Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1879/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət rüsumunun az ödənilməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “qızılzinət əşyaları” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-754/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil1) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü 02 may 2024-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 18.900 manat məbləğində pulun, 147 manat dövlət rüsumunun, 16 manat iddianın təmin tədbirinə görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Həmçinin Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, ümumi dəyəri 9.000 manat o lan - 750 əyarlı 6,76 qram çəkidə 1 ədəd klon (qırmızı böyük daş və brilyant daşlarla əhatələnmiş) dəyəri – 1.285 manat, 1 komplekt (bir üzük və iki sırğa qırmızı böyük daş və brilyant daşlarla əhatələnmiş) 14,49 qram çəkidə, 583 əyarlı dəyəri – 2.204 manat, 1 komplekt (bir üzük və iki üzük ağ rəngli brilyant tək qaşlı) 12,23 qram çəkidə 750 əyarlı dəyəri – 2.323 manat, 1 komplekt (bir üzük və iki sırğa ağ rəngli 3 ədəd böyük ətrafda xırda brilyant qaşlarla) 16,78 qram çəkidə 750 əyarlı dəyəri – 3.188 manat dəyərində qızıl-zinət əşyalarının İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:
3. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)1152/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) ilk iddia qismən təmin edilmiş, Cavabdeh 3.135,45 manat pulun alınaraq İddiaçı verilməsi, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “əmlak tələbi” barədə qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 111 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Qətnаmədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın qismən təmin olunması hissəsin də ləğv edilməsi və iddianın həmin hissədə tam olaraq təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Həmçinin qətnаmədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-754/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və, Loğman Süleymanov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mübahisəyə düzgün qiymət verilməsi üçün mülki işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
8. Qətnаmədən həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən (qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinə aid hissədə) ləğv edilməsi və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-754/2023 nömrəli, fevral 2024-cü il tarixli qərardadı ilə cavabdeh (qarşı lıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, kassasiya şikayətinin elektron tərtib olunmuş formasında maddi və prosessual hüquq normalarının pozulması, həmin pozuntuların hazırkı işdə konkret olaraq nədən ibarət olması göstərilməmiş, habelə əsaslandırılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 407.1.4-ci maddəsinin tələbinə uyğun olmadığına g örə geri qaytarılmalıdır.
11. Qətnаmədən təkrarən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən (qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinə aid hissədə) ləğv edilməsi və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya koll egiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
13. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
14. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
15. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
16. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
18. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda yuxarıda qeyd olunan prosessual normalara əməl etməklə kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, həmçinin müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə olunub-olunmamasını yoxlamalı, həmin qaydalara riayə t olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
19. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni nəzərdə tutulan məbləğdən az ödənilmişdir. 20. “Dövlət rüsumu haqqınada” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin qanunun 8.6-c ı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir.
21. İş materiallarından isə müəyyən edilir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş “qızıl-zinət əşyaları” tələbi ilə bağlı qarşılıqlı iddianın ümumi qiyməti 18.000 manat təşkil edir. Cavabdeh birinci instansiya məhkəməsində qarşılıqlı iddia vermək üçün ödədiyi dövlət rüsümünun məbləği 144 manat təşkil etdiyi halda o, cəmi 110 manat məbləğində dövlət rüsumu ödəmiş, apellyasiya şikayəti vermək üçün 72 manat dövlər rüsumu ödəməli olduğu halda 55 manat məbləğində dövlət rüsumu ödəmiş, həmçinin kassasiya şikayətində qətnaməni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirdiyindən 72 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda cəmi 55,60 manat məbləğində dövlət rüsum ödəmişdir.
22. Bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini bu əsasla geri qaytarmalı idi. Lakin, apelyasiya instansiya məhkəməsi Cavabdeh kassasiya şikayətini yalnız MPM-in 407.1.4-ci maddəsinin tələbinə əsasən geri qaytarmışdır.
23. Beləliklə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu qanunvericiliyin tələblərinə düzgün riayət edilmədən ödənildiyindən, kassasiya şikayəti icraata qəbul edilə bilməz.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
25. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. 2
7. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-754/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəm əsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.