Məhkəmə qərarları › İş №2(102)-1881/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1881/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1881/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1881/2024 Kateqoriya (açar sözlər): apellyasiya şikayətinin qeyri-mümkünlüyü; apellyasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi, etibarnamə üzrə nümayəndə olan vəkil tərəfindən vəkil orderinin təqdim edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim) Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2024-cü il tarixli, 2(1 07)-508/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 1 ay müddətinə qaytarmaq şərti ilə borc olaraq almış olduğu 5.400 manatın və dövlət rüsumu olaraq ödənilmiş 74 manatın, cəmi 5474 manat pulun məcburi qaydada alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) xx.xx.2023-cü il tarixli, 2(035)-481/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh borca görə 5.400 mana t və dövlət rüsumuna görə 74 manat, cəmi 5.474 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir

3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: E.M.Mehdiyev (sədrlik edən və məruzəçi), M.A.Əsədli, E.Ş.Hüseynov) 6 mart 2024-cü il tarixli, 2(107)508/2024 nömrəli qərardadı ilə Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-481/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Zərdab Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan poçt xəbərnaməsinə əsasən cavabdeh Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-481/2023 nömrəli qətnaməsinin surətini 13 dekabr 2023-cü il tarixdə almışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-481/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti 12 fevral 2024-cü il tarixdə verilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.

7. Apellyasiya ins tansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, apellyasiya şikayəti Cavabdeh nümayəndəsi, vəkili X2 tərəfindən elektron imza ilə imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Apellyasiya şikayətinə cavabdehin nümayəndəsi X1 təsdiq edən etibarnamənin surətini əlavə etsə də, onun cavabdehi Şəki Apellyasiya Məhkəməsində təmsil etmək səlahiyyəti verən vəkil orderini əlavə etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh (vəkil: Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və şikayətin mümkün hesab edilərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ədalətsizdir. Ona görə də, qərardad ləğv edilərək apellyasiya şikayəti mümkün hesab edilməlidir. Belə ki,apellyasiya şikayətini cavabdeh sərbəst yazıb göndərə bilməmiş, ona görə də Bakı şəhərində yerləşən hüquqi yardım göstərən hüquq məsləhətxanalarından birinə yaxınlaşmalı olmuşdur. Cavabdeh səhhəti ilə əlaqədar olaraq apellyasiya şikayətinə görə Bakı şəhərinə gedə bilmədiyindən həmin hüquqi yardım göstərən şəxs onun şikayətini ləngitmiş və gec göndərmiş, üstəlik müddətin bərpası ilə bağlı ərizəni də göndərməmişdir. Bu, cavabdehin səhvi ucbatından baş vermədiyindən məhkəmə apellyasiya şikayətini geri qaytarmamalıdır.

10. Cavabdeh həmçinin kassasiya şikayətində məhkəməyə əhəmiyyətli sübutlar təqdim edəcəyinin nəzərə alınmasını və hazırkı kassa siya şikayətinin verilməsi müddəti şənbə gününə təsadüf etdiyindən bunun prosessual müddətin ötürülmüş hesab olunmamasını xahiş etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin kassasiya şikayətinin qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

14. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

15. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.

16. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılır.

17. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfind ən aşağıdakı hallarda qaytarılır:

18. Maddə 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə.

19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

20. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərində n asılı olmayaraq yoxlanılmalıdır.

23. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

25. Hazırki kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərardadının tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətini qeyri-mümkün edən hallar düzgün araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

28. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kassasiya şikayətinin dəlillərinə dair müvafiq sübut təqdim etməmişdir. İş materiallarından isə görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini müddəti ötürməklə vermişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.Bu cür məhdudiyyətlərdən biri MPM-nin 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.

30. Məhkəmə kollegiyası hesab edir ki, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması, həmçinin cavabdehi etibarnamə üzrə təmsil edən vəkilin müvafiq vəkil orderini təqdim etməməsi apellyasiya şikayətinin qaytarılması üçün əsas olduğundan qərardad əsaslıdır, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əs as vermir.

31. Buna görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2024-cü il tarixli, 2(107)508/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar