Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-188/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-188/22 (Açar sözlər: zərərin əvəzinin və borcun ödənilməsi, tələbin sübut edilməməsi) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6752/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayəti üzrə işə 07 fevral 2022ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 25 avqust 2017-ci il tarixli, 03/23213 saylı müqavilə əsasında məskunlaşdığı Mərdəkan qəsəbəsi, Şahin İskəndərov küçəsi, “Kristal” düşərgəsində təbii qazdan istifadə edir.
2. İddiaçı tərəfindən cavabdehə təbii qazın sərfiyyatına görə borc və qanunsuz qoşulmaya görə zərər hesablanıb. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, 4064,40 manat zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4094,40 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı 25.08.2017-ci il tarixli, 03/23213 saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00524 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı, qaz sayğacı quraşdırılmışdır.
5. Cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “X2nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaql a təbii qazı talamışdır.
6. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən aktlar tərtib edilmişdir. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qazdan istifadə etməklə İddiaçınə ziyan vurmuşdur.
7. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir
8. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” 24 ədəd akt tərtib edilmişdir.
9. Bundan əlavə, cavabdehin 2020-cü ilin aprel, may və iyun ayları üçün qaz sərfiyyatına görə 15,90 manat, 4,70 manat və 3,70 manat debitor borcu da vardır.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 386, 442, 443.1, 448.2-ci maddələrinə istinad etmişdir.
11. Cavabdehin vəsatəti əsasında Cəbrayıl Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 2(072)-430/2020 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir.
12. Cavabdeh X1 iddiaya etiraz edərək göstərib ki, 2018-2019-cu il tarixlərdə “Kris tal” pioner düşərgəsində yaşamışdır. Həmin düşərgədə ondan başqa ailələr də yaşayırlar. Sayğacdan kənar xətt ona aid deyil. Əgər kənar xətt olmuşdursa, xətt kəsilməli və ona məlumat verilməli idi. 2020-ci ilin aprel ayından yeni sayğac quraşdırılmışdır. Hazıradək qazdan istifadə edir və cəmi 190 manat borc yazılmışdır.
13. Xəzər Rayon Məhkəməsinin 2(003)-837/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Sabit Bəhrəmzadə)
14. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən qeyd etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən cavabdehin abunə koduna hesablanmış borc ödənilməsi təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcllənin 21.1, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi, “Qaz təchizatı haqqında” Qanunun 21.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın müvafiq bəndlərinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apelyasiya şikayəti verib.
17. Apelyasiya şikayətinin dəlilləri: - cavabdeh onunla bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "X2”nın tələblərinə əməl etmək), “X2”nın 6.5-c i bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. - İddiaçı İB-nın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir; - cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınm ış, “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir; - cavabdehin yuxarıda qeyd olunan qanunazidd və təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 1. 28.03.2018-ci il tarixli ******* saylı akt əsasında 989,40 manat; 2. 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 266,40 manat; 3. 26.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 4. 28.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 5. 19.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 6. 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 7. 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 8. 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 9. 31.01.2 019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 10. 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 11. 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 12. 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 13. 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 14. 28.06.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 15. 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 16. 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 17. 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 18. 30.10.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 19. 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 20. 30.12.2019-cu il tarixli ******* saylı akt əs asında 295,20 manat; 21. 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 22. 28.02.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 23. 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 24. 02.04.2020-ci il tarixli ******* saylı akt əsasında 19,70 manat olmaqla, cəmi 4.052,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur; - qeyd olunan ilk 5 akt üzrə toplanmış məbləğ smart qaz sayğaclı abonentin qaz kartına borc qismində köçürülmüş, cavabdeh tərəfindən ümumilikdə 13 manat məbləğində ödəniş edilmiş və həmin ödənişin 8,50 manat hissəsi borca tutularaq ümumi borcdan silinmişdir. Cavabdehin borc məbləğlərindən əlavə olaraq 2020-ci ilin aprel, may və iyun ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 14,90; 4,70 və 3,70 manat məbləğində debitor borcları yaranmışdır. 05/2020-ci il tarixində cavabdehin ümumi borcundan 3,30 manat məbləğində borc silinmişdir; - cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə debitor borclarla birlikdə ümumi olaraq 4.064,40 manat təşkil dir.; - iş üzrə əhəmiyyətli halları özündə əks etdirən dəymiş ziyan aktları, fotoşəkillər, abonent saldosu məhkəməyə təqdim olunmasına baxmayaraq bunlar sübut kimi qiymətləndirilməmişdir; - fotoşəkillərə baxdıqda aydın görünür ki, dəfələrlə qazdan qeyr-qanuni istifadə olunmuşdur. Heç bir ekspertiza və yerli baxış keçirilmədən cavabdehin şifahi sözləri əsasında qansuz xəttdən istifadə nəticəsində yaranmış borc silli nmişdir; - məhkəmə qanunsuz qoşulma ilə yanaşı, sayğac üzrə olan borcu da silmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6752/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-837/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə “dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Qürbət Əsgərov, Vahid Sadıqov)
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətibq etdiyi maddi hüquq normalrı ilə razılaşaraq qeyd edib ki, iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulub, iddianın təsdiq edən sübutlara qiymət verilməyib; - cavabdeh şəxs barəsində aktların tərtib edildiyi tarixlərdə qazdan istifadəyə görə nə qədər pul ödədiyi araşdırılmayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
22. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
23. Cavabdeh vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında on un izahatı dinlənilmədi.
24. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, kassatorun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Qanun Maddə 21. 1-ci hissə. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədi yini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2» Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təm ir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilmə sinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Mad də 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 417.1.4. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ape llyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının iddianın ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin də lillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
29. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
30. İddia tələbi cavabdehin təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun (zərərin) ödənilməsi barədədir.
31. İşdən görünür ki, iddia tələbi sübuta yetirlməməsi əsası ilə rədd edilmişdir.
32. Məhkəmə kollegiyası məhkəmələrin qeyd edilən əsasla iddia tələbinin təmin edilməməsi ilə bağlı mövqeyini düzgün hesab edir. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Apellyasiya məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
34. Cavabdehin barəsində aktların tərtib edil diyi tarixlərdə onun qazdan istifadəyə görə nə qədər pul ödəməsinin araşdırılmaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil nə birinci, nə də apellyasiya məhkəməsində irəli sürülməyib. İşə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyən, üstəlik, işin faktiki halları ilə bağlı olan dəlillərin kassasiya instansiyasında irəli sürülməsi və araşdırılması istisna edilir.
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6752/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.