxlanılması üçün minimum 450-500 manat xərci çıxır ki, bu da cavabdeh tərəfindən ödənilməlidir. Buna görə də uşaqların saxlanılması üçün 200 manat aliment ondan sabit pul məbləğində, həm də hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alınaraq ona ödənilməlidir. Uşaqlarının müalicəsi üçün əlavə xərclər də tələb olunur. Bunu isə ödəməyə onun maddi imkanı çatmır. 3 il əvvəl qəbul edilmiş məhkəmə qətnaməsi əsasında cavabdeh hər uşaq üçün 154 manat aliment ödəməsinə baxmayaraq həmin vəsait uşağın ehtiyaclarına kifayət etmir. Bundan əlavə himayəsində olan övladlarının sağlamlıq müalicə xərcləri getdikcə artır. Ona görə də həmin məbləğ artırılmalıdır. İşsizliyin və istehlak qiymətlərinin artımı nəticəsində iddiaçının vəziyyəti kəskin pisləşmişdir. Cavabd eh isə kifayət qədər gəlir əldə edir. Yüksək əmək haqqı alır, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə komandir müavini vəzifəsində xidmət edir. Kapitan rütbəsi daşıyır. Cavabdehin aylıq əmək haqqısı və birdəfəlik pul mükafatı tam həcmdə 1.350 (bir min üç yüz əlli) manatdan daha çox təşkil edir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.Rzayeva) 17 mart 2021-ci il tarixli, 2(010)-1672/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnamə qəbul edilərkən məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən təqdim edilmiş və qətnamənin qəbul edilməsi üçün əsas olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissə tərəfindən verilmi ş 08.01.2019-cu il tarixli, 78 saylı arayış artıq qeyd olunan qətnamənin qəbul edilməsinin əsası olmuşdur və onun artıq təyin edilmiş alimentin məbləğinin artırılması üçün yenidən qiymətləndirilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab olunmur. Bundan əlavə cavabdehin hazırkı məhkəmə iclasında təqdim edilmiş arayışa əsasən əmək haqqının əvvəlki ilə daha yüksək olması müəyyən olunsa da, alimentin cavabdehin qazancdan və gəlirlərindən 1/3 hissədə təyin edilməsi artıq özü-özülüyündən maaşın artırılmasını nəzərə alır və nəticə etibarı ilə alimentin məbləği əmək haqqının artırılması ilə yanaşı artırılır. İddiaçının alimentin artırılmasına dair tələbinin hal-hazırda təmin edilməsi əsassız olmaqla, bundan əlavə iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları da sübut edə bilməmi şdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) 2(103)-6864/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(010)-1672/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını x ahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi üzrə İddiaçı birinci və apellyasiya instansiyaları məhkəmələrində aztəminatlı ailənin üzvü olmasına baxmayaraq ona dövlət hesabına vəkillə təmin olunması üçün izah verilməmişdir. Bu səbəbdən də İddiaçı məhkəmələrdə öz hüquqlarını müdafiə edə bilməmiş və alimentin artırılması üçün tələb olunan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin tərəfə bütün sübutların yalnız birinci instansiya məhkəməsində təqdim edilməsinin vacibliyi, sonradan hər hansı sübutun məhkəmə tərəfindən yalnız müəyyən şərtlər daxilində qəbulu barədə izah verilməmişdir. Nəticədə, lazımi sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu isə tərəfin hüquqlarının reallaşması baxımından hüquqların p ozulmasına və qüsurlu nəticələrə gətirib çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

12. Maddə 76.1.Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-m üntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 21. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

22. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq qeyd etmişlər ki, Bakı şəhəri Suraxanı Rayon Məhk əməsi tərəfindən 01 mart 2019-cu il tarixli qətnamə qəbul edilərkən məhkəmə araşdrılması zamanı cavabdeh tərəfindən təqdim edilmiş və qətnamənin qəbul edilməsi üçün əsas olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissə tərəfindən verilmiş 08.01.2019cu il tarixli, 78 saylı arayış artıq qeyd olunan qətnamənin qəbul edilməsinin əsası olmuşdur və onun artıq təyin edilmiş alimentin məbləğinin artırılması üçün yenidən qiymətləndirilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab olunmur. Bundan əlavə cavabdehin hazırkı məhkəmə iclasında təqdim edilmiş arayışa əsasən əmək haqqının əvvəlki ilə daha yüksək olması müəyyən olunsa da, alimentin cavabdehin qazancdan və gəlirlərindən 1/3 hissədə təyin edilməsi artıq özü-özlüyündən maaşın artırılmasını nəzərə alır və nəticə etibarı ilə alimentin məbləği əmək haqqının artırılması ilə yanaşı artırılır.

24. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

25. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassas iya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

26. Kollegiya kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər formal olmaqla, qətnamənin ləğvinə əsas vermir. Belə ki, iş materiallarında olan bildirişlərdən və protokollardan görünür ki, aşağı instansiya məhkəmələri tərəfindən tərəflərə prosessual hüquq və vəzifələri izah edilmişdir.

27. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6864/2021 nömrə li iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar